Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri

Benzer bir sunumlar


... konulu sunumlar: "Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri"— Sunum transkripti:

1 Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
II MÖVZUNUN MÜHAZİRƏ QEYDLƏRİ: AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİNİN TƏŞKİLATI-HÜQUQİ BAZASININ FORMALAŞMASI Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri Təqdimatlarda əsasən Azərbaycanın rəsmi qurumlarının internet səhfələrindən istifadə edilmişdir.

2 Mündəricat “Azərbaycanın iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitutsiya aktında xarici iqtisadi əlaqələrlə bağlı normalar “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbulu “Xarici investisiyaların qorunması haqqında” Qanunun qəbulu ... 5 Digər normativ-hüquqi aqtlar Xarici iqtisadi fəaliyyəti tənzimləyici əsas qurumlar Xarici investisiyaların tənzimlənməsi Xarici ticarətin tənzimlənməsi Xarici valyuta əməliyyatlarının tənzimlənməsi Mənbələr Copyright © 2003 Pearson Education, Inc.

3 “AZƏRBAYCANIN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏSASLARI HAQQINDA” KONSTİTUTSİYA AKTINDA XARİCİ İQTİSADİ ƏLAQƏLƏRLƏ BAĞLI NORMALAR Konstitusiya aktı 25 may 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən qəbul edilmiş və gələcəkdə siyasi müstəqilliyini əldə edəcək Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını müəyyənləşdirmişdir. Sənəddə iqtisadi müstəqilliyin digər əlamətlərilə yanaşı, “müstəqil xarici iqtisadi siyasətin həyata keçirilməsi” əlaməti də qeyd edilmişdir. Həmçinin iqtisadi müstəqilliyin digər prinsiplərilə yanaşı, “başqa dövlətlərlə iqtisadi ittifaqlara könüllü daxil olmaq və çıxmaq” və “Azərbaycan ərazisində xarici investisiyaların qorunması” prinsipləri bəyan edilmişdir. Copyright © 2003 Pearson Education, Inc.

4 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir.
“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA” KONSTİTUSİYA AKTININ QƏBULU 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Aktın qəbulu ilə AR-nin Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu, demokratik, müstəqil, dünyəvi və unitar dövlət quruculuğuna başladığı dünyaya bəyan edilmişdir. Aktda dövlət, iqtisadi və siyasi qurluşun əsasları müəyyən edilmiş və Azərbaycanın azad bazar iqtisadiyyatı yolunu tutduğu və eyni zamanda da sosial dövətin qurulmasını hədəflədiyi göstərilmişdir. Copyright © 2003 Pearson Education, Inc.

5 “XARİCİ İNVESTİSİYALARIN QORUNMASI HAQQINDA” QANUNUN QƏBULU
15 yanvar 1992-ci ildə qəbul edilmişdir. Qanunla xarici investorların tərkibi, investisiya formaları müəyyənləşdirilmişdir. Xarici investorlara özəlləşdirmə prosesində iştirak hüququ verilmişdir. Xarici investorların fəaliyyətinin hüquqi rejiminin milli subyektlərindəkindən az əlverişli olmayacağı prinsipi qəbul edilmişdir. Bəzi fəaliyyət sahələri istisna olmaqla, digər bütün sahələrdə qanunların dəyişdirilməsinin investisiya qoyuluşu şəraitini pisləşdirdikdə, 10 il ərzində investisiyanın qoyulması zamanı qüvvədə olan qanunvericiliyin tətbiq olunacağı öhdəliyi götürülmüşdür. Milliləşdirmə və rekvizisiya zamanı investora təxirə salınmadan müqabil və səmərəli konpensasiyanın ödəniləcəyi nəzərdə tutulmuşdur. Copyright © 2003 Pearson Education, Inc.

6 DİGƏR NORMATİV-AKTLAR
“Valyuta tənzimlənməsi haqqında” AR qanunu ( ) “Valyuta tənzimlənməsini sərbəstləşdirmək haqqında” Prezidem fərmanı ( ) “Gömrük məcəlləsi” ( ) “AR-də xarici ticarətin daha da liberallaşdırılması haqqında” Prezident fərmanı ( ) “AR-də idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” NK-nın qərarı ( , No.91) “Əmək miqrasiyası haqqında” AR Qanunu ( ) “İmmiqrasiya haqqında” AR Qanunu ( ) “Beynəlxalq Arbitraj Haqqında” AR Qanunu ( ) “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” AR Prezidentinin fərmanı ( ) “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları”na ( , sonrakı dəyişikliklərlə) “İxrac nəzarəti haqqında” AR Qanunu ( ) Copyright © 2003 Pearson Education, Inc.

7 XARİCİ İQTİSADİ FƏALİYYƏTİ TƏNZİMLƏYİCİ ƏSAS QURUMLAR
Xarici ticarət sahəsində - İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi və.s Xarici investisiya sahəsində - Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və.s Valyuta əməliyyatları sahəsində - Mərkəzi Bank İş qüvvəsinin miqrasiyası sahəsində - Dövlət Miqrasiya Xidməti Copyright © 2003 Pearson Education, Inc.

8 XARİCİ İNVESTİSİYALARIN TƏNZİMLƏNMƏSİ
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. 2008-ci ilin 1 yanvar tarixindən sahibkarlıq sübyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” sisteminin tətbiqinə başlanmış və nəticədə Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. Azərbaycanda xarici investorlara özəlləşdirmədə iştirak hüququ verilmişdir. Sadəcə, özəlləşdirmədə iştirak etmək üçün özəlləşdirmə çekləri dövriyyədə olan zaman xarici investorlar özəlləşdirmə opsionunu əldə etməlidirlər (Özəlləşdirmə opsionu – xarici investorlara özəlləşdirmə üçün lazım olan özəlləşdirmə çeklərinin alınmasına hüquq verən qiymətli kağızdır). Bəzi fəaliyyət sahələrində (bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s.) biznesə başlamaq üçün xüsusi lisenziyanın alınması tələb olunur. Lisenziyaların uzadılma müddəti 5 ildir. Copyright © 2003 Pearson Education, Inc.

9 XARİCİ İNVESTİSİYALARIN TƏNZİMLƏNMƏSİ
Qanunvericiliyə görə xaricilər (fiziki və hüquqi şəxslər) və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda torpaq mülkiyyətçisi ola bilməzlər. Torpağı verilmiş kreditə görə girov, hədiyyə və ya vərəsəlik kimi hüquqi üsullar nəticəsində alan xaricilər 1 il ərzində mülkiyyət hüquqlarını 3-cü tərəfə verməlidirlər. Əks halda torpaq dövlətin və ya müvafiq bələdiyyənin mülkiyyətinə keçəcək. Buna baxmayaraq, xaricilər torpağı uzunmüddətli icarəyə götürə bilərlər. Copyright © 2003 Pearson Education, Inc.

10 XARİCİ TİCARƏTİN TƏNZİMLƏNMƏSİ
Qanunvericilik Azərbaycana idxal olunan əmtəələrə bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan xarici investorlar üçün vacib olanları aşağıdakılardır: tranzit, gömrük saxlanılması, gömrük anbarı, müvəqqəti idxal, gömrük zonalarına giriş və çıxış. Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu – 0-15% - ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və həmçinin aksiz vergisi). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq olunur. İxrac olunan bütün məhsullar (metal ixracından başqa) gömrük rüsumlarından azad edilmişdir. Copyright © 2003 Pearson Education, Inc.

11 XARİCİ TİCARƏTİN TƏNZİMLƏNMƏSİ
Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. HPBS rejimli idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanuna əsasən, neft-qaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0% dərəcəsi ilə ƏDV tətbiq olunur. Copyright © 2003 Pearson Education, Inc.

12 XARİCİ VALYUTA ƏMƏLİYYATLARININ TƏNZİMLƏNMƏSİ
Mərkəzi Bankın xüsusi lisenziyası olmadığı halda, ölkədə bütün ödəmələr manatla həyata keçirilir. Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Mərkəzi Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdır. Ölkə rezidenlərinin nağd valyuta sərvətlərini gömrük orqanlarına bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycana gətirmələrinə, adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətini sənəd təqdim edilmədən gömrük orqanlarına bəyan etməklə Azərbaycandan çıxarmalarına icazə verilmişdir. Əvvəllər ölkəyə nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarına bəyan etməklə, 50 min ABŞ dollarından artıq məbləği isə valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə müvəkkil banklar vasitəsilə ölkədən çıxarmalarına icazə verilmişdir. Copyright © 2003 Pearson Education, Inc.

13 MƏNBƏLƏR www.economy.gov.az – İqtisadi İnkişaf Nazirliyi
– Azərbaycan Respublikası Mərkəzi Bankı – Azərbaycan Qanunlarının elektron bazası Copyright © 2003 Pearson Education, Inc.


"Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri" indir ppt

Benzer bir sunumlar


Google Reklamları