Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanMieczysław Krzemiński Değiştirilmiş 6 yıl önce
1
Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri
IX MÖVZUNUN MÜHAZİRƏ QEYDLƏRİ: AZƏRBAYCANIN BEYNƏLXALQ İQTİSADİ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı Fənn: Azərbaycanın xarici iqtisadi əlaqələri Təqdimatlarda əsasən Azərbaycanın rəsmi qurumlarının internet səhfələrindən istifadə edilmişdir.
2
Mündəricat Azərbaycan-BMT ixtisaslaşdırılmış iqtisadi təşkilatları ilə əməkdaşlıq əlaqələri Azərbaycan-BMT Sənaye və İnkişaf Təşkilatı (BMSİT) əlaqələri Azərbaycan-BMT İnkişaf Proqramı (BMTİP) əlaqələri Azərbaycan-BMT Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı(SPECA).. 6 Azərbaycan-Dünya Bankı əməkdaşlıq əlaqələri Azərbaycan-Dünya Ticarət Təşkilatı (DTT) əməkdaşlıq əlaqələri Azərbaycan-İslam Konfransı Təşkilatı əməkdaşlıq əlaqələri Azərbaycan-Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlıq əlaqələri Azərbaycan-Asiya İnkişaf Bankı əməkdaşlıq əlaqələri Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlıq əlaqələri Azərbaycan-ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) əməkdaşliq əlaqələri Azərbaycan-İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) əməkdaşlıq əlaqələri Azərbaycan-Almaniya hökumətinin KFW Bankı əməkdaşlıq əlaqələri Azərbaycan-Almaniya Texniki Əməkdaşliq Cəmiyyəti (GTZ) əməkdaşliq əlaqələri Azərbaycanin Ərəb fondları ilə əməkdaşliq əlaqələri Mənbələr Copyright © 2003 Pearson Education, Inc.
3
AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Azərbaycan Respublikası 2 mart 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyədə işçi qurumlarına qədər geniş təmsil olunmuşdur. İqtisadi əlaqələrin inkişafı və Azərbaycanın BMT-nin qurumlarına inteqrasiyası baxımından Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatını, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını və BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA Proqramı) qeyd etmək olar. Copyright © 2003 Pearson Education, Inc.
4
AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRI: Azərbaycan-BMT Sənaye və İnkişaf Təşkilatı (BMSİT) əlaqələri Azərbaycan Respublikası 1993-cü ildən Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatının üzvüdür. Təşkilat çərçivəsində Azərbaycan 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum" imzalamışdır. 2005-ci ildə Azərbaycan ilə Təşkilat arasında " cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır. Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr həyata keçirilir. 2010-cu ilin iyul ayında təşkilatın Baş Direktoru Kandeh Yumkella Azərbaycana səfər etmiş və səfər zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmiş, yeni Çərçivə Proqramının imzalanması planlaşdırılmışdır. Copyright © 2003 Pearson Education, Inc.
5
Proqram Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.
AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRI: Azərbaycan-BMT İnkişaf Proqramı (BMTİP) əlaqələri Proqram Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan ilə əməkdaşlıq Ölkə Əməkdaşlıq Çərçivələri sənədi əsasında həyata keçirilir. Hazırda cu illər üzrə Ölkə Əməkdaşlıq Çərçivə sənədi həyata keçirilir. Sənədin əsas prioritet istiqamətləri aşağıdakılardır: İnkişaf, yoxsulluğun azaldılması, hüquq və azadlıqların müdafiəsi məqsədilə əlverişli şəraitin yaradılması üçün idarəetmə sisteminin təşkili, Səhiyyə və təhsil sahəsində əhalinin ehtiyaclarının təmin edilməsi. ci illəri əhatə edən İnkişafa Yardım Çərçivəsi (UNİDAF) hazırlanma mərhələsindədir. Copyright © 2003 Pearson Education, Inc.
6
AZƏRBAYCAN-BMT İXTİSASLAŞDIRILMIŞ İQTİSADİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRI: Azərbaycan-BMT Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Proqramın əsas məqsədi region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalanın təşviq edilməsi, birgə səylərlə daha effektiv həll ediləcək prioritet məsələlərin maliyyələşdirilməsidir. 2002-ci ilin noyabr tarixlərində Bişkekdə keçirilən Regional Məşvərət Komitəsinin 4-cü iclasında Azərbaycan SPECA-ya üzv qəbul edilmişdir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilmişdir. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixlərində Bakı şəhərində Nazirlər Görüşü keçirilmişdir.Tədbirdə SPECA ölkələrinin ticarətə cavabdeh nazirləri və nazir müavinləri, müxtəlif beynəlxalq təşkilatların 100-dən artıq nümayəndəsi iştirak etmişdir. Görüş çərçivəsində ticarətin inkişafı üzrə əsas istiqamətləri müəyyənləşdirən Nazirlər bəyannaməsi qəbul edilmişdi. Copyright © 2003 Pearson Education, Inc.
7
AZƏRBAYCAN-DÜNYA BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Azərbaycan Respublikası Dünya Bankına daxil olan beş qurumdan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına 1992-ci il 18 sentyabr tarixində, Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinə 1992-ci il 23 sentyabr tarixində, Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzinə 1992-ci il 18 oktyabr tarixində, Beynəlxalq İnkişaf Assosiasiyasına 1995-ci il 31 mart tarixində, Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci il 11 oktyabr tarixindən üzv olmuşdur. Copyright © 2003 Pearson Education, Inc.
8
AZƏRBAYCAN-DÜNYA BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Dünya Bankının Azərbaycanda icrada olan layihələri: 1. "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi; 2. "Milli su təchizatı və kanalizasiya xidmətləri - II" layihəsi; 3. "Magistral avtomobil yolu - II" layihəsi; 4."Magistral avtomobil yolu - III" layihəsi; 5. "Kənd investisiya" layihəsi; 6. "II Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsi; 7. "Elektrik ötürücü sisteminin bərpası" layihəsi; 8."Korporativ və büdcə sektorunun hesabatlılıq" layihəsi; 9."Bərk məişət tullantıların vahid idarəçiliyi" layihəsi; 10."Təhsil sektorunun inkişafı - II" layihəsi; 11."Pensiya və sosial təminat" layihəsi; 12."Sosial müdafiənin inkişafı" layihəsi; 13."Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi; 14."Səhiyyə sektorunda islahatlar - II" layihəsi; 15."Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" layihəsi (əlavə maliyyələşdirmə); 16."Daşınmaz əmlakın qeydiyyatı" layihəsi; 17."Dövlət investisiyaları üzrə kadr potensialnın gücləndirilməsi" layihəsi; 18."Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi" layihəsi. Copyright © 2003 Pearson Education, Inc.
9
AZƏRBAYCAN-DÜNYA TİCARƏT TƏŞKİLATI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Azərbaycan Respublikasının DTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində DTT Katibliyinə təqdim edilmişdir. Azərbaycanın ÜTT-yə üzv olmaqda əsas məqsədləri aşağıdakılardan ibarətdir: Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək, DTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq, Dünyanın əksər ölkələri ilə DTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək, DTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək və s. 1997-ci ilin 16 iyul tarixində Azərbaycan üzrə ÜTT Katibliyində İşçi Qrupu yaradılmışdır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə keçirilmişdir cü ildən başlayaraq hər il İşçi Qrupun iclasları keçirilir. 2008-ci ildə ilk dəfə olaraq İşçi Qrupunun 2 iclası (2008-ci ilin 6 may tarixində 5-ci iclası, 11 dekabr tarixində isə 6-cı iclası) keçirilmişdir. 5-ci iclasın sonunda Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin - Faktlar İcmalının hazırlanmasına dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə aidiyyəti qurumlar tərəfindən baxılmış və rəy bildirilmişdir. Faktlar İcmalı İşçi Qrupun 6-cı iclasında müzakirə edilmişdir. Sənədin son variantı danışıqlar qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 7-cı iclasında (2009-cu ilin 24 iyul tarixində keçirilmişdir) yenidən müzakirə edilmişdir. İşçi Qrupunun 7-ci iclasından sonra Azərbaycan tərəfinə təqdim olunmuş suallar cavablandırılmış və ÜTT katibliyinə göndərilmişdir. Azərbaycan ÜTT-yə üzvlüklə bağlı indiyədək 4 ölkə ilə ikitərəfli protokol imzalamışdır. İlk ikitərəfli protokol 2007-ci ildə Türkiyə ilə, 2008-ci ildə isə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmışdır cu ildə isə Azərbaycan Gürcüstanla ikitərəfli protokol imzalamışdır. Copyright © 2003 Pearson Education, Inc.
10
AZƏRBAYCAN-DÜNYA TİCARƏT TƏŞKİLATI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Milli qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması Ölkə qanunvericiliyinin DTT tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 avqust 2006-cı il tarixli Sərəncam imzalanmışdır. Bu Sərəncamla nəzərdə tutulmuş normativ hüquqi sənəddən 17-i artıq qəbul edilmiş və qüvvəyə minmişdir. Digər sənədlərlə bağlı isə müvafiq işlər aparılır. Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya DTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın sədri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevdir. Komissiya sədrinin müavinləri Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Ədliyyə nazirinin müavini Toğrul Musayevdir. Bu günədək Komissiyanın 11 iclası keçirilmişdir. DTT ilə bağlı məlumatlandırma DTT-yə üzvlük prosesi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyəti nəzərə alınaraq indiyədək İqtisadi İnkişaf Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə DTT-yə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. ABŞ-ın texniki yardım layihəsi ilə birgə DTT-yə üzv olma Nəşrlər Seriyası çərçivəsində DTT haqqında 6 broşur hazırlanmış, sahibkarlara və qeyri-hökumət təşkilatlarına paylanmışdır. Bundan başqa, saytı yaradılmış və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilmişdir. Copyright © 2003 Pearson Education, Inc.
11
AZƏRBAYCAN-İSLAM KONFRANSI TƏŞKİLATI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Azərbaycan Respublikası 1991-ci ilin dekabr ayından dən İKT-nin üzvüdür. Azərbaycan Respublikası İKT çərçivəsində keçirilən bütün toplantı və görüşlərdə fəal iştirak edir. İKT Azərbaycan Respublikasını siyasi arenada ən yüksək səviyyədə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkilatın bir sıra qətnamələrində öz əksini tapmışdır. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İKTçərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. Bu sənədlərdə üzv dövlətlər və islam qurumları tərəfindən Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardımın göstərilməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana təcili maliyyə və humanitar yardımın təmin edilməsi üçün tədbirlərin görülməsi kimi əməkdaşlığın prioritet istiqamətləri qeyd olunmuşdur. 2010-cu ilin oktyabr ayında İstanbulda İKT-nin İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMSEC) 26-cı toplantısı keçirilmişdir. Toplantı çərçivəsində 14-cü Beynəlxalq Biznes Forum keçirilmişdir.Tədbirin əsas mövzusu İKT-yə üzv ölkələri iqtisadi inkişafında informasiya texnologiyalarının əhəmiyyətinin müzakirəsi idi. Forumda 65 ölkənin 3000-dən artıq nümayəndəsi iştirak etmişdir. Copyright © 2003 Pearson Education, Inc.
12
AZƏRBAYCAN-AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Üzvlüyə qəbul olunma tarixi: 25 sentyabr 1992-ci il Bankın səhm kapitalında iştirak: 5,5 mln. ABŞ dolları Bank tərəfindən dövlət zəmanəti ilə ayrılmış kreditlər hesabına həyata keçirilmiş layihələr: İcrası başa çatmış layihələr Yenikənd Su Elektrik Stansiyasının tikintisi; Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurulması; Hava naviqasiya sisteminin modernləşdirilməsi; Azərbaycan-Transqafqaz dəmir yolu şəbəkəsinin yenidənqurulması; Böyük Bakının su təchizatı sisteminin yaxşılaşdırılması; Hacıqabul - Kürdəmir avtomobil yolunun yenidənqurulması layihəsi. İcrada olan layihələr Bakı - Samur avtomobil yolunun yenidənqurulması layihəsi; Azərbaycan İstilik Elektrik Stansiyasının reabilitasiyası. Copyright © 2003 Pearson Education, Inc.
13
AZƏRBAYCAN-ASİYA İNKİŞAF BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Üzvlüyə qəbul olunma tarixi: 29 oktyabr 1999 Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətləri: yoxsulluğun azaldılması və qeyri-neft sektorunun inkişafının dəstəklənməsi Bankın maliyyə vəsaiti hesabına Azərbaycanda həyata keçirilməkdə olan layihələr: 1. Şərq-Qərb yol dəhlizinin bərpası layihəsi (Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi) 2. Su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi (Ağdaş, Göyçay və Naxçıvan şəhərləri) 3. Masallı-Astara avtomobil yolunun yenidənqurulması layihəsi 4. Elektrik ötürücü xətlərinin yenidənqurulması layihəsi 5. Gəncə dairəvi avtomobil yolunun yenidən qurulması layihəsi 6. Su təchizatı və kanalizasiya investisiya proqramı - 1-ci layihə Copyright © 2003 Pearson Education, Inc.
14
AZƏRBAYCAN-İSLAM İNKİŞAF BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Üzvlüyə qəbul olunma tarixi: 4 iyul 1992-ci il Bankın səhm kapitalında iştirak: $9.76 milyon (ümumi səhm kapitalının 0.13%) Bank tərəfindən ayrılmış kreditlər hesabına icrada olan layihələr: Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsi; Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması layihəsi; Mingəçevir SES-in yenidənqurulması layihəsi; Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsi; "Şirvan şəhərində 780 Mvt gücündə Həmdövrəli Buxar-Qaz Elektrik Stansiyasının tikintisi" (Cənub) layihəsi. 23-24 iyun 2010-cu il tarixlərində Bakı şəhərində İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısı keçirilmişdir. Tədbirdə 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir. Toplantının keçirilməsində əsas məqsəd İslam İnkişaf Bankının fəaliyyəti ilə bağlı bir sıra sənədlərin təsdiq olunması, üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlığın yeni istiqamətlərinin müzakirə edilməsi olmuşdur. İllik Toplantı çərçivəsində 30-a yaxın iclas, o cümlədən Bankın və onun tərkibinə daxil olan qurumların İllik Toplantıları, Azərbaycan və MDB-də biznes imkanlarına dair İnvestisiya Konfransı, müxtəlif mövzularda seminar, forum və simpoziumlar keçirilmişdir. Tədbir iştirakçıları, o cümlədən İslam İnkişaf Bankı rəhbərliyinin və qonaqların ümumi rəyinə görə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısı yüksək səviyyədə təşkil olunmuşdur. Bununla əlaqədar, Bankın yüksək vəzifəli nümayəndələri tərəfindən Azərbaycan tərəfinə təşəkkür bildirilmişdir. Copyright © 2003 Pearson Education, Inc.
15
AZƏRBAYCAN-ABŞ BEYNƏLXALQ İNKİŞAF ANGENTLİYİ (USAID) ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Copyright © 2003 Pearson Education, Inc.
16
AZƏRBAYCAN-ABŞ BEYNƏLXALQ İNKİŞAF ANGENTLİYİ (USAID) ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Copyright © 2003 Pearson Education, Inc.
17
AZƏRBAYCAN-İSVEÇRƏNİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Korporativ İdarəetmə layihəsi (II Faza ) Tərəfdaşlar: Milli Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, özəl sektor. Müddəti: 2008 – 2010-cu illər Biznes Mühitinin Gücləndirilməsi layihəsi. Tərəfdaşlar: İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, özəl sektor. Müddəti: cü illər Maliyyə Proqramlaşdırılması layihəsi. Tərəfdaşlar: İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Neft Fondu. Müddəti: 2007 – 2013-cü illər Gəncə və Şəki üzrə Su və Kanalizasiya layihəsi. Benefisiar: Azərsu Açıq Səhmdar Cəmiyyəti. Müddəti: 2009 – 2012-ci illər Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi. Benefisiarlar: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Əmlakın İdarə edilməsi üzrə Dövlət Komitəsi Copyright © 2003 Pearson Education, Inc.
18
AZƏRBAYCAN-İSVEÇRƏNİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Mərkəzi Bank üçün Texniki Yardım və Təlim Proqramı Layihəsi. Benefisiar: Mərkəzi Bank Müddəti: 2003 – 2010-cu illər Maliyyə Xidmətlərinin İnkişafı layihəsi – Azərpoçtun potensialının artırılması. Benefisiarlar: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Bank, Maliyyə Nazirliyi. Müddəti: 2007 – 2010-cu illər Maliyyə Xidmətlərinin İnkişafı layihəsi – İstehlakçıların hüquqlarının müdafiəsi komponenti. Benefisiarlar: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank, Maliyyə Nazirliyi. Müddəti: 2009 – 2010-cu illər Birbaşa İpoteka Bazarının İnkişafı layihəsi. Tərəfdaşlar: Kommersiya bankları, Mərkəzi Bank. Müddəti: cu illər Hazırda Azərbaycan SECO-nun aşağıdakı regional layihələrində də iştirak edir: Dövlət Qiymətli Kağızlar Bazarının İnkişafı layihəsi. Layihə ölkələri Azərbaycan, Qırğızıstan, Tacikistan. Tərəfdaşlar: Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Əmtəə Birjası. Maliyyə infrastrukturunun İnkişafı layihəsi. Layihə ölkələri Azərbaycan, Qırğızıstan, Tacikistan, Özbəkistan. Tərəfdaşlar: Mərkəzi Bank və maliyyə sektorunun iştirakçıları. Müddəti: 36 ay Copyright © 2003 Pearson Education, Inc.
19
AZƏRBAYCAN-ALMANIYA HÖKUMƏTININ KFW BANKI ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
KfW Bankı ilə əməkdaşlıq: 1994-cü ildən başlamışdır. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətləri: enerji, su və digər növ infrastrukturunun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və sair layihələr. KfW Bankının maliyyə vəsaitləri hesabına icrada olan layihələr barədə: Açıq Kommunal İnfrastruktur proqramı – II (Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi); "Azərbaycan İES -İmişli elektrik verilişi xəttinin tikintisi" layihəsi. "Əmanətlərin sığortalanması sistemi" layihəsi Copyright © 2003 Pearson Education, Inc.
20
AZƏRBAYCAN-ALMANİYA TEXNİKİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ (GTZ) ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Özəl Sektorun Dəstəklənməsi Proqramı: Layihənin benefisiarı: İqtisadi İnkişaf Nazirliyi İcra müddəti:Yanvar 2004 – Dekabr 2011 Layihənin icraçısı: GTZ Layihənin məqsədi:Qeyri-neft sahəsində özəl sektorun inkişafı üçün şəraitin yaradılması Copyright © 2003 Pearson Education, Inc.
21
AZƏRBAYCANIN ƏRƏB FONDLARI İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ
Azərbaycanın Ərəb Fondları arasında OPEC Fondu və Səudiyyə İnkişaf Fondu ilə nisbətən daha sıx əməkdaşlıq edir. Hazırda OPEC Fondunun maliyyə vəsaitləri hesabına "Vəlvələçay-Taxtakörpü kanalının tikintisi" layihəsi həyata keçirilir. Səudiyyə İnkişaf Fondunun maliyyə vəsaiti hesabına isə aşağıdakı layihələr həyata keçirilir: Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması layihəsi; Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və genişləndirilməsi layihəsi; "Vəlvələçay-Taxtakörpü kanalının tikintisi" layihəsi Copyright © 2003 Pearson Education, Inc.
22
MƏNBƏLƏR www.president.az – Azərbaycan Respublikasının Prezidenti
– İqtisadi İnkişaf Nazirliyi – Azərbaycan haqqında portal – BMT Copyright © 2003 Pearson Education, Inc.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.