Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanТимофей Зеленый Değiştirilmiş 5 yıl önce
1
Bakı şəhəri, Binəqədi rayonu Famil İsgəndərov adına
157 saylı orta məktəb VI- VII siniflər üçün “Külək” mövzusunda istifadə etmək üçün elektron vəsait Müəllim: Abdullayeva Natəvan
2
Külək necə yaranır?
3
Külək,sən necə yaranırsan? Mən havanın təzyiq fərqindən yaranıram
4
Bəs havada təzyiq fərqini yaradan səbəb nədir?
5
Əgər Yer müstəvi səthə malik olsaydı Günəşin şüaları hər tərəfdə 90 dərəcə bucaq altında paylanacaq və temperatur fərqi yaranmayacaqdı. Y e r
6
Yer kürəşəkilli olduğu üçün Günəşin şüaları əyri səthlə müxtəlif bucaqlar əmələ gətirir. Qütblərə doğru əyrilik artdıqca bucaqlar kiçilir. Yer səthi qeyri –bərabər qızır.
7
Yerin səthinin qeyri-bərabər qızması atmosferdə temperatur fərqi yaradır. Temperatur fərqi isə müxtəlif təzyiq qurşaqlarının yaranmasına səbəb ola bilir. Yer səthi üzərində yaranan 7 nəhəng təzyiq qurşaqları hakim küləklərin yaranması ilə nəticələnir. Ekvator və mülayim enliklər üzərində alçaq, tropiklər və qütb enlikləri üzərində yüksək təzyiq yaranır
8
Aşağıdakı rəngli oxların üzərində sol düyməni basaq
- - - + + + - - - + + + +++ - - - - - - + + + + + + + + + + + + 90 60 30 30 60 90
9
Passat Geri Ekvator üzərindən qalxan rütubətlə bol havanın bir hissəsi bulud yaradaraq bol yağıntı verir. Digər hissəsi isə qalxan havanın itələyici təsiri ilə 30 dərəcəlik enliklərə doğru istiqamətlənir. Troposferin yuxarı qatında soyuqdan sıxlaşan yüksək təzyiqli hava tropik enliklər üzərində aşağı enir. Enən hava yer səthinə yaxınlaşdıqca ekvatora doğru alçaq təzyiqə yönəlir. Bu hava axını passat küləkləri adlanır.
10
Qərb küləkləri Geri Mülayim enliklərdə də ekvatorda olduğu kimi hava qalxan olduğu üçün alçaq təzyiq yaranır. Tropik enliklərdə troposferin yuxarı qatından enən hava axınının bir hissəsi də mülayim enliklərə doğru istiqamət alır. Bu küləkləri də Qərb küləkləri adlandırırlar.
11
Şimal- şərq və Cənub- şərq küləkləri
Geri Ekvator və mülayim enliklərindən qalxan havanın bir hissəsi də qütblərə doğru istiqamət alır və ağırlaşaraq yer səthinə enir. Qütblərdə enən hava axınları mülayimlərə-alçaq təzyiq zonasına axın edir. Şimal qütbündə Şimal-şərq, cənub qütbündə Cənub-şərq küləkləri adlanır.
12
Aşağıdakı sxemin köməyi ilə biz hakim küləklərin istiqamətini təyin edə bilərik.
Yerin öz oxu ətrafında fırlanması daimi küləklərin istiqamətini dəyişir. Passat küləklər qərbə tərəf əsdiyi üçün şərq küləyi, qərb küləyi isə şərqə əsdiyi üçün qərb küləkləri , qütblərdən əsən küləklər də qərbə meyilləndiyi üçün şərq küləkləri adlandırılır 90 60 30 30 60 90
13
Test tapşırıqları Verilmiş məlumatı oxuyun və seçdiyiniz variant yazılmış fiqura tıklayın
14
Passat Qərb Simal-çərq
Ekvator və mülayim enliklərindən qalxan havanın bir hissəsi də qütblərə doğru istiqamət alır və ağırlaşaraq yer səthinə enir. Qütblərdə enən hava axınları mülayimlərə-alçaq təzyiq zonasına axın edir.Bu küləklər necə adlandırılır? Passat Qərb Simal-çərq
17
Şimal-şərq, cənub-şərq küləkləri
Ekvator üzərindən qalxan rütubətlə bol havanın bir hissəsi bulud yaradaraq bol yağıntı verir. Digər hissəsi isə qalxan havanın itələyici təsiri ilə 30 dərəcəlik enliklərə doğru istiqamətlənir. Troposferin yuxarı qatında soyuqdan sıxlaşan yüksək təzyiqli hava tropik enliklər üzərində aşağı enir. Enən hava yer səthinə yaxınlaşdıqca ekvatora doğru alçaq təzyiqə yönəlir. Bu hava axını necə adlandırılır? passat Qərb küləkləri Şimal-şərq, cənub-şərq küləkləri
20
Şimal-şərq, cənub-şərq küləkləri
passat Mülayim enliklərdə də ekvatorda olduğu kimi hava qalxan olduğu üçün alçaq təzyiq yaranır. Tropik enliklərdə troposferin yuxarı qatından enən hava axınının bir hissəsi də mülayim enliklərə doğru istiqamət alır. Bu küləkləri necə adlandırırlar?. Qərb küləkləri Şimal-şərq, cənub-şərq küləkləri
23
157 saylı orta məktəb: Abdullayeva Natəvan Diqqətinizə görə sağ olun.
Hamınıza uğurlar!
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.