Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
FƏNNİ
2
Mövzu: 1. İnsan resurslarının idarə edilməsi fənninin məzmunu, metodoloji əsasları
1.İdarəetmə anlayışı və onun məzmunu 2. İdarəetmənin obyekti, növləri və metodları 3. İdarəetmənin inkişaf dövrləri 4. İnsan resurslarının idarə edilməsinin əsas mərhələləri 5. Heyətin idarə edilməsinin əsas konsepsiyaları və funksiyaları 6.Fənnin məzmunu və digər elmlərlə əlaqəsi
3
İdarəetmə elminə olan tələbat aşağıdakılardır:
1. İdarəetmə ictimai iqtisadi münasibətlərin konkret məqsədəuyğun təşkil edilməsidir, bütöv tam bir sistemin ayrı-ayrı hissələri, ünsürləri arasındakı əlaqəni təmin edən yeni prosesdir. İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. İdarəetmə elminə olan tələbat aşağıdakılardır: Xalq təsərrüfatının ümumi miqyasının çoxalması, onun strukturunun mürəkkəbləşməsi, dərinləşməsi, sahə və sahələrarası əlaqələrin mürəkkəbləşməsi; Təşkilati, iqtisadi, sosial əlaqələrin inteqrasiya olunması, bir-birinə nüfuz etməsi; Müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması və onun özünün yüksək səviyyədə idarə edilməsi zərurəti; Xalq təsərrüfatının hərtərəfli intensivləşdirilməsi və istehsalın səmərəliliyinin yüksəldilməsi; Kompleks sosial-iqtisadi problemlərin həlli ilə.
4
2. İdarəetmənin obyekti İdarəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir: ayrı-ayrı kollektivlər, müəssisələr, təşkilatlar, kompleks xalq təsərrüfatı sahəsi; bütövlükdə xalq təsərrüfatı və cəmiyyət; cəmiyyətdə baş verən iqtisadi və siyasi, sosial, hüquqi və ideoloji proseslər.
5
İdarəetmənin üç əsas növü vardır:
1) cansız təbiətin idarə edilməsi. Məsələn, maşınların, avadanlıqların, texnoloji, ETT-nin idarə edilməsi; 2) canlı təbiətin, orqanizmin idarə edilməsi, məsələn, fizioloji, biokimyəvi və biofiziki idarəetmə; 3) şüurlu, sosial idarəetmə-cəmiyyətin idarə edilməsi.
6
İdarəetmə sisteminin metodları
Ümumi metodlar Xüsusi metodlar Ümumi metodlar universal metodlar və ya kompleks metodlar adlanır. Ümumi metodlara aşağıdakılardır: kompleks (sistem) halında yanaşma metodu; xalq təsərrüfatının sahələrarası mövqeyindən yanaşma metodu; optimallaşdırma metodu; müşahidə metodu; təhlil metodu; tarixi yanaşma metodu; deduksiya metodu; induksiya metodu; mücərrəd təkəkkür metodu.
7
Sosial idarəetmə sisteminin sahələri
Siyasi idarəetmə İqtisadi idarəetmə Dövlət idarəçiliyi
8
İdarəetmənin konkret elmi metodları:
İnformasiyaların işlənib hazırlanması, toplanması İqtisadi-riyazi modelləşdirmə Anket sorğusu
9
3. İdarəetmənin inkişaf dövrləri (mərhələləri)
I dövr (mərhələ) – qədim dövr. Bu dövr idarəetmənin 1-ci inkişaf dövrü olmaqla, ən uzunmüddətli olub, təxminən eramızdan 9-7 min il başlayaraq XVIII əsrə qədər olan dövrü əhatə edir. İdarəetmənin II dövrü (mərhələsi) – sənayeləşmə dövrüdür ( ). İdarəetmə elminin yaranması və inkişafının tədqiqi bu dövrdə əsasən A.Smitə məxsusdur. İdarəetmənin III dövrü – sistemləşdirmə dövrüdür. Bu dövr cı illəri əhatə edir. İdarəetmənin IV dövrü – məlumatlar dövrüdür» (1960-cı ildən bu günə qədər)
10
4. İnsan resurslarının idarə edilməsinin əsas məsələləri
Firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə tələbatın müəyyən edilməsi; əmək bazarının qiymətləndirilməsi və məşğuliyyət amillərinin təhlili; əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf imkanları; fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması; əmək məhsuldarlığının idarə edilməsi; əmək gəlirlərinin, firmadaxili əmək və istehlak ölçüsünün tənzimlənməsi; firmadaxili fəal sosial siyasətin aparılması; yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması; qabaqcıl əmək üsullarının tətbiqi; heyətin peşə-ixtisas hazırlığı; münaqişələrin yumşaldılması və idarə edilməsi; sosial-psixoloji mühitin yaradılması.
11
5. Heyətin idarə edilməsinin əsas konsepsiyaları:
sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr). iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası və s.) əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması, əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı hüquqi münasibətlər və s.)
12
Heyətin idarə edilməsinin funksiyaları:
işçilərin seçilməsi, qiymətləndirilməsi və işə qəbul edilməsi; işçilərin əməyə uyğunlaşdırılması, təlimlənməsi; heyətin yaradıcı əməyinin motivləşdirilməsi; kariyeranın planlaşdırılması; heyətin fəaliyyətinə inteqrativ qaydada ümumi rəhbərlik; heyətin fəaliyyəti ilə bağlı xərclərin (əməyin ödənilməsi, təhsili, sosial xərclər) idarə edilməsi; iş yerlərinin, əmək fəaliyyətinin təşkili; heyətin marketinqi (yüksək ixtisaslı işçilərə, menecerlərə tələbatı müəyyən etmə); fəaliyyətin nəticələrini qiymətləndirmə; heyət fəaliyyəti üzərində nəzarət, əmək intizamını təmin etmə, münaqişələri tənzimləmə; heyətin sosial təminatı və hüquqi tənzimlənməsi.
13
“İnsan resurslarının idarə edilməsi” digər elmlərlə əlaqəsi Erqonomika
Əməyin gigyenası və sanitariyası Erqonomika Psixalogiya Əməyin təşkilinin əsasları Əməyin fiziologiyası və psixologiyası Sosiologiya Gəlir və əmək haqqı siyasəti Statistika Əməyin normalaşdırılması Menecment Heyətin idarə edilməsi İqtisadi nəzəriyyə Əməyin iqtisadiyyatı Əmək hüququ
14
Fənnin məzmunu aşağıdakıları əhatə edir:
insan resurslarının idarə edilməsinin nəzəri və metodoloji əsasları, formal münasibətlər və s. əmək ehtiyatları və əmək potensialı; əhalinin sağlamlığı və təhlükəsizliyi; intellektual kapital və onun idarə edilməsi, təhsil və insan inkişafı problemləri; istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının rolu; heyətin işgüzar koriyerasının (mənsəbinin) idarə edilməsi; əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarından istifadə; insan resurslarının strateji planlaşdırılması və idarə edilməsi; heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi; heyətin toplanması, seçilməsi və insan resurslarının inkişafı; heyətin əmək fəaliyyətinin stimullaşdırılması; insan resurslarının treninqi (təlimi) və inkişafı; işçilər arasında qarşılıqlı münasibətlər sistemi; insan resurslarının hüquqi və etik cəhətləri; heyətin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və s.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.