Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Yerüstü hava xəritələri və onların təhlili

Benzer bir sunumlar


... konulu sunumlar: "Yerüstü hava xəritələri və onların təhlili"— Sunum transkripti:

1 Yerüstü hava xəritələri və onların təhlili
Mühazirəçi: Hacıyev Aqil

2 Sinoptik xəritələr Sinoptik xəritə — müəyyən zamanda meteoroloji müşahidə məntəqələrində əldə edilən məlumatların təhlilinin rəqəm və şərti işarələrlə köçürüldüyü coğrafi xəritədir. Belə xəritələr hava xidməti orqanlarında müntəzəm olaraq gün ərzində bir neçə dəfə tərtib edilir. Əsasən bu xəritələrin təhlili vasitəsilə havanın proqnozu təyin edilir. Tərkibinə görə sinoptik xəritələr: yerüstü, dairəvi və yüksəklik xəritələrinə bölünür. Yerüstü hava xəritəsi meteoroloji müşahidə məntəqələrinin məlumatına əsasən hər 3 saatdan bir tərtib edilir. Xəritənin üzərində KN-01 beynəlxalq sinoptik kodu vasitəsilə müxtəlif meteoroloji elementlər yazılır.

3 Hava xəritəsi üzrə aşağıdakı təhlillər aparılır:
N Hava xəritəsi üzrə aşağıdakı təhlillər aparılır: - izobarların yerləşməsinə görə hava şəraitini təyin edən barik sistemlərin yerləşməsi müəyyən edilir; - barik sistemlərin mərkəzində barik tendensiyalara görə onların intensivliyi və inkişaf mərhələsi qiymətləndirilir; atmosfer cəbhələrinin tipi və aktivliyi təyin edilir; bircins hava kütlələrinin xüsusiyyəti və onların rütubət tutumu qiymətləndirilir; - Aviasiya uçuşları üçün daha təhlükəli hava şəraiti olan ərazilər seçilir.

4 Dairəvi hava xəritəsi — müəyyən «dairənin» (bir meteomərkəzə bağlı olan meteoməntəqə şəbəkəsi) yerüstü hava xəritəsidir. Müəyyən ərazilərdə çox qısa müddətli (cari) proqnozların hazırlanmasında bu xəritələrdən istifadə olunur. Xəritədə rəngli qələmlərlə meteoroloji hadisələr, təzyiqin artma və azalma mərkəzləri, cəbhə zonaları göstərilir.. Aeroloji və ya yüksəklik xəritələri yüksəkliklərdə temperatur paylanması, təzyiq və külək parametrlərini xarakterizə edir. Yüksəklik üzrə sinoptik xəritələrin 2 növü var: mütləq və nisbi topoqrafiya xəritələri; mütləq barik topoqrafiya xəritələrinə müəyyən izobarik səth üçün, daha doğrusu atmosfer təzyiqi bütün nöqtələrdə eyni olan səth üçün yuxarıda göstərilən elementlər köçürülür;  

5 Sinoptik xəritələr (yerüstü və yüksəklik)

6 Xüsusi atmosfer hadisələri xəritəsi

7

8

9

10

11 Yuxarı təbəqə buludları Orta təbəqə buludları
Küləyin istiqaməti və sürəti Buludların ümumi miqdarı Atmosfer təzyiqi Temperatur 3 saat ərzində təzyiqin dəyişməsi Cari hava şəraiti 3 saat ərzində barik tendensiya Görünüş məsafəsi Şeh nöqtəsi Müşahidələr arası hava şəraiti Suyun temperaturu (dəniz meteostansiyası üçün) Yağıntıların miqdarı (mm) Aşağı təbəqə buludları Gəminin sürəti və istiqaməti (dəniz meteostansiyası üçün) Aşağı təbəqə buludlarının miqdarı (oktantla) Aşağı təbəqə buludlarının hündürlüyü

12

13


"Yerüstü hava xəritələri və onların təhlili" indir ppt

Benzer bir sunumlar


Google Reklamları