Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanFidan Dikmen Değiştirilmiş 6 yıl önce
1
Bakı şəhəri Suraxanı rayon Nadir Əliyev adına 282 №li tam orta məktəbin 10B sinif şagirdi Xəlilov Əli “KOMPÜTER CİNAYƏTKARLIĞI”
2
Həyatımızdakı cinayətlər
Həyatımızda gündəlik rastlaşdığımız cinayətlər insanlara əsasən sağlamlıq və maddi cəhətdən ziyan verir.
3
Daha təhlükəli cinayət “HACKED”
Kibercinayətlər isə insanlara cox vaxt maddi cəhətdən başqa mənəvi ziyan verir.Bu isə insanları daha çox sarsıdır.
4
Texnologiyamız “cinayət” yolunda
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur, və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir.Hər bir növdə olduğu kimi texnologiyanın da inkişafı digər pis yollar da açir. Belə ki, texnologiya dünyamızda da bir müddət keçdikdən sonra cinayətlər yaranmağa başladı və bu genişlənməyə,insanların həyatında təhlükələr yaratmağa başladı.
5
Hər şeyin çoxu ziyandır
Hakerlik yeni yarandığı dövr- lərdə böyük hörmətə malik idilər.Zaman keçdikcə onlar bu biliklərindən digər yollar da istifadə etməyə başladılar. Beləliklə də HAKERLİK hörmətdən düşməyə baş- ladı.Bu da sü- but etdi ki, əlbəttə ki hər şeyin çoxu ziyandır.
6
İnkişafdan cinayətə Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, Haker (Hacker ingilis sözüdür, hack- yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən,kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hacker'lar hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək çabası içərisindədirlər. Bu dahilər zərər vermə girişimlərində olmazlar.
7
Kibercinayət nədir? Kibercinayət dedikdə internet və ya başqa kompüter şəbəkələri üzərindən törədilən cinayətlər nəzərdə tutulur.Bu cinayətlər həyatdakı cinayətlərdən daha çox hətta 3-4 dəfə təhlükəli hesab olunur.Bu cinayət insanların şəxsi həyatı və onların məlumatlarında başqa malik olduqları maddi və mənəvi informasiyalari oğurlana bilir.Adi vətəndaşdan başqa hətta dövlət orqanları və banklar və s. Vacib struktur- larla rastlaşa bilər.Belə hallar- da isə bunun nəticələri cox pis ola bilir.
8
Virtual oğru-HAKER Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompüterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla vəinternet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Bundan başqa onlar həm də digər pis əməllərdə informasiya,banklarda pul oğurluq larında və digər təhkükəli kibercina- yətlərin iştirakçısı olurlar.
9
Hakerlikdə bilmədiklərimiz
Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar: Hakerlar "Qara kepkalılar" (Black hat) "Ağ kepkalılar" (White hat) "Boz kepkalılar" (Grey hat)
10
Hakerlikdə bilmədiklərimiz
"Qara kepkalı" hakerlar əsasən illegal -- özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli -- işlərlə məşğul olurlar. “Ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir.
11
İnanılmaz statistika Hakerlər kompüterin monitoruna müdaxilə edə və qurbanı izləyə bilər. Məlum olduğu kimi, kompüter, smart- fon və planşetlər kiberhücumlara məruz qalır. Bununla belə, monitorların hakerlər qarşısında dayanıqlığı özünü doğrultmayıb. Ekspertlərin məlumatına görə, 1 milyard monitor sözügedən haker hücumuna qarşı dayanıqsızdır, çünki bütün tanınmış istehsalçılar öz məhsullarında hücuma dayanıqsız prosessorlardan istifadə edirlər. Beynəlxalq mütəxəssislər qrupunun gəldiyi nəticəyə əsasən, hazırda haker hücumlarının əksəriyyəti Hindistandan həyata keçirilir. Kibercinayətkarlar məhz Hindistan ərazisindən həyata keçirilir.Hindistan “hakerlik paytaxtı” hesab olunur.
12
Ən səs-küylü HACKED Bryus Şneyer interneti tamamilə ortadan qaldıracaq həcmdə kiber hücumların yoxlanıldığını açıqladıBu tərz bir hücumda qarşı ölkənin bütün internet şəbəkəsi, hücum bitənə qədər kəsiləcək və ölkənin müdafiəsinin çox böyük bir qismi istifadəyə yararsız hala düşəcək. Bundan başqa bütün dünyaya səs salan ən kiber hücum instagram sosial şəbəkəsində qeyri-etik səhifənin Cənubi-Azərbaycanlı gənc tərəfindən “hacked”lanması olub.Qeyd edək ki, bu səhfənin 1milyondan artıq izləyicisi var.
13
Piratçılıqla tanışlıq
Piratçılıq hər hansı bir istehsal olunmuş vasitənin əsli deyil onun oğurlanmış formasıdır. Belə ki, müasir dövrdə bu hadisə çox yayılmışdır.Lakin bu pirat növ əsl orojinaldan öz keyfiyyət və xüsusiyyətlarinə görə fərqlənir. Burdan da görünür ki, pirat əslində müəllif hüquqlarının açıq-aşkar heçə sayılmasıdır. Bu isə ən böyük kibercinayətlərdən sayılır.
14
PİRATÇILIQLA MÜBARİZƏ
. “Piratçılığın səviyyəsi ölkəmizdə ilbə-il azalır ci ildə nəşrlər sektorunda piratçılıq 65% təşkil edirdisə, bu gün 40%-dir. Audio-video sahəsində ötən illərdə 90% olduğu halda, hal-hazırda 90%-dir. Kompüter proqramları sektorunda keçmişdə 96% idi, indi isə bu göstərici 88%-ə düşüb” bu tip müsbət dəyişikliklərin olmasına baxmayaraq, yenə də bu səviyyəni dünya standartlarına çatdırılması sahəsində tədbirlərin görüldüyünü qeyd edib.
15
Müasir dünya “STOP” deyə bilmir
2009-cu ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də imzalanmış Konvensiyanın qeyd-şərtlərlə təsdiq edilməsi haqqında qərarı bunun bariz nümunəsidir. Milli Təhlükəsizlik Nazirliyinin səyi nəticəsində Azərbaycan Cinayət Məcəlləsinə kompyuter cinayətkarlığına dair üç maddə daxil edilibkibercinayətkarlığa qarşı mübarizə ilə iki nazirlik - Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri məşğul. Təəsüf ki, dünyanın mübarizə aparması yetərincə nəticə vermir .
16
Müəllif hüquqları Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Subyektiv olaraq müəlliflik hüququ dedikdə müəllifin öz əsərini yaradığı zaman yaranan hüquq nəzərdə tutulur. Müəlliflik hüququ mülki və qeyri-mülki olaraq iki hissəyə bölünür.
17
Piratçılığın tarixi Bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır.Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir.Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı.
18
Piratçılıq nədir? Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır.Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir.
19
Cinayətkar yoxsa Qürur mənbəyi?
Azərbaycanlılardan ibarət ANTİ-ARMENİA haker qrupundan söhbət gedir.Bu qrup Ermənistanın dövlət strukturlarına kiber hücumlar həyata keçirir.Bu zaman onlar ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülmüşdür. Bundan əlavə hakerlər bu informasiyaların arasında ermənilərin Amerika Birləşmiş Ştatların digər ölkələrlə münasibətinə qarışaraq bu ölkələrdəki diplomatları və rəsmi şəxslərinin adına ləkə gətirəcək qara yaxma xarakterli, eləcə də bu şəxslərin fəaliyyətinə başqa don geydirən analitik yazıya rast gəliblər.Qeyd edək ki, ANTİ-ARMENİA 5 ildir ki, fəaliyyət göstərir.
20
Oğru yox Qoruma Hakerlər yalnız pis əməllər
üçün deyil,həm də insanlar- ın və dövlət qurumlarının ki- ber hücumlardan qorunması- na xidmət edir.Belə ki,oğurlan- mış hesabların qaytarılması üçün və dövlət strukturlarının belə hü-cumlardan qorunmasına yardım edir. Bunlar isə digər pis əməllərdə iştirak etmədiyi üçün artıq “virtual oğru” adlanmır.
21
Bizim köməkçilərimiz
22
GƏLİN “HACKED”ə BİRLİKDƏ YOX DEYƏK
NO TO HACKED
23
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
SCHOOL
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.