Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017.

Benzer bir sunumlar


... konulu sunumlar: "Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017."— Sunum transkripti:

1 Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması
Emil Qarayev 24 Noyabr, 2017

2 Giriş Komplayens riskləri - qanunlara, qaydalara, ayrı-ayrı təlimatlara, daxili normativ sənədlərə və prosedurlara əməl edilməməsi nəticəsində bankın üzləşə biləcəyi cəza təbirləri, maliyyə itkiləri və ya reputasiya risklərinin məcmusudur Komplayens - qanunlara, qaydalara, ayrı-ayrı təlimatlara, daxili normativ sənədlərə və prosedurlara əməl etmə fəaliyyətidir

3 Komplayens funksiyası
Əsas fəaliyyət istiqamətləri Təlim Bankdaxili sağlam mühitin formalaşdırılması Tənzimləyici məsələlərə dair məsləhət veriıməsi Problemlərin qısa zamanda aradan qaldırılması Monitorinq, yoxlama və hesabatlılıq Kommunikasiya

4 Komplayens risklərindən 3 mərhələli mühafizə
Əsas istiqamətlər I və II mərəhləni yoxlayır Bankda nəzarət tədbirlərinin effektivliyini yoxlayır və bu barədə hesabatlılığı təmin edir 3 Daxili audit Əsas istiqamətlər Müvafiq siyasət və prosedurları hazırlayr və həyata keçirir Nəzarət tədbirlərinin tətbiqi ilə bağlı məsləhət verir Normativ dəyişiklikləri nəzarətdə saxlayır Bu sahədə hesabatlılığı təmin edir 2 Komplayens funksiyası Əsas istiqamətlər Biznes proseslərin icrası İlkin nəzarət tədbirləri və komplayens risklərinin idarə olunması 1 Biznesin idarə olunması (Ön ofis)

5 Risk əsaslı komplayens yanaşması
Risk əsaslı komplayens yanaşması biznesin ayrı-ayrı sahələrinə və ayrı-ayrı tənizmləyici normalara bağlı olaraq fərqli risklərin mövcud olması fikrinə əsaslanır. Bu isə sırf banka məxsus risklərin aşkara çıxarılıb məhz onlarla bağlı komplayens proqramının formalaşdırılmasına imkan yaradır. Komplayensə risk əsaslı yanaşma nəticəsində təşkilatın resursları yalnız lazımi sahələrə yönləndirilir və beləliklə də daha böyük məhsuldarlığa nail olunur Təşkilatda komplayensə risk əsaslı yanaşmanın mövcud olması istər onun rəhbərliyi, istərsə də komplayens fuksiyası səviyyəsində risklərə yanaşmada vahid mövqe nümayiş etdirməyə imkan verir. Bu isə təşkilatın fəaliyyətində obyektivliyi daha çox təmin edir Əsas üstünlüklər

6 Komplayens funksiyası
Yüksək rəhbərliyin rolu Direktorlar şurası İdarə heyəti İdarə heyəti tərəfindən komplayens risklərinin idarə olunmasına nəzarət Komplayens siyasətinin təsdiq olunması İdarə heyəti tərəfindən komplayens risklərinin idarə olunması səviyyəsinin ildə bir dəfədən az olmayaraq ölçülməsi Komplayens risklərinin effektiv idarə olunması Komplayens siyasətinin icrasının təmin olunması Direktorlar şurasına komplayens riskləri barədə hesabatlılıq Bankın komplayens siyasətinə uyğun olaraq daimi komplayens funksiyasının yaradılması və onun effektiv fəaliyyətinin təmin olunması

7 Komplayens funksiyası
Əsas fəaliyyət prinsipləri Müstəqillik Komplayens funksiyasının müstəqilliyi aşağıdakı 4 əsas istiqaməti özündə əks etdirir: Bankın daxilində rəsmi statusa malik olması Komplayens üzrə ümumilikdə cavabdeh olan şəxsin mövcud olması Maraqların toqquşması halının mövcud olmaması Komplayens funksiyasının öz vəzifələrini yerinə yetirməsi üçün tələb olunan informasiyaya çıxışının olması və zəruri işçi heyəti ilə təmin edilməsi

8 Komplayens funksiyası
Əsas fəaliyyət prinsipləri 2. Resurslar Komplayens funksiyasına bankda mövcud olan komplayens risklərinin effektiv idarə edilməsi üçün kifayət sayda və adekvat resurs ayrılmalıdır Qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər zəruri kvalifikasiyaya və normativ bazaya aid zəngin texniki biliyə malik olmalıdırlar 3. Cavabdehlik sahələri Komplayens funksiyasının əsas vəzifəsi komplayens risklərinin idarə olunması ilə bağlı yüksək rəhbərliyə dəstək verməkdir. Bu səbəbdən də qeyd olunan sahədə komplayens funksiyasının, habelə digər struktur bölmələrin cavabdehlik sahələri aydın şəkildə müəyyən olunmalıdır

9 Komplayens funksiyası
Əsas fəaliyyət prinsipləri 4. Daxili Audit funksiyası ilə qarşılıqlı əlaqəsi Komplayens funksiyasının fəaliyyəti Daxili Audit tərəfindən dövri olaraq yoxlanmalıdır. Bu cür yoxlamalar Komplayens funksiyasının adekvatlığı və effektivliyinə müstəqil baxışın olmasını təmin edir və seçilmiş nəzarət vasitələrinin bankda mövcud olan risklərə uyğun olub-olmamasını aşkara çıxarır. 5. Komplayens funksiyasının kənara ötürülməsi Komplayens bank daxilində risklərin idarə edilməsi üzrə ən vacib funksiya hesab oluna bilər. Komplayens funksiyasının müəyyən hissəsinin kənar təşkilatlara ötürülməsi mümkün olsa da bu proses Komplayens funksiyasının rəhbərinin nəzarətində qalmalıdır.


"Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması Emil Qarayev 24 Noyabr, 2017." indir ppt

Benzer bir sunumlar


Google Reklamları