Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanGreta Fertig Değiştirilmiş 6 yıl önce
1
(XAŞİMOTO XƏSTƏLİYİ) Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT
HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU ŞÜA DİAQNOSTİKA KAFEDRASI AUTOİMMUN TİREODİT (XAŞİMOTO XƏSTƏLİYİ) REZİDENT: ƏSƏDULLAYEVA MAİLƏ KURATOR: ass. MÜRSƏLOV MUQABİL BAKI-2012
3
Autoimmun tireodit-qalxanabənzər vəzin au-toimmun xarakterli xroniki iltihabı prosesdir Autoimmun tireodit bütün qalxanabənzər vəz xəstəliklərinin 20-30%-ni təşkil edir. Autoimmun tireodit qadınlarda kişilərə nisbətən dəfə çox rast gəlinir, bu X-xromosomun dəyişməsi və estro-genlərin limfoid sistemə təsiri ilə əlaqədardır. Əksər hallarda yaş arasında rast gəlinir, lakin son vaxtlar cavan şəxslər və uşaqlar da bu xəstəlikdən əziyyət çəkir Bu xəstəliyi ilk dəfə 1912-ci ildə yapon cərrahı Xаşimoto təsvir etmişdir.
4
ETİOLOGİYA Bu xəstəlik genetik yolla ötürülür. Lakin xəstəliyin üzə çıx- masında bir çox faktorlar rol oynayır. 1. Keçirilmiş kəskin respirator virus infeksiyası (KRVİ) 2. Xroniki infeksiya ocaqları (damar badamcıqlarında, burun boşluğunda və kariyesli dişlərdə) 3. Ekologiya, ətraf mühitdə, qidada və suda birləşmiş yodun, xlorun, flörun artıqlığı ( limfositlərin aktivliyinə təsir edir) 4. Uzun müddət qeyri-müntəzəm dərman maddələrinin qəbulu (yodsaxlayan preparatlar, hormonal maddələr) 5. Uzun müddətli şüalanma 6. Psixoloji sarsıntılar 7. Qalxanabənzər vəzidə aparılan operativ müdaxilə
5
xanabənzər vəzidə proqressiv infiltrasiyası nəticəsində
PATOGENEZ Göstərilən faktorların təsiri ilə T-limfositlərin qal- xanabənzər vəzidə proqressiv infiltrasiyası nəticəsində vəz toxumasının tamlığı pozulur, davamlı, zəncirvari antigen-antitel birləşmələri əmələ gəlir. Sübut olunmuş dur ki, antitellər mikrosomal və kolloid antigenlərə qarsı da əmələ gəlir. Bunlar hamısı birlikdə tireositlərə toksik təsir göstərərək autoimmum iltihabı proseslərin davam etməsinə, vəz toxumasının tədricən birləşdirici toxuma ilə əvəz olunmasına səbəb olurlar. Nəticədə birincili hipotireoz yaranır.
6
TƏSNİFATI Bu xəstəlikdə aşağıdakı fazalar aid edilir: 1
TƏSNİFATI Bu xəstəlikdə aşağıdakı fazalar aid edilir: 1. Eutireoid fazalar 2. Subkliniki faza 3. Tireotoksiki faza 4. Hipotireoid faza
7
Kliniki şəklə və vəzin ölçülərin əsasən aşağıdakı formalara
aid edilir: 1. Latent forma 2. Hipertrofik forma a) Diffuz forma b) Düyünlü forma c) Diffuz-düyünlü forma 3. Atrofik forma
8
luqdan, ürəkdöyünmədən, əsəblikdən, oynaqlarda
KLİNİKA Xəstəlik adətən tədricən inkişaf edir və Klinikası vəzin zədələnmə dərəcəsindən asılı olur. Xəstəliyin başlanğıcı vəzin hipertrofiyası ilə gedərsə, o zaman xəstələr boyunun ön nahiyyəsində olan sıxılmadan, boğazda göynəmə hissiyyatından, boyunun ön nahiyyəsində ağrılardan (həmişə olmur), ümumi zəiflikdən, yorğun- luqdan, ürəkdöyünmədən, əsəblikdən, oynaqlarda ağrıdan şikayət edirlər. Bəzən xəstələr udqunduqda san- ki boğazlarında nəsə qalıb deyə şikayət edirlər. Xəstəliyin ilk dövrlərində tireotoksikoz əlamətləri olur, sonralar xəstəlik davam etdikcə hipotireoz inkişaf edir.
9
DİAQNOZ. Xəstəliyə diaqnoz qoymaq üçün xəstəliyin klinikasına, laborator, ultrasəs müayinələrinin, skanoqrammanın, eləcə də biopsiyanın nəticələrinə əsaslanırlar. Laborator müayinələrə aid edilir: 1. Qanın ümumi analizi-limfositlərin kəmiyyətcə təyini 2. İmmunoqramma-tireoqlobulinə, mikrosomal və kol- loid antigenə qarşı, qalxanabənzər vəzin tireod hor- monlarına qarşı yüksək titrdə antitellərin aşkar edilməsi 3. Qalxanabənzər vəzin hormonlarının təyini(T3,T4,TTH). TTH artıb, T4 norma-subkliniki hipotireoz; TTH artıb, T4 azalıb-kliniki hipotireoz;
10
USM Diffuz, hipoexogen, qeyri həmcins exostruktura, qalxa- nabənzər vəzin ölçüləri adətən kiçilmiş olur (bəzən böyümə qeyd edilir).
19
SKANOQRAMMA Vəzin yod udma qabiliyyəti vəzin müxtəlif yerlərində azaldığından mozaik (alabəzək) bir şəkil alınır. (tünd, sonra şəffaf ocaqları)
20
BİOPSİYA. Qalxanabənzər vəzinin aspirasiya biopsiyası limfositar və plazmositar infiltrasiya olduğunu histoloji aşkar edilir.
21
DİFERENSİAL DİAQNOZ Autoimmun tireoditi diffuz toksik urla, endemik urla, Ridel uru ilə, qal- xanabənzər vəzin xərçəngi ilə diffe- rensasiya edirlər.
22
MÜALİCƏ Konservativ müalicə:
1. Prednezalon ( ilkin doza mq təşkil edir. Sonradan dər- manın dozası tədricən azaldılır). 2. QSİƏP (indometasin, voltaren və s.) 3. Hipotireozun müalicəsi L-tiroksin Operativ müalicəyə göstərişlər: 1. Vəz toxuması tamamilə birləşdirici və limfoid toxuma ilə əvəz olunduqda. 2. Vəz toxuması böyüyüb xəstəni boğaraq narahat etdikdə. 3. Autoimmun tireodit vəzin xərçənginə çevrildikdə və ya onunla birlikdə rast gəldikdə operativ müdaxilə edirlər.
23
PROGNOZ Xəstəlik tədricən proqressivləşir və hipotireozla nəticələnir
PROGNOZ Xəstəlik tədricən proqressivləşir və hipotireozla nəticələnir. Xəstəliyə düzgün diaqnoz qoyub müalicəsinə nə qədər tez başlanarsa, müalicənin effekti bir o qədər çox olar.
24
T e ş e k k ü r е d i r ə m
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.