Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

HƏYATIMIZ TƏHLÜKƏDƏDİR!

Benzer bir sunumlar


... konulu sunumlar: "HƏYATIMIZ TƏHLÜKƏDƏDİR!"— Sunum transkripti:

1 HƏYATIMIZ TƏHLÜKƏDƏDİR!

2 «Qırmızı Kitab» - nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir.. Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir. Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır. Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600 heyvan növünün qırılmaq təhlükəsi var.

3 QIRMIZI KİTABIN TƏSNİFAT NÖVLƏRİ
1. İtməkdə olan növlər 2. Qorunan növlər 3. Nadir növlər 4. Təyin olunmamış növlər 5. Bərpa olunan növlər 6. İtmiş növlər

4 Yer kürəsinin nadir və itməkdə olan bitki və heyvan növləri ilə tanış olun.

5 Qarabatdaq QARABATDAQ - Qarabatdaq quşu Sümsük quşları, zamanının böyük bir hissəsini dənizlərdə keçirər. Üçbucaq qanadları, xəncər formalı quyruğu və iti dimdikləri vardır. 30 metr yüksəklikdən gözünə görünən balıqları ovlamaq üçün dimdikləri ilə suya cumurlar. .

6 VİQON Viqon – cütdırnaqlılar sinfindən, lamaya oxşar gövşək heyvandır. . Hündürlüyü 1,5 м. And dağlarında məskunlaşmışdır. Bu heyvanın qiymətli yununa görə onu ovladıqlarından sayı xeyli azalmışdır.

7 KİSƏLİ CANAVAR KİSƏLİ CANAVAR
Kökü kəsilmiş heyvanlardan olub, məməlilərin kisəlilər sinfindəndir. Başı itə oxşayır. Bədənin uzunluğu sm, quyruğu sm. Bütün Avstraliya boyu yayılmışdı. (dinqoya qədər) Həmçinin Yeni Qvineyada XIX əsrin axırları və XX əsrin əvvələrinə qədər Tasmaniyada olmuş, yırtıcı olduğundan, qoyunları yediyindən fermerlər tərəfindən qırılmışdır.

8 DƏNİZ İNƏYİ DƏNİZ İNƏYİ– dəniz məməlilər sinfindəndir ci ildə Steller tərəfindən kəşf olunub. Uzunluğu 10 metrə yaxın, çəkisi 4 tondur. Komandor adalarında məskunlaşmışdır.1768-ci illərdə vəhşicəsinə ovlandığından tamamilə kökü kəsilmişdir.

9 QATTERİYA QATTERİYA (tuatara) – Sürünənlər sinfinin nümayəndəsidir. Xarici görünüşcə kərtənkələyə oxşayır. Uzunluğu 75 sm. Kürək və quyruğu pulcuqlarla örtülmüşdür. Dərinliyi 1 m. Olan yuvada yaşayır. 19-cu əsrin axırlarına qədər Yeni Zellandiyanın adalarında avropalılar məskunlaşana qədər məskunlaşmış, tamamilə tələf olmuşlar. Hazırda xüsusi qoruqlarda yaxın adalarda qorunur. Sidney zooparkında müvəffəqiyyətlə çoxaldılır.

10 İRBİS İRBİS (şimal bəbiri) – məməlilərin pişikkimilər fəsiləsindəndir. Bədənin uzunluğu 130 sm, quyruğu 105 sm. Mərkəzi və Orta Asiya dağlarında yaşamışdır. Dağlarda bəbir üçün yem (dırnaqlılar) azaldığından və zooparklar üçün tutulduğundan kökü kəsilməkdə olan heyvanlardan hesab olunur. Zooparklarda çoxaldılır.

11 CIRTDAN BEQEMOT BEQEMOT – cütdırnaqlı heyvanların gövşəməyənlər yarımsinfindəndir. Ekvator Afrikada 2 növü vardır. Adi beqemotun bədəninin uzunluğu 4,5 metrə yaxın, çəkisi 2-3,2 (hərdən 4 tona yaxın) olur. Cırtdan begemotun bədəninin uzunluğu 1,7-1,8 metr, çəkisi isə kq. Nadir heyvandır.

12 KALİFORNİYA KONDORU KONDOR – Cənubi Amerikanın dağlıq yerlərində yaşayan çox iri yırtıcı quşdur. Uzunluğu 1 m, qanadlarının uzunluğu isə 3 metrdir. (ən iri yırtıcı quşdur). Başı və boynu tüksüzdür. And dağlarının Alp qurşağında məskunlaşmışdı. Hazırda kondorların nəsli kəsilməkdədir.

13 AĞ SUZANBAĞI Rusiyanın Avropa və Sibir hissəsində rast gəlmək olar. Durğun və sakit axan sularda 2 metr dərinlikdə bitir. Təsadüfi hallarda pöhrələri olur. Gülləri çox gözəldir, ona görə də ağ suzanbağı adlanır. Bu bitki təkcə gülləri ilə deyil, həm də yarpaqları ilə gölləri, bataqlıqları, su hövzələrini gözəlləşdirir. Təssüflər olsun ki, əhalinin sıx yerləşdiyi belə göllərdən çiçəklərin toplanması, dərilməsi bitkinin itməsinə səbəb olmuşdur. Həmçinin bir səbəb də hövzələrin çirklənməsidir. Belə ki, suzanbaqları yalnız təmiz sularda yaşayır.

14 MAMONT AĞACI MAMONT AĞACI – iynəyarpaqlı ağaclar sinfinin zəhərli növündəndir. Tək bir növü – mamont ağacıdır. Yalnız Kaliforniyanın nəbatat bağlarında qorunur. (Nevadanın qərb yamaclarında) Dekorativ növ kimi dünyanın bir çox bağ və parklarında əkilir.

15 Səhləbçiçəyi Çoxillik səhləb fəsiləsindəndir
Səhləbçiçəyi Çoxillik səhləb fəsiləsindəndir. Şimal yarımkürəsinin aşağı qurşaqlarında 50-yə yaxın növü vardır. Bir çox növləri dekorativdir. Venerin 19-cu əsrin sonlarında Avropada qorunur, Beynəlxalq təbiət və təbii resurslarnın qorunması - Qırmızı kitaba salınmışdır. İstixanalarda bu adla tropik səhləbin digər növləri yetişdirilir.

16 TALIŞ QIRQOVULU Azərbaycanda sayı kəskin azalan, oturaq yarımnövdür. Dağətəyində taxıl tarlaları ilə meşəarası tarlalarla növbələşən keçilməz meşələr və sıx kol cəngəlliklərində yaşayır. Talış qırqovulu yox olma təhlükəsi altındadır ci ildə regionda talış qırqovulunun sayı yazda – 102 fərd, yayın sonu – payızın əvvəllərində 242 fərd olmuşdur. Qanunsuz ovlanması (xüsusən qalın qar düşəndə), qamış və kol cəngəlliklərinin yandırılması, meşələrin qırılması və mal-qaraya otarılması; onların əvəzinə əkin sahələrinin və dirriklərin genişləndirilməsi qırqovulun sayını azaldır

17 Canlı orqanizmlərin Yer üzündə qorunma qaydaları

18 QORUQ Qoruq - mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Azərbaycanda 6 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.

19 ZOOLOJİ PARK Zoopark - bioloji müxtəlifliyin, xüsusən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Qobu kəndində (230 hektar) yaradılacaq zooloji park nəsli kəsilməkdə olan canlıların çoxaldılaraq təbiətə qaytarılmasında böyük əhəmiyyəti olacaq.

20 MİLLİ PARK - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. -                                                                                                               Hirkan  Milli Parkı Ağ  göl Milli Parkı Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı Şirvan Milli Parkı Altıağac Milli Parkı Abşeron Milli Parkı Göy-göl Milli Parkı                      Şahdağ Milli Parkı

21 VƏTƏGƏLƏR- Vətəgələrdə “Qırmızı kitab”a daxil edilmiş balıq növləri, nərə cinsli balıq növləri yetişdirilir.

22 PİTOMNİK Əsasən canlıların çoxalması ilə məşğul olan bir təsərrüfat sahəsidir ki, burada təkcə bitkilər deyil, həmçinin heyvanlar (ilanların, itlərin və s.) çoxaldılaraq müxtəlif sahələrdə istifadə olunur. Belə sahələr elmi tədqiqat institutlarının təcrübə apardıqları yerdir

23 BOTANİKA BAĞI Botanika İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Mərkəzi herbari fondunun qorunub saxlanılması, yeni bitki növləri ilə zənginləşdirilməsi, elmi əsərlərin, monoqrafiyaların, regional floraların hazırlanması üçün materialların təqdim edilməsi; Botanika İnstitutları ilə herbari mübadiləsinin aparılması; bitkilərin yayılmalarına dair xəritələrin hazırlanması və s. Bölmənin əsas elmi nəticələri: Herbari fondu əsasında çoxsaylı fundamental və tətbiqi əsərlər nəşr edilmişdir: "Qafqaz florasının birinci nəşri, 3 cildli Azərbaycan florası; 8 cildli Azərbaycan florası (rus dilində); 3 cildli Azərbaycanın ağac və kolları; Azərbaycanın dərman bitkiləri; Azərbaycanın taxılları və fundamental əsərlərin yazılmasında istifadə

24 Suallara cavab verin Artıq, hamıya aydın oldu ki, təbiəti dağıtmaq olmaz. Buna baxmayaraq bu ziyanakarlıq, məhvetmə davam edir... Sizin fikrinizcə nadir bitkiləri, kökü kəsilməkdə olan hevvanları məhv edən insanlar hansı keyfiyyətə malikdirlər? Nəyə görə hətta qoruqlarda, milli parklarda, zooloji parklarda belə nadir bitki və heyvan növlərini qorumaq mümkün deyil? Sizin fikrinizcə, bitki və heyvanların sayının gündən-günə azalmasını dayandırmaq üçün müxtəlif ölkələrin hökumətləri hansı təşəbbüs etməlidir?


"HƏYATIMIZ TƏHLÜKƏDƏDİR!" indir ppt

Benzer bir sunumlar


Google Reklamları