Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:

Benzer bir sunumlar


... konulu sunumlar: "Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:"— Sunum transkripti:

1 Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:
Müvəffəqiyyətlər və gələcək perspektivlər Babək Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsi Bakı 9 aprel 2013

2 90-cı illərin ortaları: müşahidə olunan problemlər
bir iqtisadi formasiyadan digərinə transformasiya zamanı iqtisadi böhranın yaranması; iqtisadi əlaqələrin itirilməsi; yeni iqtisadi əlaqələrin qurulmaması kəskin inflyasiya; nəfərdən artıq məcburi köçkün və qaçqınların mövcudluğunu;

3 90-cı illərin sonları: atılmış addımlar
ölkə iqtisadiyyatının tənəzzüldən çıxarılması; daxili sabitliyin təmin edilməsi; dövlətçiliyin möhkəmləndirilməsi

4 90-cı illərin sonları: qəbul edilmiş Qanunlar
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında; Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında; Veteranlar haqqında; O cümlədən, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin, Vətən müharibəsi və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı Fərman və Sərəncamlar

5 2000-2006-cı illər: Sosial siyasətin başlıca istiqamətləri
Pensiya islahatları; Sığorta-pensiya sisteminin müavinət sistemindən ayrılması; Əmək pensiyaları haqqında Qanun; Sosial müavinətlər haqqında Qanun; Azərbaycan Respublikası Prezidentinin təqaüdləri Ünvanlı dövlət sosial yardımı haqqında Qanun.

6 Aylıq sosial müavinətlər
Yaşa görə müavinət Əlilliyə görə müavinət SİM 18-yaşınadək uşaqlara müavinət Ailə başçısını itirməyə görə müavinət Müharibə veteranlarına müavinət Şəhid ailələrinə kommunal, nəqliyyat və digər xidmətlərə gorə müavinət Bəzi kateqoriya şəxslərin uşaqlarına müavinət Qəyyumluğa görə müavinət Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət Dövlət qulluqçularına ömürlük müavinət Müddətli hərbi xidmətdə olanların uşaqlarına ödənilən müavinət

7 Birdəfəlik sosial müavinətlər
Radiasiya qəzası nəticəsində zərə çəkmiş şəxslərə hər il müalicə üçün müavinət Dəfn üçün müavinət Uşağın anadan olmasına görə müavinət Əmək zədəsi və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş şəxslərə birdəfəlik və aylıq müavinət Penitensiar müəssisələrdən cəza çəkmədən azad edilmiş şəxslərə sosial adaptasiya üçün birdəfəlik ödənc

8 Azərbaycan Respubliksı Prezidentinin təqüdü
Müharibə, 20 yanvar, ÇAES – də hərbi xidmət keçmiş əlillərə prezident təqaüdləri Şəhid ailələrinə ödənilən prezident təqaüdü Xalq və Əməkdar adlara görə ödənilən prezident təqaüdləri Milli qəhrəmanlara ödənilən prezident təqaüdü ci illər Böyük Vətən müharibəsi iştirakçılarına prezidentinin təqaüdü  fərdi prezident təqaüdü

9 Aylıq və birdəfəlik sosial müavinətlər və təqaüdlər, onların ödənişi üzrə statistik məlumat
01 yanvar 2013-cü il tarixinə Aylıq və birdəfəlik sosial müavinətlərin,təqaüdlərin və kompensasiyaların cəmi – nəfər O cümlədən, Sosial müavinətlər və kompensasiyalar – nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri – nəfər Xərclənmiş vəsait Sosial müavinətlər və kompensasiyalar – 182,2 mln manat Azərbaycan Respublikası Prezidentinin təqaüdləri – 51,3 mln manat Cəmi – 233,5 mln manat

10 Ünvanlı dövlət sosial yardımı
Ədalətlilik Bərabərlik Ünvanlılıq

11 Ünvanlı dövlət sosial yardımı
Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır; Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün təsdiq olunan bir həddir və hər il dövlət büdcəsi ilə birlikdə Milli Məclisdə təsdiq edilir.

12 Ünvanlı dövlət sosial yardımı
Ehtiyac meyarının orta illik məbləğinin artım tempi 2006-cı il manat 2007-ci il ,5 manat 2008-ci il manat 2009-cu il manat 2010-cu il manat 2011-ci il manat 2012-ci il manat 2013-cü il manat

13 Ünvanlı dövlət sosial yardımı
Ehtiyac meyarının həddinin orta illik məbləğinin yaşayış minimumuna nisbəti 2006-cı ildə ,7 % (YM – 58 manat) 2007-ci ildə ,6 % (YM – 64 manat) 2008-ci ildə ,4 % (YM – 70 manat) 2009-cu ildə ,4 % (YM – 84 manat) 2010-cu ildə ,7 % (YM – 87 manat) 2011-ci il ildə ,9 % (YM – 95 manat) 2012-ci il ildə ,8 % (YM – 108 manat) 2013-cü il ildə ,1 % (YM – 116 manat)

14 Ünvanlı dövlət sosial yardımı
01 yanvar 2013-cü il tarixə ÜSY alan ailələrin sayı ailə ailə üzvlərinin sayı nəfər Hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği manat Hər bir ailə üzvünə düşən sosial yardımın məbləği ,68 manat 2012-ci ildə dövlət büdcəsindən ayrılmış vəsait manat

15 Birdəfəlik sosial yardım – Özünədəstək proqramı
İlkin mərhələdə pilot olaraq seçilmiş rayonlar Masallı, İsmayıllı, Xaçmaz rayonları, Bakı şəhəri Nizami rayonu Növbəti mərhələdə pilot olaraq seçilmiş rayonlar Sumqayıt şəhəri və Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Ağcəbədi, Beyləqan, Fizuli, Ağdam rayonları Ümumilikdə proqrama 271 ailə cəlb olunmuşdur.

16 Birdəfəlik sosial yardım – Özünədəstək proqramı
İlkin nəticələr Proqramda iştirak edən ailələrin 96 faizi (261 ailə) «Ailənin fəaliyyət planı»nda qeyd olunan şərtləri və ailəni təmsil edən şəxslə bağlanmış “Sosial müqavilə”də əks olunmuş öhdəlikləri uğurla yerinə yetirmişdir. Proqramda iştirak edən ailələrin 2,5 faizi (6 ailə) özlərindən asılı olmayan səbəblərdən (fors-major) öhdəlikləri yerinə yetirə bilməmişlər. Proqramda iştirak edən ailələrin 1,5 faizi (4 ailə) “«Ailənin fəaliyyət planı»nda qeyd olunan şərtləri və ailəni təmsil edən şəxslə bağlanmış “Sosial müqavilə”də əks olunmuş öhdəlikləri pozaraq verilən vəsaiti aidiyyəti üzrə xərcləməmişdir.

17 Sosial Dəstək Fondu Birdəfəlik sosial yardımların maliyyələşdirilməsi;
Aztəminatlı ailələr güzəştli sosial kreditlərin verilməsi; Mövcud ünvanlı sosial yardım proqramının icrasına ayrılan maliyyə vəsaiti və ştat vahidləri çərçivəsində formalaşdırılması.

18 Sosial xidmət haqqında AR Qanunu
Sosial xidmətin formaları: evdə (səyyar); yarımstasionar (günərzi); stasionar; sosial-məsləhət yardımı;

19 Sosial xidmət haqqında AR Qanunu
Sosial xidmətin növləri sosial-məişət; tibbi-sosial; sosial-psixoloji; sosial-pedaqoji; sosial-iqtisadi; sosial-hüquqi; palliativ.

20 Azərbaycan 2020: atılacaq addımlar
İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək; əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması üçün işlərin davam etdirilməsi və sosial müdafiə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi əsasında əhalinin gəlirlər üzrə diferensiasiyasının azaldılmasına nail olunacaqdır; qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlər görüləcəkdir.

21 Azərbaycan 2020: atılacaq addımlar
Əhalinin sosial təminat sistemi daha da təkmilləşdiriləcək; sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları sektoru inkişaf etdiriləcəkdir; Sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğlərinin artırılması üzrə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir; Uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcəkdir; Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədi ilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək.

22 Diqqətinizə görə təşəkkür edirəm.


"Bakı 9 aprel 2013 Azərbaycanda sosial təminat islahatları:" indir ppt

Benzer bir sunumlar


Google Reklamları