Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Əhalinin sağlamlığı və təhlükəsizliyi.

Benzer bir sunumlar


... konulu sunumlar: "Əhalinin sağlamlığı və təhlükəsizliyi."— Sunum transkripti:

1 Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Plan: 1. Təşkilatın təhlükəsizliyi anlayışının mahiyyəti və onun istiqamətləri. 2. Təşkilatın təhlükəsizliyinin təmin olunması. 3. Əməyin mühafizəsinə dair tədbirlərin mahiyyəti. 4. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlərin aparılmasına təsir edən amillər. 5. İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar meydana gələn problemlər. 6. İstehsalat zədələnmələri və onların səbəbləri. 7. Streslərin idarə olunması metodları.

2 1-ci sual. Təşkilatın təhlükəsizliyi anlayışının mahiyyəti və onun istiqamətləri.
Təşkilatın təhlükəsizliyinin istiqamətləri: İqtisadi təhlükəsizlik, hüquqi təhlükəsizlik, obyektin fiziki təhlükəsizliyi, informasiya təhlükəsizliyi, intellektual təhlükəsizlik, heyətin təhlükəsizliyi, ekoloji təhlükəsizlik. Müdafiə olunan obyektlər: təşkilatın iqtisadiyyatı, təşkilatın fəaliyyət göstərdiyi sahibkarlıq növü, təşkilatın daxili və xarici ərazisi, xidmət, məişət, anbar üçün yerlər, ofis binaları, dəzgahlar və materiallar, təşkilati mühasibatlığı və kassası. Kommersiya xidməti, şəxsi informasiya, intellektual mülkiyyət, şəxsi təhlükəsizlik rəhbər işçilərin və aparıcı mütəxəssislərin sağlamlığı və onların ailələrinin təhlükəsizliyi və təşkilatın heyətinin sağlamlığı.

3 2-ci sual. Təşkilatın təhlükəsizliyinin təmin olunması.
Sağlamlıq – təhlükəsizlikdən daha geniş və qarışıq bir ifadədir. Sağlam şəxs, normal bəşəri fəaliyyəti pozan xəstəlik, yaralanmaq kimi fiziki, zehni və ruhi problemləri və qüsurları olmayan bir kəsdir. Sağlamlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərin formalaşmasına təsir edən amil şəxslərin sağlamlığı və rifahıdır. İş yerində qəza, bədbəxt hadisə və peşə xəstəliklərinin meydana gəlməməsi və işçilərin bu kimi xəsarətlərə məruz qalmalarının qarşısını almaq məqsədilə yerinə yetirilən bütün mühafizə tədbirlərinin məcmuu işçilərin sağlamlığının qorunması funksiyasının əsasını təşkil edir. Təhlükəsizlik - isə zehni və ruhi sağlamlıq əvəzinə fiziki sağlamlıqla əlaqədar olan ifadədir. Buna görə də iş yerində işçilərin sağlamlığına zərər verəcək şəraitin meydana gəlmə məqsədiylə həyata keçirilən bütün tədbirlərin məcmuyuna təhlükəsizlik tədbirləri deyilir.

4 3-cü sual. Əməyin mühafizəsinə dair tədbirlərin mahiyyəti.
Sağlamlıq proqramlarının əsas məqsədləri: Kadrların seçilməsi mərhələsində işə və müəssisəyə uyğun işçilərin işə qəbul edilməsinə nail olmaq. Buna görə də işçilərin işə qəbul vaxtı tibbi müayinəsi əsas şərtdir. Başqa bir məqsəd isə işçilərin fiziki və ruhi baxımdan sağlam şəraitdə işləməsinə nail olmaq. Təhsil və inkişaf tədbirlərinin köməyilə işçilərin avadanlıq və təchizatdan düzgün istifadə etməsinə nail olmaq. İşçilərin idman və istirahət mərkəzlərinə cəlb etməklə, onların siqaret və spirtli içkilərə olan meyllərini azaltmaq. Müəssisə daxilində bəzi yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq. Təhlükəsizlik proqramlarının əsas məqsədləri: təhlükələri aradan qaldırmaq; bəzi işarələrin köməyi ilə qəzaların qarşısını almaq. Məsələn, yanğın baş verə bilən yerlərdə “siqaret çəkmək qadağandır” işarəsi qoyulur. iş ilə işçi arasında tarazlıq yaratmaq; işçilərə təhsil vermək; stresi azaldan tədbirlər həyata keçirməkdən ibarətdir.

5 Müəssisəxarici amillər Müəssisədaxili amillər
4-cü sual. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlərin aparılmasına təsir edən amillər. Müəssisəxarici amillər Müəssisədaxili amillər Ölkənin konstitusiyası Rəhbərliyin mövqeyi Hüquqi normalar Mühafizə tədbirlərinə sərf edilən vəsait İnsan hüquqlarını qoruyan beynəlxalq təşkilatlar Yeni texnologiya Həmkarlar Təşkilatları və Birliklər

6 5-ci sual. İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə əlaqədar meydana gələn problemlər.
İşçilərin sağlamlığı ilə bağlı Fiziki sağlamlıq və xəstəlik Spirtli içki içmək və sərxoş halda işini icra etmək Peşə xəstəlikləri Narkotik maddələrdən istifadə etmək

7 Peşə xəstəliklərinin səbəbləri:
Kimyəvi maddələr Fiziki faktorlar Bioloji faktorlar Sosial-psixoloji faktorlar

8 6-cı sual. İstehsalat zədələnmələri və onların səbəbləri.
Qəzalar – gözlənilmədən baş verən, həm işçilər, həm də işəgötürən tərəf baxımından arzu edilməyən nəticələrə səbəb olan hadisələrdir. Qəza və bədbəxt hadisələrə səbəb olan amillər aşağıda göstərilmişdir: İşə ciddi yanaşmamaq; Diqqətsizlik; Tədbirsizlik; Səbirsizlik; Savadsızlıq; Təcrübəsizlik; Fiziki və zehni yorğunluq; Təchizatdan düzgün istifadə edilməməsi; Təhsil və ixtisaslaşmanın lazımi səviyyədə olmaması.

9 Stresə təsir edən amillər:
Müdiriyyətin siyasəti və strategiyası Təşkilati struktur Təşkilati proses İş yerlərində əmək şəraiti


"Əhalinin sağlamlığı və təhlükəsizliyi." indir ppt

Benzer bir sunumlar


Google Reklamları