Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI.

Benzer bir sunumlar


... konulu sunumlar: "“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI."— Sunum transkripti:

1 “UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI IV gün

2 Motivasiya. Problemin qoyuluşu.
Sövqetmədir Dərsin ilk mərhələsidir ? Üç yolla qurulur Dərsin əsas mərhələsidir

3 Tədqiqat sualları: Motivasiya nədir?
Motivasiyanın hansı xüsusiyyətləri var?

4 Motivasiya Motivasiya – hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Motivasiya - fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

5 Motivasiyanın yaradılması yolları
1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”) 2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur: Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar: “. . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin. Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur. Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.). 3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).

6 Motivasiyanın düzgün qiymətləndirilməsi meyarları:
motivasiyanın məqsədəuyğunluğu, motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması, motivasiyanın yığcamlığı - qısa vaxt ərzində həyata keçirilməsi, onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi, uşaqlar tərəfindən orta çətinliklə dərk edilməsi, onların yaş və bilik səviyyəsinin nəzərə alınması.

7 Yönəldici suallar: Fəal dərsin birinci elementi olan motivasiyanı həyata keçirmək nə üçün lazımdır? Dərsdə tədqiqat sualının hansı rolu var? Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?

8 Nümunə Standartlar : Dünya xalqlarının fərqli xüsusiyyətlərni təsvir edir. Təlim məqsədi: 1. Dünya xalqlarını dil, irq və dini baxımından fərqləndirir. 2. Dünya xalqlarının xüsusiyyətlərini dil, irq və dini baxımdan izah edir. Mövzu: Dünya xalqlarının xüsusiyyətləri

9 Nümunə Motivasiya. Problemin qoyuluşu.
Dərsin girişində müəllim sinfə aşağıdakı şəkilləri nümayiş etdirir. Sonra “Şəkildə gördüyünüz insalar bir-birindən nə ilə fərqlənirlər?” sualı ilə müraciət edir. Şagirdlərin cavabları qeyd olunur, ümumiləşdirmə aparmadan yönəldici suallar verilir. “Niyə dünya xalqları bir-birindən fərqlənirlər?, Niyə biz digər xalqların danışdıqlarını başa düşmürük?, Nə üçün insanların inancları fərqlidir?” Şagirdlərin fərziyyələri dinlənilir, suallara verdikləri cavabları ümumiləşdirməklə mövzunun tədrisinin həyati əhəmiyyəti bir qədər də aktuallaşdırılır. Tədqiqat sual: Dünya xalqları hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir?

10 Tapşırıq: I qrupa “rəmzi (simvolik) materialın şərhi əsasında” motivasiyanın qurulması tapşırılır. II qrupa “sual verməyə həvəsləndirmə” yolu ilə motivasiyanın qurulması tapşırılır. III qrupa “problemin müxtəlif yollarla həll edilməsi” ilə motivasiyanın qurulması tapşırılır.

11 Ümumiləşdirici suallar:
Tədqiqat işini apardıqdan sonra dərsdə nə baş verir? Dərsdə nətəcələri necə çıxartmaq olar? Ümumiləşdirməni hansı şəkildə vermək olar? Tədqiqatın produktiv tətbiq edilməsi nə üçün lazımdır? Ev tapşırıqları dərsin hansı mərhələsini əks etdirirlər ?

12 Tapşırıq Qrup 1 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi Əsas xüsusiyyətləri, aparma yolları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Məlumat mübadiləsi və müzakirəsi (əldə edilmiş məlumatların təqdim olunması, məlumatın müzakirəsi, təsnifi, əlaqələndirilməsi

13 Tapşırıq Qrup 2 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi Əsas xüsusiyyətləri, aparma yolları, formaları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olub-olmaması haqda nəticənin çıxarılması)

14 Tapşırıq Qrup 3 Dərsin mərhələsi Bu mərhələnin nəticəsi
Əsas xüsusiyyətləri, aparma yolları, formaları Müəllim tərəfindən buraxılan səhvlər Müəllimdən tələb olunan bilik, bacarıq, vərdiş və keyfiyyətlər Produktiv (yaradıcı) tətbiq etmə

15 Motivasiya. Problemin qoyuluşu
“Sizcə, fikirləşmək və hifz etmək sözləri hansı anlayışlarla bağlıdır?” Hifz etmək Fikirləşmək

16 Yönəldici suallar: Təfəkkürün və hafizənin təlim prosesində rolu nədən ibarətdir? Təlim prosesində biz nəyə üstünlük verməliyik? Təfəkkürü biz necə inkişaf etdirə bilərik?

17 Tapşırıq: Təfəkkürün müxtəlif növlərinin inkişaf etdirilməsinə yönəldilmiş tapşırıqlardan ibarət 3 iş vərəqi hazırlayın.

18 Müzakirə sualları: Necə fikirləşirsiniz, şagirdləriniz hansı tapşırıqları daha müvəffəqiyyətlə yerinə yetirərdilər? Hər konkret tapşırıq hansı düşünmə vərdişinə yönəldilmişdir? Siz hansı tapşırığın yerinə yetirilməsi zamanı təhlil və müqayisə etmisiniz? Siz harada nəyi isə tənqidi qiymətləndirmisiniz? Tədqiqat üçün tapşırıqların hazırlanmasının fənn kurikulum ilə nə kimi əlaqəsi var?

19 Hafizə Məntiqi təfəkkür Tənqidi təfəkkür Yaradıcı təfəkkür Öyrən. Əzbərlə. Yadına sal . Xəyalında canlandır. Yadında saxla. Təsvir et. Müqayisə et. Oxşarlıqları və fərqləri tap. Təsnif et. Müxtəlif baxış nöqtə-lərindən qiymətləndir. Əhəmiyyətini, rolunu qiymətləndir. Uydur: Hekayə Situasiya Na2ğıl Musiqi Üsul Danış. İfadə et. Qur. Dəyişdir. Hesabla. Sadələşdir. Meyarları müəyyən et. Meyar cədvəlini tərtib et. Tərtib et, uydur: Maket Model Sxem Qrafik Tap. Siyahını tərtib et. Sadala. Müəyyən et. Öz tərifini ver. Əlaqəni aşkar et. Səhvləri tap. Faktları uydurmadan seçib ayır. Mübahisəli məqamları aşkar et. Proqnoz ver. Müqayisə et və analoqu tap. İxtira et, yarat. Başqa obyektə döndər. Yeni tətbiq üsulunu tap. Təsdiqini tap (əsaslandır). Sxem, qrafik, cədvəl düzəlt. Tərtib et. Davam et. Tənqidi yanaş. Düzgün olanı seç. Dəyişikliklər et, yarat, yenidən tərtib et. Dəyişikliklər etməklə yarat. Quraşdır. Düsturun köməyilə hesablayıb tap. Təhlil et. İzah et. Şərh et . Nəticə çıxar. Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et. Yeni əsaslar üzərində təsnif et. Yeni şəraitə uyğun hala gətir. Tətbiq et (yeni şəraitdə). Hər hansı bir kateqoriyaya aid et. Göstər. Səbəbi tap (səbəb, nəticə). Öz ideyanı əsaslandır (sübut et). Öz şəxsi izahını ver Problemi müəyyən et, fərziyyələr irəli sür. Modelin əsasında tərtib et. Ümumiləşdir. Əsas ideyanı seçib ayır. Ən səmərəli yolu tap. Mübaliğə et. Minimuma endir. Tərif ver. Mahiyyətini, mənasını ifadə et. Məsləhət ver. Simvol (rəmz) şəklində təsvir et.

20 İş vərəqi nədir? İş vərəqi –şagirdlərin tədqiqat işini təşkil edən vasitədir. Kiçik qruplara verilən problem və onun həllinin nəticələri iş vərəqində əks olunur.

21 İş vərəqlərinin hazırlanması üçün nəyi nəzərdə tutmaq lazımdır?
Tapşırığın həcmini Sualların miqdarını Sualların növlərini Tərtib etmə qaydalarını

22 İş vərəqinə verilən tələblər:
Cəlbedici məzmunu və tərtibatı Məqsəd və sual aydın və konkret olmalıdır Uşaqların səviyyəsinə uyğun olmalıdır Dərsin məqsədinə uyğun olmalıdır

23 İş vərəqlərinin hazırlanma meyarları:
şagirdlərin fəallaşdırılması, iş vərəqlərinin şagirdlər üçün emosional cazibədarlığı, əlavə təlim motivasiyasının yaradılması, müəllimin vaxtına qənaət edilməsi, şagirlərə işlərinin nəticələrini müxtəlif şəkildə təqdim etmə yollarının öyrədilməsi və s.

24 Nümunə

25 Nümunə

26 Nümunə


"“UNİKAL-1” MMC “ÜMUMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ YENİ TƏHSİL PROQRAMLARININ (KURİKULUMLARIN) TƏTBİQİ” mövzusunda MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM KURSUNUN SLAYDLARI." indir ppt

Benzer bir sunumlar


Google Reklamları