Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
15 İnhisar
2
Rəqabət aparan firma qiymətlə razılaşır, inhisarçı firma isə qiyməti təyin edir.
3
Firma o zaman inhisarçı (monopoly) hesab edilir ki . . .
istehsal etdiyi əmtəənin yeganə satıcısı olsun. istehsal etdiyi əmtəənin yaxın əvəzedicisi olmasın.
4
İNHİSARLAR NECƏ MEYDANA ÇIXIRLAR
İnhisarın yaranmasının əsas səbəbi bazara daxil olmanın qarşısını alan maneələrin olmasıdır.
5
İNHİSARLAR NECƏ MEYDANA ÇIXIRLAR
Bazara daxil olmanın qarşısını alan maneələr üç əsas səbəbdən yaranır: Mühüm sərvət yalnız bir firmaya məxsus olduqda. Dövlət hər hansı bir firmaya bəzi əmtəə və xidmətləri istehsal etmək üçün müstəsna hüquq verdikdə. İstehsal xərcləri, bazarda bir istehsalçı olduğu halda, çoxlu sayda istehsalçı olduğu hala nisbətən aşağı olduqda.
6
Sərvətlər üzərində inhisar
Mühüm sərvətin yeganə sahibi olmaq inhisarın yaranması üçün potensial bir səbəb olsa belə, təcrübədə inhisarlar bu səbəbdən nadir hallarda yaranırlar.
7
Dövlət tərəfindən yaradılan inhisarlar
Bir çox hallarda, inhisarın yaranmasına səbəb dövlətin bəzi əmtəə və xidmətləri satmaq üçün müstəsna hüququ bir şəxsə və ya bir firmaya verməsi olur.
8
Dövlət tərəfindən yaradılan inhisarlar
Patent və müəllif hüquqları haqqında qanunlar dövlətin inhisar yaratmaqla ictimai maraqlar uğrunda necə xidmət etdiyini sübut edən iki mühüm misaldır.
9
Təbii inhisarlar Təbii inhisar (natural monopoly) bir firma mal və xidmətləri bazarda iki və daha çox firmanın fəaliyyət göstərdiyi halla müqayisədə daha az xərclərlə istehsal etdikdə meydana çıxır.
10
Təbii inhisarlar Təbii inhisar müəyyən istehsal səviyyəsində istehsalın artması nəticəsində maya dəyərinin azalması halında meydana çıxır.
11
Təsvir 1. İstehsalın artması nəticəsində maya dəyərinin azalması inhisarın yaranmasının səbəbi kimi
Xərc Orta məcmu xərclər İstehsalın həcmi Copyright © South-Western
12
İNHİSARLAR İSTEHSAL HƏCMİ VƏ QİYMƏTLƏ BAĞLI QƏRARLARI NECƏ QƏBUL EDİR
İnhisarçılıq və Rəqabət İnhisarçı Yeganə satıcıdır Aşağı meylli tələb əyrisi ilə üzləşir Qiyməti təyin edir Qiyməti azaltdıqca satışları artır Rəqabət aparan firma Çoxlu istehsalçıdan biridir Üfüqi tələb əyrisi ilə üzləşir Qiymətlə razılaşandır Eyni qiymət səviyyəsində satışları az və ya çox ola bilir
13
Təsvir 2. Rəqabət aparan və inhisarçı firmalar üçün tələb əyrisi
(a) Rəqabət aparan firmanın tələb əyrisi ’ (b) İnhisarçı firmanın tələb əyrisi ’ Qiymət Qiymət Tələb Tələb İstehsal həcmi İstehsal həcmi Copyright © South-Western
14
İnhisarçının gəlirləri
Məcmu gəlir P Q = TR Orta gəlir TR/Q = AR = P Marjinal gəlir DTR/DQ = MR
15
Cədvəl 1. İnhisarçının məcmu, orta və marjinal gəliri
Copyright©2004 South-Western
16
İnhisarçının gəlirləri
İnhisarçının marjinal gəliri İnhisarçı bazarda aşağı-meylli tələb əyrisi ilə üzləşdiyindən marjinal gəlir həmişə qiymətdən az olur. Tələb əyrisi aşağı-meyillidir. Satışın həcmini artırmaq üçün inhisarçı firma əmtəənin qiymətini aşağı salamlıdır.
17
İnhisarçının gəlirləri
İnhisarçının marjinal gəliri İnhisarçı satışın həcmini artıran zaman bu ümumi gəlirə (P Q) iki cür təsir edir: İstehsal həcmi effekti: daha artıq miqdarda məhsul satılır və deməli Q daha da yüksəkdir. Qiymət effekti: qiymət düşür, deməli P aşağıdır.
18
Təsvir 3. İnhisarçı firmanın tələb və marjinal gəlir əyriləri
Qiymət $11 10 9 8 7 6 5 4 3 Tələb (orta gəlir) 2 Marjinal gəlir 1 –1 1 2 3 4 5 6 7 8 Suyun miqdarı –2 –3 –4 Copyright © South-Western
19
Mənfəətin maksimallaşdırılması
Öz mənfəətini maksimallaşdıran inhisarçı firma marjinal gəlir və marjinal xərclər əyrilərinin kəsişdiyi nöqtəyə uyğun miqdarda əmtəə istehsal edir. O həmçinin tələb əyrisindən istifadə edərək, bu miqdara uyğun qiymət səviyyəsini də müəyyən edir.
20
Təsvir 4. İnhisarçı firma üçün mənfəətin maksimallaşdırılması
Xərc və və tələb əyrisi bu miqdara uyğun qiyməti göstərir. gəlirlər 1. Marjinal gəlir əyrisi ilə marjinal xərc əyrisinin kəsişməsi mənfəəti maksimallaşdıran miqdarı müəyyən edir ... Marjinal gəlir Tələb İnhisar qiyməti QMAX B Marjinal xərc Orta məcmu xərc A Q Q Miqdar Copyright © South-Western
21
Mənfəətin maksimallaşdırılması
İnhisar və rəqabətin müqayisəsi Rəqabət aparan firma üçün qiymət marjinal xərcə bərabərdir. P = MR = MC İnhisarçı firma üçün qiymət marjinal xərcdən yüksəkdir. P > MR = MC
22
İnhisarçının mənfəəti
Mənfəət məcmu gəlirlə məcmu xərcin fərqinə bərabərdir. Mənfəət = TR - TC Mənfəət = (TR/Q - TC/Q) Q Mənfəət = (P - ATC) Q
23
Təsvir 5. İnhisarçının mənfəəti
Xərc və gəlirlər Marjinal gəlir Tələb Marjinal xərc İnhisar qiyməti QMAX B C E D İnhisar mənfəəti Orta məcmu xərc Orta məcmu xərc Miqdar Copyright © South-Western
24
İnhisarçının mənfəəti
İnhisarçı, qiymət orta məcmu xərcdən yüksək olduğu müddətcə iqtisadi mənfəət əldə edəcəkdir.
25
Təsvir 6. Dərman bazarı Xərclər və gəlirlər Marjinal gəlir Tələb
Patentin qüvvədə olduğu müddətdə qiymət İnhisarçı miqdar Patentin müddəti bitdikdən sonra qiymət Marjinal xərc Rəqabətli miqdar Miqdar Copyright © South-Western
26
İNHİSARLARIN MADDİ RİFAHA MƏNFİ TƏSİRİ
Rəqabət aparan firmadan fərqli olaraq inhisarçı firma qiyməti marjinal xərclərdən yüksək təyin edir. Alıcıların nöqteyi-nəzərindən, bu yüksək qiymət inhisarçını arzuolunmaz edir. Firma sahibləri nöqteyi-nəzərindən isə inhisarçı firmanın yüksək qiymət təyin etməsi arzu olunan haldır.
27
Təsvir 7. Məhsul istehsalının səmərəli səviyyəsi
Qiymət Marjinal xərc Tələb (Alıcıların faydası) Alıcıların faydası İnhisarçının xərci Səmərəli miqdar İnhisarçının xərci Alıcıların faydası Miqdar Alıcıların faydası xərcindən çoxdur. Alıcıların faydası satıcının xərcindən azdır. Copyright © South-Western
28
İtirilmiş iqtisadi səmərə
İnhisarçı qiyməti marjinal xərclərdən artıq təyin etdiyi üçün, əmtəəyə istehsal xərclərindən artıq qiymət verən alıcıların heç də hamısı əmtəəni almırlar. Buna görə də, inhisarçının istehsal etdiyi və satdığı miqdar sosial cəhətdən səmərəli həddən həmişə aşağı olur.
29
Təsvir 8. İnhisarın səmərəsizliyi
Qiymət Tələb Marjinal gəlir Marjinal xərc İtirilmiş iqtisadi səmərə İnhisar qiyməti İnhisarçı miqdar Səmərəli miqdar Miqdar Copyright © South-Western
30
İtirilmiş iqtisadi səmərə
İnhisarın səmərəsizliyi İnhisarçı sosial baxımdan səmərəli miqdardan daha az məhsul istehsal edir.
31
İtirilmiş iqtisadi səmərə
İnhisara görə yaranan itirilmiş iqtisadi səmərə, vergiyə görə yaranan itirilmiş iqtisadi səmərəyə bənzəyir. İki hal arasındakı fərq yalnız vergi tətbiq olunduqda dövlətin gəlir əldə etdiyi halda, inhisarçılıq şəraitində özəl firmanın inhisar mənfəəti əldə etməsidir.
32
İNHİSARLAR BARƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Dövlət inhisarlaşmış bazarlarla bağlı yaranan problemləri aradan qaldırmaq üçün aşağıdakı dörd tədbirdən birini həyata keçirə bilər: İnhisarlaşmış sənayeləri tədricən rəqabət mühitinə keçirmək. İnhisarların fəaliyyətini tənzimləmək. Bəzi özəl inhisarları dövlət müəssisələrinə çevirmək. Və yaxud heç bir tədbir görməmək.
33
Anti-inhisar qanunlarının köməyi ilə rəaqbətin artırılması
Anti-inhisar qanunları firmaların inhisarçı nüfuzunu azaltmağa imkan verən hüquqi aktlar və qanunlar toplusudur. Anti-inhisar qanunları dövlətə rəqabəti müxtəlif vasitələrlə gücləndirmək imkanı verir. Onlar dövlətə firmalarının birləşməsinin qarşısını almağa imkan verir. Onlar dövlətə bəzi şirkətləri kiçik hissələrə parçalamaq imkanı verir. Onlar şirkətlərin öz fəaliyyətlərini uzlaşdıraraq bazarda inhisarçı kimi çıxış etmələrinin qarşısını alır.
34
Anti-inhisar qanunlarının köməyi ilə rəaqbətin artırılması
İki mühüm anti-inhisar qanunu Şerman Anti-inhisar Qanunu (1890) O dövrdə iqtisadiyyatda hegamonluq edən iri və nüfuzlu “trestlər”in bazar nüfuzunu aşağı salmışdır. Klayton Qanunu (1914) Dövlətin bu sahədə nüfuzunu daha da artırmış və ona inhisarçı şirkətlərə qarşı məhkəmə iddiası qaldırmaq hüququ vermişdir.
35
Dövlət təbii inhisarçının qiymətlərini tənzimləyə bilər.
Tənzimləmə Dövlət təbii inhisarçının qiymətlərini tənzimləyə bilər. Əgər qiymət marjinal xərclərə bərabər olsa, resursların bölgüsü səmərəli olacaqdır.
36
Təsvir 9. Təbii inhisar tərəfindən marjinal xərclərə əsasən qiymətqoyma
Tələb Orta məcmu xərc Orta məcmu xərc İtki Tənzimlənən qiymət Marjinal xərc Miqdar Copyright © South-Western
37
Tənzimləmə Təcrübədə tənzimləyici orqan inhisarçının istehsal xərclərini aşağı saldığı təqdirdə ona mənfəəti nisbətən artırmaq imkanı verir, yəni qiyməti tam olaraq yeni xərclərə uyğunlaşdırmır.
38
Dövlət mülkiyyətinə almaq
Özəl firma kimi fəaliyyət göstərən təbii inhisarın tənzimlənməsi əvəzinə dövlət inhisarı özü idarə etməyə başlayır (Məs. ABŞ-da dövlət Poçt Xidmətini öz mülkiyyətində saxlayıb və idarə edir).
39
Heç bir tədbir görməmək
Əgər bazarın iflasının nəticələri dövlət siyasətinin qüsurlarının nəticələri ilə müqayisədə daha kiçikdirsə, dövlət heç bir tədbir görməyə bilər.
40
QİYMƏT AYRI-SEÇKİLİYİ
Qiymət ayrı-seçkiliyi(Price discrimination) istehsal xərcləri eyni olmasına baxmayaraq, eyni əmtəənin müxtəlif alıcılara müxtəlif qiymətlərə satılmasına deyilir.
41
QİYMƏT AYRI-SEÇKİLİYİ
Əgər bazar qiymətindən çoxlu firmaların satış həyata keçirdiyi rəqabətli bazarda qiymət ayrı-seçkiliyinin olması mümkün deyildir. Bunu etmək üçün firma müəyyən bazar gücünə malik olmalıdır. Mükəmməl qiymət ayrı-seçkiliyi Mükəmməl qiymət ayrı-seçkiliyi şəraitində inhisarçı hər bir alıcının ödəmə niyyətindən xəbərdardır və buna əsasən də hər bir alıcı üçün əmtəəyə müəyyən qiymət təyin edir.
42
QİYMƏT AYRI-SEÇKİLİYİ
Qiymət ayrı-seçkiliyinin iki mühüm təsiri: İnhisarçı mənfəətini artırır. İtirilmiş iqtisadi səmərəni azaldır.
43
Təsvir 10. Qiymət ayrı-seçkiliyi olduqda və olmadıqda maddi rifah
(a) Eyni qiymət təyin edən inhisarçı Qiymət İstehlakçının izafi faydası Tələb Marjinal gəlir İtirilmiş iqtisadi səmərə Satışın həcmi İnhisarçı qiymət Mənfəət Marjinal xərc Miqdar Copyright © South-Western
44
Təsvir 10. Qiymət ayrı-seçkiliyi olduqda və olmadıqda maddi rifah
(b) Mükəmməl qiymət ayrı-seçkiliyi tətbiq edən inhisarçı Qiymət Mənfəət Tələb Marjinal xərc Satışın həcmi Miqdar Copyright © South-Western
45
QİYMƏT AYRI-SEÇKİLİYİ
Qiymət ayrı-seçkiliyinə misallar Kino biletləri Təyyarə biletləri Güzəşt kuponları Maliyyə yardımı Miqdar güzəştləri
46
NƏTİCƏ: İNHİSARIN HÖKMRANLIĞI
İnhisarlarin yaratdığı problemlər nə qədər geniş yayılmışdır? İnhisarlara tez-tez rast gəlmək olur. Məhsullar çeşidləndirildiyindən əksər firmalar öz qiymətlərinə təsir edə bilirlər. Mühüm inhisar gücünə malik firmalar nadirdir. Bəzi mallar həqiqətən də əvəzedilməzdir.
47
Xülasə İnhisarçı bazarda əmtəənin yeganə satıcısıdır.
O, istehsal etdiyi əmtəə üçün bazarda aşağı meylli tələb əyrisi ilə üzləşir. İnhisarçının marjinal gəliri həmişə onun satdığı əmtəənin qiymətindən az olur.
48
Xülasə Rəqabət aparan firma kimi, inhisarçı firma da marjinal gəlir ilə marjinal xərcin bərabərliyi nöqtəsinə uyğun istehsal həcmi seçir və beləliklə də mənfəətini maksimum edir. Rəqabət aparan firmadan fərqli olaraq, inhisarçı firmanın təyin etdiyi qiymət marjinal gəlirdən və deməli həm də marjinal xərcdən yüksək olur.
49
Xülasə İnhisarçının mənfəətini maksimum edən istehsal həcmi, istehlakçının və istehsalçının izafi dəyərlərinin cəmini maksimum edən istehsal həcmindən az olur. İnhisarçı bazarda verginin yaratdığı kimi itirilmiş iqtisadi səmərənin meydana çıxmasına səbəb olur.
50
Xülasə İqtisadi sahədə dövlət siyasətini formalaşdıran qurumlar inhisarçının bazarda yaratdığı səmərəsizliyi aradan qaldırmaq üçün anti-inhisar qanunları, qiymətlərin tənzimlənməsi və inhisarçı firmanın dövlət müəssisəsinə çevrilməsi yollarından birini seçə bilər. Əgər bazarın iflası nəticəsində yaranan problemlərin miqyası dövlət siyasəti aparılarkən labüd olaraq ortaya çıxan mənfi təsirlərdən az olarsa, onda dövlət heç bir tədbir görmür.
51
Xülasə İnhisarçı bir çox hallarda alıcıların müxtəlif qrupları üçün müxtəlif qiymətlər təyin edə bilər. Qiymət ayrı-seçkiliyi deyilən bu təcrübə nəticəsində daha aşağı alıcılıq qabiliyyəti olan qruplar da əmtəəni ala bilərlər və nəticədə ümumi maddi rifah artar. Mükəmməl qiymət ayrı-seçkiliyi halında inhisarçının bazarda yaratdığı itirilmiş iqtisadi səmərə tamamilə aradan qaldırılır. Əgər qiymət ayrı-seçkiliyi mükəmməl deyilsə, onda belə siyasət inhisarçının vahid qiymət təyin etdiyi halla müqayisədə maddi rifahı həm artıra, həm də azalda bilər.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.