Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanEmilie Isaksen Değiştirilmiş 6 yıl önce
1
Keçmiş zamanlarda varlı bir tacir yaşayırdı və onun...
... 4 heyat yoldaşı Var idi.
2
4cü həyat yoldaşı Tacir onu bütün arvadlarından çox sevirdi. Ona gözəl paltarlar alır, qiymətli daş-qaş ilə bəzəyirdi. Оnun qayğısına qalır, əzizləyirdi.
3
3cü həyat yoldaşı Tacir onu da çox sevirdi. Onunla fəxr edirdi və bütün fürsətlərdə onu yoldaşlarına göstərməyə can atırdı. Amma, onun bir gün başqasının olacağından çox qorxurdu.
4
2ci həyat yoldaşı Tacir ikinci arvadını da sevirdi. Çünki o tacirə qarşı çox diqqətli və səbrli idi. Hər dəfə tacir çətinliklərlə üzləşəndə ondan kömək istəyirdi və o, tacirə həmişə kömək edirdi.
5
1ci həyat yoldaşı Tacirin birinci arvadı isə çox xeyirxah idi və tacirin xoşbəxt olması üçün tez-tez fədakarlıqlar edirdi. Lakin, onun taciri sədaqələ sevməsinə baxmayaraq, tacir onu sevmirdi.
6
Bir gün tacir ağır xəstələnir və başa düşür ki, ölüm yaxınlaşır
Bir gün tacir ağır xəstələnir və başa düşür ki, ölüm yaxınlaşır. Bu zaman o yaşadığı ömürə nəzər salır və fikirləşir: “Mənim 4 xanımım var, lakin ölüm anında mən tamam yalnız qalacam...”
7
Bu zaman tacir 4cü xanımına deyir: “Mən səni hamıdan çox sevirdim, ən gözəl geyimləri sənə alırdım və səni əzizləyirdim. İndi mən ölürəm, məni axirətdə tək qoymamaq üçün mənimlə qalmağa razı olarsan?”. «Heç vaxt!”, 4cü xanım cavab verdi və başqa heç bir söz demədən çıxıb getdi. Cavab tacirin ürəyinə tikan kimi sancıldı.
8
Bu sözlərdən kədərlənmiş tacir 3cü xanımına müraciət edir: «Mən bütün həyatım boyu səni çox sevdim və həmişə sənin qayğını çəkdim. Mənimlə ölümə gedərsən?”. “Yox”, 3cü xanım cavab verdi. «Həyat o qədər gözəldir ki! Sən öləndən sonra mən bağqasına ərə gedəcəm, məndən incimə”. Bu sözlərdən tacir dəhşətə gəldi.
9
Sonra tacir 2ci xanımından soruşdu: “Mən həmişə çətin vaxtlarımdan səndən kömək istəmişəm və sən həmişə mənə kömək etmisən. Bəs indi necə, kömək edəcəksən ya sən də məni tərk edəcəksən?”. “Çox istərdim”, o cavab verdi “amma bu dəfə sənə kömək edə bilməyəcəm. Mən yalnız dəfn olunana qədər səninlə ola bilərəm”. Bu cavab da tacirə pis təsir etdi.
10
Birdən səssizlikdən bir səs eşidildi: “Mən səninlə gedərəm
Birdən səssizlikdən bir səs eşidildi: “Mən səninlə gedərəm. Sən hara gedirsənsə mən də səninlə gedirəm. Mən səni heç vaxt tək qoymaram”. Tacir başını qaldırdı və birinci xanımını gördü. O, çox zəif və arıq idi. Bu sözdən təsirlənən tacir dedi: “Mən gərək ən çox sənə vaxt sərf edərdim. Mən səhv etmişəm. Bağışla məni”.
11
Əslində hər kəs həyatda 4 xanıma sahibdir...
12
4cü – bizim bədənimizdir.
Biz nə qədər onun qayğısına qalsaq da, nə qədər əzizləsək də, ölüm anında o bizi tərk edəcək.
13
3cü – bizim əmlakımız və maddi vəziyyətimizdir.
Ölümdən sonra o, şübhəsiz ki başqa əllərə keçəcək.
14
2ci – ailəmiz və dostlarımız.
Onlar bizə nə qədər yaxın olsalar da, yalnız ölüm anında bizim yanımızda ola bilər və son mənzilə yola sala bilərlər.
15
1ci isə – bizim görə bilmədiyimiz ruhumuz və əməllərimizdir.
Bizim bütün həyatımız boyu maddi mənfəət və dünya nemətlərinin arxasınca düşdüyümüzə baxmayaraq, o həmişə və hər yerdə bizimlə qalır. Hətta ölümdən sonra belə. Bəlkə doğrudan da nə qədər ki gec deyil, ona daha çox diqqət yetirərək dünyəvi çirkablardan təmizləyək. Çünki bu həyat sonsuz deyil... Digər slaydları izləmək üçün qeyd edilmiş sayt ziyarət edin hikmetazeri.narod.ru
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.