Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Yaşayış Minimumunun Ölçülməsi

Benzer bir sunumlar


... konulu sunumlar: "Yaşayış Minimumunun Ölçülməsi"— Sunum transkripti:

1 Yaşayış Minimumunun Ölçülməsi
24 Yaşayış Minimumunun Ölçülməsi Dr. Elşən BAĞIRZADƏ

2 Yaşayış Minimumunun Ölçülməsi
İnflyasiya iqtisadiyyatdakı ümumi qiymət səviyyəsinin qalxdığı situasiyanı ifadə edir. İnflyasiya dərəcəsi qiymət səviyyəsində əvvəlki dövrə nisbətən faiz dəyişikliyidir.

3 İSTEHLAKÇININ QİYMƏT İNDEKSİ
İstehlakçının qiymət indeksi (İQİ) tipik istehlakçı tərəfindən alınan əmtəə və xidmətlərin ümumi dəyərinin ölçüsüdür. Əmək Statistika Bürosu hər ay istehlakçının qiymət indeksini hesablayır. Büro zaman keçdikcə yaşayış minimumunda nəzərə çarpan dəyişiklikləri izləyir.

4 İSTEHLAKÇININ QİYMƏT İNDEKSİ
İstehlakçının qiymət indeksi qalxdıqda, tipik ailə eyni həyat səviyyəsini saxlamaq üçün daha çox pul xərcləməlidir.

5 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
Səbətin Müəyyən Edilməsi: Hansı qiymətlərin tipik alıcı üçün daha əhəmiyyətli olduğu müəyyənləşdirilir. Əmək Statistika Bürosu (ƏSB) tipik istehlakçının aldığı əmtəə və xidmətlər səbətini müəyyən edir. ƏSB bu əmtəə və xidmətlərin qiymətinin ölçülməsini təhlil etmək üçün aylıq istehlakçı sorğuları aparır.

6 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
Qiymətlərin Tapılması: Hər bir zaman nöqtəsi üzrə səbətdəki hər bir əmtəə və xidmətlərin qiymətlərinin tapılmasıdır.

7 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
Səbətin Dəyərinin Tapılması: Müxtəlif vaxtlarda əmtəə və xidmətlər səbətinin dəyərinin hesablanması üçün qiymətlərə dair məlumatların istifadə edilməsidir.

8 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
Baza İlinin Seçilməsi və İndeksin Hesablanması: İllərdən biri baza ili olaraq təyin edilir. İndeksi hesablamaq üçün əmtəə və xidmətlər səbətinin hər bir il üzrə qiyməti, baza ilindəki səbətin qiymətinə bölünür və sonra onların nisbəti 100-ə vurulur.

9 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
İnflyasiya Səviyyəsinin Hesablanması: Qiymət indeksində əvvəlki dövrə nisbətən faiz dəyişikliyi olan inflyasiya dərəcəsinin hesablanmasıdır.

10 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
İnflyasiya Dərəcəsi İnflyasiya dərəcəsi aşağıdakı kimi hesablanır: 2-ci ildəki İQİ – 1-ci ildəki İQİ 2-ci ildəki inflyasiya dərəcəsi= X 100. 1-ci ildəki İQİ

11 Cədvəl 1 İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Misal
Copyright©2004 South-Western

12 Cədvəl 1 İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Misal
Copyright©2004 South-Western

13 Cədvəl 1 İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Misal
Copyright©2004 South-Western

14 Cədvəl 1 İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Misal
Copyright©2004 South-Western

15 Cədvəl 1 İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Misal
Copyright©2004 South-Western

16 İstehlakçının Qiymət İndeksi Necə Hesablanır
İstehlakçının Qiymət İndeksinin və İnflyasiya Səviyyəsinin Hesablanması: Digər Misal Baza İli 2002-ci ildir. 2002-ci ildə əmtəə səbətinin qiyməti - $1,200. 2004-cü ildə eyni səbətin qiyməti - $1,236. İQİ = ($1,236/$1,200)  100 = 103. 2002 və 2004-cü illər arasında qiymətlər 3 faiz qalxmışdır.

17 Əmək və Xidmətlərin Tipik Səbəti
16% Qida və içkilər 41% Mənzil 17% Nəqliyyat 6% Təhsil və Rabitə Tibb Xidməti 6% İstirahət 6% Geyim 4% Digər əmtəə və xidmətlər 4% Copyright©2004 South-Western

18 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
İstehlakçının qiymət indeksi davamlı həyat səviyyəsinin saxlanılması üçün gəlirlərin nə qədər artmalı olduğunu müəyyən etməyə çalışır. Lakin, istehlakçının qiymət indeksi yaşayış minimumunun hesablanması üçün mükəmməl ölçü vasitəsi deyil.

19 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
Əvəzetmə meyli Yeni əmtəələrin bazara daxil olması Ölçülməyən keyfiyyət dəyişikliyi

20 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
Əvəzetmə Meyli Qiymətlər bir ildən digərinə nisbətən dəyişdikdə proporsional şəkildə dəyişmir. Bəzi qiymətlər digərlərinə nisbətən daha çox dəyişir. Yəni, istehlakçılar bəzi əmtəələri nisbətən daha ucuz əmtəələrlə əvəzləyirlər. İQİ dəyişməz əmtəə səbəti əsasında hesablandıqda, istehlakçının əvəzetməsi ehtimalı nəzərə alınmır və bu səbəbdən, bir ildə digər ilə nisbətən yaşayış minimumundakı artımı şişirdir.

21 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
Yeni Əmtəələrin Bazara Daxil Olması Səbət bazara yeni əmtəələrin daxil olması ilə alıcılıq qabiliyyətində baş verən dəyişikliyi əks etdirmir. Bazara yeni əmtəələr daxil olduqda istehlakçının çeşidlər arasında seçim imkanı artır. Daha böyük çeşid hər bir dolları daha dəyərli etdiyindən, hər hansı müəyyən həyat səviyyəsinin saxlanılması üçün istehlakçıya daha az dollar lazım olur.

22 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
Ölçülməyən Keyfiyyət Dəyişikliyi Əgər keyfiyyət ildən ilə yaxşılaşırsa, hətta həmin əmtəənin qiyməti eyni qaldıqda belə dolların dəyəri artır. Əgər əmtəənin keyfiyyəti ildən ilə pisləşirsə, hətta həmin əmtəənin qiyməti eyni qaldıqda belə dolların dəyəri düşür. ƏSB keyfiyyət dəyişikliyini nəzərə alaraq əmtəənin qiymətini uyğunlaşdırmağa çalışır, lakin keyfiyyəti ölçmək çox çətindir.

23 Yaşayış Minimumunun Hesablanması ilə Bağlı Problemlər
Əvəzetmə meyli, yeni əmtəələrin bazara daxil olması və ölçülməyən keyfiyyət dəyişiklikləri İQİ-nin həqiqi yaşayış minimumunu şişirtməsinə səbəb olur. Bir çox dövlət proqramları qiymətlərin ümumi səviyyəsindəki dəyişiklikləri nəzərə almaq üçün, istehlakçının qiymət indeksindən istifadə etdiyinə görə bu məsələ çox vacibdir. İQİ inflyasiyanı hər il üçün təxminən 1 faizə qədər şişirdir.

24 ÜDM Deflyatoru İstehlakçının Qiymət İndeksinə Qarşı
ÜDM deflyatoru aşağıdakı kimi hesablanır: Nominal ÜDM x 100 ÜDM deflyatoru = Real ÜDM

25 ÜDM Deflyatoru İstehlakçının Qiymət İndeksinə Qarşı
ƏSB digər qiymət indekslərini hesablayır: Ölkə daxilində müxtəlif regionlar üçün indeksləri. İstehsalçının qiymət indeksi – istehlakçılardan fərqli olaraq, firmalar tərəfindən alınan əmtəə və sərvətlərin səbətinin dəyərini ölçür.

26 ÜDM Deflyatoru İstehlakçının Qiymət İndeksinə Qarşı
İqtisadçı və siyasətçilər qiymətlərin nə qədər sürətlə artdığını müəyyən etmək üçün həm ÜDM, həm də istehlakçının qiymət indeksini izləyirlər. Onları bir-birindən ayıran iki əhəmiyyətli fərq var.

27 ÜDM Deflyatoru İstehlakçının Qiymət İndeksinə Qarşı
ÜDM deflyatoru ölkədə istehsal edilmiş bütün əmtəə və xidmətlərin qiymətini əks etdirdiyi halda... …istehlakçının qiymət indeksi istehlakçı tərəfindən alınmış bütün əmtəə və xidmətlərin qiymətini əks etdirir.

28 ÜDM Deflyatoru İstehlakçının Qiymət İndeksinə Qarşı
İstehlakçının qiymət indeksi, dəyişməz əmtəə və xidmətlər səbətinin qiymətini baza ilindəki səbətin qiyməti ilə müqayisə edir (yalnız nadir hallarda ƏSB əmtəə səbətini dəyişir)... ÜDM deflyatoru isə, cari olaraq istehsal edilən əmtəə və xidmətlərin qiymətlərini həmin əmtəə və xidmətlərin baza ilindəki qiymətləri ilə müqayisə edir.

29 Təsvir 2 İnflyasiyanın İki Ölçüsü
İllik faiz 15 İQİ CPI 10 GDP deflator 5 ÜDM Deflyatoru 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright©2004 South-Western

30 İNFLYASİYANIN EFFEKTLƏRİ ÜÇÜN DƏYİŞKƏNLƏRƏ DÜZƏLİŞ EDİLMƏSİ
Müxtəlif zaman nöqtələrində pulla ifadə edilən rəqəmləri müqayisə edərkən inflyasiyanın effektlərinə düzəliş edilməsi üçün qiymət indekslərindən istifadə edilir .

31 Müxtəlif Vaxtlarda Pulla İfadə Edilmiş Rəqəmlər
Beyb Rutun 1931-ci ildə aldığı məvacibi 2001-ci ildəki qiymətlərlə müqayisə etmək üçün aşağıdakı hesablamanı aparaq:

32 Cədvəl 2 Bütün Zamanların Ən Məşhur Filmləri, İnflyasiyaya Uyğunlaşdırılmış
Copyright©2004 South-Western

33 İndeksləşdirmə Dollarla ifadə olunmuş hər hansı məbləğə qanun və ya müqavilə ilə inflyasiya effektəri üzrə avtomatik düzəliş edilirsə, bu məbləğ inflyasiya üzrə indeksləşdirilmiş hesab edilir.

34 Real və Nominal Faiz Dərəcələri
Faiz, keçmişdə baş vermiş pul köçürməsinə görə gələcəkdə edilən ödənişdir.

35 Real və Nominal Faiz Dərəcələri
Nominal faiz dərəcəsi adətən inflyasiyanın effektlərinə görə korrektə edilmədən elan edilən faiz dərəcəsidir. Bu bankın verdiyi faiz dərəcəsidir. Real faiz dərəcəsi inflyasiyanın effektlərinə görə korrektə edilmiş faiz dərəcəsidir.

36 Real və Nominal Faiz Dərəcələri
Siz bir il müddətinə $1,000 məbləğində borc götürmüsünüz. Nominal faiz dərəcəsi 15% idi. Bir il müddətində inflyasiya 10% olmuşdur. Real faiz dərəcəsi = Nominal faiz dərəcəsi – İnflyasiya = 15% - 10% = 5%

37 Təsvir 3 Real və Nominal Faiz Dərəcələri
Faiz Dərəcəsi (illik faizlə) 15 10 Nominal faiz dərəcəsi Nominal interest rate 5 Real interest rate Real faiz dərəcəsi –5 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright©2004 South-Western

38 Xülasə İstehlakçının qiymət indeksi əmtəə və xidmətlər səbətinin, baza ilindəki eyni səbətin qiymətinə nisbətən dəyərini göstərir. Bu indeksdən iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün istifadə edilir. İQİ-dəki faiz dəyişikliyi inflyasiya dərəcəsini göstərir.

39 Xülasə İstehlakçının qiymət indeksi aşağıdakı üç səbəbdən yaşayış minimumunun qiymətinin hesablanması üçün natamam ölçü vahidi hesab edilir: əvəzetmə meyli, yeni əmtəələrin bazara daxil olması və əmtəə və xidmətlərin keyfiyyətində ölçülə bilməyən dəyişikliklər. Bu problemlər səbəbindən İQİ həqiqi illik inflyasiyanı 1 faiz şişirtmiş olur.

40 Xülasə ÜDM deflyatorunun da, qiymətlərin ümumi səviyyəsini ölçdüyünə baxmayaraq, o istehlak olunan deyil, istehsal olunan əmtəə və xidmətlərə aid olduğundan, istehlakçının qiymət indeksindən fərqli olur. Bundan əlavə, istehlakçının qiymət indeksi dəyişməz əmtəələr səbətindən istifadə etdiyi halda, ÜDM deflyatoru ÜDM-dəki dəyişikliklərə əsaslanaraq sabit olmayan əmtəə və xidmətlər səbətindən istifadə edir.

41 Xülasə Müxtəlif zamanlarda dollarla ifadə edilmiş rəqəmlər alıcılıq qabiliyyətinin düzgün müqayisəsini təmin etmir. Müxtəlif qanunlar və şəxsi müqavilələrdə, inflyasiyanın effektlərinin korrektə edilməsi üçün qiymət indekslərindən istifadə edirlər. Real faiz dərəcəsi, nominal faiz dərəcəsi ilə inflyasiyanın fərqinə bərabərdir.


"Yaşayış Minimumunun Ölçülməsi" indir ppt

Benzer bir sunumlar


Google Reklamları