Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanSven-Erik Gustafsson Değiştirilmiş 6 yıl önce
1
Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Məmmədova
2
Azərbaycan dili Mövzu: "SÖZÜN QURULUŞCA NÖVLƏRİ" V sinif
3
Standartlar: 4.1.2 Təlimin məqsədi: İş forması: İş üsulu: İnteqrasiya:
Sözün səs tərkibini,semantik xüsusiyyətlərini,tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. Təlimin məqsədi: 1. Sözləri quruluşuna görə fərqləndirir. İş forması: Kiçik qruplarla iş,böyük qruplarla iş İş üsulu: Beyin həmləsi, müzakirə, klaster İnteqrasiya: Tarix (2.2.1.) Resurslar: Dərslik İş vərəqləri
4
QRUPLAR I - “SADƏ” II - “DÜZƏLTMƏ” III - “MÜRƏKKƏB” IV - “ŞƏKİLÇİLƏR”
5
MOTİVASİYA Şəkilləri bir-birindən fərqləndirən nədir ?
6
Sözlər quruluşca hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
Tədqiqat sualı Sözlər quruluşca hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
7
SÖZÜN QURULUŞCA NÖVLƏRİ
SEVİL MƏMMƏDOVA SÖZÜN QURULUŞCA NÖVLƏRİ SADƏ DÜZƏLTMƏ MÜRƏKKƏB
8
SADƏ SÖZLƏR Söz kökü və qrammatik şəkilçidən əmələ gələn sözlərə sadə sözlər deyilir. Məsələn: kitab, dəftər, ana, çanta, evdə, suyu
9
SEVİL MƏMMƏDOVA SADƏ SÖZLƏR Ev kitab uşaq
10
SEVİL MƏMMƏDOVA SADƏ SÖZLƏR ev evlər kitab kitaba beş beşdən
apar apardı Sadə sözlər həm kökdən,həm də kök və qrammatik şəkilçidən ibarət ola bilir
11
Düzəltmə sözlər necə yaranır?
Bu sözlərə xas olan xüsusiyyərlər hansılardır?
12
DÜZƏLTMƏ SÖZLƏR Söz kökü və leksik şəkilçilər vasitəsilə əmələ gələn sözlərə düzəltmə sözlər deyilir. Məsələn:su+çu = suçu şəhər +li = şəhərli, meşə +lik = meşəlik məktəb +li = məktəbli
13
balıq balıqçı
14
su + çu = suçu balıq + çı = balıqçı Ot + laq = otlaq
SEVİL MƏMMƏDOVA DÜZƏLTMƏ SÖZLƏR su + çu = suçu balıq + çı = balıqçı Ot + laq = otlaq yaxşı + laş = yaxşılaş Gözəl + lik = gözəllik
15
çörək çörəkçi
16
Düzəltmə sözlər leksik şəkilçilər vasitəsi ilə yaranır
Düzəltmə sözlər leksik şəkilçilər vasitəsi ilə yaranır.Bir söz kökünə bir neçə şəkilçi qoşula bilər.Belə olduqda bir düzəltmə sözdən yeni düzəltmə söz yaranır.
17
Düzəltmə sözün kökü və başlanğıc forması müxtəlif nitq hissələrinə aid ola bilər.Lakin onlar arasında həmişə məna yaxınlığı olmalıdır. Ək+in+çi+lik Əkinçilik Yaz+ı+çı+lıq Yazıçılıq
18
Yaz Yazı Yazıçı
19
SEVİL MƏMMƏDOVA İki və daha artıq sözün
MÜRƏKKƏB SÖZLƏR İki və daha artıq sözün birləşməsi ilə əmələ gələn və bir vurğu altında deyilən sözlərə mürəkkəb sözlər deyilir. Məsələn: it + burun = itburnu, çox+mərtəbə=çoxmərtəbəli, bağ + yarpaq = bağayarpağı
20
+ Dəvəquşu
21
Tozsoran İtburnu Ayaqqabı
22
SEVİL MƏMMƏDOVA MÜRƏKKƏB SÖZLƏR Isti + ot = istiot
Toz + soran = tozsoran Asta + asta = asta – asta Balıq + qulaq = balıqqulağı Dəmir + dümür = dəmir – dümür Kağız + kuğuz = kağız – kuğuz Qeyri + adi = qeyri – adi
23
SEVİL MƏMMƏDOVA Mer-meyvə kağız-kuğuz kələ-kötür
24
“SADƏ” QRUP SUALLAR: Sadə sözlər nəyə deyilir?
Sadə sözlərə aid 5 söz yazın. Aşağıdakılardan hansı sadədir? ağacdələn B) güllük C) həkim D) naməlum
25
“DÜZƏLTMƏ” QRUP Şəkilçilər haqqında nə bilirsiniz?
Leksik şəkilçilər və onların xüsusiyyətləri haqqında nümunələr yazın Düzəltmə sözlərə aid 5 söz söyləyin.
26
“MÜRƏKKƏB” QRUP Mürəkkəb sözlər nəyə deyilir?
Mürəkkəb sözlərə aid 5 söz yazın. Hansı mürəkkəb sözdür? gözəllik B) kitabxana C) ucaboy D) çanta
27
“ŞƏKİLÇİLƏR” QRUP Sözün quruluşca neçə növü var?
Sadə,düzəltmə və mürəkkəb sözlərə aid 5 söz söyləyin. Hansı düzəltmə sözdür? ucaboy B) sarıköynək C) səmimi D) dərslik
28
NƏTİCƏ Sözlər quruluşuna görə üç yerə ayrılır: sadə,düzəltmə və mürəkkəb. Sadə sözlər bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Mürəkkəb sözlər isə iki kökdən əmələ gəlir
29
“Çətin” sözünün antonimi
“SADƏ” QRUPU Krossvord (Yaradıcı tətbiqetmə) “Çətin” sözünün antonimi S ) Suda yaşayan canlı L Dərs ləvazimatı K Tərəvəz növü Ə M
30
Krossvord “DÜZƏLTMƏ” QRUPU (Yaradıcı tətbiqetmə) “Dadlı” sözünün əksi
Gül qabı L Sirr saxlayan adam Ş “Dərrakəli” sözünün sinonimi Ğ
31
Krossvord “MÜRƏKKƏB” QRUPU (Yaradıcı tətbiqetmə) “Kağız-......” Z
“Əlüz.....” Y “Dəmir-.....” A
32
Krossvord “ŞƏKİLÇİLƏR” QRUPU (Yaradıcı tətbiqetmə) Dərs ləvazimatı Q
“Uzaq” sözünün əksi N “Dəmir-.....” Ü
33
EV TAPŞIRIĞI Kiçik bir hekayə qurmaq.Hekayədə işlədilən sözləri quruluşuna görə qruplaşdırmaq.
34
Qiymətləndirmə Qruplar Meyarlar Sadə qrup Düzəltmə Mürəkkəb Şəkilçilər
Sözün quruluşca növlərini müəyyən edir Müzakirələrdə fəallıq göstərir. Tapşırıqları yerinə yetirir. Əməkdaşlıq edir Yekun
35
Resurslar: V sinif Azərbaycan dili dərsliyi
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.