Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Anafilaksiya.

Benzer bir sunumlar


... konulu sunumlar: "Anafilaksiya."— Sunum transkripti:

1 Anafilaksiya

2 Antigenlər. (anti…+ yunanca əleyhinə
Antigenlər (anti…+ yunanca əleyhinə. Genos – mənşə) - orqanizmə yad maddələrdir (ekzo- və ya endogen) qanda və digər toxumalarda antitellər əmələ gətirirlər. Antitellər immunoqlobulin qrupundan olan zülallardır və insan orqanizminə antigenlər və onların zərərli təsirlərini neytrallaşdıran maddələr düşdükdə əmələ gəlirlər. Sensibilizasiya (lat. sensibilis həssaslıq) - orqanizmin hüceyrə və toxumalarının hər hansı bir maddəyə qarşı həssaslığının artmasıdır.

3 İdiosinkraziya (yunanca idios özünəməxsus + synkrasis dəyişilmə) insan orqanizminin bəzi qida maddələrinə (balıq, süd, çiyələk), dərmanlara (yod, brom, xinin və s.) qarşı həssaslığının dəyişilməsidir.

4 A. ORQANİZMİN HİPERREAKTİVLİYİNİN İNKİŞAF MEXANİZMİ
Orqanizmin antigenlə sensibilizasiyası. Bir dəfə hər hansı bir antigenlə təmasda olan orqanizm, spesifik antitelin (LgE) əmələ gəlməsi hesabına sensibilizasiya olunur. Eyni antigenlə təkrar təmas - Vazoaktiv mediatorların izafi miqdarının azad olunmasına (histamin, serotonin, heparin, bradikinin) səbəb olur. Vazoaktiv mediatorların təsirləri. Histamin əmələ gətirir: - Generalizə olunmuş vazodilatasiya və A/T-in aşağı düşməsi. - Kapilliyar keçiriciliyinin həddən çox artması ətraf toxumaların ödemini əmələ gətirir, qan damarlarında baş verən plazma və zülal itkisi nəticəsində qan qatılaşır, hansı ki, vazodilatasiya ilə birlikdə sirkulyator şokun səbəbi ola bilər.

5 Dərinin eriteması (qızarması) vazodilatasiyanın nəticəsidir; damar keçiriciliyinin artması hesabına ödem və suluqlar əmələ gəlir; iltihab; dəridə qaşınma- hissi sinir uclarının qıcıqlanması hesabına olur. Saya əzələlərin spazmı (bronxospazm, mədə-bağırsaq traktının peristaltikasının artması). Vəzilərin funksiyalarının güclənməsi (mədə-bağırsaq traktı, bronx vəzilərinin ağız suyu və bəlğəm, katexolaminlərin çoxalması). Əgər bağırsaq divarının ödemi inkişaf edərsə, spazm, qusma, ishal əmələ gəlir. Iltihabi reaksiyaların güclənməsi

6 Hiperraktivlik əmələ gətirən spesifik agentlər.
Yad zülallar və polisaxaridlər (zərdablar, peyvəndlər, anatoksinlər, orqanların ekstraktı, həşaratların zəhərləri (arı, qarışqa, ilan.) Dərmanlar (penisillin, streptomisin, sulfanilamidlər, yerli anestetiklər, yodidlər, aspirin, opium preparatları, relaksantlar, şiş əleyhinə preparatlar, rentgen-kontrast maddələr). Allergenlər - ən çox idiosinkraziya əmələ gətirən agentlər: bitki tozları, toz, kəpək (baş), quş tükü, saç, mikroblar, göbələklər və qida məhsulları (yumurta, süd, şokolad, araxis, balıq, çiyələk, taxıl, fiziki faktor (soyuq) və s.

7 Allergenin orqanizmə keçmə yolları müxtəlifdir: 1)peroral,
2)parenteral, 3)inhalyasiya, 4)absorbsiya (sorulma, hopma) HİPERREAKTİVLİYİN FORMALARI 1) Hiperreaktivliyin sürətli tipi (HST) - orqanizmdə antitellərin sirkulyasiya etməsi ilə şərtlənir və bunun nəticəsində tez bir zamanda antigen antitel birləşməsi əmələ gələ bilər. Çox hallarda reaksiya bir neçə saniyə ərzində əmələ gəlir, bəzən 30 dəqiqədən sonra. HST-nin üç əsas forması var: anafilaksiya, Artyus reaksiyası və zərdab xəstəliyi.

8 Hiperreaktivliyin ləng tipi (HLT) - orqanizmdə sirkulyasiya edən antitellərin olmaması ilə xarakterizə olunur. Bu tipin özü iki formaya bölünür: infeksion (bakterial, virus, göbələk) və qeyri-infeksion (dərman, kimyəvi maddələr) təbiətli. Onların antigen olması üçün orqanizmin zülalları ilə birləşməlidirlər. HLT zamanı antigen rolunu sensibilizasiya olunmuş T-limfositlər yerinə yetirirlər. Antigen stimulyasiyasına cavab olaraq bu hüceyrələr müxtəlif makromolekulyar mediatorlar azad edirlər ki, bunları da “limfogenlər” adı altında birləşdirirlər.

9 ANAFİLAKSİYA - yerli və sistem şəklində təzahür edib, sensibilizasiya olunmuş orqanizmin antigenlə qarşılıqlı təsirindən bir neçə dəqiqə sonra əmələ gəlir. Bu formada antigenlə ilkin qarşılıqlı təsir çox zəif cavab reaksiyasına səbəb olur. Orqanizmin sensibilizasiyası gün ərzində əmələ gəlir və antigenlə təkrari qarşılıqlı əlaqə ani cavab reaksiyası ilə nəticələnir

10 Başlıca simptomlar: başın və üzün, əlin (dərisində qaşınma), ovucun , ayaq altının, dodaqların, dilin keyləşməsi. Sonra bu simptomlara boğazda qəhər, döş qəfəsində ağırlıq və sıxılma, ürək nahiyyəsində ağrı, müxtəlif dərəcəli təngnəfəslik, yaxınlaşan ölüm qorxusu qoşulur, sifətin hiperemiyası solğunluqla əvəz olunur. Qıcolmalar və ağızdan köpük ifrazı, qeyri – iradi sidik və nəcis ifrazı, epilepsiyanı xatırladır. Öskürək, çətinləşmiş küylü tənəffüs, əsnəyin və göz qapaqlarının ödemi müşahidə olunur.

11 Nadir simptomlar: epiqastral nahiyyədə ağrı, ürək bulanma, qusma, görmənin pozulması, hərarətin yüksəlməsi, oynaqlarda ağrı, qanlı maye ilə dolu suluqların əmələ gəlməsi.

12 KƏSKİN TƏNƏFFÜS ÇATIŞMAZLIĞI
ən çox ölümün səbəblərindən biridir. Simptomlar: kəskin təngnəfəslik; 2) stridor; 3) astmatik tənəffüs.

13 - Qanın venoz damarlarda depolaşması hesabına yenidən paylanması və
KƏSKİN DAMAR ÇATIŞMAZLIĞI (ŞOK) – anafilaksiya zamanı ölümün ikinci səbəbidir. Dərman AŞ klinikası qəflətən əmələ gələ bilər və 5-10 dəqiqədən sonra ölüm baş verə bilər. Tə’cili yardım həkimləri çox hallarda bu dövrdə xəstəni görə bilmirlər. Şokun başqa növləri kimi qan dövranının və hemostazın ağır pozğunluğu ilə müşayət olunur: - Qanın venoz damarlarda depolaşması hesabına yenidən paylanması və mikrosilkulyasiyanın pozulması; - Dövr edən qanın həcminin azalması; - Genişlənmiş damar mənfəzləri ilə dövr edən qanın həcminin uyğunsuzluğu; - Mübadilə proseslərinin pozulması; - Poliorqan pozğunluqlar.

14 Simptomları: Dəri solğun, sianotik, ləkəli, soyuq və nəm (profuz tərləmə) bə’zən isə dəri örtüyü «köz kimi hiperemiyalı» olur. Göz yaşı axır. Nəbz tezləşir, sapvari olur. Arterial təzyiq aşağı olur, ağır hallarda tə’yin edilmir. Hipotenziya böyük intervalda dəyişilir, çox hallarda mm c.st. ürək tonları karlaşmış olur. Taxikardiya, aritmiya, ağır hallarda bradikardiya olur. .

15 v) DƏRİ SİMPTOMLARI - 90% hallarda, urtikar səpkilər, angioödem, qaşınma, qızartı (eritema)
q) NEVROLOJİ SİMPTOMLAR az hallarda ön planda olur: oyanıcıqlıq, qorxu, kəskin baş ağrısı, paresteziya, ümumi zəiflik, yuxuculluq, huşun itməsi və qıcolmalar, hansı ki, epileptik statusu və ya beyin qan dövranının kəskin pozğunluğunu xatırladır. Toniki və kloniki qıcolmalar, ağızdan köpük ifrazı, qeyri-iradi sidik və nəcis ifrazı, uşaqlıq yolundan qanlı ifrazat - beyinin ağır hipoksiyasının və qarın boşluğu, çanaq saya əzələlərinin spazmının nəticəsidir. d) ABDOMİNAL SİMPTOMLAR - «kəskin qarın»-ın klinikası, hansı ki, mə`də və 12 barmaq bağırsaq xorasının deşilməsi, bağırsaq keçməməzliyi kimi səhv diaqnoz qoyulur: ürəkbulanma, qusma, diareya, qanlı nəcis.

16 İDİOSİNKRAZİYA – anaflaksiyanın xüsusi forması kimi baxıla bilər.
Həssaslıq çox hallarda irsi olur, məlum antigenlərlə təbii şəkildə təmas zamanı baş verir (bunlara bitkilərin tozları, adi toz, qida maddələri aiddir). Nümunə olaraq bronxial astmanı, qida allergiyasını göstərmək olar.

17 ARTYUS reaksiyası - intensiv iltihabi reaksiyadır ki, sensibilizasiya olunmuş orqanizmdə antigenin inyeksiya yerində əmələ gəlir. Antigenin orqanizmlə təmasından bir neçə saniyə sonra əmələ gəlməsinə baxmayaraq, reaksiyanın son mərhələyə çatması üçün bir saat tələb olunur. Adətən yerli xarakter daşıyır, eyni zamanda antigenlə təmas sistem xarakter də daşıya bilər.

18 ZƏRDAB XƏSTƏLİYİ sistem reaksiyadır ki, çox hallarda yerli əlamətlərlə müşayət olunur. Bu xəstəlik sensibilizasiya ilə şərtlənir ki, bu da antigenin birdəfəlik inyeksiyasından sonra inkişaf edir. Zərdab xəstəliyinin ilkin əlamətləri 7-14 gündən sonra meydana çıxır. Dəri təzahürlərinə qaşınma, məxmərək, eritema, səpgilər və limfoadenopatiya aiddir. Üzdə, göz qapaqlarında, əllərdə, ayaqlarda ödemli şişkinlik müşahidə olunur. Bunlar yüngül forma xəstəliyin yeganə əlamətləri ola bilərlər. Ağır hallarda –qızdırma, halsızlıq, baş ağrısı, ürək bulanması, qusma, artrit, nefrit, kardit.

19 Övrə (urtikariya) - sürətli gedən allergik reaksiyanın klassik təzahürü olub, histaminin azad olması ilə müşayət olunur. Qəflətən əmələ gəlir. Dəri və görünən selikli qişalar solğun və sianotik çalarlı olur. Övrənin ilkin elementi suluqlardır ki, bu da dərinin məməcikli qatının kəskin ödemi hesabına əmələ gəlir. Suluqlar dərialtı və ya selikli qişaaltı nahiyələrdə, bağırsaqda, sidik kisəsində və başqa orqanlarda əmələ gələ bilər. Övrə əzabverici qaşınma ilə müşayət olunur. O, bir qayda olaraq xəstələrdə ağır hallarla müşayət olunmur və tə’xirəsalınmaz müalicə tədbirləri tələb etmir.

20 ANGİONEVROTİK ÖDEM (Kvinke ödemi).
Bu zaman alergik reaksiya dərinin bütün qatlarını, dərialtı toxumanı, hətta əzələni də əhatə edir. Dəridə səpgilər birləşməyə meyilli xarakterdə olur və bərk solğun ödemə çevrilirlər ki, buna da Kvinke ödemi deyilir. Böyük, solğun, bərk, infiltratı barmaqla basdıqda çökəklik əmələ gəlmir. Kvinke ödeminin əsas lokalizasiyası yumşaq dərialtı toxuma olan yerlər: sifət (dodaqlar, göz qapaqları, ağızın selikli qişası) süd vəziləri, xarici cinsiyyət orqanları, beyin maddəsi və qişaları, ağ ciyərlər, ürək və başqa orqanlar ola bilər.

21 Kvinke ödemi hansı orqan nahiyyəsində əmələ gəlirsə, həmin orqana aid simptomlar meydana çıxa bilər ki, bu da differensial diaqnostika tələb edir. Ən təhlükəlisi odur ki, qırtlağın kəskin ödemi kəskin tənəffüs çatışmazlığı və asfiksiya ilə nəticələnə bilər.

22 KƏSKİN EPİDERMAL NEKROLİZ (sindrom Layella) - çox ağır anafilaktik reaksiyadır və istənilən dərmanın tə’sirindən əmələ gələ bilər. Kəskin epidermal nekroliz xəstəliyinə oxşar – uşaqlarda stafilokok infeksiyası zamanı qaynar su ilə yanmış dəri sindromu əmələ gəlir. Klinikası xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə başlayır ki, bu da bu sindromun hansı xəstəliyin fonunda inkişaf edirsə, həmin xəstəliyin kəskinləşməsi kimi qiymətləndirilir. Həkim dəridə qaşınmanı, məxmərəyi və toksidermiyanı (tünd qırmızı qabıqlanmanı və ya skarlatinaya bənzər səpkiləri) vaxtında qiymətləndirməlidir. Epidermis dənəli qat səviyyəsində zədələnir.

23 Əsas əlamət – zədələnmiş, eləcə də zədələnməmiş nahiyyələrdə ağrılar
Əsas əlamət – zədələnmiş, eləcə də zədələnməmiş nahiyyələrdə ağrılar. Dəriyə azacıq təzyiq etdikdə epidermisin çox hissəsi soyulur, yerində isə eroziya görünür. Dəri ağır yanıqlardakı kimi görünür. Dəyişikliklər ən çox ağız, burun və başqa təbii dəliklərin ətrafında kəskin nəzərə çarpır. Daxili orqanların ödem, infiltrasiya formasında, qara ciyərin, böyrəyin, miokardın parenximatoz distrofiya şəklində zədələnməsini qan damarlarının allergik zədələnməsi ilə əlaqələndirirlər. Kəskin intoksikasiya ilə əlaqədar xəstənin ümumi vəziyyəti qəflətən pisləşir ay ərzində yüksək ölüm faizi qeydə alınır.

24 HİPERHƏSSASLIQ REAKSİYASININ MÜALİCƏSİ
Tənəffüs yollarının keçiriciliyini və ağ ciyərlərin adekvat ventilyasiyasını tə’min etmək. a) Alergenin daxil olmasını dayandırmaq. Preparatı kəsmək. Eyni zamanda: b)Ləngimədən ə/d və ya d/a adrenalin ilkin doza ml – 0.1%. Eyni zamanda: v) mütləq vena daxili üsulla başlanaraq, duzlu və kolloid məhlullar köçürülməli və adrenalin yeridilməlidir. - təkrari adrenalini (1-2 ml 0,1%-li 10-20ml istənilən məhlulda və ya əgər mümkün olmazsa ə/d və ya d/altı) hər dəqiqədən bir təkrar etmək o, vaxta qədər ki, xəstənin vəziyyətində əsaslı dəyişiklik əmələ gəlsin.

25 Xəstənin vəziyyətinin normallaşması üçün ola bilər ki, 5-6ml adrenalin tələb olunsun.
Nəzarət göstəriciləri tənəffüsün dəyişməsi, nəbz və A / T. q) Əgər birinci adrenalin inyeksiyasından sonra tənəffüs adekvat deyilsə; -əgər tənəffüs yollarında selik varsa, onu sorucu ilə sormaq, d) Əgər tənəffüs yenidən adekvat deyilsə və ya sərbəst tənəffüsün kəskin pozğunluğu varsa; - traxeyanın intubasiyası, AST (ağ ciyərlərin süni tənəffüsü) və 100%-li O2-lə inhalyasiya (30 dəq. çox olmaz) Ağır broxospazm zamanı: - -adrenomimetriklərlə inhalyasiya: metaproterenol (alupent) 0,3 ml və ya albuterol (salbutamol) 0,5 ml 2,5 ml fizioloji məhlulda həll etməklə. - aminofillin (eufillin) v/d 6 mq/kq 20 dəq. ərzində fizioloji məhlulda.

26 e) Əgər adrenalinin, b adrenomimetriklərin, aminofillinin təsiri altında qırtlağın ödemi və bronxospazm keçmirsə, intubasiya etmək mümkün deyilsə: - konikotomiya və ya traxeostomiya AST (ağ ciyərlərin süni tənəffüsü) və 100%-li O2-inhalyasiya. j) Adrenalin-Anafilaksiyanın müalicəsində əsas dərman maddəsidir.

27 QAN DÖVRANINI TƏ’MİN EDİN.
Ümumi dövr edən qanın həcminin bərpası duzlu və kolloid məhlullarla olur ml Fizioloji məhlulun ilkin dozasını (500 ml) birbaşa vurmaq lazımdır. Hipotenziya zamanı xəstəyə Trendelenburq vəziyyəti vermək lazımdır. Əgər həyat üçün təhlükəli hallar sovuşarsa, tənəffüs və hemodinamika sabitdirsə, onda ümumi tədbirlərə başlanılır.

28 ÜMUMİ XARAKTERLİ TƏDBİRLƏR.
Allergenin daxil olmasının dayandırılması (allergenin sorulmasına əks təsir göstərmək) hiperhəssaslıq reaksiyası əmələ gətirən preparatların qəbulunun dayandırılması inyeksiya (dişlənmə) yerindən proksimal tərəfə 25 dəq. ərzində turna qoymaq və onun ətrafına adrenalin yeritmək ( ml-0.1%) pinsetin köməyi ilə arı nəştərini ehtiyatla (əzmədən) çıxarmaq. mədə-bağırsaq traktına düşmüş antigenin sorulmasını imkan daxilində azaltmaq (aktiv kömür qr sarbitolla birlikdə 1-2 q/kq olmaqla 150 q-dan çox olmayaraq və ya 300 ml maqnezi sitrat) qusma əmələ gətirmək lazım deyil.

29 - Adrenalin, noradrenalin, b drenomimetriklər, aminofillin
- Antihistamin preparatlar, dimedrol 25-50mq daxilə və ya ml 1%-li məhlulu hər 6 saatda bir ə/d tez bir vaxtda təsir etməsə də reaksiyanın müddətini azaldırlar. Əgər simptomlar uzun müddət keçmirsə və ya təkrarlanırsa, əlavə olaraq H2 reseptorların blokatorları təyin olunur.(məsələn Simetidin 300 mq v/d hər 6 saatda bir dəfə) - Qlükokortikoidlər ilk 6-12 saat ərzində nəzərə çarpacaq təsir etmirlər, ancaq onlar ağır reaksiyanın fəsadlarının qarşısını almağa kömək edirlər. Hər 6 saatda bir dəfə 125 mq dozada hidrokortizon işlədilir.

30 v) Vazopressor maddələr - şübhəsiz kardiogen və anafilaktik şoklarda göstərişdir, həmçinin məhlul yeridilməsinə davamlı şoklarda. - Dofamin 5 – 20 mkq / kq /dəq Noradrenalin (həlledici yalnız 5 %-li qlukoza olmaqla) 2 – 8 mq /dəq. Penisillinaza (1 mln vahid 2.0 ml fizioloji məhlulda ə /d ) əgər allergik reaksiya penisillin inyeksiyasından əmələ gəlmişsə. d) Hospitalizasiya – xərəkdə uzanmış vəziyyətdə. Layell sindromu zamanı isə imkan daxilində septik şəraitdə (steril mələfə) olunmalıdır.


"Anafilaksiya." indir ppt

Benzer bir sunumlar


Google Reklamları