Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

İqtisadçı kimi düşünmə tərzi

Benzer bir sunumlar


... konulu sunumlar: "İqtisadçı kimi düşünmə tərzi"— Sunum transkripti:

1 İqtisadçı kimi düşünmə tərzi
2 İqtisadçı kimi düşünmə tərzi II MÖVZU - İQTİSADÇI KİMİ DÜŞÜNMƏ TƏRZİ Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti

2 İqtisadçı kimi düşünmə tərzi
Hər bir fənnin özünəməxsus terminologiyası var: Riyaziyyat inteqral  aksiom  vektor fəazları Psixologiya eqo  mənlik  fikir ayrılığı Hüquq məhkəmə yeri  mülki cinayət  haqsız davranış  məhrumetmə İqtisad Təklif  alternativ dəyər  elastiklik  istehlakçı profsiti  tələb  müqayisəli üstünlük  itirilən iqtisadi səmərəlilik

3 İqtisadçı kimi düşünmə tərzi
İqtisad sizə bunları aşılayır Alternativləri fikirləşmək. Fərdi və sosial seçimlərin xərcini hesablamaq. Konkret hadisə və nəticələr arasında necə əlaqə olduğunu anlamaq və şərh etmək. 2

4 İQTİSADÇI ELM ADAMI KİMİ
Düşünmənin iqtisadi yolu . . . Analitik və obyektiv düşünməni özündə birləşdirir. Elmi metoddan istifadəni tələb edir. 3

5 Elmi metod: Müşahidə, nəzəriyyə və daha çox müşahidə
Mücərrəd modellərdən istifadə qarışıq və həqiqi dünyanın fəaliyyətini şərh etməyə kömək edir. Nəzəriyyələrin qiymətləndirilməsi üçün nəzəriyyələri, verilənlərin toplanmasını və onların təhlilini inkişaf etirir. 4

6 Fərziyyələrin rolu İqtisadçılar dünyanı daha yaxşı anlamaq üçün fərziyyələr formalaşdırırlar. Elmi düşünmə sənəti fərziyyələr formalaşdırma qərarları verməkdir. İqtisadçılar müxtəlif sualları cavablandırmaq üçün müxtəlif fərziyyələrdən istifadə edirlər.

7 Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır:
İqtisadçılar dünyanı daha yaxşı dərk etmək üçün reallığı sadələşdirən modellərdən istifadə edirlər. Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır: Dövri-Axın Diaqramı (The Circular Flow Diagram) İstehsal İmkanları Həddi və ya Əyrisi (The Production Possibilities Frontier)

8 Bizim ilk model: Dövri-Axın Diaqramı
Dövri-Axın Diaqramı (circular-flow diagram) ev təsərrüfatları və firmalar arasında bazar yolu ilə nə qədər pul axını olduğunu göstərən iqtisadiyyatın təsviri modelidir. 6

9 Diaqram 1: Dövri-Axın Diaqramı
Firmalar satır Ev təsərrüfatları alır ƏMTƏƏ VƏ XİDMƏT BAZARLARI Gəlir Xərc Əmtəələr və xidmətlər satıldı Əmtəələr və xidmətlər alındı FIRMALAR Əmtəə və xidmətləri istehsal edir və satır İstehsal amillərini istifadə və işə cəlb edir Əmtəə və xidmətləri alır və istehlak edir İstehsal amillərinə sahib olur və onları satır EV TƏSƏRRÜFATLARI Ev təsərrüfatları satır Firmalar alır İSTEHSAL AMİLLƏRİ BAZARLARI İstehsal amilləri Əmək,torpaq, və kapital Əmək haqqı, renta, və mənfəət Gəlir = İstehsal xərcləri və məhsul axını = Pul axını Copyright © South-Western

10 Bizim ilk model: Dövri-Axın Diaqramı
Firmalar Əmtəə və xidmətləri istehsal edir və satır İstehsal amillərini istifadə və işə cəlb edir Ev təsərrüfatları Əmtəə və xidmətləri alır və istehlak edir İstehsal amillərinə sahib olur və onları satır 7

11 Bizim ilk model: Dövri-Axın Diaqramı
Əmtəə və xidmət bazarları Firmalar satır Ev təsərrüfatları alır İstehsal amilləri bazarları Ev təsərrüfatları satır Firmalar alır 7

12 Bizim ilk model: Dövri-Axın Diaqramı
İstehsal amilləri (Factors of Production) İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir. Torpaq, əmək və kapital 7

13 Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi
İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir. 14

14 Qrafik 1: İstehsal İmkanları Həddi və ya Əyrisi
İstehsal olunan kompüter miqdarı 3,000 D C 2,200 600 A 700 2,000 İstehsal imkanları həddi və ya əyrisi 1,000 300 B 1,000 İstehsal olunan avtomobil miqdarı Copyright©2003 Southwestern/Thomson Learning

15 Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi
Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır: Səmərəlilik (Efficiency) Seçimlər (Tradeoffs) Alternativ dəyər (Opportunity Cost) İqtisadi artım (Economic Growth) 21

16 Qrafik 2. İstehsal İmkanları Həddi və ya Əyrisində Sürüşmə
İstehsal olunan kompüter miqdarı 4,000 3,000 1,000 2,100 750 E 2,000 700 A İstehsal olunan avtomobil miqdarı Copyright © South-Western

17 Mikro iqtisad və makro iqtisad
Mikro iqtisad (Microeconomics) iqtisadiyyatın fərdi hissələrinə fokuslanır. Ev təsərrüfatları və firmaların necə qərar vermələri və xüsusi bazarlarda necə qarşlılıqlı əlaqədə olmaları. Makro iqtisad (Macroeconomics) bütövlükdə iqtisadiyyata fokuslanır. İqtisadiyyat geniş fenomen kimi inflyasiya, işsizlik və iqtisadi artımı əhatə edir. 13

18 İQTİSADÇI SİYASİ MƏSLƏHƏTÇİ KİMİ
İqtisadçılar dünyanı izah etməyə çalışdıqları zaman elm adamı olurlar. İqtisadçılar dünyanı dəyişməyə çalışdıqları zaman siyasi məsləhətçi olurlar. 30

19 NORMATİV VƏ POZİTİV TƏHLİL
Pozitiv fikirlər (Positive statements) necə olduğunu təsvir etməyə çalışan fikirlərdir. Deskriptiv (izah edici) təhlil adlanır. Normativ fikirlər (Normative statements) dünyanın necə olmalı olduğunu tövsiyə edən fikirlərdir. Preskriptiv (buyruq göstərici) təhlil adlanır. 31

20 POZİTİV VƏ NORMATİV TƏHLİL
? Pozitiv yoxsa normativ fikirlərdir? Minimum əmək haqqının (minimum wage) artımı aşağı ixtisaslı (least-skilled) işçilər arasında məşğulluğu azaldacaqdır. POZİTİV Daha yüksək federal büdcə (budget deficit) kəsiri faiz dərəcələrini (interest rate) artıracaqdır. ? ? 32

21 POZİTİV VƏ NORMATİV TƏHLİL
? Pozitiv yoxsa normativ fikirlərdir? Daha yüksək minimum əmək haqqlarından əldə olunan gəlirlər məşğulluqdakı cüzi azalmalardan doğan gəlir itkisindən daha dəyərlidir. NORMATİV Ştat hökumətləri yoxsullar arasında siqaret istifadəsi ilə bağlı yaranan xəstəliklərin xərclərini siqaret firmalarından yığmağa icazə verməlidirlər. ? ? 32

22 Vaşinqtondakı iqtisadçılar
. . . hökumətin hər üç qanadında siyasi qərarvermə prosesində məsləhətçi kimi: Qanunvericilik (Legislative) İcra (Executive) Məhkəmə (Judicial) 33

23 Vaşinqtondakı iqtisadçılar
İqtisadi verilənləri toplayan və iqtisadi siyasət həyata keçirən bəzi hökumət qurumları: Ticarət Departamenti (Department of Commerce) Əmək Statistikası Bürosu (Bureau of Labor Statistics) Konqress Büdcə Ofisi (Congressional Budget Office) Federal Rezerv Sistemi (Federal Reserve Board) 33

24 İQTİSADÇILAR NƏ ÜÇÜN UZLAŞA BİLMİRLƏR
Onlar dünyanın necə işlədiyi ilə bağlı alternativ pozitiv nəzəriyyələrin tutarlılığı məsələsində uzlaşmaya bilərlər. Onlar müxtəlif dəyərlərə sahib ola bilərlər və bu baxımdan da hansı siyasətin nələrə nail olmalı olduğu haqqında müxtəlif normativ fikirlər irəli sürə bilərlər. 35

25 Əksər İqtisadçıların Razılaşdığı On Təklif
Təkliflər (uzlaşan iqtisadçıların faizi) Kirayə haqqlarının tavan qiymətinin müəyyən edilməsi evlərin mümkün ola biləcək miqdarı və keyfiyyətini azaldır. (% 93). Gömrük vergiləri və idxalat kvotaları adətən məcmu iqtisadi rifahı azaldır(% 93). Elastik və dəyişkən valyuta kursları səmərəli beynəlxalq valyuta sistemi formalaşdırır(%90). Maliyyə siyasəti (məsələn, verilənlərin azaldılması və ya hökumət xərclərinin artımı) tam məşğulluğa çatmamış iqtisadiyyata mühüm təsir göstərir (%90). Əgər federal büdcə tarazlığa qovuşdurulmalıdırsa, bu illər üzrə deyil, biznes tsiklləri üzrə edilməlidir (%85). Nağd pulun verilməsi onu qəbul edənin rifahını, bu pula ekvivalent olan şeylərlə ödənilməsi ilə müqayisədə daha çox yaxşılaşdırır (%84). Böyük həcmdə federal büdcə kəsiri iqtisadiyyat üzərində mənfi təsir yaradır(%83). Minimum əmək haqqı gənclər və aşağı ixtisaslı işçilər arasında işsizliyi artırır (%79). Hökumət öz rifah sistemini “neqativ gəlir vergisi” istiqamətində yenidən qurmalıdır (%79). Ekoloji vergilər və alınıb satıla bilən çirkləndirmə icazələri çirklənməni nəzarət altında saxlamaq baxımından çirkləndirmə kvotalarından daha yaxşı yanaşmadır (%78). Copyright © South-Western

26 Xülasə İqtisadçılar çalışır ki, elm adamı obyektivliyi ilə öz mövzularını izah etsinlər. Onlar müvafiq fərziyyələr formalaşdırır və dünyanı onların çərçivəsində anlamaq üçün sadələşdirilmiş modellər qururlar. İki sadə iqtisadi model dövri-axın diaqramı və istehsal imkanları həddi və ya əyrisidir.

27 Xülasə İqtisad iki alt sahəyə bölünür:
Mikro iqtisadçılar bazarlarda ev təsərrüfatları və firmaların qərar qəbulu prosesini öyrənirlər. Makro iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir göstərən gücləri və meylləri öyrənirlər.

28 Xülasə Pozitiv fikirlər dünyanın necə olduğu ilə bağlı baxışlardır.
Normativ fikirlər dünyanın necə olmalı olduğu ilə bağlı baxışlardır. İqtisadçılar normativ fikirlər formalaşdırdıqları zaman elm adamından daha çox siyasi məsləhətçi kimi davranırlar.

29 Xülasə Siyasi qərarvericilərə məsləhətçilik edən iqtisadçılar ya müxtəlif elmi müddəalar, ya da sahib olduqları müxtəlif dəyərlərdən irəli gələrək bir-birinə zidd təkliflər irəli sürürlər. Başqa vaxtlarda iqtisadçılar irəli sürdükləri təkliflərlə bağlı uzlaşdıqları halda, siyasət qərarvericiləri buna fikir vermirlər.


"İqtisadçı kimi düşünmə tərzi" indir ppt

Benzer bir sunumlar


Google Reklamları