Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanΠοδαργη Ελευθερόπουλος Değiştirilmiş 6 yıl önce
1
Büdcə investisiyaları: kəskin artan xərclər və şəffaflıq problemləri
Zöhrab İsmayılov, Azad İqtisadiyyata Yardım Mərkəzi 11 sentyabr 2008-ci il
2
Büdcə investisiyalarının dinamikası
4326,3 1902,2 879,6 159,9
3
Əvvəlki ilə nisbətən artım tendensiyası (%-lə)
450,1 % 127.4 % 116,3 % 70,8 %
4
Dövlət investisiyalarının büdcədə payı
2005 2006 2007 2008
5
2008-ci il II sərəncamının xülasəsi
Dövlət büdcəsinə 3 may 2008-ci il tarixli əlavə və dəyişikliklərdən sonra dövlət investisiya xərcləri ,3 mln. manat artırıldı və cari il üçün cəmi dövlət investisiya xərcləri 4 326,3 mln. manat həcmində təsdiqləndi; Bu dəyişikliklərə uyğun olaraq irəli gələrərk Nazirlər Kabineti 24 may 2008-ci il tarixdə 185s saylı sərəncamla yeni layihələrin siyahısını təsdiqləyib; Təsdiqlənmiş layihələrin sayı 94-dür. Bununla da 2008-ci il üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin sayı 1072-yə çatıb; 36 layihə 2008-ci il və ya əvvəkli illərdə başlamış layihələrdir; 449,892 mln. manat vəsaitin isə hansı layihələrə ayrıldığı sərəncama əlavə edilmiş siyahıda öz əksini tapmayıb.
6
2008-ci il II sərəncamının xülasəsi (2)
Artıırılmış vəsaitlərin 731,7 mln. manatı Nəqliyyat Nazirliyi üçün nəzərdə tutulub. Beləliklə də 2008-ci ildə dövlət investisiya xərclərinin 29,44%-i bu nazirliyin payına düşür; Yeni sərəncamda ayrılmış vəsaitlərin həcminə görə ikinci yerdə Mədəniyyət və Turizm Nazirliyi gəlir – 119,5 mln. manat; Üçüncü yerdə isə İqtisadi İnkişaf Nazirliyi gəlir. Təşkilati bölğüdə bu nazirliyin payına 70 mln. manat düşüb.
7
II sərəncamın ən böyük layihələri
Bakı-Quba-Rusiya avtomobil yolu – 281,9 mln. manat; Əzizbəyov metrosu – aeroport yolunun tikintisi, mühəndis xətlərinin köçürülməsi – 135 mln. manat; Qusar rayonunda turizm infrastrukturunun tikintisi – 119 mln. manat; Bərk tullantılar emalı zavodunun tikintisi – 70 mln. manat; Avtomobil yolları layihələri üzrə keyfiyyət zəmanətinə görə tutulan məbləğlərin ödənilməsi – 41 mln. manat; Bakıda nəqliyyat əməliyyatlarının intelektual idarəedilməsi sisteminin yaradılması – 25 mln. manat; Zığ - aeropot yolunun tikintisi, mühəndis xətlərinin köçürülməsi – 23,5 mln. manat; Ələt dəniz limanının tikintisi – 20 mln. manat; H.Əliyev prospektində yol qovşagı (Bağırov körpüsü) – 20 mln. manat H.Əliyev prospekti - A.Nemətulla küçəsinin kəsişməsində yol qovşağı – 17 mln. manat...
8
2008-ci ildə çox böyüyən layihələr
Əzizbəyov metrosu – aeroport yolunun tikintisi, mühəndis xətlərinin köçürülməsi – 255 mln. manat; Qusar rayonunda turizm infrastrukturunun tikintisi – 123,5 mln. manat; Əzizbəyov metrosu dairəsində yol qovşağı – 87,6 mln. manat Ekselesor mehmanxanası dairəsində yol qovşağı – 61,3 mln. manat Ələt dəniz limanının tikintisi – 23 mln. manat;
9
Büdcə investisiyaları sahəsində özünü qabarıq göstərən problemlər
Dövlət investisiyaları sahəsində uzunmüddətli proqram yoxdur, məqsəd məlum deyil; Cari ilin investisiya layihələri hətta əvvəlki il büdcə qanunu təsdiqlənərkən planlaşdırılmır; Növbəti ilin büdcə zərfinə daxil edilən dövlət investisiya layihələrinin siyahısı sonradan Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarla kəskin fərqlənir; Dövlət investisiya layihələrinin təxminən 3/4-ünün proqram əsası yoxdur və tendensiyanın 2008-ci ildə artması gözlənilir; Layihələrin əksəriyyəti “layihə olaraq” mövcud deyil, yalnız istiqamət və yekun məbləğdən ibarətdir və texniki- iqtisadi əsaslandırmaya malik deyillər; Dövlət investisiya layihələrinə bircə də olsa bələdiyyə orqanı cəlb edilməyib.
10
Dövlət investisiyaları sahəsində 2008-ci il üçün xarakterik problemlər
1 milyonluq layihələr 10 milyonluq layihələrə, öz növbəsində 10 milyonlıuq layihələr isə 100 milyonluq layihələrə çevrilb. Başqa sözlə layihələrin maliyyə göstəricini ifadə edən rəqəmlərdə sıfırların sayı artır; Eyni məqsədlər üçün davamlı olaraq vəsaitlər ayrılır, ancaq həmin layihələr isə tamamlanmaq bilmir; Yüzlərlə yarımçıq layihələrin olmasına baxmayaraq yüzlərlə yeni layihələrə başlanılır; Prezident səviyyəsində layihələrin şişirdilməsi problemindən söhbət açılır, ancaq buna qarşı adekvat tədbirlər görülmür; Dövlət hesabına bahalı kommersiya layihələrinə start verilir ki, bu təcrübənin genişlənəcəyi gözlənilir; Dövlət investisiyalarının normativ-hüquqi bazası yaradılması və bu sahədə islahatlar arxa plana keçməkdədir;
11
450 mln. manatın aqibəti bəlli deyil
Nazirlər Kabinetinin 24 may 2008-ci il tarixli 185s saylı sərəncamda ayrılmış vəsaitlərin cəmi min manat olduğu göstərilsə də, əlavə edilmiş siyahıdakı layihələrin yekun məbləği min manat təşkil edir. Qalan min manatın isə aqibəti məlum deyil; Dövlət investisiya fəaliyyətinin genişləndiyi 2005-ci ildən indiyənədək ilk dəfədir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamında belə uyğunsuzluq var.
12
Dövlət investisiyalarının şəffaflığı sahəsindəki problemlər
Məlumatlara çıxış imkanları məhtuddur və bu imkanlar azalır; Məlumatlara çıxış sahəsində yeğanə optimal yol məhkəmərə müraciətdən keçir; Vətəndaş Cəmiyyətinin bu məhkəmə işlərini aparmaq imkanları azdır; Dövlət investisiyaları sahəsindəki problemlər beynəlxalq maliyyə institutları üçün də adiləşməkdədir. Təqdimatın sonu
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.