Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Qarşılıqlı Asılılıq və Ticarətin Faydası

Benzer bir sunumlar


... konulu sunumlar: "Qarşılıqlı Asılılıq və Ticarətin Faydası"— Sunum transkripti:

1 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
3 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti

2 Tipik bir gününü fikirləş:
Koreyada istehsal olunan bir zəng çalar saatla yuxudan oyanırsan. Özünə Florida portağalından hazırlanmış meyvə suyu və Braziliyada yetişdirilən qəhvədən hazırlanmış qəhvə süzürsən. Corciya əyalətində yetişdirilən pambıqdan hazırlanmış və Tailand fabriklərində tikilmiş bəzi geyimlərini geyirsən. Yaponiyada istehsal olunmuş televizorda Nyu-Yorkdan yayınlanan səhər xəbərlərini izləyirsən. Hissələri müxtəlif ölkələrdə hazırlanmış maşınla məktəbə gedirsən

3 . . . və sənin hələ iki saatdan çox vaxtın geçməyib!

4 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
Yadından çıxarma ki, iqtisad elmi cəmiyyətin öz üzvlərinin istək və ehtiyaclarını ödəməyə istiqamətlənmiş cəhdlərində necə istehsal etdiyi və onu necə bölüşdürdüyünü öyrənir. 2

5 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
Biz dünya iqtisadiyyatında öz istək və ehtiyaclarımızı necə ödəyirik? Biz iqtisadi baxımdan özümüzü hər şeylə təmin edə bilərik. Yəni nə tələb ediriksə, onu özümüz istehsal edirik. Biz ixtisaslaşa və digərləri ilə ticarət edə bilərik ki, bu da bizi qarşılıqlı iqtisadi asılılığa aparacaqdır. 3

6 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
Fərdlər və cəmiyyətlər qıtlıqdan irəli gələrək yaranan problemlərini istehsalda ixtisaslaşma və mübadilə yolu ilə həll etməyə çalışır. Ancaq bu iki problem ortaya çıxır: Nə üçün qarşılıqlı asılılıq normadır? İstehsal və ticarəti nələr (determinantlar) müəyyən edir? 4

7 Qarşılıqlı Asılılıq və Ticarətin Faydası
Nə üçün qarşılıqlı asılılıq normadır? Qarşılıqlı asılılıq ondan irəli gəlir ki, insanlar ixtisaslaşdığı və bir-birilə ticarət etdiyi zaman daha yaxşı vəziyyətdə olurlar. İstehsal və ticarəti nə müəyyən edir? İstehsal və ticarət modelləri alternativ dəyərlərdəki fərqliliklərə əsaslanır.

8 MÜASİR İQTİSADİYYAT ÜÇÜN NÜMUNƏ
Fərz edək ki . . . yalnız iki mal var: kartof və ət yalnız iki insan var: kartof becərən və maldar Hər istehsalçı nə istehsal etməlidir? Nə üçün onlar öz aralarında ticarət etməlidirlər?

9 Cədvəl 1: Əkinçi və Maldarın İstehsal İmkanları
Copyright © South-Western

10 Bir-birini yox saymaq:
İstehsal imkanları Özünütəminat Bir-birini yox saymaq: Hər kəs öz istehsal etdiyini istehlak edir. İstehsal imkanları əyrisi eyni zamanda istehlak imkanları əyrisidir. Ticarətsiz iqtisadi faydalar azalır. 8

11 Qrafik 1: İstehsal İmkanları Əyrisi
(a) Əkinçinin istehsal imkanları əyrisi Ət (unsiya) Əgər ticarət yoxdursa, kartof istehsalçısı bu istehsal və istehlak səviyyəsini seçir. 8 32 A 4 16 Kartof (unsiya) Copyright©2003 Southwestern/Thomson Learning

12 Qrafik 1: İstehsal İmkanları Əyrisi
(b) Maldarın istehsal imkanları əyrisi Ət (unsiya) 48 24 Əgər ticarət yoxdursa,, maldar bu istehsal və Istehlak səviyyəsini seçir B 12 24 Kartof (unsiya) Copyright©2003 Southwestern/Thomson Learning

13 İsxtisaslaşma və Ticarət
Əkinçi və Maldar ixtisaslaşır və ticarət edir Əgər hər biri daha yaxşı istehsal etdiyi malın istehsalında ixtisaslaşsa və digərilə mübadilə etsə, onda daha çox qazanarlar. Əkinçi kartof istehsal etməlidir. Maldar ət istehsal etməlidir. 10

14 Cədəvl 2: Ticarətin faydası: Xülasə
Copyright © South-Western

15 Qrafik 2: Ticarət istehlak imkanlarını necə genişləndirir?
(a) Əkinçinin istehsalı və istehlakı Ət (unsiya) Ticarət olduqda əkinçinin istehlakı Ticarət olmadıqda Əkinçinin istehlakı 8 32 A* 5 17 4 16 A Ticarət olduqda Əkinçinin istehsalı Kartof (unsiya) Copyright©2003 Southwestern/Thomson Learning

16 Qrafik 2: Ticarət istehlak imkanlarını necə genişləndirir?
(b) Maldarın istehsalı və istehlakı Ət (unsiya) Ticarət olduqda maldarın istehsalı 48 24 Ticarət olduqda maldarın istehlakı 12 18 13 27 Ticarət olmadıqda maldarın Istehsalı və istehlakı B* 12 24 B Kartof (unsiya) Copyright © South-Western

17 Cədəvl 2: Ticarətin faydası: Xülasə
Copyright © South-Western

18 MÜQAYİSƏLİ ÜSTÜNLÜK PRİNSİPİ
İstehsal xərcləri arasındakı fərqliliklər aşağıdakıları müəyyən edir: Kim nə istehsal etməlidir? Hər mal hansı qiymətdən mübadilə edilməlidir? Kim kartofu ən aşağı qiymətlə istehsal edə bilər - əkinçi, yoxsa maldar? 11

19 MÜQAYİSƏLİ ÜSTÜNLÜK PRİNSİPİ
İstehsal xərclərində fərqliliklər İstehsal xərclərindəki fərqliliklər iki yolla ölçülür: Hər vahid məhsulun (məsələn, 1 poundluq kartof) istehsalına sərf olunan saatlar. Digər məhsul üçün imtina edilən məhsulun alternativ dəyəri

20 Mütləq üstünlük Məhsulun istehsalçıları arasında onların məhsuldarlıqlarına görə müqayisə— mütləq üstünlük (absolute advantage) Bir fərd, firma və ya ölkənin digərilə müqayisədə məhsuldarlığını göstərir. İstehsalçı bir məhsulun istehsalı üçün daha az resursa ehtiyac duyarsa, o zaman bu istehsalçı o məhsulun istehsalında mütləq üstünlüyə malikdir. 13

21 Mütləq üstünlük Maldar 1 unsiya kartof istehsal etmək üçün yalnız 10 dəqiqə, əkinçi isə 15 dəqiqə sərf edir. Maldar bir unsiya ət istehsal etmək üçün yalnız 20 dəqiqə, əkinçi isə 60 dəqiqə sərf edir. Demək maldar həm ət, həm də kartof istehsalında mütləq üstünlüyə malikdir.

22 Alternativ Dəyər (Opportunity Cost) and Müqayisəli Üstünlük (Comparative Advantage)
Məhsul istehsalçılarını onların alternativ dəyərlərinə( opportunity cost) görə müqayisə etsək Bir şeydən bir vahid əldə etmək üçün nə qədər fəda edilməlidir. Bir məhsulun istehsalında daha az alternativ dəyərə malik olan istehsalçı o məhsulun istehsalında müqayisəli üstünlüyə (comparative advantage) malikdir. 14

23 Müqayisəli Üstünlük və Ticarət
Kim mütləq üstünlüyə malikdir? Əkinçi, yoxsa maldar? Kim müqayisəli üstünlüyə malikdir? 15

24 Cədvəl 3: Ətin və Kartofun Alternativ Dəyəri

25 Müqayisəli Üstenlük və Ticarət
Maldarın 1 unsiya kartof üçün alternativ dəyəri ¼ unsiya ət, Əkinçinin 1 unsiya kartof üçün alternativ dəyəri isə ½ unsiya ətdir. Maldarın 1 unsiya ət üçün alternativ dəyəri yalnız 4 unsiya kartof, Əkinçinin 1 unsiya ət üçün alternativ dəyəri yalnız 2 unsiya kartofdur...

26 Müqayisəli Üstünlük və Ticarət
…göründüyü kimi, Maldar ət istehsalında, Əkinçi isə kartof istehsalında müqayisəli üstünlüyə malikdir.

27 Müqayisəli Üstünlük və Ticarət
Müqayisəli üstünlük və alternativ dəyərlər arasındakı fərqliliklər istehsalda ixtisaslaşma və ticarətin təməlidir. Nə vaxt potensial ticarət tərəfdaşları alternativ dəyərlərdə fərqliliklərə malikdirlər, o zaman onların hər biri ticarətdən qazanacaqdır. 16

28 Müqayisəli Üstünlük və Ticarət
Ticarətin Faydası Ticarət cəmiyyətdə hər kəsə fayda verir. Çünkü o, insanlara müqayisəli üstünlüyə malik olduqları fəaliyyətlərdə ixtisaslaşma imkanı verir. 17

29 Əlavə məlumat—Adam Smit və David Rikardonun Mirası
1776-cı ildə çap etdirdiyi “Millətlərin Sərvətinin Təbiəti və Səbəbləri Haqqında” (An Inquiry into the Nature and Causes of the Wealth of Nations) adlı əsərində ticarət və qarşılıqlı iqtisadi asılılığı geniş bir şəkildə təhlil etmiş və bu təhlillər bu gün də iqtisadçılar tərəfindən əsas götürülür. David Ricardo 1816-cı ildə nəşr etdirdiyi “Siyasi İqtisadın və Vergitutmanın Prinsipləri”(Principles of Political Economy and Taxation) adlı əsərində bu gün bildiyimiz müqayisəli üstünlük prinsipini ortaya atmış və inkişaf etdirmişdir.

30 MÜQAYİSƏLİ ÜSTÜNLÜYÜN TƏTBİQİ
Tiger Woods öz çəmənliyini biçməlidirmi? ? ? ?

31 MÜQAYİSƏLİ ÜSTÜNLÜYÜN TƏTBİQİ
ABŞ digər ölkələrlə ticarət etməlidirmi? Hər ölkə müxtəlif mənafelərə malik çoxlu vətəndaşdan ibarətdir. Beynəlxalq ticarət bütövlükdə ölkə üçün daha faydalı olduğu halda, bəzi vətəndaşlar üçün ziyanlı ola bilər. İdxal (Imports)—məhsullar ölkə xaricində istehsal olunmuş və ölkə daxilində satılmışdır. İxrac (Exports)—məhsullar ölkə daxilində istehsal olunmuş və ölkə xaricində satılmışdır.

32 Xülasə Hər kəs öz ölkəsi və ya dünyanın digər ölkələrində yaşayan insanların istehsal etdiyi məhsul və xidmətləri istehlak edir. Qarşılıqlı asılılıq və ticarət hər kəsə daha çox miqdarda və çeşiddə məhsul və xidmətdən faydalanmaq imkanı verdiyi üçün qəbul edilir.

33 Xülasə İki fərdin məhsul istehsalı bacarığını müqayisə etmənin iki yolu var: Fərd məhsulun istehsalını daha az resursla reallaşdıracaqsa, o mütləq üstünlüyə malikdir. Fərd daha az alternativ dəyərlə istehsal edərsə, o müqayisəli üstünlüyə malikdir.

34 Xülasə Ticarətin faydası müqayisəli üstünülüyə əsaslanır, mütləq üstünlüyə deyil. Ticarət hər kəs üçün faydalıdır. Çünkü o insanlara müqayisəli üstünlüyə malik olduqları fəaliyyətlərdə ixtisaslaşma imkanı verir. Müqayisəli üstünlük prinsipi insanlar üçün olduğu kimi ölkələr üçün də tətbiq oluna bilər.


"Qarşılıqlı Asılılıq və Ticarətin Faydası" indir ppt

Benzer bir sunumlar


Google Reklamları