Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi

Benzer bir sunumlar


... konulu sunumlar: "Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi"— Sunum transkripti:

1 Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi
Səadətbəyim Dadaşova İTM (II kurs)

2 SOFTWARE (proqram təminatı)

3

4 Proqram təminatı – aşağıdakı hissələrə bölünür

5

6 Əməliyyat sistemi - kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur.

7 ƏMƏLİYYAT SİSTEMİNİN TƏSNİFATI
Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: -Sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; -Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli; -Prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

8 ƏMƏLİYYAT SİSTEMİNİN TƏSNİFATI
-Prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16- mərtəbəli, 32-mərtəbəli, 64- mərtəbəli; -İnterfeysin tipinə görə: əmrli və obyektyönlü; -İnformasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; -Resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

9 MS DOS MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS – DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC – kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılır.

10 MS DOS haqqında MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yə’ni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır ci ildə kompaniya onun istehsalını dayandırdı.

11 sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).
MS DOS haqqında DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir: istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir; sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə'min etmək uçün struktur modulluğu; sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt). DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatış­mazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müra­ciətdən mühafizə vasitələrinin olmamasıdır.

12 MS DOS əsas komponentləri
giriş-çıxış baza sistemi -BIOS (Basic Input/Output System); başlanğıc yükləmə blokunda (Boot Record) yerləşən sistem yükləyici SB (System Bootstrap); gizli IO. SYS faylında yerləşən BIOS-un genişlənmə modulu; kəsilmələrin emalı modulundan təşkil edilmiş MSDOS.SYS gizli faylı;

13 MS DOS komponentləri əmrlər prosessorundan təşkil edilmiş command.com faylı; MS-DOS-un xarici əmrlərini (genişlənməsi .com olan fayllar) yerinə yetirən utilitlər; diskdə fayl şəklində yerləşən qurğuların drayverləri; MS-DOS-un quraşdırılması parametrləri haqqında informasiyadan təşkil olunmuş config.sys konfiqurasiya faylı; MS-DOS-un konfiqurasiyasını və quraşdırılması parametrlərinin yerinə yetirilməsi üçün autoexec.bat əmrlər faylı.

14 MS DOS əmrləri 1. CLS – ekran təmizləyir
2. DATE – tarix və zamanın dəyişilməsinə xidmət edir 3. DİR – kataloq və faylların siyahısına baxmağa xidmət edir 4. CD – Hər hansı kataloqa daxil olmaq 5. CD.. – Kataloqun bir yuxarı səviyyəsinə keçmək 6. CD/ - Baş kataloqa keçid 7. MD – Yeni kataloq yaratmaq

15 MS DOS əmrləri 8. RD –Kataloqu diskdən silir
9. COPY – Faylın köçürülməsini təmin edir 10. COPY CON – Yeni faylın yaradılması 11. DEL – Faylların silinməsi 12. REN – Faylların adının dəyişdirilməsi

16 MS DOS əmrləri 13. FDİSK – Diskin məntiqi hissələrə bölünməsi
14.TYPE – Faylın ekrana çıxarılması və kataloqun içinə baxış 15. COPY...PRN – Faylın çap edilməsi

17 ƏMƏLİYYAT SİSTEMLƏRİNDƏ FAYL SİSTEMİ

18 Diskin fayl strukturu

19 FAYL Məlumatın saxlandığı yerə və yaxud diskin adlandırılmış oblastına fayl deyilir. Başqa sözlə, xarici yaddaşda yerləşən və müəyyən məntiqi strukturu olan verilənlər fayl adlanır.

20 Fayl ingilis sözü olub “sənəd” deməkdir
Fayl ingilis sözü olub “sənəd” deməkdir.Faylın adı iki hissədən ibarətdir: əsas hissə və genişlənmə. Faylın genişlənməsi 3 simvoldan çox ola bilməz. Ad və genişlənmə arasında nöqtə qoyulur. Genişlənmə faylın tipini göstərir.

21 FAYL NÖVLƏRİ

22 Kompüter faylları yaradıldığı və istifadə olunduğu proqramlardan asılı olaraq aşağıdakı kateqoriyalara ayırmaq olar: Sistem faylları – Əməliyyat sisteminin və istifadə elədiyi daxili fayllardır. Genişlənmələri-.sys, :ini, :dll, :com və s. Proqram faylları – Proqramları işlətmək üçün lazım olan daxili fayllardır. Genişlənmələri: :exe, :bat Sənədlər – mətn, şəkil, təqdimat(prezentasiya), elektron cədvəlləri, musiqi, video, və digər fayllardan ibarətdir. Genişlənmələri – :doc, :bmp, :jpg, :xls, :ppt, :wav, :wm2, :mp3, :mid, :gif, :swf və s.

23 Nümunələr

24 Faylın ATRİBUTLARI Faylın atributları. Faylın aşağıdakı atributları mövcuddur: R (Read-only)"yalnız oxunan". Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil. H (Hidden) "gizli fayl". S (System) "sistem fayl". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur. A (Archive) "arxivləşdirilməmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında tə'yin olunur.

25 Diskin fayl strukturuna baxış
Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. ƏS əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı mə"lumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir.

26 Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən-FAT (File Allocation Table), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş kataloq və diskin boş yaddaş sahəsi birlikdə verilənlər sahəsi adlanmaqla diskin fayl strukturunun elementlərini təşkil edir.

27 Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan böyük bir sahəni tutur.Yaddaş verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir. Klasterin ölçüsü, yə"ni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən tə"yin olunur.

28 Müqayisə

29 NTFS NTFS-də verilənlərin strukturu Active Direktory xidmətinin reallaşmasına imkan verir. NTFS-ə həmçinin korporativ fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün mühafizə funksiyaları daxil edilib. WS dən etibarən istifadə edilir. Hər yazı burada 1 kbayt həcm tutur. Və daha çox NT Ə-S də istifadə olunur.

30 Fayllar üzərində əməliyyatlar
1.Yaradılması 2.Açılması 3.Bağlanması 4.Adının dəyişdirilməsi 5.Silinməsi (müvəqqəti və birdəfəlik) 6.Köçürülməsi (surətinin yaradılması) 7.Yerinin dəyişdirilməsi 8.Göndərilməsi 9.Çapı 10.İkonun dəyişdirilməsi və s.

31 ARDI VAR.. Windows Ə-S

32 Diqqətiniz üçün təşəkkürlər
Fevral 29 / 2016


"Əməliyyat sistemlərinin təsnifatı. Ms DOS və fayl sistemi" indir ppt

Benzer bir sunumlar


Google Reklamları