Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
Təqdimatı hazırlayan: Əliyeva Aidə İltifat qızı
Təhsil aldığı məktəb: Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəb Oxuduğu sinif: 8a
2
ALTERNATIV ENERJİ MƏNBƏLƏRİ
Alternativ energetika — təbiətin kirlənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. O bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmizlikdə saxlamaq və iqtisadi səmərililik baxımından əlverişlidirlər. Onların əsasında bərpaolunan enerji durur. Küləyin enerjisi Günəş enerjisi Geotermal energetika
6
GÜNƏŞ ENERJİSİ
9
Günəş enerjisi Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası.Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz,daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.
12
Texnologiyası Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
15
Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan – selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır. Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür.
18
Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.
19
Azərbaycanda günəş şüalanmasının davmiyyəti ildə saata qədər müşahidə olunur. Dövlət Agentliyi tərəfindən aparılmış tədqiqatlara görə ölkə ərazisinin hər kvadrat metrinə düşən günəş enerjisinin illik miqdarı 1300 kVt saat-dan 1750 kVt saat-a qədər dəyişir.Beynəlxalq Enerji Agentliyinin 2011-ci ildə dərc etdirdiyi hesabatında Azərbaycan üzrə üfüqi səthə düşən günəş radiasiyası göstəricisi 1566 kVt saat/m2 olduğu qeyd edilmişdir. İRENA-nın təsnifatına görə bu, “əlverişli” və “yüksək dərəcədə əlverişli” enerji potensialı siniflərinə aiddir. . . .
20
TƏTBİQİ Binalarda günəş enerjisindən maksimum faydalanmaq üçün hazırda istifadə edilən 3 əsas yanaşma mövcuddur: Passiv günəş, Aktiv günəş istiliyi və Fotoqalvanik (FQ) Günəş sistemləri
21
PASSİV GÜNƏŞ Passiv Helioarxitektura aşağıdakılar üçün nəzərdə tutulan bina layihələndirmə yanaşmasıdır: • Binada günəşin faydalarını maksimallaşdırmaq (düzgün səmtləşdirmə və planlaşdırma, və şüşələnmə); • Binanın yüksək səviyyəli izolyasiyası və germetikliyini təmin etməklə istilik itkilərinin qarşısının alınması; • Nəzarət olunan ventilyasiya və gündüz işıqlandırmasından istifadə etməklə yüksək səviyyədə rahatlığın təmin edilməsi. Passiv günəş istiliyi layihəsinə hər hansı mexaniki isitmə cihazı faktiki olaraq daxil deyil. Bundan fərqli olaraq, passiv günəş istiliyi ev daxilində temperaturu saxlamaq üçün binanın istiliyi özünə çəkən və daha sonra istiliyi tədricən buraxan xüsusiyyətlərini əhatə etməklə fəaliyyət göstərir. Binanın çox vaxt termik kütlə kimi istinad edilən bu xüsusiyyətlərinə böyük pəncərələr, daş döşəmə və kərpic divarlar daxil ola bilər.
24
Aktiv Günəş İstiliyi Aktiv günəş texnologiyaları günəş enerjisini digər daha faydalı enerji formasına çevirmək üçün tətbiq edilir. Bu bir qayda olaraq istilik və elektrik enerjisinə konversiya ola bilər. Aktiv Günəş İstiliyi binaların günəş enerjisindən istifadə etməsinin əsas yollarından biridir. Bu, passiv günəş istiliyinə bənzəyir, lakin bu daha əhatəli prosesdir və passiv sistemlərdən daha çox istilik əmələ gətirir. Aktiv günəş istiliyi üç komponentdən əhəmiyyətli dərəcədə asılıdır: günəş enerjisini özünə çəkən günəş kollektoru, günəş saxlama sistemi, və istiliyin uyğun yerə yayılması üçün istiliyin ötürülməsi sistemi. Aktiv istilik sistemləri iki kateqoriyaya bölünə bilər: hava sistemləri və maye sistemləri. İstilik sistemlərindəki fərqlər günəş enerjisinin günəş kollektorunda yığılması yolu ilə ortaya çıxır. Maye sistemlərdə günəş kollektorunda enerjinin yığılması üçün mayedən istifadə edilir, hava sistemləri isə enerjini hava vasitəsilə özünə çəkir.
27
Fotoqalvanik Sistemlər
‘Fotoqalvanik’ (FQ) işıqdan alınan elektrik enerjisini ifadə edir. Mahiyyətinə görə fotoelektrik sistemlər günəş radiasiyasını elektrik enerjisinə çevirmək üçün gün işığından (birbaşa gün işığının olması zəruri deyil) istifadə edir. FQ elementlərdə yanan işıq elektrik enerjisinin hərəkətinə səbəb olmaqla elektrik sahəsi yaradır. İşığın intensivliyi nə qədər böyük olarsa, elektrik enerjisinin hərəkəti də bir o qədər yüksək olar. Fotoelektrik sistemlər günəş enerjisini elektrik enerjisinə çevirmək üçün yarım keçirici materiallardan istifadə edir. Bu texnologiya günəş kalkulyatorları, saatlar və ya bağça işıqları kimi istehlakçı məhsullarında geniş istifadə olunur. Günəş FQ yaşayış yerləri və kommersiya və sənaye müəssisələri üçün günəş elektrik enerjisini təmin etmək üçün istifadə edilə bilər. Bu elektrik enerjisi istehsal edildiyi kimi istifadə edilməklə, onu saxlamaqla (batareyalardan istifadə edərək, bu investisiya xərclərini artırır və ekoloji məsələlər ortaya çıxarır) və ya şəbəkəyə birləşdirilib ödəniş almaqla alınmış elektrik enerjisini kompensasiya etmək üçün istifadə edilə bilər.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.