Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
YayınlayanBenjamin Toft Değiştirilmiş 6 yıl önce
1
Hazırladı: 13 saylı orta məktəbin 7a sinif şagirdi Salmanov Tural
Fənn :Tarix
2
MOTİVASİYA 4-cü sinif şagirdi Rəsul sinfin kollektivi ilə Şirvanşahlar
sarayına ekskuryaya getmişdi.O ümumiyyətlə Şirvanşahlar sarayının kimə, xansı dövlətə məxsus olduğu haqqında anlayışı az idi.Müəllim onlara dövləti haqqında danışdı
3
Mavi düzbucaqlının yerində hansı dövlət adı olmalıdır?
4
Cavab: Şirvanşahlar dövləti
5
Şamaxı, Bakı, Dərbənd,Şabran, Mahmudabad,Qəbələ
Dövlət Şirvanşahlar dövləti Gerbi Paytaxt Şirvan ( )[5] Şamaxı (Yezidiyyə) ( )[6][7] Bakı və Şamaxı[8] ( ) Böyük şəhərlər Şamaxı, Bakı, Dərbənd,Şabran, Mahmudabad,Qəbələ fars dili (rəsmi)[9] türk dili (canlı danışıq dili)[10] Dillər
6
Dinlər Pul vahidi Əhalisi İdarəetmə forması Sülalə Sünni islam
dirhəm, dinar Pul vahidi Əhalisi türklər[11], tatlar[12],yəhudilər[12], ərəblər[12] İdarəetmə forması Monarxiya Şirvanşahlar Məzyədilər ( ) Kəsranilər ( ) Dərbəndilər ( ) Sülalə
7
Şirvanşahlar dövləti.
8
Şirvanşahlar dövləti — Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstanərazisində, vaxtilə mövcud olmuş dövlət[13]. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.
9
Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur. Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar - Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə - Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəbmənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə[14][15] meyl göstərmişdilər.
10
Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış[16] və türk mədəniyyətinin təsiri altında olmuşdur[17][18]. Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar.Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.
11
TARİXİ COĞRAFİYASI
12
Antik müəlliflər Şirvanın adını çəkmirlər
Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilərtərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır.[19] Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir. [20] İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin ( ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir[21]. Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir: Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indikiXızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı.
14
"Əlgminon bataqlığı və dənizə qədər" sözləri,görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir[24]. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII-IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."[25]
15
ƏHALİSİ Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir[26]. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar[27]. Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlar, sabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi iləSasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi.
16
Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olanDərbənd–Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samurvə Şabran arasındakı əraziyə köçürmüşdü.
17
DİL Şirvanşahlar dövlətində rəsmi ədəbi dil fars dili idi. Ərəb dilindən ilahiyyatda və dini ayinlərdə istifadə olunurdu. Canlı danışıq dili türk - Azərbaycan dili idi. Elmi əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı.[28] در زیور پارسی و تازی/این تازه عروس را طرازی ترکی صفت وفای ما نیست/ ترکانه سخن سزای ما نیست
18
Şirvanşahlar sülaləsi[redaktə]
Əsas məqalə: Şirvanşahlar Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI-XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir. Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu. Xəlifə Mütəvəkkilin ( ) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Ərəb mənşəli Məzyədilər sonralar farslaşmışlar.
19
Yezid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) – ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. [29] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir. [30] Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi..."[31] Kəsranilər sülaləsinin banisi Yezid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yeziddir. Əslində ərəb mənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyl etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.
20
Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir. [32]) Şirvanşah sülaləsi – Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi "şah" titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan "xan" titulunu da daşımağa başlamışlar.
21
TARİXİ IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər. Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilərsülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yezid və Məhəmməd ibn Xalid Azərbaycanhakimi olmuşdur. İlk şahların hakimiyyəti Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür. [33] "Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi.
22
"Tarix-i əl- Bab"da sonra deyilir:
"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[34] Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysem ibn XalidŞirvanın hakimi oldu. H. 247-ci (861) ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, tək hakimiyyətliliyə nail olaraq və Şirvanşah titulunu qəbul etdi[35][36]. Heysam ərəblərin təyin etdiyi Şirvanşahlarının hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk Şirvan hökmdarıdır. V.F.Minorskinin qeyd edir ki, həmin vaxtdan etibarən "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." [37] Heysamdan sonra Məhəmməd ibn Heysam, Heysam ibn Məhəmməd Şirvanşah olmuşdur. Şirvanşah Məhəmməd ibn Heysamın ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmiş, Şəndanın qapıları qarşısında məğlub olmuşdur. Əli və əl-Babın əmiri 10 min müsəlmanla əsir düşmüşdü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi.
23
İki şir və onların arasında bir öküz başının təsviri Şirvanşahlar dövlətinin gerbi olmuşdur. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi.[38]
24
SON DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.