Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Vərəm Haqqında Tarixi Anlayış. Vərəm ərəb sözüdür, qabarcıq, düyüncük deməkdir. Qeyd etmek lazımdır ki, Ərəb ölkelerinde ve İranda veremi sill adlandırırlar.

Benzer bir sunumlar


... konulu sunumlar: "Vərəm Haqqında Tarixi Anlayış. Vərəm ərəb sözüdür, qabarcıq, düyüncük deməkdir. Qeyd etmek lazımdır ki, Ərəb ölkelerinde ve İranda veremi sill adlandırırlar."— Sunum transkripti:

1 Vərəm Haqqında Tarixi Anlayış

2 Vərəm ərəb sözüdür, qabarcıq, düyüncük deməkdir. Qeyd etmek lazımdır ki, Ərəb ölkelerinde ve İranda veremi sill adlandırırlar ki, bu da erebce şiş menasındadır. Veremin Beynelxalq adı Tuberkulyozdur. Tuberculum latınca qabarcıq mənasındadır.

3 Ftizatriya-verem haqqında elme deyirler. "Phthisis" yunanca üzülme, arıqlama, "jatros" ise hekim ve yaxud hekimlik menasındadır. Qedim zamanlardan Rusiyada ftizis terminine uyğun "çaxotka" sözü işledilib ki, bunun da menası (чахнут от кашля ) öskürekden üzülme, arıqlama deməkdir.

4 Verəm xesteliyinin tarixi elme deqiq melum olmasa da, bu xestəliyin Yer üzündəki canlılarla yaşıd olmasını desek, yanılmarıq. Çoxsaylı tarixi sənədler bu xəstəliyin oİduqca qedim zamanlardan geniş yayılmasmdan xəbər verir.

5 Avropa erazisinde verem xesteliyinin yayılmasına delalet edən en qedim tarixi tapıntı 1905- ci ildə Barteisin Almaniyanın Heydelberq şehəri yaxınlığında arxeoloji qazıntılar zamanı tapdığı, daş dövründə (bizim eradan texminen 5 min il əvvəl) yaşamış insan skeletinin döş fəqərəlerində aşkar etdiyi verem xəsteliyine xas olan deyişikliklerdir.

6 Qədim Misirdə aşkar olunmuş mumiyalann da onurğa sütununda və iri oynaqlanrında irinli abseslər üçün xarakterik olan spesifik proseslerin izləri aşkar olunmuşdur. Babiİtstanın qədim hüquqi sənədlərində, qədim Misir papiruslarında ve indusların munskripsiyalarında, qedim Fars, Yunan, Roma həkimləri və filosoflarının,yazıçılarının və şairlərinin antik dövrə aid olan çoxsaylı əsərlərində vərəm xestəliyinin müxtəiif əlamətləri göstərilir və bu xəstəliyin mualicəsi ve qarşısının alınması yolları şerh olunur.

7 Ağciyer veremi qədim Çinde de məlum idi və bu xestelik "çao-pinq" adlanırdı. Bu xesteliyin kliniki əlamətlərinə qədim Çin imperatoru Tsinanın eramızdan əvvəl VI əsrdə yazılarında da rast gəlmək olar. Vərəm xəstəliyi qedim zamanlarda hem də Yunanıstanda geniş yayılmışdı. Bizim eradan evvel 525-456-cı illərdə yaşamış traqik şair Esxil öz hemvətenlərinde bu xestəliyin bəzi formalannı - boyun limfa düyünlerinin böyüdüyünü, yəni boyun limfadenitini göstermişdi. Bundan bir qədər əvvəl ise (bizim eradan 750 il əvvəl ) Homer müxtəlif nahiyyələrdə ve orqanlarda, o cümleden ağciyərlərdə iltihabi prosesləri fıma (phyma) adlandırmışdı. Hippokrat ise uzun iller sonra verəm xestəliyini "fima" adlandırmışdı.

8 Hippokrat vərəm xəsteliyinin yaranmasını belə təsəvvür edirdi: Seliklə dolmuş beyin xəstələnərək burada qızdırma başlayır. Selik qatılaşır ve irinləyir, sonra beyinden axaraq ağciyere gelir ve ağciyerler bu irinli seliyi qəbul ederək xəstələnir. Qalen də texminen bele fıkirləşirdi. Bizim eranın 130-210- cu illeri Roma dövrünün meşhur hekimi ve Hippokratın gözəl şerhçisi olan Qalen yazırdı "Əgər fıma, yeni ağciyerdəki irinleme qurumursa ve əger o, başdan ve bədənin müxtelif orqanlarından ağciyer fimasına daxil olursa, bu parçalanaraq, irine çevrilir və xeste ölür, dünyasmı dəyişir".

9 Hippokrat bu xəstəliyin 3 formasmı ayırd edir. Bunlann ikincisi verəm xəstəliyinin klinikasına daha çox uyğun gəlir. Əsas etibarı ilə 18-31 yaşlı gəncler arasında tesadüf edilən bu formaya xesteliyin 3 ilə yaxın bir müddətdə davam etmesi, payız ve yaz aylarında kəskinleşməsi, digər vərəm üçün xas olan klinik əlamətler aiddir. Beləliklə, vərəm xəstəliyinden ölən insanları autopsiya etmədən ən sadə üsullardan istifadə ederek, yeni anamnez, müşahidələr ve sade obyektiv müayinələr nəticəsində Hippokrat ve onun müasirleri vərəm xesteliyini öyrenmek imkanları elde edirdiler. Ancaq Hippokrata ve onun müasirlərinə, sonralar ise Selse, Qalenə, Əli Əbu İbn- Sinaya xəstəliyin gecikmiş ve daha ağır formalanın, xüsusilə de ağciyer qanaxması, ağır intoksikasiya ve orqanizmin ümumi zəifləməsi ile müşayət olunan halları aşkar etmək nesib olub.

10 Əli Əbu İbn-Sina öz əsərlerində xarici mühitin vərəm xesteliyinin əmələ gəlməsinə ve inkişafına tesirini gösterir. Plevritin veremle əlaqəli olduğunu qeyd edir. İbn-Sina vəremi yoluxucu xestelik sayır, onun kliniki əlametlerini şərh edir ve sağalmasının mümkün olduğunu gösterir.

11 R.Kox 1882-ci ilin mart ayının 24-de Berlin şəhərində fizioloqlar cəmiyyətinin iclasında ilk dəfə "Vərəmin etiologiyası" mövzusunda məruzə edərək inandırıcı dəlillərlə verəmin törədicilərini, vərəm mikobakteriyalarını keşf etdiyini elan etdi. Bu keşfə göre R.Kox 1905-ci ildə Nobel mükafatına layiq görüldü. Vərəm xəstəliyinin yaranması sebəblərindən birini, yəni sosial faktorlarının rolunu R.Kox xüsusi qeyd etdi. O, "zəifləmiş ve pis şəraitə düşmüş orqanizmdə vərəmin başlanğıcı üçün geniş şərait var və yer üzərində neçə ki, gün düşməyən daxmalar mövcuddur, ftizis, yəni vərəm bundan sonra da yayılacaq və yaşayacaqdır" dedi.

12 R.Koxun bu tarixi kəşfindən sonra infeksiyanın daxil olma yolları çox mübahisəli şəkildə qalırdı. Əsr üçün çox böyük mənası olan bu mesele bundan sonra görüləcək işlər üçün de çox böyük məna kesb edirdi. Vərəm çöplerini ilk aşkar etdiyi ərəfədə R.Kox insan üçün öküz və insan tiplərinin patogenliyinin nə dərecədə olduğu haqda fıkir söyləyirdi. Sonra isə, yəni 1901-ci ildə London Beynelxalq konqresinde, R.Kox öküz tipinin insan üçün zerərli olmadığını gösterdi ve qeyd etdi ki, insanlar ancaq insan tipi ile xəstələnə bilərlər, yeni, bu xəstəlik ancaq insandan insana keçə bilər və bu. belğəm vasitesile baş verir, daxilolma yolu isə ağciyərlərdir.

13 1890-cı iİdə R.Kox ilk defə olaraq tuberkulini eldə etdi. Bunu da o, vərəra çöplərinin su-qliserin məhsulu kimi adlandırdı. Berlində keçen hekimlerin konqresində o, bele qeyd etdi ki, bu maddə xəstəliyə qarşı bir davamlılıq, toxunmazlıq yarada biler və hetta verəmi müalice edə bilər. "Yəqin ki, bu maddə, yəni tuberkulin, insanlar üçün də çox əhəmiyyətli ola bilər'". R.Koxun bu beyanatı dünya alimlən tərefindən böyük ruh yüksəkliyi ilə qarştlandı. Bu haqda A.S.Sklyarevski belə demişdi: "Bir nefərin dahiliyi və oməyi sayəsindo ölümə məhkum olunmuş 75 milyon insan. Həyata qaytarıla bilər və xeyirli, əhımiyyətli işle məşğul ola bilər

14 Əlbətte, elə bir sahe yoxdur ki, o, vərem qədor çıxılmaz bir veziyyət yaratsın. Deyilene göre, o dövrdə verem xəsteliyinin geniş tüğyan etdiyi, çoxsaylı insan telefatına rast gelinən Yaponiyada R.Koxa heykol de ucaldılmışdır. Ancaq teəssüfler ol- sun ki, xesteliyin profilaktikası və müali- cəsi üçün planlaşdırılan mif tezliklə yox I oldu: Berline, R.Koxun yanına müalice H üçün gelmiş minlerle xəstənin sevinci çox I böyük təessüf hissi ile əvez olundu. Bun- I dan əlavə, hətta bir çox xəstelerde proses I tuberkulinle müalice nəticesində proqresiv I şekildə inkişaf etməye başladı ve R.Kox H tibb ictimaiyyeti terefınden mezemmet H| olundu.

15 Laennekin 1819-cu ildə ağciyərin au- skultasiyasını təklif etməsi, 1895-ci ildə alman fi- ziki Rentgenin X-şüalan keşf etməsi elmdə həqi- qeten inqilabı dönüş idi. 1907-ci ildə Vyanalı uşaq həkimi Pirket vərəmə yoluxmanı aşkar etmək üçün tuberkulin dəri sınağını təklif etdi. O, allergiyanın mahiyyətini, allergiya anlayışmı elmə getirdi. Yeni, Pirket tuberkulin diaqnostikasmın banisi kimi böyük şöhrət qazandı. 1919-cu ildə fransız alimləri Kalmett və Jeren vərəm mikobakteriyalarından insanları verəmə qarşı vaksinasiya etmək üçün vərəm mikobakteriyalarının vaksin ştammını əldə edə bildilər. Bu ştamm 230 dəfə ardıcıl olaraq qidalı mühitdə vərəm mikobakteriyalarının öküz tipini əkərək əldə edildi. Vaksin ştammı Kalmet Və Jeren batsilləri - (KJB) adlandırıldı. KJB vaksini ilk dəfə olaraq 1921-ci ildə Fransanm paytaxtı Paris şehərində anası və nənəsi vərəm xəstəliyinə tutulmuş yeni doğulmuş qıza tətbiq olundu və o qız sonralar vərəm xəstəliyinə tutulmadı.

16 Verem eleyhine tedbirlerden biri 1920-ci ildə verem lıcgunluyu adla- xnrdı ki, bu zaman veremə qarşı mübarize məqsədilə insanlärdan vesait toplanır ve hem də bu insanlara veremin profılaktikasına dair.elementar bilik verjlirdi.. 1918-ci ilde ilk Moskva Elmi-Tedqiqat Verem Instıtutu, 1921- ci ildə ise Merkezi Elmi-Tedqiqat Verəm İnstitutu yaradıldı və buhdan sönrakı illerde ölkənin diger şəhərlərində (Leninqrad, Xarkov, Krasnodar, Odes- sa, Kiyev, Bakı ve s.) elmi-tedqiqat verəm institutlan yaradılmağa başladı.

17 Azerbaycanda ilk verem eleyhinə dispanser 1923-cü ildə Bakı şəhərində (Bayıl qesəbəsinde) yaradıldı (indiki 3 saylı Verem Əleyhine Dispanseri). 1944-cü ildə isə Azerbaycanda Elmi- Tedqiqat Verem institutu yaradıldı


"Vərəm Haqqında Tarixi Anlayış. Vərəm ərəb sözüdür, qabarcıq, düyüncük deməkdir. Qeyd etmek lazımdır ki, Ərəb ölkelerinde ve İranda veremi sill adlandırırlar." indir ppt

Benzer bir sunumlar


Google Reklamları