Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”

Benzer bir sunumlar


... konulu sunumlar: "Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”"— Sunum transkripti:

1 Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”
Toriçelli

2 Standartlar: 2. 1. 1. Sadə ölçü cihazlarından istifadə edir. 3. 1. 2
Standartlar: Sadə ölçü cihazlarından istifadə edir Sadə təcrübələri aparır, nəticələri təqdim edir.

3 Təlimin məqsədi: Atmosfer
Təlimin məqsədi: Atmosfer. Atmosfer təzyiqi mövzusunu şagirdlər mənimsəyir. Şagirdlərin bilik səviyyəsi yoxlanılır. İş foması: kiçik qruplarla iş, cütlüklərlə iş. İş üsulu: B.İ.B.Ö, əqli hücum İnteqrasiya: Coğrafiya, həyat bilgisi Resurslar: VII sinif fizika dərsliyi, təcrübələr, paylama materialları, şpris, liver, stəkanda su, aroma butulkası, yumurta, kolba və tərəzi.

4 Motivasiya Nə üçün butulkadakı hava qızdırıldı?

5 Tədqiqat sualı: Atmosferin sıxlığı hündürlükdən necə asılıdır
Tədqiqat sualı: Atmosferin sıxlığı hündürlükdən necə asılıdır? Atmosfer təzyiqinin varlığını necə təsdiq etmək olar? Tədqiqatın aparılması: Şagirdlər 4 qrupa bölürəm:

6 Eynşteyn qrupu: Tərəzinin qollarındakı tarazlığın pozulmasının səbəbi nədir?

7 Toriçelli qrupu: Havası çıxarılmış borunun suyun içərisində kranı açdıqda suyun fəvvarə şəklində qalxmasının səbəbini izah edin. Şprisin iş prinsipini izah edin.

8 Atmosfer qrupu: Liverdən suyun damcılamasının səbəbini izah edin.

9 Təzyiq qrupu: Nasosla birinci kolbadan havanı sovursaq, ikinci kolbadan birinci kolbaya suyun axmasının səbəbini necə izah etmək olar? Ağzı aşağı çevrilmiş və kağızla ağzı qapanmış stəkandan su tökülməməsinin səbəbi nədir?

10 İnformasiya mübadiləsi:
Qrup işləri dinlənilir. Liderlər alqışlanır və digər şagirdlər materiallarla tanış olur və fikirlərini dəqiqləşdirirlər.

11 Informasiyanın müzakirəsi və təhlili. Müzakirə sualları:
Sual: Atmosfer nədir? Cavab: Yer kürəsini əhatə edən hava qabığı Atmosferdir. Sual: Atmosferin tərkibi nədən ibarətdir? Cavab: Atmosfer müxtəlif qazların – oksigen, azot, hdrogen, karbon qazı, su buxarı, ozon və s. qarışığından ibarətdir. Sual: Atmosfer təzyiqi necə yaranır? Cavab: havanın yaratdığı təzyiq Atmosfer təzyiqi adlanır. Sual : Atmosferin molekullarının yeri tərk etməməsinin səbəbini necə izah etmək olar? Cavab: Atmosferi təşkil edən qaz molekulları cazibə qüvvəsi ilə ona bağlanmışdır.

12 Nəticənin çıxarılması və ümumiləşdirmə
Nəticənin çıxarılması və ümumiləşdirmə. Şagirdlərin fikrlərini ümumiləşdirirəm və bir daha atmosfer təzyiqi mövcud olmasını təsdiq edən misallarla dərsi möhkəmləndirib iş üsullarını yada salııram.

13 Qiymətləndirmə və refleksiya
Qiymətləndirmə və refleksiya. Şagirdlərin bilik bə bacarıqları dərs boyu qiymətləndirilir. Sonra ballar toplanılır. Qalib gələn qrup alqışlanır.

14 Atmosfer haqqında məlumat Atmosfer qazlarını təyin etmə
Meyarlar Qruplar Atmosfer haqqında məlumat vermə Atmosfer qazlarını təyin etmə Test işləmə Əməkdaşlıq Qiymət Torçelli qrupu Eynşteyn qrupu Atmosfer qrupu Təzyiq qrupu


"Sinif: VII Mövzu: “Atmosfer. Atmosfer təzyiqi”" indir ppt

Benzer bir sunumlar


Google Reklamları