Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Elektron cədvəllər . Eyni tipli düsturlar.

Benzer bir sunumlar


... konulu sunumlar: "Elektron cədvəllər . Eyni tipli düsturlar."— Sunum transkripti:

1 Elektron cədvəllər . Eyni tipli düsturlar.
Xanalarda nisbi , mütləq və qarışıq ünvanlar 264 sayli məktəbin İnformatika müəllimi Əliyeva Xanim

2 Elektron cədvəl, ilk növbədə hesablamaları avtomatlaşdirmaq üçün nəzərdə tutulub.Bu məqsədlə cədvəlin xanasına düsturlar daxil edilir. İstənilən düstur (=) işarəsi ilə başlayir. Düsturlarda ədədi verilənlər, müxtəlif funksiyalar, cədvəlin obyekrlərinin ünvanları ola bilər. Düsturlarda istifadə olunan ünvanlara(xananın, sətrin, sütunun, xanalar diapazonunun ünvanı) istinadlar deyilir. Düsturlar iki cür olur :cəbri və məntiqi Cəbri düsturlarda hesab əməllərindən istifadə olunur.Düsturlarla hesablama zamani riyaziyyatda hesab əməllərinin yerinə yetirilmə ardıcıllığına burda da əməl olunur. Məntiqi düsturlar şərtdən ibarət olur və onun doğru , yaxud yalan olması müəyyənləşdirilir. Doğru ifadəyə “ true”(“doğru”, 1), yalan ifadəyə isə “false”(“yalan”, 0) qiyməti mənimsədilir.

3 Eynitipli düsturlar Elektron cədvəllə işləyərkən çox zaman müəyyən diapazonda olan xanaları eyni struktura malik olan, ancaq dəyişənləri müxtəlif qiymətlər alan düsturlarla doldurmaq lazım gəlir.Bu o deməkdir ki, onlar yalniz istinada görə fərqlənir . Belə düsturlara eynitipli düsturlar deyilir. Düstur Yalniz bir xanaya daxil edilir, sonra isə o basqa xanalara köçürülür.

4 Eynitipli düsturlara nümunələr:

5 Mütləq istinad Düsturu cədvəliin başqa yerinə köçürərkən ona daxil olan istinadlar avtomatik dəyişir.

6 Düsturlarda mütləq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı onun hər iki hissəsi- sütunun hərfi və sətrin nömrəsi dəyişilməsin.Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $ simvolu qoyulur, məs: $F$3, yaxud $E$7. Köçürülmə zamanı düstur bütün xanalarda dəyişilməz yerləşdiriləcək.

7 Nisbi istinaddan -o halda istifadə olunur ki, köçürülmə zamanı dəyişilməli olsun.
Nisbi İSTİNAD adi formada yazilir, məs: F3, e7 Köçürülmədən sonra düsturun köçürüldüyü bütün xanalarda həm sütunun hərfi, həm də Sətrin Nömrəsi köçürülməyə uyqun olaraq dəyişilir.

8 hərf hissəsinin qabağında rəqəm hissəsinin qabağında
Qarışıq istinad hərf hissəsinin qabağında $ işarəsi yazılır rəqəm hissəsinin qabağında $ işarəsi yazılır.

9 Qarışıq istinaddan-o halda istifadə olunur ki, köçürmə zamanı onun iki hissəsindən biri-ya sütunun hərfi, ya da sətrin nömrəsi dəyişilsin. Bu zaman $ simvolu istinadın yalnız dəyişilməz qalacaq hissəsinin qabağında qoyulur.Məs: $ F3, yaxud E$7 .

10 C4 xanasindan F4 xanasina düsturu köçürərkən dustur belə dəyişəcər
=A4*B4

11 Düsturu B3 xanasindan B6 xanasına köçürsek belə dəyişər.
=A4*$B$1 =

12 Diqqətinizə görə minnətdaram!


"Elektron cədvəllər . Eyni tipli düsturlar." indir ppt

Benzer bir sunumlar


Google Reklamları