Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

İnformasiyanın emal texnologiyaları.

Benzer bir sunumlar


... konulu sunumlar: "İnformasiyanın emal texnologiyaları."— Sunum transkripti:

1 İnformasiyanın emal texnologiyaları.
Qrup: 576 Ələkbərova Nərmin Xıdırzadə Hikmət Quliyeva Mədinə Nəbiyev Ayxan Ağabəyov Ülvi

2 İnformasiyasız yaşamaq mümkün deyil
İnformasiyasız yaşamaq mümkün deyil. İnsanlar keçdiyi uzun təkamül yolunda informasiya onun həmişə köməyi olub və indi də köməkçisidir

3 İnformasiya- öyrənilən obyektlər və hadisələr haqqında olan bilikləri göstərir.
Kütləvi informasiya vasitələri: Qəzetlər Televiziya  Radio Jurnallar və s.

4 Bəşər tarixində bir neçə informasiya tərəqqisi olub
Bəşər tarixində bir neçə informasiya tərəqqisi olub. Bəs onlar hansılardı? İlk informasiya tərəqqisi yazının meydana gəlməsi Çap dəzgahının ixtirası və kitab çapının yaranması Beləliklə “ komputerin “ yaranması bəşər təfəkkürünün ən böyük nailiyyətlərindən biri oldu və bu ücüncü böyük tərəqqisi olmuşdur.

5 İnformasiya prosesləri
İnformasiya proseslərinə— informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması —öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.

6 İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompyuterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur. İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı  — başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

7 İnformasiyanın emal qurğuları
1642-ci ildə Paskal ədədi informasi­ya­nın emalı üçün dişli çarxlardan yığılmış hesablayıcı maşın düzəltdi. 1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı. 1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi. Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib addım idi. 1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi. 1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir EHM-lərin bütün əsas hissələrinə malik idi. 1874-cü ildə Peterburqlu mexanik V.Odner yeni arifmometr yaratdı. “Feliks” arifmometri Odner maşınının modifikasiyası idi. 1983-cü ildə müxtəlif növ informasiyanın emalı üçün universal elektron qurğunun yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompü­terlər idi. 2000-ci ildə informasiya emalının “ağılda” emalı üçün qurğu yaradıldığı barədə məlumat verildi. Suanpan” adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində yaradılmışdır. “Soroban” adlı ədədi informasiya emalı qurğusu cü ildə Yaponiyada yaradılmışdır. Buna abak da deyilir. Yaponca “hesab taxtası” deməkdir. “Soroban” ən müasir kom­pü­terlərlə təchiz edilmiş Yaponiyada bugün də istifadə edilir cü ildə Leonardo da Vinçi Yapon abakının modifikasiyası olan cəmləyici qurğu düzəlt­mişdir. 10 dişli çarxlardan qurulmuş bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi. 1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi. 1622-ci ildə ingilis həvəskar- riyaziyyatçısı Uilyam Otred ədədi informasi­ya­nın emalı üçün dairəvi loqarifm xətkeşi yaratdı. Bunun sadəliyinə baxmayaraq mürəkkəb hesablamalar aparmağa imkan verirdi. Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4 hesab əməlini yerinə- yetirirdi.

8

9 İnformasiya 1 2 3 Elmdə: Qeyri-müəyyənliyi aradan qaldırır Məişətdə:
Ətrafda olan hadisələr haqqında məlumatlar 2 Texnikada: Işarə və siqnallar şəklində ötürülən məlumatlar 3 Elmdə: Qeyri-müəyyənliyi aradan qaldırır


"İnformasiyanın emal texnologiyaları." indir ppt

Benzer bir sunumlar


Google Reklamları