Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

“Hökmdar (dövlət) kimisə həyatından məhrum etmək məcburiyyətində qalsa, O bunu ədalətli və açıq şəkildə əsaslandırmalıdır; amma O heç vaxt başqalarının.

Benzer bir sunumlar


... konulu sunumlar: "“Hökmdar (dövlət) kimisə həyatından məhrum etmək məcburiyyətində qalsa, O bunu ədalətli və açıq şəkildə əsaslandırmalıdır; amma O heç vaxt başqalarının."— Sunum transkripti:

1 “Hökmdar (dövlət) kimisə həyatından məhrum etmək məcburiyyətində qalsa, O bunu ədalətli və açıq şəkildə əsaslandırmalıdır; amma O heç vaxt başqalarının (təbaların) mülkünə əl uzatmamalı, çünki insanlar öz atalarının ölümünü tezliklə unutduqları halda, öz mülklərindən məhrum edildiklərini unutmazlar”. Nicollo Makiavelli, Hökmdar

2 Mülkiyyət hüququ “İctimai müqavilə” adlı əsərində Rousseau belə yazırdı: “Bir torpaq sahəsinin ətrafını hasarlayıb, “bu mənimdir” deyən və ətrafında buna inanacaq dərəcədə sadəlövh insanlar tapan şəxs, cəmiyyəti yaradan şəxs olub”. Daha sonra Rousseau fikirlərinə belə davam edir: “Bu insanın qarşısına “birdən bu saxtakara inanarsanız ha, bu torpaq heç kəsə aid deyil, üstündəki meyvələr də hər kəsindir” deyən bir insan çıxa bilsəydi və onun hasarını da söksəydi, insanlıq xeyli cinayətdən, qəsdlərdən və fəlakətlərdən xilas olardı...”

3 Mülkiyyət hüququ “İnsan Hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsində əksini belə tapmışdır – “hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.” Neqativ yoxsa pozitiv hüquq? Dövlətin başlıca öhdəlikləri nələrdir? Mülkiyyət anlayışı nəyi ifadə edir?

4 Mülkiyyət hüququ AİHK-nın əsas mətnində mülkiyyət hüququnun qorunması ilə bağlı norma mövcud deyildir, ancaq əlavə Protokolda yer alır. Konvensiyaya mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normanın daxil edilməsinin əleyhdarları belə hesab edirdi ki, 1-ci maddə vətəndaşların hüquqlarının müdafiəsində durmaqdan daha çox, dövlətin hakimiyyət maraqlarına xidmət edir.

5 Mülkiyyət hüququ 1 saylı Protokolun 1-ci maddəsinə əsasən:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən (sahibliyində olanlardan - posessions) maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır

6 Mülkiyyət hüququ Avropa İttifaqı Əsas Hüquqlar Şərtində mülkiyyət hüququ 17-ci maddədə: “Hər kəsin öz mülkiyyətində qanuni əsaslarla əldə etdiyi əmlaka malik olmaq, ondan istifadə etmək, onun üzərində sərəncam vermək və onu vəsiyyət etmək hüququ vardır. Heç kəs qanunda nəzərdə tutulan hallarda və şərtlərlə ictimai fayda mülahizələrindən başqa onun əldən çıxmasına görə vaxtında ədalətli qaydada əvəzi ödənilmədən mülkiyyətindən məhrum edilə bilməz. Əmlakdan istifadə ümumi maraqların təmini üçün zəruri olan dərəcədə qanunla tənzimlənə bilər. Əqli mülkiyyət müdafiə altındadır”.

7 Digər hüquqlara olduğu kimi, mülkiyyət hüququna da müdaxilə etmək, əlbəttə ki, mümkündür. Lakin buradakı meyarlar, məsələn ifadə azadlığının məhdudlaşdırılmasında olan meyarlardan bir az fərqlidir, düzünü desək, çox daha genişdir. Konvensiyaların nəzərdə tutduğu müdaxilə səbəbi, geniş məna kəsb edən “ümumi / ictimai maraq” anlayışıdır. AİHM mülkiyyət hüququna müdaxilənin qanuniliyini təhlil edərkən aşağıdakı meyarlardan istifadə edir:

8 Mülkiyyətə qanunsuz müdaxilə varmı? meyarlar
Hadisədə mülkiyyət yaxud sahiblik hüququ varmı? Həmin hüquqa müdaxilə baş veribmi? Bu müdaxilə ümumi yaxud ictimai maraqların naminəmi aparılıb? Müdaxilə “qanunla nəzərdə tutulmuş” standarta cavab verirmi? Unudanlar üçün qeyd edək ki, burada nəzərdə tutulan milli qanun “hüquqilik” anlayışına uyğun gəlməlidir, yəni çatımlı və anlaşılan olmalıdır. Hakimiyyət orqanları mülahizə səlahiyyətini tətbiq ediblərsə, bu, özbaşınalıq həddinə çatmamalıdır və buna qarşı da təminatlar nəzərdə tutulmalıdır.

9 Mülkiyyətə qanunsuz müdaxilə varmı? meyarlar
Müdaxilə mütənasiblik prinsipinə uyğun gəlirmi? Buradakı mütənasibliyin mənası odur ki, cəmiyyətin maraqları ilə şəxsin maraqları arasında lazımi tarazlıq qurulubmu? Müdaxilə şəxs üzərində “aşırı və ağır yükə” səbəb olmamalıdır.

10 Mülkiyyət kimi nə başa düşülməlidir?
Mülkiyyət dedikdə, əlbəttə ki, buraya daşınar və daşınmaz əmlak daxil olacaq. Bir peşəni icra etmə hüququ, bir kinoteatrın müştəri portfoliosu belə, AİHM-nə görə “mülkiyyət” kimi qəbul oluna bilərdi. Ümumiyyətlə AİHM, həm “mülkiyyəti”, həm də “sahibliyi” müvafiq dövlətin milli hüququna görə şərh etmir; bu anlayışın müstəqil olduqlarını irəli sürür və hər hadisədə də ayrıca qiymətləndirir. mülkiyyəti vicdanla əldə edənin qanuni gözləntilərini də (legitimate expectations) AİHM mülkiyyət hüququnun müdafiəsi ilə əhatə etdi.

11 Mülkiyyət kimi nə başa düşülməlidir?
Bunlarla yanaşı maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, arbitraj ödənişləri, pensiya alacağı, ev sahibinin kirayə haqqı, sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlir, kreditor hüquqları, AİHM-nə görə “mülkiyyət” anlayışına daxildir. Delikt yaxud müqavilə pozuntusuna görə dəyən ziyan da, daha doğrusu, ziyanın məbləği də mülkiyyət hüququnun müdafiəsi altına düşür. Gələcəkdə mülkiyyət əldə etmək hüququ, AİHK-nın 1 protokolunun əhatəsi altına düşmür

12 Mülkiyyət kimi nə başa düşülməlidir?
Mövcud sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş lisenziyanın ləğv edilməsi də, “posession” kimi nəzərə alınır. Qüvvədə olan artıq bağlanmış müqavilə müddəalarına təsir göstərən qanunvericilik dəyişikliyi, mülkiyyətə müdaxilə kimi nəzərə alınabilər. Hər hansı hüquq olmadan əmlaka sahiblik, 1-ci Protokolun müdafiəsi altına düşmür. S v. the UK, 1986.

13 Mülkiyyət kimi nə başa düşülməlidir?
Son dövrlər AIHM dəfələrlə milli məhkəmələrin ərizəçilərə müəyyən məbləğdə pul ödənilməsini (məsələn, əmək haqqı, pensiya) nəzərdə tutan qərarların icrasından dövlət tərəfindən imtina edilməsini 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn, “Burdov Rusiyaya qarşı” işdə məhkəmə Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin edilmiş kompensasiyanın ödənilməməsini mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Səhmdar cəmiyyətlərdə səhm sahiblərinin hüquqları da bu kontekstdə ələ alınır

14 Habelə burada qısaca qeyd edək ki, fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də, mənfəət məqsədi ilə fəaliyyət göstərən iqtisadi birliklər də, SC və MMC kimi, mülkiyyət hüquqlarının müdafiəsini tələb edə bilərlər. Belə olan halda, hüquqi şəxs adına çıxış edənlər nizamnamə üzrə təmsil səlahiyyəti olan şəxslərdir. Kreditor hüquqları da müdafiə altına düşən maraqlar arasında yer alır. Buna AİHM Stran Greek Refineries and Stratis Andreatis v. Greece (1994) işində qərar vermişdi. Bu işdə ərizəçi dövlət üçün bəzi tikinti işləri aparmışdı, daha sonra dövlət bu xidmətlərdən imtina etdi. İşə baxan arbitraj məhkəməsi Stran şirkətinə 16 million USD kompensasiya ödənməsini qət etsə də dövlət müxtəlif metodlarla bu pulu ödəməkdən boyun qaçırırdı

15 Mülkiyyət kimi nə başa düşülməlidir?
Diqqətə layiq bir başqa işdə, daha əvvəl mühasib kimi işləmiş şəxs yeni çıxmış qanuna görə vəzifəyə davam edə bilmək üçün xüsusi qurulmuş rəsmi Qəbul Heyətindən qeydiyyatdan keçməli idi. Mühasibin müraciəti rədd olundu, onun appelyasiya şikayəti də təmin edilmədi. Ərizəçi Van Marle, hadisədə AİHK-nın 1-ci Protokolunun 1-ci maddəsinin pozul-duğunu irəli sürdü. AİHM bununla razılaşdı

16 1-ci Protokol və “üç qayda”
Sporrong və Lönroth İsveçə qarşı işdə, AİHM bir analiz presedenti yaratdı. Belə ki, mülkiyyətə müdaxilənin olması məsələsində 3 qayda (faktor) araşdırılır: Sahiblikdən konkret məhrum etmə olubmu (1-ci paraqrafın 2-ci cümləsi) Istifadə üzərində məhdudlaşdırma (2-ci paraqraf) Sahiblikdən dinc istifadə məsələsi (1-ci paraqrafın 1-ci cümləsi)

17 3 qaydanın 2-cisi Mülkiyyətdən (sahiblikdən) məhrumetmə
Burada sadəcə formal expropriasiya ya da mülkiyyət hüququnun transferi deyil, eyni zamanda de facto məhrum etmənin olub olmadığı yoxlanılır. Məsələn yazılı status dəyişikliyi olmadan faktiki olaraq hərbçilərin daşınmazı zəbt etmələri de facto məhrum etmə sayılır.

18 3 qaydanın 3-cüsü MÜLKİYYƏTDƏN İSTİFADƏYƏ NƏZARƏT
2-ci paraqrafda : “dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, .... zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır Burada istifadə üzərində məhdudlaşdırmadan söhbət gedir.

19 3 qaydanın 1-cisi Protokolun müvafiq maddəsinin 1-ci cümləsində yer alsa da, bu meyar AİHM tərəfindən, ilk iki qayda tətbiq edilə bilmədiyi vaxtlarda işə salınır. Belə ki, məhrumetmə olmadığı kimi, dövlətin əmlakın istifadəsi üzərində nəzarət (məhdudlaşdırma) məqsədi yoxdursa (sonrakı qanun dəyişikliyinin təsiri - Stratis Andreadis işi), lakin şəxsi nəticədə maddi itkilərə səbəb olursa, 1-ci qayda tətbiq olunur

20 Mülkiyyətə müdaxilənin olub-olmaması
Mülkiyyətə müdaxilənin əsas və birinci forması, ekspropriasiya şəklində olur. Ekspropriasiya – latın köklü bir sözdür, mülkiyyətin əldən alınması kimi başa düşülür; mahiyyətcə mənası “dövlətləşdirməyə” ya da “milliləşdirmə” (nationalisation) çox bənzəyir. Lakin müqayisəli hüquqda bələdiyyələr də bu mexanizmdən istifadə etdiyi üçün “dövlətləşdirmə” sözü texniki olaraq bu mənanı tam əks etdirməyəcək.

21 Mülkiyyətə müdaxilənin olub-olmaması
Ekspropriasiya, xüsusi mülkiyyətdə olan əmlakın, dəyərini ödəməklə ictimai (public) mülkiyyətə çevirilməsidir, bir qayda olaraq, mülkiyyətçinin razılığı olmadan həyata keçirirlir. Ekspropriasiyanı legitim hala gətirən iki faktor var: birincisi, ictimai tələbatın və marağın olması, digəri də alınan əmlak əvəzində kompensasiyanın ödənilməsidir. Beləliklə şəxsin xüsusi mülkiyyət üzərində hüquqları sona çatır (yaxud məhdudlaşır) və bu hüquqlar hakimiyyət orqanlarına keçir.

22 Mülkiyyətə müdaxilənin olub-olmaması
Müdaxilənin ikinci şəkli mülkiyyət hüququnun tanıdığı istifadə və sərəncam vermə səlahiyyətlərinə məhdudiyyətlərin gətirilməsi şəklində olur. Belə məhdudiyyətlər müxtəlif formada ortaya çıxa bilər: şəxsin əmlakı sata bilməməsi, ondan istədiyi formada yararlanmaması, orda inşaat işlərinin apara bilməməsi, istəmədiyi halda kiminsə onun əmlakından yararlanması, faktiki olarak öz əmlakından istifadə edə bilməməsi kimi ortaya çıxa bilər.

23 SUALLAR: ci ildən əvvəl istehsal olunmuş avtomobillərin ekoloji qayğılara görə istifadə olunması tamamilə qadağan olunarsa? 2. SSRİ illərində banklarda qalmış pulların geri verilməsinə dair iddia yerli məhkəmələr tərəfindən təmin edilməsə? 30 ildən əvvəl tikilmiş və sakinlərin daimi istifadə hüququ ilə yaşadığı həyət evləri üzrə mülkiyyət hüququnun tanınmasına dair iddia təmin edilməsə?

24 Mülkiyyətə müdaxilənin olub-olmaması
Sporrong and Lönnroth v. Sweden (1982) işində, ərizəçilərin Stockholmdakı daşınmazı üzərində 20 ildən uzun bir müddət üçün tikinti qadağası qoyulmuşdu, bu da həmin daşınmazın həm qiymətini aşağı salmış, həm də satmağı, ümumiyyətlə, çətinləşdirmişdi. Maliklər “fərdi və aşırı yükə” məruz qaldıqları üçün AİHM bunu mülkiyyətə haqsız müdaxilə kimi saymışdı. AİHM-nin qərarları, bəzən çox da isabətli olmur tarixində AİHM-nin baxdığı Brumarescu v. Romania işinin predmeti bundan ibarətdi: Ruminiyalı ərizəçinin valideyinlərinə aid ev, 1950-ci ildə hökuməti tərəfindən milliləşdirilmişdi.

25 Müdaxilədə ictimai ya da ümumi maraq varmı?
Həm beynəlxalq sənədlərdə, həm də bir çox mədəni dövlətlərin daxili qanunvericiliyində dövlət tərəfindən mülkiyyət hüququna müdaxilə olması üçün “ictimai maraq” şərti nəzərdə tutulur. AİHK-da bunu açıq şəkildə görmək mümkündür: “public interest” sözü ilə ifadə olunan məhz budur. İctimai marağın bir digər ifadəsi, “ümumi maraqdır”.

26 İctimai maraq nə mənaya gəlir
İctimai maraq nə mənaya gəlir? Dövlət maraqları, bütöv cəmiyyətin marağı, cəmiyyətin ancaq bir təbəqəsinin (məsələn, qocaların) maraqları, təbiətin qorunması kimi, bunlardan hansı ictimai maraq kimi qəbul olunmalıdır? İctimai maraq geniş bir anlayışdır. O, hər hadisədə ayrıca qiymətləndirilməlidir. Burada aktual bir sual qoyub ona cavab axtaraq: çox mənzilli yaşayış evlərinin tikintisi üçün şəhərin mərkəzində yaşayan X şəxsinin 2 mərtəbəli evi üzərində mülkiyyət hüququ inşaat şirkətinə keçirilə bilərmi?

27 İctimai maraq anlayışı
AİHM-nin adını çəkdiyimiz James v. the UK işi üzrə qərarında sosial ədalətin təmin edilməsinin ictimai marağa xidmət etdiyi qeyd olunub. Onu da qeyd edək ki, ictimai marağın müəyyən olunmasında hakimiyyət orqanlarının mülahizə səlahiyyətinin həddləri, “margin of appreciation” xeyli genişdir. Sporrong and Lönnroth v. Sweden (1982) işində:

28 İctimai marağın nə olduğunun müəyyən edilməsində, milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər... İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir... Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər.” Belə hallarda bu geniş mülahizə səlahiyyətinə tətbiq olunası hədd bundan ibarətdir: qanunverici orqanın geniş qərarı açıq şəkildə əsassız və qeyri-rasional olmamalıdır.

29 Müdaxilənin mütənasib olub-olmaması
Mütənasiblik şərti onu tələb edir ki, müdaxilə legitim məqsədlər güdsə belə, istifadə olunan vasitələr ilə ictimai maraq arasında ədalətli tarazlıq olsun. Malik (individual and excessive burden) “fərdi və aşırı yükə” məruz qalmamalıdır.

30 Nə UDHR-də, nə də ki, AİHK-da kompensasiyadan açıqca bəhs olunmur
Nə UDHR-də, nə də ki, AİHK-da kompensasiyadan açıqca bəhs olunmur. Lakin mülkiyyət hüququnun toxunulmazlığının əhəmiyyəti də ondan ibarətdir ki, bu hüquq əvəzsiz olaraq məhdudlaşdırılmır. İstər mülkiyyətin alınması, istər mülkiyyətdən məhrum etmədə, istərsə də istifadə hüququnun məhdudlaş-dırılması ilə bağlı bir çox hallarda malikə kompensasiya ödənilməlidir. Bunun istisnaları istifadə və ya sərəncam vermə hüququnun məhdudlaşdırılmasında ortaya çıxa bilər; bəzən belə hallarda kompensasiya ödənilməyə bilər. Misal kimi tikinti ilə bağlı məhdudlaşdırılmaları göstərə bilərik, 9 mərtəbədən çox tikmə qadağası kimi. Lakin belə hallarda istifadə və sərəncam vermə hüququnun məhdudlaşdırılması de facto olaraq mülkiyyətdən məhrum etmə kimi qarşımıza çıxmamalıdır

31 Kompensasiya miqdarı Onu da qeyd edək ki, daha əvvəl adını çəkdiyimiz James v. the UK işində AİHM-nin verdiyi qərara görə, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır; bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. Kompensasiya məbləğinin azalmasına səbəb olan amillər arasında, əşya sahibinin götürdüyü fayda, əşyanın köhnəlməsi, qiymətlərin düşməsi kimi halları göstərmək mümkündür.

32 Kompensasiya miqdarı İstisna olaraq belə halda əvəz ödənilmədən mülkiyyətdən məhrum etmə mümkün ola bilər: məsələn, müharibə ya da zəlzələ kimi fövqəladə hal şəraitində, insanların həyatını qorumaq, dağıntı altında qalanların həyatını xilas etmək məqsədi ilə hakimiyyət orqanları insanların əlində olan ağır texnikaya əl qoyarsa (müvəqqəti olmalıdır), belə halda kompensasiyanın ödənilməməsi də nəzərdə tutula bilər

33 Yoxlama meyarları 1. 1-ci maddənin əhatəsinə daxil olan hüquq varmı?
2. Bu hüquqa müdaxilə baş veribmi? 3. Müdaxilə 1-ci maddədəki 3 qaydanın hansı birinə görə nəzərə alına bilərmi? 4. Müdaxilə ictimai maraq daxilində legitim məqsəd güdürmü? 5. Müdaxilə proporsional olubmu? 6. Müdaxilə qanunilik, ya da qanuni dəqiqlik “legal certainity” prinsipinə uyğun gəlirmi?

34 Dövlət orqanları və ya yerli özünüidarəetmə orqanları ictimai maraqlarla əlaqədar vətəndaşa mülkiyət hüququ əsasında məxsus olan əmlakın götürülməsi və ya həmin şəxsin hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul etdikləri zaman aşağıdakı halları nəzərə almalıdırlar: Mülkiyyət ya da sahibliyə müdaxilə yalnız ictimai tələbatın və ictimai marağın varlığında mümkündür şəxsə mülkiyyət hüququ əsasında mənsub olan əmlakın götürülməsi barədə qərarın prosedura uyğun həyata keçirilməlidir (prosessual təminatlar); Mülkiyyətə qismi müdaxilə, müvafiq hüququn istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirməməlidir; götürülmüş əmlaka görə təklif olunan konpensasiyanın adekvat, götürülmüş əmlak əvəzinin “bazar dəyəri”nə uyğunluğu təmin edilməlidir


"“Hökmdar (dövlət) kimisə həyatından məhrum etmək məcburiyyətində qalsa, O bunu ədalətli və açıq şəkildə əsaslandırmalıdır; amma O heç vaxt başqalarının." indir ppt

Benzer bir sunumlar


Google Reklamları