Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Distant təhsil Müasir dövrümüzdə informasiya texnologiyalarinin imkanlarindan geniş istifadə olunur. Bu sahədə kadr hazırlığı üçün distant təhsilin imkanlarından.

Benzer bir sunumlar


... konulu sunumlar: "Distant təhsil Müasir dövrümüzdə informasiya texnologiyalarinin imkanlarindan geniş istifadə olunur. Bu sahədə kadr hazırlığı üçün distant təhsilin imkanlarından."— Sunum transkripti:

1 Distant təhsil Müasir dövrümüzdə informasiya texnologiyalarinin imkanlarindan geniş istifadə olunur. Bu sahədə kadr hazırlığı üçün distant təhsilin imkanlarından da istifadə olunur. Distant təhsil – müəyyən məsafədən keçirilən təlim sistemidir. Belə sistemlərdə təlimlər televiziya kanalları, multimedia diskləri, internet şəbəkəsinin imkanları vastəsi, hazır proqram paketləri ilə həyata keçirilir. Distant təhsil qiyabi təhsil formasının daha da çox üstünlüklər ilə olan formasıdır. Qlobal internet şəbəkəsinin bir çox müsbət xassələri olduğundan, internetdə e-poçt, çat sistemləri, saytlar vastəsi ilə distant təlim kursları keçirilir. Bu məqsədi ilə bizdə saytı yaradılmışdır.

2 Moodle Yaradılmış Veb Səhifələrdə elektron kitablar, e-təlimlər kimi bölmələr yerləşdirilir. Distant Təlim kurslarının keçirilməsi üçün həmçinin hazır proqram paketlərindən də istifadə edirlər. Bu proqramlara nümunə olaraq Moodle proqramını göstərmək olar.

3 Bu proqram xüsusi olaraq müştəri/server hissəsinə bölünür və təlim keçmək istəyən tələbələr müştəri tərəfdə qurulmuş proqram vastəsi ilə müəllimin server proqramı ilə əlaqə saxlaya bilirlər. Bununla da müəllim öz hissəsində yerləşdirdiyi tapşırıqları bu proqramların köməkliyi ilə tələbələrə çatdıra bilir.

4 İstənilən təhsil proqramları distant şəkildə həyata keçirilə bilər
İstənilən təhsil proqramları distant şəkildə həyata keçirilə bilər. Prinsipcə bu sistemlər çox sadə görünür: kompüter şəbəkəsinin köməkliyi ilə təhsil alan sərbəst öyrənilməsi nazərdə tutulmuş tədris materiallarını alır. Materialların əsasında özünü tədrisin əsasında teoriyanın mənimsənilməsi üçün tədris tapşırıqları yerləşdirilib. Təhsil alan tapşırığı yerinə yetirib cavabları müəllimə göndərir və yeni materiallar alır və beləliklə tədris kursu sona çatana qədər bu prinsiplə dərs davam etdirilir. Təhsil alanın şəbəkə vastəsi ilə müəllim ilə əlaqəsinin intensivliyi standart qaydalardan yüksəkdir, dərs prosesi individual olur, dərs materiallarında isə kompüter texnologiyalarının bütün imkanlarından istifadə oluna bilər.

5 Elektron mühazirələr Saytda elektron mühazirələr yerləşdirilir ki, bu da tələbələrə daha dolğun informasiya xidməti göstərir və bu təhsilin zaman və məkandan asılılığına son qoyur. Bu materiallar sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən dinləyiciyə eyni zamanda xidmət edir.

6 Distant Təlim forması, klassik qiyabi forma ilə müqaisədə bir çox fərqli üstünlüklərinə görə ayrı bir sistemə ayırlır: - Distant formada tələbə və müəllim arasında intensiv əlaqə təşkil olunur; - Distant təhsil üçün hazırlanmış dərs vəsaitləri təhsilin elmi fəaliyyənin əsasını gücləndirməyə imkan verir; - Adekvat dərs materiallarının əsasında yeni kommunikasiya məlumatlarının köməkliyi ilə, dərs prosesi ilə effektiv idarəetmə realizə olunur. - Distant təhsil formasının istifadə etməklə ənənəvi frontal tədris forması ilə müqaisədə individual dərs komponenti artır. - Distant forma – orientasiya edilmiş təhsilin şəxsi formasıdır. - Distant təhsil formasında tələbələrin birgə işi təşkil olunur: konferensiyalar, seminar və müzakirələr, birgə proektlərə qədər. - Bu formada vaxt və imkan xərcləri azalır. - Distant təhsil forması ixtiyari tələbəyə, yaşadığı yerdən aslı olmayaraq istədiyi tədris müəssisəsində, istədiyi müəllimdən tədris almaq imkanı verir.

7 Bizim yaratdığımız sistem müştəri/server prinsipi əsasında işləyir
Bizim yaratdığımız sistem müştəri/server prinsipi əsasında işləyir. Server tərəfdə lazım olunan proqram paketi yüklənildikdən sonra, tədris keçmək istəyçən tələbələr onların ünvanlarına girərək özlərinə uyğun dərslikləri seçib öz təlim kurslarını keçməyə başlayırlar. Distant təhsilin keçirilməsi üçün bir çox, biz əsasən İnternet şəbəkəsinin mövcud xidmətlərinin istifadəsinə əsaslanan texnologiyalardan istifadə etmişik. Bu texnologiyaların istifadəsinə əsaslanan texnologiyalardan aşağıdakıları göstərmək olar: WWW texnologiyası Audiokonferensiyalar Videokonferensiyalar Kompüter telekonferensiyaları FTP texnologiyası Elektron poçt (e-poçt) texnologiyası

8 İnternetin köməkliyi ilə bu sistemdə distant təlim kurslarının keçirilməsinin aşağıdakı üstünlükləri var. • Dərs materiallarına birdəfəlik internet vastəsi ilə baxılması • Dərs materialının artırılması (çoxaldılması) • Testləşdirmənin keçirilməsi • Şəbəkədə birgə işin təşkil edilməsi • Bazada dərs sisteminin məlumatlarının İMS formatında saxlanılması (dərsliklər, kurslar, kitablar və s.) import və exsportu. • İstifadəçiləri dərs prosesi haqda məlumatlandırmaq • Dərs planlarına uyğun olaraq distant təhsilin təşkili • Virtual dərs bölməsinin yaradılması

9 Sistemin ArxitekturaSI
Sistem müştəri/server prinsipi ilə işləyir. Verilmiş arxitekturanın istifadəsi distant təhsilin informasiya sistemi üçün istifadəçilərin İnternetdən əlaqə saxlaması, müxtəlif proqram-aparatura həllərinin bir sistemdə birləşməsi, böyük İnformasiya mübadiləsinin lokal və qlobal kompüter şəbəkəsinda etibarlı işləməsi üçün imkanlar yaradır.

10 Müştəri Bütün istifadəçilər sistemlə müştəri proqram olan Brouzerin köməkliyi ilə əlaqə saxlaya bilirlər. Məsafədən olduğuna görə istifadəçilərin əlaqə saxlaması üçün İnternet şəbəkəsi rahat üsullardan biridir. Həmçinin beynəlxalq standartların istifadəsi verilmiş sistemin rahatlığını təmn edir.

11 Verilənlərin yadda saxlanılması
Distant təhsil sisteminin bütün verilənləri aşağıdakı tiplərdən ibarətdirlər. Dərs planı Elektron kitab Kurs Test Bu informasiya resursları alt resurslardan ibarətdirlər. Bu üsulla bir çox informasiya resursları digər resursları özündə saxlayan informasiya resursu olurlar.

12 Bu informasiya resursları alt resurslardan ibarətdirlər.

13 Resurslar üzərində iş belə aparılır:
Resursun yaradılması Resursun əlavə edilməsi Resursun dəyişilməsi Resursun silinməsi Resursa baxış Resursun realizəsi Resursun yüklənməsi (endirilməsi) Bu əməliyyatlar sistemin informasiya resursları ilə əlaqələndirilməsi üçün qurulmuş interfeysin köməkliyi ilə yerinə yetirilir.

14 Məlumatların VBİS-də saxlanması üçün bir neçə variant vardır:
Sistem daima yeni İnformasiya resursları əlavə edilməklə inkşaf edə bilər. • Yazılar • Seriallaşdırılmış obyekt • Cədvələlrə bölünmüş • XML sənəd

15 Arxivlə iş – serverin personalının Verilənlər bazasına giriş
XML standartlarının qəbul olunması Administrator və Tədris keçənə mərkəzdə öznün yeni unikal imkanlarını əlavə etmək imkanları verir. Verilmiş sistemdə məlumatlar bir çox üstünlükləri olan XML formatda yadda saxlanılır. Administrator: Serverin quraşdırılması - xüsusi veb-interfeys vastəsi ilə dizaynın idarəsi. Dekanatlıq, müəllim, təhsil alan administratorluq Personalının idarə olunması Arxivlə iş – serverin personalının Verilənlər bazasına giriş Məşğələlərin tiplərinin təyin olunması – dekanat və ya təhsil keçənin sifarişi ilə administrator yeni tip məşğələlər yaratmaq imkanına qadirdir.

16 Xüsusi Veb-interfeys vastəsi ilə serverdə xəbərləri yerləşdirmək
XML standartlarının qəbul olunması Administrator və Tədris keçənə mərkəzdə öznün yeni unikal imkanlarını əlavə etmək imkanları verir. Verilmiş sistemdə məlumatlar bir çox üstünlükləri olan XML formatda yadda saxlanılır. Tədris şöbəsi: Xüsusi Veb-interfeys vastəsi ilə serverdə xəbərləri yerləşdirmək Dərs kurslarının idarə olunması Serverin tədris keçən tərəfinin ilə idarə olunması Tələbə, abiturient və kursu bitirənlərin idarə olunması Tədris keçən və kursun koordinatorları: Müxtəlif tip məşğələlərin yaradılması və keçirilməsi Online-seminar, konferensiyalar, mühazirələr. Online-treninglər. Yoxlama, fərdi və ev tapşırıqları. Onlene testləşdirmə və sertifikatlaşdırma Məqbul və Vedemost-ların idarə olunması İş və dərslərin cədvəlinin idarə olunması

17 Təhsil alan tələbə və dinləyicilər: Dərs cədvəllərinə icazə
XML standartlarının qəbul olunması Administrator və Tədris keçənə mərkəzdə öznün yeni unikal imkanlarını əlavə etmək imkanları verir. Verilmiş sistemdə məlumatlar bir çox üstünlükləri olan XML formatda yadda saxlanılır. Təhsil alan tələbə və dinləyicilər: Dərs cədvəllərinə icazə Elektron məqbula icazə Dərslərdə iştirak və tədris keçən tərəfindən hazırlanmış tapşırıqların yerinə yetirilməsi

18 Nəticə: Distant təhsil formasında təhsil vermək məqsədi ilə Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda saytı yaradılmışdır. Yaradılmış bu sayt haqqında sizə geniş məlumat vermək istəyirəm:

19 Distant təhsillə əlaqədar olaraq nümayiş etdirilən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun saytı 2013-cü ilin oktyabr ayından yaradılmışdır. Burada İnformasiya Texnologiyalarına həsr edilmiş elektron kitablar yerləşdirilmişdir. - Sayta daxil olduqda “Baş səhifə” açılır. Bu səhifədə institutun strukturu, tədrislə bağlı sənədlər, tədris prosesiində iştirak edən professor-müəllim heyəti və digər məlumatlar öz əksini tapmışdır.

20 Sayta daxil olduqda “Baş səhifə” açılır.

21 - Sol sütundakı mövzularda tədrislə əlaqədar elan, elektorn müraciət və məlumatlar, qəbul qaydaları və digər məlumatlar göstərilmişdir. Bu sütunda yerləşdirilən loqin və parolda hər bir müəllim və tələbə fərdi qaydada özünə aid olan qrupun imtahan qabağı balına və imtahan qiymətinə baxa bilər. Baş səhifənin orta sütununda institut tərəfindən daxil edilən müvafiq məlumatlar və elanlar göstərilir. - Sağ sütunda lazım olan linklər yerləşdirilir.Sağ sütundakı linklərdə ümumi məlumatlar yerləşdirilmişdir.

22 Saytdakı sətir üzrə yerləşdirilən pəncərələr haqqında məlumat vermək istəyirəm: “Baş səhifə” yuxarıda göstərildiyi kimi bu menyular yerləşdirilib. - “ADNSU” pəncərəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) aid məlumatlar üçün nəzərdə tutulmuşdur. İlk olaraq universitetin rektoru haqqında informasiya yerləşdirilib. - “Xəbərlər” pəncərəsində saytda bu kateqoriya ilə daxil edilmiş elan və məlumatların ardıcıllığı göstərilir. -

23 - “Əməkdaşlar” pəncərəsində institutun struktur bölmələrində çalışan əməkdaşları və müəllimlər haqqında məlumatlar əks olunur . -

24 - “Tədris” pəncərəsində institutun fəaliyyət dövründə tədris olunan ixtisasların, tədris planlarının və dərs cədvəlləri öz əksini tapmışdır.

25 -“Onlayn dərs” pəncərəsində tələbə və müəllim arasında canlı bağlantı yaradılır. - “ Elektron təhsil” pəncərəsi tədris prosesinin aparılması üçün əsas pəncərədir.

26 Bu pəncərədə hər bir dinləticiyə loqin və parol verilir
Bu pəncərədə hər bir dinləticiyə loqin və parol verilir. Bunun əsasında dinləyici tədris olunan fənlərin sillabusu, mühazirə konspektləri, test sualları ilə tanış olur. Kursun sonunda imtahan verir.

27 - “Əlaqə” pəncərəsində institun əlaqə telefonları və ünvanı, həmçinin qəbul qaydaları göstərilmişdir. Bundan başqa burada interaktiv xidmətlər yerləşdirilmişdir.

28 DİqqətİNİZə görə təşəkkür edirİK!
Hazırladı: SMİİYİ-nin direktoru, dosent Hamlet Hüseynov Məsləhətçi: Aparıcı mütəxəssis, dosent Nazim Rüstəmov


"Distant təhsil Müasir dövrümüzdə informasiya texnologiyalarinin imkanlarindan geniş istifadə olunur. Bu sahədə kadr hazırlığı üçün distant təhsilin imkanlarından." indir ppt

Benzer bir sunumlar


Google Reklamları