Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
Rəqabətli Bazarda Firmalar
11 Rəqabətli Bazarda Firmalar Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti
2
RƏQABƏTLİ BAZAR NƏDİR? Mükəmməl rəqabətli bazarın aşağıdakı xüsusiyyətləri var: Bazarda çoxlu sayda alıcı və satıcı var. Satıcıların təklif etdiyi əmtəələr demək olar ki, eynidir. Firmalar sərbəst olaraq bazara daxil ola və ya bazarı tərk edə bilərlər.
3
RƏQABƏTLİ BAZAR NƏDİR? Bu şərtlərin nəticəsində:
Hər hansı bir alıcının və ya satıcının bazar qiymətinə əhəmiyyətsiz təsiri vardır. Hər bir alıcı və satıcı bazar qiymətini olduğu kimi qəbul edir.
4
RƏQABƏTLİ BAZAR NƏDİR? Rəqabətli bazarda çoxlu sayda alıcı və satıcı var və onlar oxşar əmtəələr alıb satır, hər bir alıcı və satıcı qiymətlə razılaşandır. Alıcılar və satıcılar bazarın müəyyən etdiyi qiyməti qəbul etməlidirlər.
5
Rəqabətli Firmanın Gəlirləri
Firmanın məcmu gəliri, qiymətlə miqdarın hasilinə bərabərdir. TR = (P Q)
6
Rəqabətli Firmanın Gəlirləri
Məcmu gəlir, istehsal həcmi ilə mütənasibdir.
7
Rəqabətli Firmanın Gəlirləri
Orta gəlir firmanın hər bir səciyyəvi əmtəədən nə qədər gəlir əldə etdiyini göstərir. Orta gəlir məcmu gəlirlə məcmu satış həcminin nisbətidir.
8
Rəqabətli Firmanın Gəlirləri
Mükəmməl rəqabətdə, orta gəlir satılan əmtəənin satış qiymətinə bərabərdir. Məcmu gəlir Orta Gəlir = Miqdar Qiymət x Miqdar = Miqdar = Qiymət
9
Rəqabətli Firmanın Gəlirləri
Marjinal gəlir bir vahid əlavə satış nəticəsində məcmu gəlirdəki dəyişmədir. MR =TR/ Q
10
Rəqabətli Firmanın Gəlirləri
Rəqabətli firmalar üçün, marjinal gəlir, əmtəənin satış qiymətinə bərabərdir.
11
Cədvəl 1 Rəqabətli Firmanın Məcmu, Orta və Marjinal Gəliri
Copyright©2004 South-Western
12
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Rəqabətli firmanın məqsədi mənfəətin maksimallaşdırılmasıdır. Yəni firma çalışacaq ki, məcmu gəlirlərlə məcmu xərclərin fərqini maksimallaşdıran miqdar istehsal etsin.
13
Cədvəl 2 Mənfəətin Maksimallaşdırılması: Rəqəmli Misal
Copyright©2004 South-Western
14
Təsvir 1 Rəqabətli Firmanın Mənfəətini Maksimallaşdırması
Xərc və Gəlirlər Firma marjinal xərclərin marjinal gəlirlərə bərabər olduğu miqdarda istehsal etməklə mənfəəti maksimallaşdırır. MC MC 2 Q ATC P = MR 1 2 AR Q MAX AVC MC 1 Q Miqdar Copyright © South-Western
15
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Mənfəəti maksimallaşdıran istehsal həcmində, marjinal gəlir və marjinal xərclər bir-birinə bərabər olur.
16
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Əgər MR > MC artma Q Əgər MR < MC azalma Q Əgər MR = MC Mənfəət maksimallaşdırılır.
17
Təsvir 2 Marjinal Xərclər Rəqabətli Firmanın Təklif Əyrisi Kimi
Qiymət Firmanın marjinal xərclər əyrisi həmçinin, firmanın təklif əyrisidir. MC P 2 Q ATC P 1 Q AVC Miqdar Copyright © South-Western
18
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Müvəqqəti olaraq fəaliyyəti dayandırma, bazar şərtlərinə cavab olaraq müəyyən müddət ərzində heç bir şey istehsal etməmək haqqında qısa müddətli qərardır. Bazarı tərk etmə isə uzun müddətli qərardır.
19
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Əgər firma bazarı tamamilə tərk etmək qərarına gəlirsə, onda batmış xərcləri nəzərə alır. Firma müvəqqəti olaraq istehsalı dayandıran zaman isə batmış xərclərə əhəmiyyət vermir. Batmış xərclər öhdəliyə götürülmüş və artıq geriyə qaytarıla bilməyən xərclərdir.
20
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Əgər firmanın fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlər onun dəyişən xərclərindən az olarsa, firma fəaliyyətini dayandıracaqdır. Əgər TR < VC olarsa, fəaliyyət dayandırılır. Əgər TR/Q < VC/Q olarsa, fəaliyyət dayandırılır. Əgər P < AVC olarsa, fəaliyyət dayandırılır.
21
Təsvir 3 Rəqabətli Firmanın Qısa Müddətli Təklif Əyrisi
Xərclər Firmanın qısa müddətli təklif əyrisi P > ATC olduqda, firma istehsaldan mənfəət əldə etməyə davam edir. MC ATC P > AVC olduqda, firma qısa müddətdə istehsalı davam etdirəcək. AVC P<AVC olduqda firma bağlanır Miqdar Copyright © South-Western
22
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Qısa müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
23
Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı
Uzun müddətdə, firmanın məcmu gəlirləri onun məcmu xərclərindən az olarsa, firma tərk etmək qərarı verir. Əgər TR < TC olarsa, onda bazarı tərk et. Əgər TR/Q < TC/Q olarsa, onda bazarı tərk et. Əgər P < ATC olarsa, onda bazarı tərk et.
24
Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı
Daxil olma o zaman mənfəətlidir ki, əmtəənin qiyməti, istehsalın orta məcmu xərclərindən çox olsun. Əgər TR > TC olarsa, onda bazara daxil ol. Əgər TR/Q > TC/Q olarsa, onda bazara daxil ol. Əgər P > ATC olarsa, onda bazara daxil ol.
25
Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi
Xərclər Firmanın uzun müddətli təklif əyrisi MC = uzun müddətli S P>ATC olduqda firma bazara daxil olur. ATC P<ATC olduqda firma bazarı tərk edir. Miqdar Copyright © South-Western
26
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Uzun müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
27
Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi
Xərclər MC Firmanın uzun müddətli təklif əyrisi ATC Miqdar Copyright © South-Western
28
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Qısa Müddətli Təklif Əyrisi Marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir. Uzun Müddətli Təklif Əyrisi Marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
29
Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi
(a) Mənfəətli Firma Qiymət ATC MC Mənfəət ATC Q P P = AR MR Miqdar (mənfəəti maksimallaşdıran miqdar) Copyright © South-Western
30
Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi
(b) Zərərlə İşləyən Firma Qiymət MC ATC ATC Q İtkilər P = AR MR Miqdar (itkiləri maksimallaşdıran miqdar) Copyright © South-Western
31
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Bazara çıxarılan əmtəənin təklif həcmi ayrı-ayrı firmaların hər birinin təklif həcminin cəmindən ibarətdir.
32
Qısa Müddət: Sabit Sayda Firmaların Mövcud Olduğu Halda Bazar Təklifi
Hər hansı verilən qiymətdə, hər bir firma marjinal xərclərinin qiymətə bərabər olduğu miqdarda əmtəə təklif edəcəkdir. Bazar təklif əyrisi, firmaların ayrılıqda marjinal xərclər əyrilərini əks etdirir.
33
Təsvir 6 Sabit Sayda Firma ilə Bazar Təklifi
(a) Firmaların Ayrılıqda Təklifi (b) Bazar Təklifi Qiymət Qiymət MC Təklif $2.00 200 $2.00 200,000 1.00 100 1.00 100,000 Miqdar (firma) Miqdar (bazar) Copyright © South-Western
34
Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi
Mənfəət sıfıra bərabər olana qədər firmalar bazara daxil olacaq və oranı tərk edəcəklər. Uzun müddətdə, qiymət minimum orta məcmu xərclərə bərabərdir. Uzun müddətli təklif əyrisi bu qiymətdə üfüqi xətdir.
35
Təsvir 7 Daxilolma və Tərk Etmə Halında Bazar Təklifi
(a) Firmanın Sıfır-Mənfəət Vəziyyəti (b) Bazar Təklifi Qiymət Qiymət MC ATC P = minimum ATC Təklif Miqdar (firma) Miqdar (Bazar) Copyright © South-Western
36
Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi
Sərbəst daxilolma və tərk etmə prosesinin sonunda mövcud firmalar sıfır iqtisadi mənfəət əldə edir. Sərbəst daxilolma və tərk etmə prosesi yalnız o zaman başa çatır ki, qiymət və orta məcmu xərclər bərabər olsun. Uzun müddətli tarazlıq halında bütün firmalar səmərəlilik həddində fəaliyyət göstərməlidir.
37
Nə Üçün Rəqabətli Firmalar Sıfır Mənfəətlə Fəaliyyətini Davam Etdirir?
Mənfəət məcmu gəlirlərlə məcmu xərclərin fərqinə bərabərdir. Məcmu xərclər firmanın alternativ dəyərlərini ehtiva edir. Sıfır mənfəətli tarazlıqda, firmanın gəlirləri onun sahiblərinin firmanı fəaliyyətdə saxlamaq üçün sərf etdikləri vaxt və pulun əvəzini vermək üçün yetərli olmalıdır.
38
Qısa və Uzun Müddət üzrə Tələbin Dəyişməsi
Tələbin artması qısa müddətdə qiymətin və miqdarın artmasına səbəb olur. Firmalar bu zaman mənfəət əldə edir, çünki, cari qiymət orta məcmu xərclərdən çox olur.
39
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
(a) İlkin Vəziyyət Firma Bazar Qiymət Qiymət ATC MC S Qısa müddətli təklif, 1 D Tələb, 1 1 Q A P 1 Uzun müddətli təklif P 1 Miqdar (firma) Miqdar (bazar)
40
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
(b) Qısa Müddətli Reaksiya Firma Bazar Qiymət Qiymət D 2 ATC MC Mənfəət S 1 Q 2 P B P 2 D 1 Q 1 A P 1 P Uzun müddətli təklif 1 Miqdar (firma) Miqdar (bazar) Copyright © South-Western
41
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
(c) Uzun Müddətli Reaksiya Firma Bazar Qiymət Qiymət D 2 S MC ATC 1 S 2 B P 2 A Q 3 C P 1 P Uzun müddətli təklif 1 D 1 Miqdar (firma) Q Q Miqdar (bazar) 1 2 Copyright © South-Western
42
Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər
İstehsalda istifadə olunan bəzi resurslar məhdud ola bilər. Firmaların müxtəlif xərcləri ola bilər.
43
Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər
Marjinal Firma Marjinal firma o firmadır ki, qiymətin düşəcəyi halda bazarı tərk edir.
44
Xülasə Rəqabətli firma qiymətlə razılaşan olduğu üçün, onun gəliri istehsal etdiyi əmtəənin miqdarı ilə mütənasibdir. Əmtəənin qiyməti həm firmanın orta gəlirinə, həm də marjinal gəlirinə bərabərdir.
45
Xülasə Mənfəəti maksimallaşdırmaq üçün, firma elə bir istehsal həcmi seçir ki, marjinal gəlir marjinal xərclərə bərabər olsun. Bu həmçinin, qiymətin marjinal xərclərə bərabər olduğu istehsal həcmidir. Buna görə də, firmanın marjinal xərcləri həm də onun təklif əyrisidir.
46
Xülasə Qısa müddətdə firma dəyişməz xərclərini qənaət edə bilmədiyi üçün, əmtəənin qiyməti orta dəyişən xərclərdən çox olduğu halda firma müvəqqəti olaraq bağlanmaq qərarı verəcəkdir. Uzun müddətdə, firma həm dəyişməz, həm də dəyişən xərclərini qənaət edə bildiyi üçün, qiymət orta məcmu xərclərdən az olduğu halda bazarı tərk etmək qərarı verəcəkdir.
47
Xülasə Sərbəst daxilolma və tərk etmə şərti ödənilən bazarda, uzun müddətdə mənfəət sıfıra bərabərdir. Bu uzun müddətli tarazlıqda bütün firmalar səmərəlilik həddində istehsal edir. Tələbdə baş verən dəyişikliklərin müxtəlif vaxt müddətləri ərzində müxtəlif təsirləri vardır. Uzun müddətdə, firmaların sayı tənzimlənərək bazarı yenidən sıfır mənfəət tarazlığına gətirir.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.