Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

DİFTERİYA.

Benzer bir sunumlar


... konulu sunumlar: "DİFTERİYA."— Sunum transkripti:

1 DİFTERİYA

2 Difteriya 1883-1884 illərdə Klebs və Lefler tərəfindən kəşf olunmuşdur
Xəstəliyin törədicisi corynobakterium diphteryal, grammüsbət böyanan törədicilərdir. Xəstəliyin mənbəyi difteriyalı xəstələr və bakteriya gəzdirənlərdir, ədəbiyyatdan insanların heyvanlardan da yoluxması haqqinda məlumatlar vardır Azərbaycanda müxtəlif ölkələrdə olduğu kimi difteriya hadisələrinə təsadüf edilir

3 Difteriyanın Klinikası
İnkubasion dövrü 2-10 gündür Əsnək, burun, tənəffüs yolları, udlag qırtlağ,traxeya az hallarda goz, gulag,derinin- xarici cinsiyət üzvlərinin difteriyası müayən edilir 90-95% hallarda esnek difteriyasi rast gelir esnek difteriyasinin; lokalize olunmus, yayilmis, toksiki formalari ayird edilir

4 Lokalizə olunmuş əsnək difteriyası
Çox vaxt yaşlı insanları əhatə edir Ərp yalnız badamcıqlarda olur Başlanğıc dövrü lakunar anqinanın gedişinə uyğundur Proses əksər hallarda üşütmə, hərarətin dərəcəyə qalxması ilə müsahidə edilir Yüksək hərarət bir neçə saatdan bir-iki günədek davam edir, hətda müalicəsizdə keçib gedir İntoksikasiya əlamətləri-baş ağrısı, əzginlik, sustluk, halsızlıg, ümumi zəiflik müşahidə edilir Yerli dəyişikliklər- boz rəngli ərp, hamar, kənarları dəqiq olur, badamcıqları tamam örtür. Ərp çətinliklə gopur, goparkən yerindən qan axır Limfa düyünlərinin hər iki tərəfdə az böyüməsi ağrılı və hərəkətli olması qeyd edilir.

5

6 Kataral forma Atipik variant hesab edilir
Bu zaman badamcıglar az da olsa hiperemiyalaşır, ödem olur, temperatur intoksikasiya halları olmayada bilər Spesifik müalicə aparılmasa yayılmış formaya keçə bilər.

7 Teneffus yollarinin difteriyasi, yaxud difteriya inagi
Teneffus yollarinin difteriyasi xestelerin 1-2 de girtlag,traxeya ve bronxlari zedeleyir cox vaxt kicik yasli usaglar xestelenir. proses bronxa yayldigda difteriyanin en agir formasi yayilmis inag emele gelir. xestelik az gizdirma, sesin getdikce zeiflemesi ,kobud, hurucu oskurekle baslayir,ses tezlikle batir xiriltili olur. 1ci baslangis dovr 1-2 gun cekir,disfoniya,kataral,krupoz oskurek merhelesidir, 2ci stenoz merhelesi -teneffus yollari daralir nefes alma sesli olur .dos gefesi iceri dartilir, bogulma,narahatlig 2-3gun cekir, 3ci asfiksiya dovrudur. Xestede keskin narahatlig,dili dodaglari,etrafi sianozlasir,uzu terle ortulur . yaranmis asfiksiya olume sebeb olur

8 Etiologiyası və patolojı anatomiyası
DİFTERİYA Etiologiyası və patolojı anatomiyası

9 Əsnəyin yayılmış difteriyası
Bu formada ərp badamcıqların hüdudlarından kənara çıxır, dilçəyin selikli qisasına, bəzən isə udlağın divarlarına yayılır Xəstəliyin gedişi difteriyanın lokalizə formasından az fərqlənir Kəskin dövrdə intoksikasiya simptomları yaranır

10

11 Toksiki forma Çox vaxt kəskin gedişli olur
Üşütmə, baş ağrısı, mədə bulanması, zəiflik, əsnəkdə-boğazda güclü ağrılarla başlayır, qarında ağrılar ola bilər Badamcıqlar üzərində çirkli boz rənqli ərpin yaranması müşahidə edilir, dilçəyə, yumşaq və sərt damağa yayılması nəzərə çarpır, dil ərpli, dodaqlar quru olur, ağızdan spesifik qoxu gəlir, tənəffüs çətinləşir. Küylü xırıltılı olur, xəstə burnunda danışır[tin-tinla] Boyun limfa düyünlərinin böyüməsi, elastik və ağrılı olması müşahidə edilir Boyun dərialtı piy toxumasının ödeminin yayılması dərəcəsi toksiki difteriyanı bir daha təsdiqləyir və 3 dərəcədən ibarət olur ;1ci dereceli toksiki difteriyada odem boyunun1-2ci bukusunedek,2ci derecede korpucuk sumukunedek,3ci derecede ondan asagi,bezen gobeyedek yaylir hipertoksiki ve hemorragik formalar difteriyanin daha agir gedisine aiddir

12

13 Difteriyanın fəsadları
Spesifik[toksiki] və qeyri spesifik olmaqla 2 yerə bölünür. Spesifik fəsadlar: miokardit (erkən və qecikmiş), mono və polinevritlər (erkən və qecikmiş), nefrotik sindrom, erkən qec periferik ifliclər Qeyri spesifik: pnevmoniyalar, limfaadenitlər, otitlər və s.

14

15

16 Difteryanın erkən aşkar olunması və xəstalərin qospitalilzasiya qaydaları
Bakteriolioji müayinə [esnekden ve burundan BL yaxmanin goturulmesi ] xəstələrin ilk müraciətindən 2 həftədən gec olmayaraq aparılmalıdır Həkim, tibb bacısı evdə, poliklinikada xəstədən müayinə materialı götürməlidir, 2-3 saat müddətində laboratoriyaya çatdırılmalıdır, antibakterial müalicənin aparılıb aparılmadığını dəqiqləşdirməlidir. Həkimlər aktiv çağırış vərəgini xəstəxanaların qəbul şöbəsinə təqdim etməlidir. Xəstəyə difteriya əleyhinə zərdab (D.Ə.Z.) Bezredko usulu ile stasionarda yeridilir, difteriyanın müxtəlif formalarını və gedişatını nəzərə alaraq zərdabın dozası təyin edilir Difteriyanın tipik klinik mənzərəsi olarsa lakin bakterioloji təsdiqinin olmaması diaqnozun ləğvi üçün əsas deyil

17 Angina xəstəliyi ilə əsnək difteriyasının diferensasiyasi
Əlamətləri Əsnək difteriyası Anqina Başlanğıc Tədricən Kəskin titrəmə, üşütmə Ümumi intoksikasiya əlamətləri Yuxululug, dərinin avazması, t 37,5-38 dək və az müddətli olması Ümumi zəiflik baş ağrısı, üzün hiperemiyası, t daha yüksək və davamlı olmasıdır 1 həftə 10 gün Əsnəkdə (bogazda) ağrı Zəif ağrı Anqinada ağrı xarkterikdir Ağızda quruluq Zəif Quruluq olmur Udlaq Selikli qişası az hiperemiyalı və göyümtül Selikli qişası kəskin hiperemiyalı Badamcıqların ödemi Daha qüclü Az hallarda təsadüf edilir

18 Davamı Ərpin xarakterı (a, b, v, q)
Bozumtul, ətraf toxunmalara birləşmiş, bir qədər yuxarı qalxmış: a)Agizdan mədə bulandırıcı şirin qoxu gəlir b) Ərp qoparılarkən qanayır v)Əpr 2 əşya şüşəsində əzilmir q) Ərp suda batır Irinli, pərdə şəklində follikul və lakunar formada olur a)Əksinə qəlmir b)Əksinə qanamır v)Əksinə əzilir q)Əksinə suda batmır Limfa düyünləri Böyüyür, Az ağrılı olur Çox böyüyür, daha da çox ağrılı olur Periferik qan göstəriciləri Neytrofil leykositoz EÇR nisbətən artması Yüksək neytrofil leykositoz, EÇRin çox artması

19 Müalicə Yatag və mühafizə rejimi difteriyanın müalicəsində əsasdır
Bütün formalarının müalicəsində difteriya toksininin difteriya əleyhinə antitoksin zərdabla (D.Ə.Z.) neytralizasiyası əsas sayılır, anafilaktik reaksiyanı və zərdab xəstəliyinin yarana bilməsini nəzarə alaraq zərdabı Bezredko üsulu ilə yeritmək məsləhətdir. Zərdabın venadaxili yeridilməsi əks göstərişdir Toksiki difteriyada yalnız antibiotiklərlə müalicə alan xəstələrin müalicəsi müsbət nəticə vermir

20 Müalicə (davamı) Dezintoksikasion, dehidrotasion terapiyadan, toksiki formalarda kortikosteroidlardan və miokardit əlamətləri varsa müəyyən olunmuş preparatlardan istifadə olunur və s.

21 Profilaktika Xəstə qospitalizasiya edildikdən sonra infeksiya ocağında 1%li xloraminlə dezinfeksiya aparılmalıdır, 7 gün karantin qoyulur Təmasda olanların əsnəyindən yaxma götürülür Difteriyanın planlı peyvəndi aparılır Hər 1,5 aydan bir peyvənd 2 dəfə təkrar olunur.


"DİFTERİYA." indir ppt

Benzer bir sunumlar


Google Reklamları