Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
Yayınlayanelnur seferov Değiştirilmiş 6 yıl önce
1
Kəndlərin şəhərə çevrilməsinin ən böyük səbəbi Turgotun Fikirləri Benthamın Fikirləri 20-ci əsrdə yerli özünüidarəetmənin inkişafina səbəb olan amillər Liberal yanaşmanın əsas müddəaları
2
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN ƏSASLANDIĞI DƏYƏRLƏR YERLİ MUXTARİYYƏT
3
SƏLAHİYYƏTLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ Səlahiyyətləri bölüşdürmək sadəcə texniki məsələ deyil, eyni zamanda siyasi proseslər və münasibətlərin məcmusudur. Çünki yerli demokratiyanı və xalqın idarəetmədə iştirakını qəbul edib, yerli idarələri siyasətdən kənarda tutmaq mümkünsüzdür. Səlahiyyətlərin mərkəzi orqanla yerli idarələr arasında bölüşdürülməsini qanunvericiliyin prinsipləri və ictimai siniflərin mübarizəsi müəyyənləşdirir.
4
Bəzi filosoflar yerli qurumlarla yerli olmayanları birləşdirmək, vahid qurumlar olaraq görməyə meyllidirlər. Hər ikisinin də eyni məqsədə xidmət etdiyini düşünürlər. A.Tokvil, M. Debre kimi fikir adamları vətəndaşlarda bir cəmiyyətin üzvü olma şüurunu və məsuliyyətini ancaq yerli qurumların formalaşdıra biləcəyini düşünürlər. Səlahiyyətlərin bölüşdürülməsini tələb edən faktorlardan biri də bürokratiyanın ağır işləməsindən yaxa qurtaqmaq istəyidir.
5
Yerli Özünüidarəetmələrə Səlahiyyət niyə verilir? Yerli qurumlara səlahiyyət verilməsinin əsaslandığı məntiq, bu qurumların öz qabiliyyətlərini ortaya çıxara biləcək fəaliyyət göstərə bilmələridir. Bunun da minimum sərhəddi olmalıdır. Yerli idarələr mali yöndən yoxsul və mərkəzə bağlı vəziyyətdə isə, onların hüquqi səlahiyyətlərini artirmaq heç bir səmərə verməz.
6
SƏLAHİYYƏTLƏRİN BÖLÜŞDÜRÜLMƏSİNƏ TƏSİR EDƏN FAKTORLAR? 1.Ölkənin tarixi inkişaf prosesi və idarəçilik ənənələri 2.Cəmiyyətin sosial strukturu 3.İqtisadiyyatın xüsusiyyətləri 4.Mərkəzi idarənin quruluşu
7
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN ƏSASLANDIĞI PRİNSİPLƏR? 1.Azadlıq (liberty) 2.İştirak (participation) 3.Səmərəlilik (efficiency)
8
Azadlıq Azadlıqdan məqsəd fərdi azadlıqlar deyil, yerli icmanın azadlığıdır. Bir yerli idarə qurumunun azadlığı, onu təşkil edən fərdlərin azadlıqlarının toplamı deyil. Geniş mənada azadlıq anlayışı yerli muxtariyyət üçün bünövrə təşkil etmişdir. Yerli muxtariyyət anlayışı və dövlətin yerli özünüidarəetmə orqanlarının işinə müdaxiləsinin önlənməsi, azadlıq düşüncəsindən geniş ölçüdə bəhrələnmişdir.
9
Liberal iqtisadiyyatçılar yerli özünüidarəetmə orqanlarını liberal iqtisadiyyatın siyasi qarşılığı olaraq düşünürlər.
10
İştirak (participation) Yerli özünüidarəetmədə iştirak prinsipi toplumun fərdə üstün olduğu anlayışına əsaslanmaqdadır. Bu anlayış yerli idarələri muxtariyyətə sahib olan bir sıra numayəndəli orqanlardan təşkil olduğunu ifadə edir.
11
Səmərəlilik Yerli özünüidarəetmə orqanları bəzi dövlət xidmətlərini əhaliyə daha səmərəli şəkildə təqdim edirlər. Xidmətlərin təqdim olunması ilə bərabər, bu xidmətlərin keyfiyyətli olması da tarix boyu yerli idarələrdən gözlənmişdir. Bu xidmətləri göstərə bilmələri yerli orqanların lazımi səlahiyyət və maliyyə mənbələri ilə təmin olunmalıdır. Öz maliyyə mənbələrinin olması ehtiyacının səbəbi də məhz budur.
12
Dеmоkrаtik dövlətdə хаlq öz hаkimiyyətini bilаvаsitə (yəni rеfеrеndum, sеçkilər yоlu ilə), dövlət hаkimiyyəti оrqаnlаrı vаsitəsilə və nəhаyət, yеrli özünüidаrəеtmə оrqаnlаrı vаsitəsilə həyаtа kеçirir. Bunа görə də yеrli özünüidаrəеtmə хаlqа məхsus hаkimiyyətin хаlq tərəfindən rеаllаşdırılmаsı fоrmаlаrındаn biri kimi çıхış еdir. Yеrli özünüidаrəеtmə qаnunvеriciliyə görə dövlət hаkimiyyət оrqаnlаrı sistеminə dахil оlmаsа dа, hаkimiyyət institutu əlаmətlərinə mаlikdir ki, bunlаr dа аşаğıdаkılаrdаn ibаrətdir: Yеrli-mərkəzi idаrəеtmə oxşarlıq
13
1) bələdiyyə qurumunun ərаzisində yеrləşən bütün müəssisə, idаrə və təşkilаtlаr, vətəndаşlаr tərəfindən icrаsı məcburi оlаn hüquqi аktlаrın qəbul оlunmаsı; 2) yеrli özünüidаrəеtmənin hüquqi аktlаrının icrа оlunmаmаsınа görə qаnunlа müəyyən еdilmiş məsuliyyətin оlmаsı; 3) bələdiyyə оrqаnlаrının öz аktlаrının icrаsı üçün məcburеtmə mеtоdlаrındаn istifаdə hüququ Yеrli-mərkəzi idаrəеtmə oxşarlıq
14
Qеyd еdək ki, müəyyən mənаdа bələdiyyə qurumlаrı dövlətin bütün əhəmiyyətli əlаmətlərinə mаlikdirlər: ərаzinin оlmаsı, bu ərаzi ilə bаğlı əhаlinin və ictimаi hаkimiyyətin kоnkrеt səlаhiyyətlərin mövcudluğu və s. Аyrı-аyrı dövlətlərdə yеrli özünüidаrəеtməyə məхsus оlаn bütün fərdi хüsusiyyətlərlə yаnаşı, оnu mərkəzi hаkimiyyətdən fərqləndirən bir sırа ümumi хüsusiyyətlər də mövcuddur. Bu хüsusiyyətlər bələdiyyə hаkimiyyətinin ictimаi хаrаktеrindən irəli gəlir və оnu dövlət idаrəеtmə оrqаnlаrındаn fərqləndirən nisbi хüsusiyyətlər: Yеrli-mərkəzi idаrəеtmə oxşarlıq
15
1) dövlət hаkimiyyətindən fərqli оlаrаq yеrli özünüidаrəеtmə bütün хаlqı təmsil еdən mərkəzi dövlət оrqаnlаrı tərəfindən qəbul оlunmuş qаnunlаr çərçivəsində və əsаsındа fəаliyyət göstərir; 2) yеrli özünüidаrəеtmə yаlnız оnun məşğul оlаcаğı (səlаhiyyətinə аid еdilən) ictimаi işləri həyаtа kеçirir; 3) yеrli özünüidаrəеtmə оrqаnlаrı bu işlərin yеrinə yеtirilməsi səlаhiyyətlərini rеаllаşdırmаq üçün özünəməхsus büdcəyə və mülkiyyətə və d. rеsurslаrа mаlik оlmаlıdır; Yеrli-mərkəzi idаrəеtmə fərqlər
16
4) dövlət hаkimiyyəti dövlət аdındаn, bələdiyyə hаkimiyyəti yеrli birliklər аdındаn həyаtа kеçirilir; 5) bələdiyyə hаkimiyyətinin məzmununu yеrli əhəmiyyətli məsələlər, dövlət hаkimiyyətinin məzmununu isə dövlət əhəmiyyətli məsələlər təşkil еdir; 6) bu hаkimiyyət hökmən əhаlinin nümаyəndəliliyini tələb еdir, yəni öz təbiətinə görə sеçkili оlmаlıdır. Yеrli-mərkəzi idаrəеtmə fərqlər
17
Bələdiyyə hаkimiyyəti həm dövlət qаrşısındа, həm də ərаzi birliyi qаrşısındа cаvаbdеhlik dаşıyır və оbrаzlı ifаdə еtsək "dövlətin icаzəsi" və "əhаlinin еtimаdı" ilə fəаliyyət göstərir. "Dövlətin icаzəsi" bələdiyyələrin səlаhiyyətlərinin, hüquq və vəzifələrinin, bələdiyyə əmlаkının və funksiyаlаrının icrаsı üçün vəsаitin qаnunvеriciliklə müəyyən еdilməsini nəzərdə tutur. Yеrli-mərkəzi idаrəеtmə fərqlər
18
"Əhаlinin еtimаdı" dеdikdə isə yаlnız yеrli hаkimiyyəti sеçmək və yеrli siyаsi хаdimləri gеri çаğırmаq hüququ dеyil, həm də bələdiyyələrin öz səlаhiyyətləri çərçivəsində qəbul еtdiyi qərаrlаrа əhаlinin tаbе оlmаsı dа nəzərdə tutulur. Yеrli özünüidаrəеtmə sаdəcə оlаrаq, yеrli əhəmiyyətli məsələlərin həlli üçün əhаlinin özünün yеrli təşkilаt fоrmаsı dеyildir, bu, həm də ictimаi hаkimiyyətin, хаlq hаkimiyyətinin həyаtа kеçirilmə fоrmаsıdır. Bеləliklə, bələdiyyə hаkimiyyəti və dövlət hаkimiyyəti birlikdə, ictimаi hаkimiyyətin – хаlq hаkimiyyətinin fоrmаlаrıdır.
19
Yеrli özünüidаrəеtmənin yеrli məsələ və prоblеmlərin həllində üstünlükləri: Birincisi, səmərəlilik: Yеrli əhаlinin irəli sürdüyü və sеçdiyi idаrə еdənlər üçün əhаlini ümumi işlərə cəlb еtmək, yаrdımа çаğırmаq və s. yuхаrıdаn birbаşа təyin оlunаn rəhbər işçiyə nisbətən dаhа аsаn оlur. Həm də yеrli хüsusiyyətlərə birincilər, аdətən, ikincilərdən dаhа yахşı bələd оlurlаr. Yеrli özünüidаrəеtmənin üstünlükləri
20
İkincisi, cаvаbdеhlik və məsuliyyət: bələdiyyələr, hər şеydən əvvəl, оnlаrı sеçən vətəndаşlаrın qаrşısındа məsuliyyət dаşıdıqlаrındаn istər-istəməz əhаlini rаzı sаlmаğа cəhd еdirlər və оnlаrın еtimаdını dоğrultmаğа çаlışırlаr; Üçüncüsü, əhаliyə yахınlığı: Yеrli özünüidаrəеtmədə sistеm еlə qurulur ki, vətəndаşlаr özləri yеrli prоblеmlərin həllində birbаşа iştirаk еdə bilirlər. Yеrli prоblеmlər isə, şübhəsiz ki, əhаliyə və dеməli, həm də оnlаrın sеçdiyi аdаmlаrа dаhа yахşı məlumdur. Yеrli özünüidаrəеtmənin üstünlükləri
21
YERLİ MUXTARİYYƏT Yerli özünüidarəetmə orqanlarının seçki yolu ilə formalaşması, öz işlərini kənar müdaxilələr olmadan görə bilmələri və hüquqi şəxs olmaları bu orqanlara demokratik və muxtar qurum xüsusiyyəti qazandırır. Muxtariyyət, yerli icmanın, yerli xarakterli işləri öz orqanları vasitəsilə yerinə yetirə biləcək səlahiyyətə sahib olması və buna imkan verən resurslara malik olmasıdır.
22
Yerli muxtariyyətin iki cəhəti 1.Yerli orqanların mərkəzlə olan əlaqələrində ortaya çıxır. Yerli orqanlar bu əlaqələrində mərkəzdən tam şəkildə müstəqil deyil. Müstəqillik muxtariyyətdən fərqli anlayışdır. Burada əsas olan yerli orqanların mərkəzin müdaxiləsi olmadan öz işlərini görməsidir.
23
Yerli muxtariyyətin iki cəhəti 2. Yerli orqanların yerli icma, xalqla olan əlaqələrində ortaya çıxır. Seçilmiş orqanlar xalqı lazımi şəkildə təmsil edə bilməlidir. Yerli orqanlar mərkəz tərəfindən deyil, xalq tərəfindən yoxlanılır.
24
YERLİ MUXTARİYYƏTİN İKİ MƏNASI 1.Yerli özünüidarə orqanının hüquqi şəxs olaraq muxtariyyəti: a) Mərkəzin və yerli idarə orqanlarının ayrı ayrı funksiyaları və vəzifələri olması b) Yerli orqanların maliyyə vəziyyətini yaxşılaşdıracaq tədbirlər alınması c) Mərkəzin yerli özünüidarəetmə orqanları üzərindəki nəzarətinin minimuma salınması
25
2. Yerli icmanın(xalqın) muxtariyyəti: Yerli özünüidarəetmə orqanlarının xalq tərəfindən seçilməsi və bu orqanların mərkəzi orqanlar tərəfindən deyil, yerli xalq tərəfindən nəzarət edilməsi.
26
Yerli Muxtariyyətin Məqsədi? 3 əsas məqsəd: -artan xidmət tələblərini qarşılamaq üçün yerli özünüidarəetmələrə səlahiyyət və elastiklik təmin etmək -yerli özünüidarəetmələrin öz şəraitləri və ehtiyaclarına uyğun olan idarəetmə strukturlarının qurulmasına imkan vermək -mərkəzi orqanların müdaxilələrinə qarşı yerli idarəetmələri qorumaq
27
Yerli Muxtariyyət Şərtləri İnzibati qərar qəbul etmə səlahiyyəti Orqanların müstəqilliyi Maliyyə imkanlarının olması Hüquqi şəxs olmaları
28
İnzibati qərar qəbul etmə səlahiyyəti (Sərəncamvermə) Yerli xarakterli xidmətlərə aid azad seçimlər edə bilmək, icra olunması üçün sərbəst şəkildə qərarlar verə bilmək, fərdi və nizamlayıcı qaydalar tətbiq etmək, daxili təşkilatı strukturu qura bilmək, lazımi qulluqçuları işə təyin etmək və s. Qərarların alınmasında mərkəzin müdaxiləsinin olmaması Qərar alınarkən heç bir yerdən izin almama və alınmış qərarın da təsdiqə ehtiyacı olmaması
29
Orqanların müstəqilliyi Orqanların simvolik deyil, demokratik seçimlərlə müəyyənləşməsi Hüquqi şəxs olmaları
30
Maliyyə imkanlarının olması Müstəqil büdcəyə sahib olunmalıdır Büdcəni müstəqil şəkildə istifadə edə bilməlidirlər
31
YERLİ MÜXTARİYYƏTİN TƏSNİFİ Siyasi muxtariyyət İnzibati muxtariyyət Maliyyə muxtariyyəti
32
Yerli muxtariyyət və Avropa Şurası 1953-cü ildə muxtariyyətin prinsipləri və tərifi ilə əlaqəli müddəalar, 1.Avropa Kommunaları Məclisində qəbul edilmişdir. Buna muqabil Avropa Şurası Nazirlər Komitəsi yerli muxtariyyətlə bağlı müddəaların Avropa İnsan Haqları Bəyənnaməsinə əlavə edilməsinə qarşı çıxmışdı.
33
1957-ci ildə Avropa Şurasında toplanan Yerli Özünüidarəetmə Konfransında yerli muxtariyyətin aşağıdakı prinsipləri müəyyənləşdirildi: Yerli azadlıqlara hörmət edilməsi Yerli həyatın özünə xas və partiyadan kənar xüsusiyyətlərinin müdafiə olunması (tərəfsiz) Dövlətlə kommunalar arasındakı münasibətlər qaydaya salınması (mərkəzi nəzarətin ləğvi əvəzində məhkəmə nəzarəti) Yerli idarələrin maliyyə muxtariyyəti təmin olunması Yerli özünüidarəetmə ilə bağlı yerli əhalinin məlumatlandırılması (icma şüurun inkişafı)
34
Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası 1982-ci ildə Avropa Şurası Nazirlər Komitəsinə təqdim olunmuş. Sonrakı illərdə daha da təkmilləşdirilərək 15 oktyabr 1985 – ci ildə qəbul edilmişdir.
35
Xartiyanın məqsədi yerli özünüidarəetmə orqanlarının hüquqlarının təmin edilməsi və müdafiəsindən ibarətdir. Bunun əhəmiyyəti aydındır: məhz yerli özünüidarəetmə vətəndaşlara onların gündəlik həyatı ilə bağlı olan qərarların qəbul edilməsində iştirak etməyə imkan yaradır. Buna görə də qeyd edilən sənəd Avropa Şurasının üzvü olan dövlətlərini yerli icmaların siyasi, inzibati və maliyyə sərbəstliyinin qorunmasına və gücləndirilməsinə məcbur edir. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
36
Xartiya preambuladan və üç hissədən ibarətdir. Preambulada Avropa Şurasının məqsədləri təsbit olunur, habelə vurğulanır ki, yerli özünüidarəetmə səmərəli və ən əsası, vətəndaşlara yaxın idarəetməni təmin etməklə, demokratik quruluş əsaslarının birini təşkil edir. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
37
Xartiyanın birinci hissəsində yerli özünüidarəetmənin anlayışını açıqlayır, onun səlahiyyət dairəsini, hüquqi müdafiəsinin təminatlarını və mexanizmlərini, onun fəaliyyəti üzərində nəzarət üsullarını və maliyyələşdirmə mənbələrini müəyyən edir. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
38
“Yerli özünüidarəetmə dedikdə qanun çərçivəsində, öz səlahiyyətləri daxilində və yerli əhalinin maraqları naminə fəaliyyət göstərməklə,yerli özünüidarəetmə orqanlarının dövlət işlərinin əhəmiyyətli hissəsinin tənzimlənməsi və onun idarə olunması qabiliyyəti nəzərdə tutulur” Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
39
Xartiyanın ikinci hissəsi onu imzalamış dövlətlərin öhdəliklərini müəyyən edir. Xartiyanın bu hissəsində ən vacib məsələ Avropa dövlətlərində yerli özünüidarəetmənin qurulmalı olduğu əsas prinsiplərin müəyyən edilməsindən ibarətdir. Nəhayət, üçüncü hissə sırf texniki xarakter daşıyır və orada Xartiyanın imzalanması, ratifikasiyası və qüvvəyə minməsi şərtləri izah olunur. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
40
Yеrli özünüidаrə hаqqındа Аvrоpа Хаrtiyаsının birinci bölməsində əhаtə оlunmuş 10 mаddədəкi 31 bənddən iyirmisi (10-u mütləq, 10 istəyə görə) Аvrоpа Şurаsınа dахil оlmuş və Хаrtiyаyа qоşulаn dövlətlər üçün vаcib sаyılır. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
41
1) milli qаnunvеriciliкdə yеrli özünüidаrə prinsipinin tаnınmаsı (mad.2); 2) yеrli özünüidаrə sistеmində birbаşа və nümаyəndəli dеmокrаtiyа prinsiplərinin uzlаşdırılmаsı (mad.3 b.2); 3) yеrli əhəmiyyətli məsələlərin həllində subsidiаrlıq prinsipi (mad.4 b.3); 4) yеrli özünüidаrənin səlаhiyyətləri hüdudundа müstəqilliyi (mad.4 b.2); 5) yеrli özünüidаrə оrqаnlаrının fəаliyyətinin qаnunаuyğunluğu (mad.4 b.1); Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
42
6) yеrli özünüidаrənin ərаzi quruluşunun sаbitliyi (mad.5); 7) yеrli özünüidаrənin təşкilаti müstəqilliyi, оnun təşкili mоdеlinin müхtəlifliyi (mad. 6,b.1); 8) yеrli özünüidаrənin müəyyən еdilmiş səlаhiyyətlərindən аsılı оlаrаq bələdiyyə fəаliyyətinin müstəqilliyinin mаliyyə təminаtı hüququ (mad.9); 9) yеrli özünüidаrənin fəаliyyətinə dövlətin özbаşınа müdахiləsinin yоlvеrilməzliyi (mad.8); 10) yеrli özünüidаrənin məhкəmə müdаfiəsi hüququ (mad.11) və s. Yerli özünüidarəetmə haqqında haqqında Avropa Xartiyası
43
Yerli muxtariyyətin konstitusiya və qanunlarla təminat altına alınması Maddə 2. Yerli özünüidarənin konstitusion və qanunverici əsasları Yerli özünüidarənin prinsipi ölkənin qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında tanınmalıdır.
44
Maddə 3. Yerli özünüidarə anlayışı 1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür.
45
Səlahiyyət və məsuliyyətin düzgün paylaşdırılması Maddə 4. Yerli özünüidarənin səlahiyyət sahəsi 1. Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna uyğun olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
46
2. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, onların səlahiyyətlər dairəsindən çıxarılaraq digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər hansı bir məsələ üzrə öz şəxsi təşəbbüslərinin həyata keçirilməsi üçün tam sərbəst hərəkət edə bilərlər. 3. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
47
4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır. Bu səlahiyyətlər bu və ya digər mərkəzi, yaxud regional hakimiyyət orqanı tərəfindən yalnız qanun təyin etdiyi hüdudlar daxilində iddia edilə və ya məhdudlaşdırıla bilər. 5. Mərkəzi və ya regional orqanlar tərəfindən səlahiyyətlərin göndərilməsi zamanı yerli özünüidarə orqanları bu səlahiyyətlərin həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq üçün mümkün olduğu qədərində sərbəstliyə malik olmalıdır. 6. Bilavasitə yerli özünüidarə orqanlarına aid olan istənilən qərarların planlaşdırılması və qəbul edilməsi prosesində mümkün olduğu qədər, vaxtında və müvafiq formada bu orqanlarla məsləhətləşmək zəruridir.
48
Daxili strukturlarını müəyyənləşdirə bilmə Maddə 6. İnzibati struktur və vasitələrin yerli özünüidarə orqanlarının vəzifələrinə müvafiqliyi 1. Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik müddəalarını pozmadan özləri öz daxili inzibati strukturlarını müəyyən etmək imkanına malik olmalıdırlar ki, yerli tələbatlara cavab verə və səmərəli idarəetməni təmin edə bilsinlər. 2. Yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə olmalıdır ki, təcrübə və bacarığın nəzərə alınması prinsipi əsasında yüksəkixtisaslı kadrların seçilməsini təmin etmək mümkün olsun; buna görə peşə hazırlığı, əmək haqqının ödənilməsi və qulluq üzrə irəliləmə üçün müvafiq şəraitin təmin edilməsi zəruridir.
49
Nəzarət məhdudiyyəti Maddə 8. Yerli özünüidarə orqanlarının fəaliyyəti üzərində inzibati nəzarət 1. Yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tutulmuş forma və hallarda həyata keçirilə bilər. 2. Yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət həmçinin yerli özünüidarə orqanlarının onlara verilmiş səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər. (məqsədəuyğunluq nəzarəti)
50
Yetərli maliyyə mənbələrinin olması Maddə 9. Yerli özünüidarə orqanlarının maliyyələşdirmə mənbələri 1. Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını həyata keçirəcəkləri zaman sərbəst surətdə istifadə edə biləcəkləri kifayət qədər şəxsi maliyyə vəsaitinə malik olmaq hüququ vardır. 2. Yerli özünüidarə orqanlarının maliyyə vəsaiti konstitusiyanın və qanunun onlara verdikləri səlahiyyətlərə uyğun olmalıdır. 3. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitinin ən azı bir hissəsi yerli rüsum və vergilərin hesabına daxil olmalıdır ki, bunların da ölçüsünü yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi hədlərdə təyin etməkdə haqlıdır.
51
4. Yerli özünüidarə orqanları vəsaitinin əsaslandığı maliyyə sistemləri kifayət qədər çeşidli və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı yaranmış xərclərin dəyişilməsi prosesini gerçək imkanlar daxilində izləmək mümkün olsun. 5. Maliyyə baxımından daha zəif yerli özünüidarə orqanlarının müdafiəsi yerli orqanların maliyyələşdirilməsinin potensial mənbələrinin və onların üstündə olan xərclərin qeyri-bərabər bölüşdürülməsi nəticələrinin təshih edilməsi üçün nəzərdə tutulmuş maliyyə tarazlaşdırılması prosedurunun və ya ekvivalent tədbirlərin işə salınmasını tələb edir. 7. Yerli özünüidarə orqanlarına maliyyə yardımının verilməsi imkan daxilində konkret layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Maliyyə yardımının verilməsi yerli özünüidarə orqanlarının öz şəxsi səlahiyyətləri sahəsində öz siyasətini seçmək azadlığının ziyanına olmamalıdır.
52
Hüquqlarının məhkəmə təminatı Maddə 11. Yerli özünüidarənin hüquqi müdafiəsi Yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini sərbəst surətdə həyata keçirilməsini və ölkənin Konstitusiya və qanunvericiliyi ilə təsbit edilmiş yerli özünüidarə prinsiplərinə əməl edilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdır.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.