Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
Vətənpərvər Ziyalılarımız
2
HAZIRLADI: ILKNUR MURAD ÇINGİZ QIZI
3
Müdrikcəsinə deyilmiş bir ifadə var: Ömrunu xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir.
4
Hər dövləti tanıdan onun şəxsiyyətləridir
Hər dövləti tanıdan onun şəxsiyyətləridir. Ziyalı şəxsiyyətlər nə qədər çox olsa həmin vətənin adı da o qədər uca tutular. Bizim vətənimiz Azərbaycanın da çox vətənpərvər ziyalıları olmuşdur. Gəlin biz tarixi vərəqləyib bir daha o şəxslərə nəzər yetirək.
5
Həsən bəy Zərdabi Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) 28 iyun 1837-ci ildə Zərdab rayonunda anadan olmuş, 28 noyabr 1907-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi , 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur.
6
Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov - Azərbaycanın görkəmli siyasi xadimi. Diplomat, hüquqşünas.Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan xalq parlamentinin üzvü olmuşdur. O, 1897-ci ildən1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir.
7
Fətəli xan Xoyski Fətəli xan Xoyski - Azərbaycan xalq Cümhuriyyəti hökumətinin başçısı, AXC-nin Daxili İşlər Naziri ,AXC-nin Xarici İşlər Naziri olmuşdur. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi.
8
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə -tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə.Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri.Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
9
Nəsib Yusifbəyli Yusifbəyli Nəsib bəy Yusif oğlu ( ) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, publisist olmuşdur ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.
10
Cəlil Məmmmədquluzadə
Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu - azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim olmuşdur. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir. "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Nəzmi, Əliqulu kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.
11
Teymur Əhmədov Teymur Əkbər oğlu Əhmədov 1930-cu il dekabr ayının 25-də Şəmkir şəhərində anadan olub. İlk təhsilini İrəvan şəhərindəki Əzizbəyov adına orta məktəbdə alıb. Çox mütaliə etməsi, elmə, biliyə can atması sayəsində orta məktəbi qızıl medalla bitirib və 1949-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universitet illəri Teymur Əhmədovun dünyagörüşünün formalaşmasına, gələcək həyat yolunun müəyyənləşməsinə böyük təsir göstərib. Universiteti bitirdikdən sonra ona Bakıda qalıb işləmək təklif olunsa da, öz arzusu ilə İrəvanda Azərbaycan dilində nəşr edilən "Sovet Ermənistanı" qəzetində əmək fəaliyyətinə başlayıb. Elə o vaxtdan da coşqun publisistlik fəaliyyəti ilə həm elm, həm də jurnalistika sahələrində özünü tanıda bilib. Bütün ömrünü gərgin elmi araşdırmalara və tədqiqatlara həsr edən Teymur müəllim zəmanəmizin ən aktual mövzularını əhatə edən sanballı məqalələri ilə milli mətbuatımızda da silinməz iz qoyub.
12
Əgər biz bu gün Azərbaycanımızın bütün ziyalı vənpərpər vətəndaşlarından danışsaq, onda gərək neçə günlərlə burda qalaq. Çünki onları saymaqla bitirmək olmaz. Ancaq istəyirəm ki, Azərbaycanın, hətta nəinki Azərbaycanın, bütün dünyanın tanıdığı dahi şəxsiyyət, vətənpərvər ziyalımız H.Əliyevdən söz salaq. Çünki biz azərbaycanlıların hər fürsətdə bunu dilə gətirməyimiz vacibdir. Gəlin Azərbaycan tarixinə iz salmış dahi şəxsiyyətimizin həyatına qısaca nəzər yetirək.
13
Heydər Əliyev Heydər Əlirza oğlu Əliyev- Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti ( ), "Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" titullarının rəsmi daşıyıcısı olmuşdur. Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 2003-cü ilə qədər Azərbaycanın prezidenti olmuşdur. O, bu 11 ildə hər zaman vətənini qorudu, onun arxasında oldu. Azərbaycanı irəli apardı. İndi bizim belə gözəl Azərbaycanda yaşamağımız onun sayəsində olmuşdur.
14
Diqqətinizə görə təşəkkür edirəm.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.