Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

Benzer bir sunumlar


... konulu sunumlar: "AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ"— Sunum transkripti:

1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
ÜTF VƏ TEXNOLOGİYA KAFEDRASI FƏNN: ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİ MÖVZU: ELEKTRİK CƏRƏYANININ İNSAN ORQANİZMİNƏ TƏSİRİ. ELEKTRİKDƏN ZƏDƏLƏNMƏLƏR ZAMANI İLK YARDIM MÜHAZİRƏÇİ: DOS. E.CAVADOV 21 DEKABR 2011-Cİ İL

2 P L A N Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri
Elektrik cərəyanının canlı orqanizmə təsiri Elektrikdən zədələnmələr zamanı ilk yardım

3 Elektrik cərəyanı ilə zədələnmənin əsas xüsusiyyətləri
1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan cərəyanla zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir , iyləyə, yaxud vaxtndan əvvəl aşkar edə bilmir. 2. Elektrikdə travmalar zamanı əmək qabiliyyyətinin itirilməsi uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər. 3. Sənaye tezlikli mA cərəyanlar əzələlərin intensiv qıcolmasına səbəb ola bilir ki, nəticədə cərəyan aparan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir. 4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq mümkündür

4 Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri
1. Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma 2. İzolyasiyanın və ya qoruyucu qurğuların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan keçirən hissələrinə toxunmaq 3. Addım gərginliyinin təsiri altına düşmək 4. Elektrik qurğularının texniki istismar qaydalarınlın və təhlükəsizlik texnikası tələblərinin pozulması

5 Elektrik cərəyanının insan orqanizminə təsir növləri
Cərəyanın termiki təsiri – bədəndə yanıqların, isitmənin əmələ gəlməsi, qan damarlarının zədələnməsi, ürəyin, beyinin və cərəyanın axını yolunda yerləşən başqa orqanların həddindən artıq qızmasına səbəb olur, bunlar da həmin orqanlarda funksional pozğunluqlar yaradır

6 Cərəyanın elektrolitik təsiri
Cərəyanın elektrolitik təsiri – üzvi mayenin, o cümlədən qanın parçalanmasına səbəb olur, nəticədə qanın fiziki-kimyəvi tərkibi dəyişir, habelə bütövlükdə toxumanın xeyli dərəcədə pozulmasına gətirib çıxarır

7 Cərəyanın mexaniki təsiri
Cərəyanın mexaniki təsiri – elektrodinamiki effektin nəticəsi olaraq orqanizmin müxtəlif toxumalarının, o cümlədən qan damarlarının divarlarının və əzələ toxumalarının parçalanması və digər müvafiq zədələnmələrin baş verməsi ilə müşayiət olunur

8 Cərəyanın bioloji təsiri
Cərəyanın bioloji təsiri – normal fəaliyyət göstərən orqanizmə xas olan və onun həyati funksiyaları ilə sıx bağlı daxili bioenergetik proseslərin pozulmasına səbəb olur. Belə təsir nəticəsində orqanizmdə hüceyrələr qıcıqlanır, əzələlər iflic olur

9 Cərəyanın insan orqanizminə təsiri
mA Təsirin xarakteri Dəyişən cərəyan Sabit cərəyan 0,6…1,5 Hissetmə başlayır, əl barmaq­ları yüngül əsir Hiss olunmur 2…3 Əl barmaqları güclü əsir 5…7 Əllər qıc olur Göynəmə,qızışma hiss olunur 8…10 Əlləri elektrodlardan çətinliklə ayırmaq olur. Barmaqlarda və biləklərdə güclü ağrılar olur. Güclü qızışma 20…25 Əllər qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur. Nəfəs almaq çətinləşir. Olduqca güclü qızışma.Əl əzələ­ləri cüzi yığılır. 50…80 Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası baş­layır Əl əzələləri yığılır, qıcolmalar olur, tənəffüs çətinləşir 90…100 Tənffüs dayanır. 3 saniyə və daha çox müddətdə ürək dayanır. Tənəffüs dayanır.

10 Elektrik cərəyanı ilə zədələnmənin növləri
Elektrik cərəyanı ilə zədələnmələr Yerli elektrik zədələri Ümumi elektrik zədələri Elektrik şoku Elektrik zərbəsi

11 Yerli elektrik zədələnməsi
Elektrik cərəyanının təsiri səbəbindən bədənin toxumalarında aydın müşahidə olunan lokal zədələr əmələ gəlir

12 Elektrik yanıqları Elektrik yanığı – bədənin səthinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük cərəyanların təsiri ilə zədələnməsidir. Elektrik yanıqları 4 dərəcədə olur: I dərəcə – dərinin qızarması; II dərəcə – suluqların əmələ gəlməsi; III dərəcə – dərinin keyləşməsi; IV dərəcə – toxumaların yanması

13 Elektrik yanığı

14 Elektrik nişanı Elektrik nişanı – elektrik cərəyanının təsirinə məruz qalmış insanın bədən səthində kəskin qaralmış və ya sarımtıl rəngli qabarıq ləkələrin əmələ gəlməsinə səbəb olur. Elektrik nişanları adətən dairəvi və yaxud oval formaya malik olur.

15 Tipik elektrik nişanı %

16 Dərinin metallaşması Dərinin metallaşması – elektrik cərəyanının təsirindən sıçrayan və buxarlanan (qaynaq zamanı və s.) hissəciklərin dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir.

17 Dərinin metallaşması

18 Elektrooftalmiya Elektrooftalmiya (“oftalmiya” - yunanca göz) – elektrik qövsü şüaları nəticəsində gözün aldığı zədələrə deyilir. Belə zədələr elektrik qövsü (qısa qapanma) baş verdikdə mümkün ola bilər ki, bu da nəinki görünən işıqın, həm də görünməyən intensiv ultrabənövşəyi və infraqırmızı şüalarin orqanizmin hüceyrələri tərəfindən udulması nəticəsində baş verən kimyəvi təsirdən yaranır

19 Elektrik zərbəsi Elektrik zərbəsi – orqanizmin canlı toxumalarından keçən elektrik cərəyanının təsiri nəticəsində onların qıcıqlanmasıdır. Elektrik zərbəsi bədənin müxtəlif əzələlərinin qeyri-ixtiyari qıcolması şəklində özünü biruzə verir

20 Elektrik şoku Elektrik şoku – orqanizmin elektrik cərəyanı ilə həddən artıq qıcıqlanması səbəbindən baş verən ağır əsəb-reflektor reaksiyasıdır. Bu cür zədələnmə nəticəsində qan dövranı və orqanizmdəki maddələr mübadiləsi dərindən pozulur, tənəffüs orqanları, ürək, sinir sistemi, digər üzvlər tam və ya qismən iflic olur.

21 Elektrik cərəyanı ilə zədələnmə hallarının statistik göstəriciləri
Zədələnmələrin növü Elektrik zədələnmələrinin ümumi sayına nisbətən miqdarı, % Elektrik yanığı 40 Elektrik nişanı 7 Dərinin metallaşması 3 Mexaniki zədələnmələr 0,5 Elektrooftalmiya 1,5 Qarışıq zədələnmələr – eyni zamanda yanıq və digər yerli zədələnmələr 48 Cəmi 100

22 Elektrik cərəyanı ilə zədələnmənin nəticəsinə təsir edən amillər
İnsanın fərdi xüsusiyyətləri: sağlamlıq durumu; Bədənin müqaviməti; psixofizioloji vəziyyəti; diqqət amili; səriştəliliyi;

23 Elektrik şəbəkəsinin parametrləri:
gərginliyin qiyməti; cərəyanın növü və tezliyi; cərəyanın təsir müddəti; Cərəyanın orqanizmdən keçmə yolu Ətraf mühit şəraiti: atmosfer şəraiti; havada cərəyan keçirən maddələrin konsentrasiyası;

24 Elektrik cərəyanından zədələnmələr zamanı ilk yardım
Elektrik cərəyanından zədələnmiş insana ilk yardım dedikdə zərərçəkənin həyatının və sağlamlığının onun özü və yaxud yaxınlıqda olan adamlar tərəfindən xilas edilməsinə yönəlmiş tədbirlər kompleksi nəzərdə tutulur. Bu yardım aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:

25 1. Zədələnmiş şəxsin cərəyanın təsirindən azad edilməsi
Zərərçəkənin paltarından tutmaqla elektrik cərəryanı daşıyıcılarınıın təsir zonasından uzaqlaşdırmaq Elektrik naqillərinin kəsilməsi

26 Zərərçəkənin paltarından tutmaqla elektrik cərəryanı daşıyıcılarınıın təsir zonasından uzaqlaşdırmaq
Elektrik naqilini ağac və digər elektrik keçirməyən vasitələrin köməyilə kənarlaşdıraraq zərərçəkəni cərəyanın təsirindən azad etmək

27 Elektrik cərəyanı altında olan naqillərə qaçaraq yaxınlaşmaq olmaz
Zədələnmiş və baxımsız qalmış naqillərə ehtiyatsız yaxınlaşmaq ölümlə nəticələnə bilər! Əgər elektrik daşıyıcısı sınaraq yerə düşmüşdürsə ondan 10 m məsafəyədək aralı durmaq lazımdır. Naqilin toxunma nöqtəsi 10 m

28 Addım gərginliyi zonasında hərəkət qaydaları
Elektrik naqilinin yerə toxunduğu nöqtədən 10 metr radiusda “addım gərginliyi”nin təsiri altina düşmək təhlükəsi yaranır. Belə ərazilərdə hərəkət etmək üçün dielektrik çəkmələr geyinmək və ya qısa addımlarla ayağını yerdən ayırmadan “qaz yerişi” ilə yerimək lazımdır. Bundan başqa tək ayaqla atıla-atıla ərazidən kənarlaşmaq olar.

29 Fəaliyyət göstərən elektrik qurğularının üzərində mütləq qadağanedici və ya xəbərdarlıq nişanları olmalıdır

30 2. Zərər çəkmiş şəxsi dərhal arxası üstə uzatmalı, onun paltarının yaxasını, kəmərini, sinəsini açmalı

31 3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi
3. Zərər çəkmiş şəxsin vəziyyətinin qiymətləndirilməsi. Sizə və zərər çəkmişə qarşı heç bir təhlükə olmadığına əmin olduqdan sonra onun şüurunu yoxlayın. 4. Zərərçəkmişin normal tənəffüs alması üçün şərait yaradın. Bunun üçün ehtiyatla zərərçəkən şəxsin başını arxaya doğru açın və çənəsini bir qədər yuxarıya qaldırın, iki barmağınızı zərərçəkmişin çənəsinin altına yerləşdirin və qaldırın. Eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.

32 5. Tənəffüsü yoxlayın – bunun üçün: Bax - döş qəfəsinin hərəkətinə Qulaq as – tənəffüsün səsinə Hiss et – zərərçəkmişin nəfəsinin yanağınıza təsirini 10 saniyə ərzində baxın, qulaq asın və tənəffüsü hiss etməyə çalışın. Əgər zərərçəkmiş şəxs nəfəs alırsa onu yan tərəfə çevirin, nəfəs almırsa ağız boşluğunda ola bilən maneəni kənar etdikdən sonra ağızdan ağıza olmaqla iki nəfəsvermə icra edin.

33 6. Süni tənəffüs Zərərçəkmişi arxası üstə uzadın, havanın daxil olmasına şərait yaratmaq məqsədilə başını arxaya döğru əyin, iki barmağınızı zərəçəkmişin çənəsinin altlna yerləşdirin, eyni zamanda əlinizi zərərçəkmişin alnına qoyun və başını tam arxaya doğru əyin.

34 Burun pərlərini sıxmaqla burnunu qapayın
Burun pərlərini sıxmaqla burnunu qapayın. Tam nəfəs alın və qapalı şəkildə dodaqlarınızı onun ağzına yerləşdirin. İki dərin və eyni zamanda yavaş sürətli nəfəsvermə icra edin. Nəfəsvermələr zamanı zərərçəkimişin döş qəfəsinin hərəkət etməsinə nəzarət edin.

35 Havanı hər 5 – 6 saniyədən bir üfürməli
Havanı hər 5 – 6 saniyədən bir üfürməli. Belə üfürmə dəqiqədə 10 – 12 dəfəyə bərabər olan tənəffüs tezliyinə müvafiqdir. Hər dəfə hava üfürmədən sonra cərəyan vurmuş adamın ağız və burnunu açırlar ki, onun ağ ciyərlərindəki hava özbaşına xaric olsun, yəni adam nəfəs versin. Əgər zədələnmiş adam pis nəfəs alırsa, onda süni tənəffüslə yanaşı onun ürəyini də masaj etmək lazımdır. Bunun üçün xəstənin sinəsinin aşağı 1/3 hissəsini müəyyən edib ovucla döş qəfəsini ritmik sürətlə aşağı basırlar. Döş qəfəsini kəskin təkanla basmaq lazımdır, bu zaman döş qəfəsi 3 – 5 sm aşağı əyilir, ürəyin üzərinə düşən təzyiq nəticəsində qan ürəkdən qan damarlarına verilir. Döş qəfəsini saniyədə 1 dəfə olmaqla 4 – 6 dəfə basmaq, sonra fasilə etməklə süni trənəffüs vermək lazımdır.

36 Zərbə nöqtəsi Cərəyandan zərər çəkmiş adamı özünə gətirmək üçün onu torpağa basdırmaq cəhdləri qəti qadağandır


"AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ" indir ppt

Benzer bir sunumlar


Google Reklamları