Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Əməyin təşkilinin mahiyyəti və məzmunu

Benzer bir sunumlar


... konulu sunumlar: "Əməyin təşkilinin mahiyyəti və məzmunu"— Sunum transkripti:

1 Əməyin təşkilinin mahiyyəti və məzmunu
Heyətin əməyinin təşkili - əmək ehtiyatlarından istifadənin səmərəliliyininyüksəldilməsinin sosial-texniki-texnoloji şərti və amili kimi Əməyin təşkilinin mahiyyəti və məzmunu Əməyin elmi təşkili, onun vəzifələri istiqamətləri Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası İş yerlərinin təşkili Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri

2 Əməyin təşkili dedikdə - iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi başa düşülür. Əməyin təşkilinin əsas prinsipləri Əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin ardıcıl olaraq yaxşılaşdırılması Əmək şəraitinin sağlamlaşdırılması İşçilərin yaradıcı təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili münasibətlərin təkmilləşməsi Şəxsi və kollektiv maddi marağın möhkəmləndirilməsi və düzgün əlaqələndirilməsi

3 2. Əməyin elmi təşkili, onun vəzifələri və istiqamətləri
Əməyin elmi təşkili (ƏET) – onun adi təşkilindən fərqli olaraq ixtiyari və subyektiv qərarlarla deyil, iqtisadi, texniki, sosioloji və psixoloji cəhətdən əsaslandırılmış qərarlara istinad edərək elm və təcrübənin nəticələrinin əməyin təşkilinə tətbiqi prosesidir.

4 Əməyin elmi təşkilinin əsas istiqamətləri
İş yerlərinin səmərəli təşkili və iş vaxtından istifadə Kadrların hazırlığı və istehsalat təlimi Əmək üsulları və fəndlərinin səmərələşdirilməsi Maddi həvəsləndirmənin təkmilləşməsi Səmərəli əmək bölgüsü və əmək kooperasiyasının seçilməsi Əmək və istirahət rejiminin səmərələşdirilməsi Əməyin normalaşdırılmasının təkmilləşməsi İdarəçilik əməyinin səmərəli təşkili Əmək şəraitinin yaxşılaşması

5 Əməyin elmi təşkilinin əsas vəzifələri
İqtisadi vəzifə Sosioloji vəzifə Psixofizioloji vəzifə

6 3. Müəssisələrdə əmək bölgüsü və əmək kooperasiyası
Əmək bölgüsünün növləri: Funksional əmək bölgüsü – müəssisə kollektivinin istehsal fəaliyyətində oynadıqları rola və xidmətə görə bölünməsini nəzərdə tutur. Texnoloji əmək bölgüsü – məhsul istehsalı prosesinin ayrı-ayrı fazalara, mərhələlərə ayrılmalarından ibarətdir. Peşə və ixtisasa görə əmək bölgüsü – bu və ya digər mürəkkəbliyə malik olan işləri yerinə yetirən işçilər arasındakı bölgüdür. Əməliyyat üzrə əmək bölgüsü – istehsal prosesinin öz tərkib hissələrinə bölünməsini və hər bir hissənin müəyyən iş yerində bir və ya bir neçə qrup fəhlə tərəfindən yerinə yetirilməsini ifadə edir.

7 Əmək kooperasiyasının formaları
İxtisaslaşmış sexlərin sexlərarası əmək kooperasiyası İxtisaslaşmış sahələrin sexdaxili əmək kooperasiyası Briqadalar arasındakı sahədaxili əmək kooperasiyası Briqada üzvləri arasında briqadadaxili əmək kooperasiyası

8 4. İş yerlərinin təşkili məsələləri:
İş yerinin təchizatı İş yerinin planirovkası İş yerinə xidmət İş yerinin ixtisaslaşdırılması

9 5. Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri
Əmək intizamının möhkəmlənməsi - əməyə münasibətin yaxşılaşması və inkişafı deməkdir. Müəssisələrdə əmək intizamının reqlamentləşdirilməsi Əmək Məcəlləsi ilə Müəssisədaxili əmək qaydaları ilə Aylar və günlər üzrə işə çıxmanı, növbənin müddətini və fasilə vaxtını müəyyən edən iş qrafikləri Tabel uçotunun aparılması Texniki təhlükəsizlik və texnoloji intizam qaydalarına əməl etmə haqqında əsasnamə


"Əməyin təşkilinin mahiyyəti və məzmunu" indir ppt

Benzer bir sunumlar


Google Reklamları