Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Hümb Ə tov elvin MÜNDƏRICAT QRUP:746KM FƏNN:KOMPÜTER MÜHƏNDISLIYI TARIX: MÖVZU:KOMPÜTER ARXITEKTURASIKOMPÜTER ARXITEKTURASI OYU.

Benzer bir sunumlar


... konulu sunumlar: "Hümb Ə tov elvin MÜNDƏRICAT QRUP:746KM FƏNN:KOMPÜTER MÜHƏNDISLIYI TARIX: MÖVZU:KOMPÜTER ARXITEKTURASIKOMPÜTER ARXITEKTURASI OYU."— Sunum transkripti:

1 Hümb Ə tov elvin MÜNDƏRICAT QRUP:746KM FƏNN:KOMPÜTER MÜHƏNDISLIYI TARIX:16.03.2019 MÖVZU:KOMPÜTER ARXITEKTURASIKOMPÜTER ARXITEKTURASI OYU

2 Kompüterlərin arxitekturası Müasir kompüterlərin yaradılmasının əsas prinsipləri XX əsrin 40-cı illərində Amerikanın alimləri Con Fon Neyman və Bers tərəfindən verilmişdir. Bu arxitekturaya görə kompüter iki hissədən ibarətdir: mərkəzi və perferiya hissələrindən. Mərkəzi hissə hesab məntiqi qurğusundan (HMQ); idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğularından ibarətdir.Daxili yaddaşlar - operativ yaddaş (RAM); daimi yaddaşdan (ROM) ibarətdir. Müasir kompüterlər HMQ və IQ prosessor adlanan qurğuda birləşir.

3 Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir: əsas aparat hissəsini özündə birləşdirən sistem bloku; mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey); istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura; monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini­­-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu; fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s. ISA –Industry Standard Architecture (Sənaye standart arxitekturalı) PCI – Peripheral Component Interconnect bus (Perferiya qurğuları ilə qarşılıqlı əlaqə şini) LHŞ – Lokal hesablama şəbəkəsi

4 Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri ölçülərinə, məhsuldarlığına, qiymətinə və element bazasına görə seçilə bilər. Kompüterlər ölçülərinə görə aşağıdakı siniflərə bölünürlər. Superkompüterlər Meynfreymlər Mini–EHM-lər

5 Superkompüterlər Superkompüter – çox prosessorlu hesablama sistemidir. İlk superkompüter amerikalı elektronçu- mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompüterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Seymur Krey

6 Meynfreymlər MeynfreymMeynfreym – ümumi məqsədli universal elektron- hesablama maşınıdır. 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir

7 Mini–EHM-lər Mini–EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan kompüterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı. Hal-hazıda mini-EHM dedikdə fərdi kompüterlər nəzərdə tutulur. Fərdi kompüterlərin kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.1981

8 Seymur Krey Seymur Rojer Krey amerikalı mühəndis və alim, superkompüterin yaradıcısı. İlk dəfə superkompüter 1975-ci ildə Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞ dolları olan bu superkompüter 8 Mbayt əməlli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi

9 Periferiya qurğuları Fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar); verilənləri xaric edən qurğular (printerlər); verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);

10 Sistem bloku Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Sistem bloka ana lövhə (ana plata), mikroprosessor, mikrosxemlər, yaddaşlar, sərt disk, elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir;Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür. Masaüstü kompüterlərin sistem blokları üfüqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.

11 Ana lövhə Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir: Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirən əsas mikrosxemdir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-birindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa Mhs (saniyədə milyon əməliyyat) görə fərqlənirlər. Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur. Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır.

12 Ana lövhə ardi Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə Hbayt olur. Keş yaddaş-əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level 1 və Level 2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur. Daimi yaddaş qurğusu (BİOS)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir. Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.

13 Xarici yaddaş qurğuları: sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür. CD-ROM- compakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 Mbayt). CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur. DVD- DVD (4-16 Hbayt) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir. flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 Hbayt).

14 Səs kartı (səs adapteri) Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır. Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimedia adlandırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.

15 Şəbəkə kartı Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.

16 Skaner Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.

17 Rəqəmsal kamera Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.

18 ODLAR YURDU UN İ VERS İ TET İ "Odlar Yurdu" Universiteti - Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996- cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.


"Hümb Ə tov elvin MÜNDƏRICAT QRUP:746KM FƏNN:KOMPÜTER MÜHƏNDISLIYI TARIX: MÖVZU:KOMPÜTER ARXITEKTURASIKOMPÜTER ARXITEKTURASI OYU." indir ppt

Benzer bir sunumlar


Google Reklamları