Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Atmosferin ümumi dövranı

Benzer bir sunumlar


... konulu sunumlar: "Atmosferin ümumi dövranı"— Sunum transkripti:

1 Atmosferin ümumi dövranı
MİLLİ AVİASİYA AKADEMİYASI Atmosferin ümumi dövranı

2 Troposferdə, stratosferdə və aşağı mezosferdə hava axınlarının cəmi atmosferin ümumi dövranı adlanır. Böyük miqyaslı əsas atmosfer hərəkətlərinə şırnaq axınları, siklon və antisiklonlar sistemində hava dövranı, passatlar və mussonlar aid edilir.

3 Atmosferin dövranı bir çox amillərlə əlaqədardır
Atmosferin dövranı bir çox amillərlə əlaqədardır. Onlardan əsasları aşağıdakılardır: Günəşin şüa enerjisi; Yerin fırlanması; Yer səthinin təsiri; Yer səthi ilə sürtünmə. Atmosferin ümumi dövranının öyrənilməsi müxtəlif üsullarla öyrənilir: Sinoptik üsul; Hidrotermodinamik üsul; Statistik üsul.

4 Atmosferin təsir mərkəzləri
Şimal yarımkürəsində: İslandiya depressiyası və Azor maksimumu; Aleut depressiyası; Asiya və Şimali Amerika qış antisiklonları; Cənubi Asiya yay depressiyası. Cənub yarımkürəsində: Ön antarktida alçaq təzyiq zonası; Cənubi Atlantik antisiklonu; Cənubi Hind və Cənub okean antisiklonları. 3-5 km hündürlükdə hər iki yarımkürənin orta təzyiq sahəsi atmosfer dövranının əsas sistemini – qərb köçürmələrini əks etdirir.

5 Atmosfer proseslərinin növbələşdirilməsi və sirkulyasiya indeksləri

6 Makrosinoptik proseslərin Q. Y
Makrosinoptik proseslərin Q.Y. Vangenheym tərəfindən təklif edilmiş növləşdirilməsi elementar sinoptik proses (ESP) anlayışına əsaslanmışdır. Atmosferdə olan proseslərin bütün növləri 26 tipdə cəmlənmişdir və mülayim enliklərin troposfer təbəqəsində hakim yerdəyişmələrə uyğun olaraq onlar 3 tipdə qruplaşdırılmışdır: Qərb köçürməsi (W); Şərq köçürməsi (E); Meridional köçürmələr (C).

7 Rossbi sirkulyasiya indeksi – sirkulyasiya indeksi kimi havanın hərəkət sürətinin zonal toplananı qəbul edilmişdir. Zonal indeksin mütəlif qiymətlərinə müvafiq olaraq atmosfer prosesləri iki sirkulyasiya tipinə bölünürlər: yüksək sirkulyasiya indeksi; alçaq sirkulyasiya indeksi. Y.N. Blinovanın təklif etdiyi indeks verilmiş enlikdə yer səthinə nəzərən atmosferin fırlanma bucaq sürətini səciyyələndirir və ümumiyyətlə Rossbi indeksinə oxşardır: burada, a – zonal küləyin yer səthinə nəzərən bucaq sürəti R – Yerin radiusu,  - coğrafi enlik, x – Yer kürəsinə nəzərən xətti zonal sürətdir.

8 Daimi atmosfer sirkulyasiyaları

9 Şəkil 1. Passatlar zonasında havanın köçürülmə sxemi.
Passatlar – mülayim sürətli (5-8 m/s) daimi küləklər olub, subtropik yüksək təzyiq zonasından ekvatora doğru əsirlər. Şəkil 1. Passatlar zonasında havanın köçürülmə sxemi.

10 Şəkil 2. Passatlar zonasında hündürlüyə görə temperaturun paylanması.

11 Mussonlar Mussonlar - ilin fəsillərindən asılı olaraq materiklər və okeanlar arasında yaranan dayanıqlı küləklər olub, yaydan qışa və qışdan yaya keçid dövrlərində istiqamətlərini kəskin dəyişirlər. Musson sirkulyasiyası materik və okean arasında istilik fərqindən yarandığına görə, o , yalnız tropiklərdə deyil, yer kürəsinin istənilən nöqtəsində quru ilə okean səthi arasında temperatur fərqi olduqda yaranırlar.

12 Şəkil 3. Yer kürəsində mussonların müşahidə edildiyi areallar.


"Atmosferin ümumi dövranı" indir ppt

Benzer bir sunumlar


Google Reklamları