Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanKaarina Lattu Değiştirilmiş 5 yıl önce
1
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi
7 İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti
2
BAZAR TARAZLIĞINA NƏZƏR SALAQ
Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır? Bazar tarazlığı bazarların qıt olan sərvətləri necə bölüşdürməsinə təsir edir. Bazarda sərvətlərin bölüşdürülməsinin arzuolunan olub olmaması rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr tərəfindən araşdırılır.
3
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr
Rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr maddi sərvətlərin bölüşdürülməsinin rifah halına təsirini öyrənir. Alıcılar və satıcılar bazarda iştirak etməkdən fayda əldə edirlər. Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır.
4
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr
Bazarda tarazlıq maksimum fayda ilə nəticələnir, belə ki, məhsulun istehlakçıları və istehsalçıları üçün maksimal ümumi rifah halı yaranır.
5
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr
İstehlakçının izafi faydası bazar münasibətlərində iştirakdan alıcının əldə etdiyi faydanı ifadə edir. İstehsalçının izafi faydası bazar münasibətlərində iştirakdan satıcının əldə etdiyi faydanı ifadə edir.
6
İSTEHLAKÇININ İZAFİ FAYDASI
Ödəməyə hazır olma alıcının əmtəə üçün ödəməyə hazır olduğu maksimum məbləğdir. Bu alıcının əmtəəyə və ya xidmətə verdiyi dəyəri ifadə edir.
7
İSTEHLAKÇININ İZAFİ FAYDASI
İstehlakçının izafi faydası alıcının ödəməyə hazır olduğu məbləğlə alıcının faktiki olaraq ödədiyi məbləğin fərqidir.
8
Təsvir 1 Dörd Mümkün Alıcının Ödəməyə Hazır Olması
olduğu qiymət Alıcı Con Pol Corc Rinqo $100 80 70 50 Copyright©2004 South-Western
9
İSTEHLAKÇININ İZAFİ FAYDASI
Bazarda tələb əyrisi alıcıların müxtəlif qiymətlərdə əldə etməyə hazır olduğu müxtəlif miqdarları bildirir.
10
Tələb Cədvəli və Tələb Əyrisi
11
Təsvir 1 Tələb Cədvəli və Tələb Əyrisi
Albomun Tələb Qiyməti $100 Conun ödəməyə hazır olduğu məbləğ 80 Polun ödəməyə hazır olduğu məbləğ 70 Corcun ödəməyə hazır olduğu məbləğ 50 Rinqonun ödəməyə hazır olduğu məbləğ 1 2 3 4 Albomların Sayı Copyright©2003 Southwestern/Thomson Learning
12
Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi
(a) Qiymət = $80 Albomun Tələb Qiyməti $100 Con üçün istehlakçının izafi faydası ($20) 80 70 50 1 2 3 4 Albomların Miqdarı Copyright©2003 Southwestern/Thomson Learning
13
Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi
(b) Qiymət = $70 Albomun Tələb Qiyməti $100 Con üçün istehlakçının izafi fayda- sı($30) 80 Pol üçün istehlakçının izafi faydası ($10) 70 İstehlakçının məcmu izafi faydası ($40) 50 1 2 3 4 Albomların Miqdarı Copyright©2003 Southwestern/Thomson Learning
14
Tələb Əyrisindən İstifadə Etməklə İstehlakçının İzafi Faydasının Ölçülməsi
Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə istehlakçının bazarda yaranan izafi faydasına bərabərdir.
15
Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir
(a) P Qiymətində İstehlakçının İzafi Faydası 1 Qiymət A Tələb İstehlakçının izafi faydası P1 Q1 B C Miqdar Copyright©2003 Southwestern/Thomson Learning
16
Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir
(b) P Qiymətində İstehlakçının İzafi Faydası 2 Qiymət A B C Tələb İlkin istehlakçının izafi faydası Yeni istehlakçılar üçün istehlakçının izafi faydası P1 Q1 D E F P2 Q2 İlkin istehlakçılar üçün əlavə izafi fayda Miqdar Copyright©2003 Southwestern/Thomson Learning
17
İstehlakçının İzafi Faydası Nəyi Ölçür?
İstehlakçının İzafi Faydası, yəni alıcıların əmtəə üçün ödəməyə hazır olduqları məbləğlə onların əmtəə üçün faktiki ödədikləri məbləğ arasındakı fərq alıcıların əmtəə istehlakından özlərinin fikrincə əldə etdikləri faydanın ölçüsüdür.
18
İSTEHSALÇININ İZAFİ FAYDASI
İstehsalçının izafi faydası satıcıya əmtəə üçün ödənilən məbləğ ilə satıcının məsrəfləri arasındakı fərqdir. İstehsalçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür.
19
Cədvəl 2 Dörd Mümkün Satıcının Məsrəfləri
Copyright©2004 South-Western
20
Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi
Necə ki, istehlakçının izafi faydası tələb əyrisi ilə əlaqəlidir, eləcə də istehsalçının izafi faydası təklif əyrisi ilə sıx əlaqəlidir.
21
Təklif Qrafiki və Təklif Əyrisi
22
Təsvir 4 Təklif Qrafiki və Təklif Əyrisi
23
Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi
Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə bazarda istehsalçının izafi faydasına bərabərdir.
24
Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi
(a) Qiymət = $600 Evin Rənglənməsinin Qiyməti Təklif $900 800 600 Qrəndma üçün istehsalçının izafi faydası ($100) 500 1 2 3 4 Rənglənən Evlərin Sayı Copyright©2003 Southwestern/Thomson Learning
25
Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi
(b) Qiymət = $800 Evin Rənglənməsinin Qiyməti Təklif İstehsalçının məcmu izafi faydası ($500) $900 800 600 Corciya üçün istehsalçının izafi faydası ($200) 500 Qrəndma üçün istehsalçının izafi faydası ($300) 1 2 3 4 Rənglənən Evlərin Sayı Copyright©2003 Southwestern/Thomson Learning
26
Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir
(a) P Qiymətində İstehsalçının İzafi Faydası 1 Qiymət Təklif B A C Q1 P1 İstehsalçının izafi faydası Miqdar Copyright©2003 Southwestern/Thomson Learning
27
Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir
(b) P Qiymətində İstehsalçının İzafi Faydası 2 Qiymət İlkin istehsalçı üçün əlavə izafi fayda Təklif D E F P2 Q2 Yeni istehsalçılar üçün istehsalçının Izafi faydası B P1 C İlkin istehsalçının izafi faydası A Q1 Miqdar Copyright©2003 Southwestern/Thomson Learning
28
BAZARLARIN SƏMƏRƏLİLİYİ
İstehlakçının izafi faydası və istehsalçının izafi faydası anlayışları əsas iqtisadi suallardan birinə cavab verməkdə bizə kömək edə bilər: Sərvətlərin azad bazarlar tərəfindən bölüşdürülməsi arzu olunan nəticəyə gətirib çıxarırmı?
29
BAZARLARIN SƏMƏRƏLİLİYİ
İstehlakçının İzafi Faydası = Alıcıların ödəməyə hazır olduqları məbləğ – Alıcılar tərəfindən ödənilən məbləğ və İstehsalçının İzafi Faydası = Satıcıların aldığı məbləğ – Satıcıların məsrəfləri
30
BAZARLARIN SƏMƏRƏLİLİYİ
Məcmu izafi fayda = İstehlakçının izafi faydası + İstehsalçının izafi faydası və ya = Alıcıların faydası – Satıcıların məsrəfləri
31
BAZARLARIN SƏMƏRƏLİLİYİ
Səmərəlilik sərvətlərin bölüşdürülməsinin bütün cəmiyyət üzvlərinin əldə etdiyi məcmu faydanı maksimumlaşdıran xüsusiyyətinə deyilir.
32
BAZARLARIN SƏMƏRƏLİLİYİ
İctimai planlaşdırıcı, səmərəlilikdən əlavə həm də ədalətlilik – maddi rifahın müxtəlif alıcılar və satıcılar arasında ədalətli bölüşdürülməsi – haqqında düşünə bilər.
33
Təsvir 7 Bazar Tarazlığında İstehlakçı və İstehsalçıların İzafi Faydası
Qiymət A C B D E Tələb İstehlakçının izafi faydası Təklif Tarazlıq qiyməti miqdarı İstehsalçının izafi faydası Miqdar Copyright©2003 Southwestern/Thomson Learning
34
BAZARLARIN SƏMƏRƏLİLİYİ
Bazar Fəaliyyətinin Nəticəsi Barədə Üç Məsələ Azad bazarlar təklif olunan əmtəələrin onlar üçün ən yüksək qiymət verməyə hazır olan alıcılara çatdırılmasını təmin edir. Azad bazarlar tələb olunan əmtəələrin ən aşağı məsrəflərə malik olan istehsalçılar tərəfindən istehsal olunmasını təmin edir. Azad bazarlar istehlakçı və istehsalçıların məcmu izafi faydasını maksimumlaşdıran miqdarda əmtəə istehsal edirlər.
35
Təsvir 8 Tarazlıq Miqdarının Səmərəliliyi
Qiymət Təklif Tələb Alıcıların faydası Satıcıların məsrəfləri Tarazlıq miqdarı Satıcıların məsrəfləri Alıcıların faydası Miqdar Alıcıların faydası satıcıların məsrəflərindən çoxdur. Alıcıların faydası satıcıların məsrəflərindən azdır. Copyright©2003 Southwestern/Thomson Learning
36
Bazar Tarazlığının Dəyərləndirilməsi
Tarazlıq, sərvətlərin səmərəli bölüşdürülməsinə gətirib çıxardığından, ictimai planlaşdırıcı azad bazar fəaliyyətinin nəticəsini olduğu kimi saxlamalıdır. İctimai planlaşdırıcının bu xeyirxah hərəkəti hərfi tərcümə olunduqda “imkan ver etsinlər” mənasını verən fransız sözü laissez faire ilə ifadə olunur.
37
Bazar Tarazlığının Dəyərləndirilməsi
Bazar Gücü Əgər bazar sistemi mükəmməl rəqabətli deyilsə, bazar gücü aşağıdakılarla nəticələnə bilər. Bazar gücü qiymətləri nəzarətdə saxlamaq bacarığıdır. Bazar gücü, bazarların qeyri-səmərəliliyinə səbəb olmaqla tarazlıq vəziyyətinin yaranmasına imkan vermir.
38
Bazar Tarazlığının Dəyərləndirilməsi
Kənar Təsirlər Alıcıların və satıcıların qərarları bəzən heç ümumiyyətlə bazar münasibətlərində iştirak etməyən adamlara da təsir edir. Kənar təsirlər bazardakı rifahın alıcıların faydası və satıcıların məsrəflərindən əlavə digər amillərdən də asılı olmasına gətirib çıxarır. Alıcılar və satıcılar hansı miqdarda əmtəə istehlak və ya istehsal etmək qərarını verərkən belə kənar təsirləri nəzərə almadıqları üçün cəmiyyətin mənafeyi baxımından bazar fəaliyyətinin nəticəsi səmərəsiz də ola bilər.
39
Xülasə İstehlakçının izafi faydası alıcının əmtəə üçün ödəməyə hazır olduğu məbləğlə əmtəə üçün faktiki olaraq ödədiyi qiymət arasındakı fərqə bərabərdir. İstehlakçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür. İstehlakçının izafi faydasını tapmaq üçün tələb əyrisi ilə qiymət xətti arasında qalan sahəni hesablamaq lazımdır.
40
Xülasə İstehsalçının izafi faydası satıcıların əmtəəni satmağa hazır olduğu məbləğlə istehsal məsrəfləri arasındakı fərqə bərabərdir. İstehsalçının izafi faydası satıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür. İstehsalçının izafi faydasını tapmaq üçün təklif əyrisindən yuxarıda və qiymət xəttindən aşağıda olan sahəni hesablamaq lazımdır.
41
Xülasə Sərvətlərin bölüşdürülməsi istehlakçıların və istehsalçıların məcmu izafi faydasını artırırsa, sərvətlərin belə bölüşdürülməsi səmərəli hesab olunur. Siyasətçilər adətən bazar fəaliyyətinin nəticələrinin həm səmərəliliyi, həm də ədalətliliyinə nail olmağa çalışırlar.
42
Xülasə Tələb və təklifin tarazlığı, istehlakçıların və istehsalçıların izafi faydalarının cəmini maksimumlaşdırır. Yəni, bazardakı gözəgörünməz əl sərvətlərin alıcılar və satıcılar arasında səmərəli bölüşdürülməsini təmin edir. Bazarların iflasının mövcud olduğu hallarda, bazarların fəaliyyətinin nəticəsində sərvətlər səmərəli şəkildə bölüşdürülmür.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.