Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Böyrək çatışmazlığı.

Benzer bir sunumlar


... konulu sunumlar: "Böyrək çatışmazlığı."— Sunum transkripti:

1 Böyrək çatışmazlığı

2 Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı - böyrək parenximasına müxtəlif faktorların (ekzogen, endogen) təsiri nəticəsində əmələ gələn vəziyyət olub, böyrəklərin ekskretor, sekretor, filtrasiya funksiyalarının kəskin pozulması ilə müşayiət olunur

3 Etiologiyası Prerenal (hemodinamik) forma – böyrək qan
cərəyanının kəskin pozulması nəticəsində əmələ gəlir. Renal (parenximatoz) forma – böyrək parenximasının zədələnməsi nəticəsində əmələ Postrenal (obstruktiv) forma – sidiyin xaric olmasının kəskin pozulması nəticəsində əmələ Arenal forma – çox nadir forma olub, həyati göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin çıxarılması nəticəsində əmələ gəlir.

4 Etiologiyası

5 Etiologiyası Prerenal (hemodinamik) forma Renal (parenximatoz) forma
Postrenal (obstruktiv) forma Arenal forma 1) Şoklar (travmatik, anafilaktik, kardiogen, infeksion-toksiki, hemolitik) 2) Uzun müddətli sıxılma sindromu 3) Yanıqlar 4) Ürək çatışmazlığı 5) Dehidratasiya və elektrolitlərin itirilməsi 6) Qanaxma və infeksiya ilə fəsadlaşmış mamalıq patologiyası 7) Böyrək qan cərayanını azaldan dərman preparatlarının təsiri 1) Nefritlər (kəskin qlomerulonefrit , kəskin interstisial nefrit) 2) Birləşdirici toxumanın diffuz xəstəlikləri 3) Qudpasçer sindromu 4) Nefrotoksik maddələrin təsiri 5) Böyrək arteriyasının tromboz və emboliyası 6) Böyrək venasının trombozu 1) Sidik çıxarıcı yolların daşla obstruksiyası 2) Sidik çıxarıcı yolların şişlə obstruksiyası 3) Sidik çıxarıcı yolların böyümüş limfa düyünləri ilə obstruksiyası 4) Prostat vəzinin böyüməsi nəticəsində kəskin sidik ləngiməsinin əmələ gəlməsi 5) Sidik axarlarının qan laxtaları ilə okkluziyası Həyatı göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin xaric edilməsi nəticəsində əmələ gəlir

6 Patogenezi Sitokinlərin böyrəklərə zədələyici təsiri
Böyrək qan cərəyanı və yumaqcıq filtrasiyasının azalması, böyrəklərin işemiyası Na və suyun distal kanalcıqlara gəlməsinin azalması Kanalcıqların epitelinin apoptozu güclənməsi Disseminə olunmuş damar daxili laxtalanma sindromu inkişaf etməsi Böyrək kanalcıqları hüceyrələrində Ca-nin toplanması, onun ödemi və şişməsi Pielorenal və pielovenoz reflüksün inkişaf etməsi Kanalcıqlarda hidrostatik təzyiqin artması İnterstisiyanın ödemi Yumaqcıqlarda və kanalcıqlarda qan cərəyanının pozulması Tubulyar nekrozun əmələ gəlməsi

7 Təsnifatı Zədələnmə yerinə görə Prerenal Renal Postrenal

8 Təsnifatı Etiopatogenezinə görə Şok böyrəyi Toksiki böyrək
Kəskin infeksion böyrək Damar obstruksiyası Uroloji obstruksiya Arenal vəziyyət

9 Təsnifatı Gedişinə görə Faktorun təsirinin başlanğıc dövrü
Oliqoanuriya dövrü Diurezin bərpa olunması dövrü Sağalma dövrü

10 Təsnifatı Ağırlıq dərəcəsinə görə 1-ci dərəcə - yüngül
2-ci dərəcə - orta ağırlıqda 3-cü dərəcə - ağır

11 Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü
Oliqoanurik dövr Diurezin bərpa olunması dövrü Böyrək funksiyasının bərpa olunması dövrü

12 Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü:
Təxminən 1-2 gün davam edir Kollaps Diurezin azalması baş verir

13 Klinikası Oliqoanurik mərhələ
1 neçə gündən 3-4 həftəyə qədər davam edir Ümumi zəiflik İştahsızlıq Gündüz yuxululuq, gecə yuxusuzluq Ürək bulanma, qusma Sidik ifrazının azalması

14 Klinikası Dəri quru olur, qabıqlanır Dil quru olur
Uremik qastrit, kolit Qaraciyər böyüyə, funksiyası pozula, hətta qaraciyər çatışmazlığı inkişaf edə bilər

15 Klinikası Kəskin miokardit, az hallarda isə fibrinoz perikardit inkişaf edə bilər Ciddi hiperhidratasiya zamanı ağciyər ödemi müşahidə oluna bilər Tez-tez pnevmoniya inkişaf edir və abseslə ağırlaşa bilər Ağır hallarda Kussmaul tənəffüsü (asidozla əlaqədar) əmələ gəlir

16 Klinikası Baş ağrıları Əzələ dartılmaları Qıcolmalar Huşun pozulması

17 Klinikası Hiperkaliemiya Hiponatriemiya Hipokalsiemiya Hipoxloremiya
Hipermaqniemiya Hiperfosfatemiya Hipersulfatemiya

18 Klinikası Diurezin bərpa olunması dövrü
Diurez tədricən artmağa başlayır Yumaqcıq filtrasiyası bərpa olunur Kanalcıq reabsorbsiyası isə pozulmuş vəziyyətdə qalır Hüceyrədən kənar dehidratasiya və hüceyrə dehidratasiyası əlamətləri qeyd olunur Hipokaliemiya Hipomaqniemiya Hiponatriemiya müşahidə olunur

19 Klinikası Böyrək funksiyasının bərpa olunması dövrü
3-12 ay və daha çox davam edir Bu dövrdə kreatinin və sidik cövhərinin qanda səviyyəsi normal olur

20 Müalicəsi Əsas etioloji faktorların aradan qaldırılması
Travmatik şok zamanı - ağrısızlaşdırma, yaranın cərrahi işlənilməsi Hemorragik şok zamanı - qan əvəzedici məhlulların köçürülrməsi Nefrotoksik kəskin böyrək çatışmazlığında - mədə-bağırsağın təmizlənməsi, bu yolla uremik toksinlərin orqanizmdən çıxarılması Renal mənşəli KBÇ-da - böyrək xəstəliklərinin müalicəsi Sidik yollarının okklyuziyası fonunda əmələ gələn KBÇ – da - təcili nefrostomiya Massiv hemoliz zamanı - qan köçürülməsi Sepsis fonunda baş vermiş KBÇ-da - intensiv antibakterial terapiya

21 Şok əleyhinə tədbirlər
Dövr edən qanın həcminin bərpa edilməsi Poliqlükin - plazma əvəz edici preparatdır, tədricən damar divarından keçir, hemodinamik təsir göstərir, AT-ni tez yüksəldir. Reopoliqlükin - dekstranın 10%-li məhluludur. Preparat mayenin toxumalardan qan dövranına keçməsinə şərait yaradır, dövr edən qanın həcmini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır.V/d damcı üsulu ilə istifadə edilir ( ml). Şok zamanı dövr edən qanın həcmini bərpa etmək üçün - zülal preparatları - Yeni hazırlanmış plazmanın v/d. damcı üsulu ilə köçürülməsi

22 Şok əleyhinə tədbirlər
Beta adrenostimulyatorların vena daxilinə istifadəsi Dopamin (dopmin) - beta-adrenoreseptorları stimulyasiya etməklə miokardın yığılma qabiliyyətini artırır, böyrək qan cərəyanını artırmaqla, yumaqcıq filtrasiyasını yaxşılaşdırmaqla diurezi artırır. 200 mq (5 ampula) dopmini 5%-li 400 ml qlükoza yaxud NaCl-da həll edib v/d. damcı üsulu ilə yeridilir. Dopmin böyrək qan cərəyanını yaxşılaşdırır, AT-ni yüksəldir Dopmin dozasının çox olması fonunda böyrək arteriyalarının daralmasına görə böyrək qan cərəyanı pisləşə bilər.

23 Şok əleyhinə tədbirlər
Prednizolonun istifadə edilməsi Qlükokortikoidlərin istifadəsi - autoimmun proseslər fonunda əmələ gələn KBÇ-da məsləhət görülür. Prednizolonu 3-5 mq/kq dozada istifadə etmək olar. Qlükokortikoidləri həmçinin hemolitik mənşəli KBÇ-da da tətbiq etmək olar. Arterial hipotenziya ilə müşayiət olunan KBÇ-da da mq prednizolondan v/dax. axınla istifadə etmək olar, sonra isə saxlayıcı doza təyin edilir.

24 Şok əleyhinə tədbirlər
Xəstələrdə şok vəziyyəti 4-5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.

25 Diuretiklərin istifadə edilməsi
Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir. Furosemid Na və suyun geriyə sorulmasını blokada etməklə böyrək damarlarını genişləndirir, diurezi artırır. KBÇ-da furosemid v/d. yeridilməklə 2 mq/kq (8 ampula-160 mq) dozadan başlanır, əgər 1 saat ərzində effekt olmazsa, təkrar preparatı 1 mq/kq dozaya (40 ampula-800 mq) qədər vena daxilinə vurmaq olar. Furosemidin böyük dozalarının toksiki effekti əmələ gələ və böyrək çatışmazlığı proqressivləşə bilər.

26 Diuretiklərin istifadə edilməsi
Mannitol böyrək kanalcıqlarında sidiyin osmotik təzyiqini artırmaqla suyun reabsorbsiyasını azaldır, yumaqcıq filtrasiyasını, böyrək qan cərəyanını yaxşılaşdırır. Əgər KBÇ olan xəstələrdə mannitolun istifadəsindən sonra diurez artmırsa, onu sonra istifadə etmək lazım deyil, çünki mannitolun artıq tətbiq edilməsi nəticəsində hipervolemiya, ağciyərlərin və beynin ödemi əmələ gələ bilər. Mannitolun 10-20% məhlulunu 5%-li qlükoza məhlulunda həll etməklə vena daxilinə damcı üsulu ilə yaxud v/dax. Axınla yavaş-yavaş 1 q/kq dozada istifadə etmək olar. Mannitolla bərabər vena daxilinə 200 mq furosemidin vurulması da məsləhətdir.

27 Antikoaqulyantların təyinatı
KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur. DDDL sindromunun hiperkoaqulyasiya dövründə heparin hər 6 saatdan bir vah./kq dozada təyin edilir. DDDL sindromunun 2-ci (hemorragik) fazasında təzə hazırlanmış plazma və proteolitik fermentlərin inhibitorları v/dax. vurulur.

28 KBÇ-nın oliqoanurik fazasının müalicəsi
Bu mərhələdə ölüm daha çox Hiperhidratasiyadan Hiperkaliemiyadan Tənəffüsün və qan dövranının pozulması ilə müşayiət olunan metabolik asidozdan Hiperazotemiyadan ola bilər.

29 Zülal metabolizminin azalması və orqanizmin energetik tələbatının təmin edilməsi
Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidrat və yağlardan təşkil olunmalıdır. Zülal katabolizmini azaltmaq üçün anaboliklərdən-retabolil ə/dax. 1 ml-dən həftədə 1 dəfə, kişilərə testosteron propionat 100 ml/gün dozada ə/dax. istifadə edilir. Zülal katabolizmini azaltmaq üçün həmçinin proteolitik fermentlərin inhibitorları: kontrikal, trasilol TV v/dax. damcı üsulu ilə ml 5%-li qlükoza məhlulunda gündə 1 dəfə 4-5 gün ərzində köçürülə bilər.

30 Mayenin optimal balansının təmin edilməsi
Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz Mayenin artıq miqdarda infuziyası hidremiyanı artıra, su zəhərlənməsi yarada bilər Xəstədə diurez olmadıqda yaxud oliqouriya olduqda, gün ərzində ml maye köçürülməsi məsləhət görülür Xəstəyə mayeni daxilə də vermək olar Eyni zamanda v/dax %-li qlükoza yaxud Ringer məhlulunu köçürmək olar. Qlükoza zülal katabolizmini azaldır, ketoasidozım qarşısını alır

31 Elektrolit pozğunluqlarının korreksiyası
Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s.). Bu məqsədlə ml 40%-li qlükoza məhlulunun 40 vahid insulinlə v/dax. vurulması məsləhətdir. Ağır hiperkaliemiya zamanı 5%-li ml NaCl yaxud laktat məhlullarını v/dax. istifadə etmək olar. Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır, çünki Na-un dozası çox olduqda ağciyərlərin ödemi əmələ gələ bilər.

32 Elektrolit pozğunluqlarının korreksiyası
Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, NaHCO3 məhlulunu v/dax. istifadə etmək olar. Aparılan tədbirlər effektsiz olduqda hemodializ müalicəsi məsləhət görülür. Hipokalsiemiyanın qarşısını almaq üçün isə v/dax. 10%-li kalsi qlükonatdan ml v/dax. istifadə edilir. Hiponatriemiya adətən hidremiya ilə əlaqədar olur. Bu zaman hüceyrələrdə K Na ilə əvəz edilir. Hiperkaliemiya, hidremiya aradan qaldırdıqda hiponatriemiya da normallaşır.

33 Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası
KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir. Metabolik asidoz zamanı K hüceyrə daxilindən çıxır və Na hüceyrə daxilinə keçir. KBÇ zamanı nadir hallarda metabolik alkaloz inkişaf edə bilər ki, bu da özünü qusma, ishal, hiperventilyasiya ilə göstərir.

34 Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası
Asidozun müalicəsi 4,2% NaHCO3 məhlulu hər kq çəkiyə 4 ml hesabi ilə köçürülürə bilər NaHCO3 məhlulunun təsirindən asidoz azalan zaman Ca-nın qan zərdabında səviyyəsi azalmaqla qıcolma əmələ gətirə bilər Onun qarşısını almaq üçün isə Ca qlükonatın 10%-li məhlulu 20 ml v/dax. vurula bilər

35 Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası
Alkalozun müalicəsi Ca qlükonatın 10%-li məhlulundan 50 ml-ə qədər v/dax istifadə olunur.

36 Dezintoksikasiya edici müalicə
Dezintoksikasiya məqsədilə hemodez, qlükoza, ringer məhlullarından istifadə etmək olar, ancaq KBÇ olan xəstələrdə hiperhidratasiya olduğundan bu preparatların böyük dozalarda istifadəsi məhdudlaşdırılmalıdır KBÇ-nin müalicəsində hemodializin tətbiqi ən effektiv üsullardan hesab edilir Əgər xəstələrdə hemodializ müalicəsini aparmaq mümkün deyilsə, bu zaman hemofiltrasiya üsulundan istifadə etmək olar

37 Antibiotiklərin istifadə edilməsi
KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir. Antibiotiklərin istifadə edilməsi zamanı nefrotoksiklik, böyrək funksiyasının pozulmasının dərəcəsi, preparatın farmakokinetikası nəzərə alınmalıdır.

38 Diurezin bərpa olunması dövründə müalicə
Qidalanma rejimi Diurezin bərpa olunması dövründə xəstələrin qidalanması rejimi genişləndirilməlidir Kifayət qədər zülal qəbulu məsləhət görülür Xörək duzunu məhdudlaşdırmağa ehtiyac olmur Qida vitaminlə, minerallarla zəngin olmalıdır Vitamin çatışmazlığı dövrlərində polivitamin preparatlarından istifadə etmək olar Poliuriya fazasında xəstələr 2-3 l və ondan artıq maye qəbul edə bilərlər ki, kifayət qədər diurez olsun.

39 Su balansı pozğunluğunun korreksiyası
Hüceyrədən kənar dehidratasiyanın müalicəsi NaCl-u daxilə qəbul etmək lazımdır (xaric edilən hər litr sidiyə təxminən 2 qram hesabı ilə) NaCl-un 0,9%-li məhlulunun v/dax. yeridilməsi (gün ərzində 2-3 litr) v/dax plazma, albuminin istifadə edilməsi

40 Su balansı pozğunluğunun korreksiyası
Hüceyrə dehidratasiyasının müalicəsi Gün ərzində xaric edilən sidiyin miqdarından çox mayenin daxilə qəbul edilməsi v/dax. 3-5 litr 5%-li qlükozanın damcı üsulu ilə köçürülməsi NaCl məhlullarının, hipertonik məhlulların v/dax. yeridilməsi

41 Ümumi dehidratasiya zamanı müalicə
5%-li qlükoza məhlulu v/dax. köçürülür Sonra isə NaCl-un izotonik məhlulu v/dax. yeridilir NaCl, qlükozanın hipertonik məhlulları, kolloid məhlulların istifadəsi əks göstərişdir

42 Elektrolit balansı pozğunluğunun müalicəsi
KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər. Bu dövrdə qan zərdabında Ca-nin səviyyəsi normallaşır. Hipokaliemiya və hiponatriemiyanı korreksiya etmək üçün müvafiq elektrolitlər təyin edilir. Eyni zamanda tərkibi K ilə zəngin olan məhsulları da istifadə etmək olar (portağal, mandarin, süd, kartof, qara gavalı, banan və s.).

43 İnfeksion ağırlaşmaların müalicəsi
KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar. Antibiotiklərin təyin ediləcək dozaları böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilməlidir.

44 Anemiyanın müalicəsi Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir. Hb-nin səviyyəsi 50 g/l-dən aşağı olarsa xəstələrə eritrosit kütləsinin köçürülməsi məsləhətdir.

45 Bərpa dövründə müalicə
Böyrəklərin funksional vəziyyətinin göstəricilərinə Gündəlik diurezə Qan zərdabında elektrolitlərin səviyyəsinə Azotemiyaya Qanın ümumu analizinə nəzarət olunmalıdır

46 Xroniki böyrək çatışmazlığı
Xroniki böyrək çatışmazlığı – tədricən əmələ gələn, getdikcə proqresivvləşən, nefronların funksiyasının və miqdarının azalması, böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan xəstəlikdir.

47 Etiologiyası Xroniki qlomerulonefritlər Xroniki pielonefrit
Diabetik qlomeruloskleroz Böyrəklərin polikistozu Böyrək daşı xəstəliyi Birləşdirici toxumanın diffuz xəstəlikləri Prostat vəzinin adenoması və xərçəngi Böyrəklərin amiloidozu Böyrəklərin kistası Böyrəklərin vərəmi Hipertoniya xəstəliyi Böyrək və sidik çıxarıcı yolların anomaliyaları Podaqra və s.

48 Patogenezi Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir Nefronların miqdarı azalır, onlar atrofiyalaşır, büzüşürlər Böyrəklərin kompensator imkanları tükənir Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir Xəstəlik fonunda yumaqcıqların çox hissəsi boşalır, kanalcıqlar atrofiyalaşır Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır Bu dəyişikliklər nefronlar üzərinə osmotik yükün artması, eyni zamanda henle ilgəyinin zədələnməsi ilə əlaqədardır Kanalcıqların sekretor funksiyası azalır, xəstəliyin terminal mərhələsində bu göstərici 0-a bərabər olur Beləliklə, böyrəklərin sidik əmələ gətirmə, xaric etmə, qanyaratma və s. funksiyaları kobud şəkildə pozulur və XBÇ-nin simptomatologiyası əmələ gəlir

49 Təsnifatı Xəstəliyin gedişində 2 mərhələ ayırd edilir:
Konservativ mərhələ - yumaqcıq filtrasiyası 40 ml/dəq-dək enir Terminal mərhələ - yumaqcıq filtrasiyası 15 ml/dəq-dək enir. Bu zaman qanın böyrəkdən kənar təmizlənmə üsulLARIndan (hemodializ, PERİTONEAL DİALİZ) yaxud böyrək transplantasiyası əməliyyatından istifadə olunur

50 Klinikası Xəstələr ləng, apatik, yuxulu olurlar
Dəri quru, sifət şişkin olur Əzələ zəifliyi (hipokaliemiya ilə əlaqədar olaraq), asidotik tənəffüs, əzab verici dəri qaşınması ( uremik toksinlərin dəridəki sinir uclarını qıcıqlandırması nəticəsində) Bəzən əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar) Osteopoz, “ikincili podagra”, uremik plevrit, perikardit. Perikardın sürtünmə küyü - “uremikin ölüm zəngi”. Bu əlamətin olması xəstəliyin finalının yaxınlaşdığını göstərir

51 Klinikası Arterial hipertenziya, uremik vaskulit, qastrit, enterokolit
Ürəkbulanma, qusma, iştahasızlıq, ağızda quruluq, yanğı hissinin olması, hipotermiya, uremik artrit (sidik turşusunun artması ilə əlaqədar) Böyrəklərin eritropoetin əmələ gətirmək fuksiyasının pozulması nəticəsində azotemik (ikincili, toksiki) anemiya Preterminal mərhələyə qədər poliuriya, terminal fazada isə oliqoanuriya

52 Diaqnostikası Qanın ümümi analizindəki dəyişikliklər: Hb-nin azalması
Eritrositlərin azalması Leykositoz Trombositopeniya EÇS-in artması

53 Diaqnostikası Qanın biokimyəvi müayinəsi
Qan zərdabında kreatinin, sidik cövhərinin səviyyəsi artır Ümumi zülalın miqdarı etioloji xəstəliklə əlaqədar olaraq dəyişə bilər Xəstəliyin terminal mərhələsində hiperkaliemiya, preterminal mərhələsinə qədər hipokaliemiya müşahidə edilə bilər Hipokalsiemiya, hipermaqniemiya, hiperfosfatemiya Hiperurikemiya

54 Diaqnostikası USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür. Bağırsaqlar yaxşı təmizlənərsə - ümumi rentgenoqrafiya vasitəsilə də böyrəklərin ölçülərinin kiçilməsini müəyyən etmək olar.

55 Diaqnostikası

56 Müalicəsi Pəhriz Qəbul edilən zülalların miqdarı məhdudlaşdırılmalıdır
Qidanın tərkibi əsasən karbohidrat və yağlardan ibarət olmalı, qida mikroelement və vitaminlərlə zəngin olmalıdır Qəbul edilən fosfatların miqdarı azaldılmalıdır NaCl, su və K-nin qəbuluna nəzarət edilməlidir

57 Müalicəsi Bağırsaqların təmizlənməsi - NaHCO3 məhlullu imalələrdən istifadə edilir. Xəstələrin müalicəsində eyni zamanda sorbit, ksiliti ( 50 qram sorbit verməklə stulu tezləşdirmək və bu yolla uremik intoksikasiyanı azaltmaq mümkündür) də tətbiq etmək olar. Zəif soda məhlulu ilə mədənin yuyulması

58 Müalicəsi XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3-4 həftə ərzində ). Bitki mənşəli preparatlar ( xofitol, lespenefril ) da xəstəliyin başlanğıc mərhələlərində azotemiyanı azalda bilər. Dezintoksikasiya məqsədilə isə 5%-li qlükoza , hemodez, 0,9%-li NaCl məhlulları v/dax. yeridilə bilər.

59 Müalicəsi Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur. Bu zaman AÇFİ, ARA, Ca ionlarının blokatorlarından, beta- adrenoblokatorlardan istifadə etmək olar. AÇFİ və ARA-nın istifadəsi zamanı qan zərdabında K-nin və kreatininin səviyyəsinə nəzarət etmək lazımdır.

60 Müalicəsi Qan zərdabında kreatininin səviyyəsi 200 mmol/l.-dən artıq olduqda- tiazid və tiazidə bənzər diuretiklərin (hidrochlortiazid, indapamid) istifadə edilməsi məsləhət görülmür, çünki onlar yumaqcıq filtrasiyasını pisləşdirməklə uremiyanı artıra bilərlər. İlgər diuretikləri əsasən diuretik məqsədlə istifadə edilir ( furosemid, laziks, uregit). XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir. MgSO4-ün krizlərdə istifadəsi məsləhət görülmür, çünki bu qrup xəstələrdə hipermagniemiya olur.

61 Müalicəsi Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan (rekombinat eritropoetin) istifadə edilir. 1 ampulada 1000 TV olur. Preparatın başlanğıc dozası 20 TV/kq-dan həfdədə 3 dəfə dəri altına təyin edilir, effekt olmadıqda hər ay 3 inyeksiya artırılır. Preparatın maksimal dozası 720 TV/kq/ həftə hesab edilir. Hemoqlobinin səviyyəsi artandan sonra saxlayıcı doza seçilir.

62 Müalicəsi Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur. Testosteron ə/dax mq 5%-li məhluldan həfdədə 1 dəfə, sustanon isə ə/dax mq 10%-li məhluldan həfdədə 3 dəfə vurulur. Dəmir preparatlarını ( tablet şəklində ) da bu məqsədlə uzun müddət ərzində istifadə etmək olar. Ağır formalı anemiyalarda (Hb 50 q/l-dən aşağı olduqda) qan köçürülməlidir.

63 Müalicəsi XBÇ olan xəstələrdə uremik osteodistrofiya əmələ gəlir, yəni qanda kalsiumun miqdarı azalır, fosfor isə artır. Bu məqsədlə Ca qlükonat 10%-dən ml. v/dax. istifadə edilməlidir. Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar. Almagelin tərkibində olan alüminium hidroksid bağırsaqlarda fosforla həll edilməyən birləşmə əmələ gətirir və bağırsaqlardan xaric olur.

64 Müalicəsi XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır. Aminoqlikozidlərin ( gentamisin, kanamisin, amikasin, streptomisin) istifadəsi məsləhət görülmür, çünki onların güclü nefrotoksik təsirləri vardır. Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür. Nitrofuran birləşmələrinin və nalidiks turşusu preparatlarının yalnız XBÇ-nın kompensasiya və latent mərhələsində təyin edilməsi tövsiyyə olunur.

65 Müalicəsi XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializ və böyrək transplantasiyası üsullarından istifadə edilməlidir.

66 Müalicəsi Hemodializin aparılmasına göstərişlər:
Yumaqcıq filtrasiyası 5 ml/ dəq-dən az olduqda Qan plazmasında sidik cövhərinin konsentrasiyası >35 mmol/l olduqda Plazmada kreatinin səviyyəsi >1 mmol/l olduqda Kalinin qan zərdabında konsentrasiyası >6 mmol/l olduqda Oliqoanuriya yaranarsa Ağciyərlərin ödemi, fibrinoz yaxud nadir hallarda eksudativ perikardit əmələ gələrsə Periferik neyropatiya əlamətləri artarsa

67 Müalicəsi Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar. Böyrək transplantasiyasının yaşdan yuxarı yaşı olan, şəkərli diabetli xəstələrə aparılması məqsədəuyğun deyildir, çünki bu zaman donor böyrəyinin uyğunlaşmamaq ehtimalı çox olur. Transplantasiya zamanı donor böyrəyi HLA-antigen sistemi ilə seçilir.

68 Müalicəsi Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, avtomobil qəzasında ölmüş xəstələrdən götürürlər. Statistik məlumatlara görə, hemodializ və böyrək transplantasiyası üsullarını tətbiq etməklə xəstələrin ömürlərini ilə qədər artırmaq, xəstələrdə proqnozu və xəstələrin həyat keyfiyyətlərini yaxşılaşdırmaq mümkündür.

69 Proqnozu Xəstəliyin gedişi tədricən proqressivləşəndir

70 Profilaktikası Xəstəliyin əmələ gəlməsində etoloji rol
oynayan xəstəliklər vaxtında, adekvat müalicə olunmalıdırlar.


"Böyrək çatışmazlığı." indir ppt

Benzer bir sunumlar


Google Reklamları