Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

İstehsal Amilləri Bazarı

Benzer bir sunumlar


... konulu sunumlar: "İstehsal Amilləri Bazarı"— Sunum transkripti:

1 İstehsal Amilləri Bazarı
18 İstehsal Amilləri Bazarı Dr. Elşən BAĞIRZADƏ

2 İstehsal Amilləri Bazarı
İstehsal amilləri əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan amillərdir.

3 İstehsal Amilləri Bazarı
İstehsal amilinə olan tələb törəmə tələbdir. Firmanın istehsal amilinə olan tələbi, onun əmtəə bazarında edəcəyi təklif qərarından asılıdır.

4 ƏMƏYƏ OLAN TƏLƏB İqtisadiyyatın digər bazarları kimi, əmək bazarları da tələb və təklif qüvvələri ilə idarə olunur.

5 Təsvir 1 Tələb və Təklifin Çoxtərəfliliyi
(a) Alma Bazarı (b) Alma Toplayanlar Bazarı Almanın Alma Toplayanların Əmək Haqqı Qiyməti Təklif Tələb Təklif Tələb P Q L W Almanın Miqdarı Alma Toplayanların Sayı Copyright©2003 Southwestern/Thomson Learning

6 ƏMƏYƏ OLAN TƏLƏB İşçi qüvvəsinin göstərdiyi xidmətlərin çoxu, istehlakçı tərəfindən istifadə oluna biləcək xidmətlər deyil, digər əmtəələrin istehsalında istifadə olunan amildir.

7 İstehsal Funksiyası və İşçi Qüvvəsinin Marjinal Məhsuldarlığı
İstehsal funksiyası hər hansı bir əmtəəni istehsal etmək üçün lazım olan amillərin miqdarı ilə, həmin əmtəənin istehsal həcmi arasındakı əlaqəni göstərən funksiyadır.

8 Cədvəl 1 Rəqabət Aparan Firma Nə Qədər İşçi Qüvvəsindən İstifadə Etməyi Necə Qərara Alır
Copyright©2004 South-Western

9 Təsvir 2 İstehsal Funksiyası
Almanın Miqdarı İstehsal Funksiyası 300 280 240 180 100 1 2 3 4 5 Alma Toplayanların Sayı Copyright©2003 Southwestern/Thomson Learning

10 İstehsal Funksiyası və İşçi Qüvvəsinin Marjinal Məhsuldarlığı
Əməyin marjinal məhsuldarlığı əlavə bir vahid əməkdən əldə olunan istehsalın artım miqdarıdır. MPL = Q/L MPL = (Q2 – Q1)/(L2 – L1)

11 İstehsal Funksiyası və İşçi Qüvvəsinin Marjinal Məhsuldarlığı
Azalan Marjinal Məhsuldarlıq İşçilərin sayı artdıqca, işçi qüvvəsinin marjinal məhsuldarlığı azalır. İşçilərin sayı artdıqca, yeni gələn hər bir işçi əvvəlki işçilərdən daha az məhsuldar olur. İstehsal amilinin miqdarı artdıqca, istehsal funksiyası getdikcə daha yastı olur. Bu da azalan marjinal məhsuldarlıq qanununu əks etdirir.

12 İstehsal Funksiyası və İşçi Qüvvəsinin Marjinal Məhsuldarlığı
Azalan marjinal məhsuldarlıq – istehsal amilinin miqdarı artdıqca onun marjinal məhsuldarlığı azalır.

13 Təsvir 2 İstehsal Funksiyası
Almanın Miqdarı İstehsal Funksiyası 300 280 240 180 100 1 2 3 4 5 Alma Toplayanların Sayı Copyright©2003 Southwestern/Thomson Learning

14 Marjinal Məhsuldarlığın Dəyəri və Əməyə olan Tələb
Marjinal məhsuldarlığın dəyəri istehsal amilinin marjinal məhsuldarlığı ilə istehsal olunan əmtəənin bazar qiymətinin hasilinə bərabərdir. VMPL = MPL  P

15 Marjinal Məhsuldarlığın Dəyəri və Əməyə olan Tələb
Marjinal məhsuldarlığın dəyəri (marjinal məhsuldarlıq gəliri kimi də məlumdur) dollarlarla ölçülür. Rəqabət aparan firma üçün bazar qiyməti sabit olduğundan, marjinal məhsuldarlığın dəyəri işçilərin sayı artdıqca azalmaqdadır.

16 Marjinal Məhsuldarlığın Dəyəri və Əməyə olan Tələb
Mənfəətini maksimallaşdıran, rəqabət aparan firma marjinal məhsuldarlığın dəyəri işçi qüvvəsinin əmək haqqına bərabər olana qədər işçi işə götürür. Marjinal Əmək Məhsuldarlığının Dəyəri (VMPL) = Əmək Haqqı

17 Marjinal Məhsuldarlığın Dəyəri və Əməyə olan Tələb
Mənfəətini maksimallaşdıran, rəqabət aparan firma üçün, marjinal məhsuldarlığın dəyər əyrisi həm də, firmanın əmək tələbi əyrisidir.

18 Təsvir 3 Əməyin Marjinal Məhsuldarlığının Dəyəri
Marjinal Məhsuldarlığın Dəyəri (Əmək üçün tələb əyrisi) Bazar Əmək Haqqı Mənfəəti Maksimallaşdıran Miqdar Alma Toplayanların Sayı Copyright©2003 Southwestern/Thomson Learning

19 FYI— İstehsal Tələbi və Məhsul Təklifi
Rəqabət aparan firma marjinal məhsuldarlığın dəyəri işçi qüvvəsinin əmək haqqına bərabər olana qədər işçi işə götürən zaman, bu firma marjinal məsrəfin əmtəənin qiymətinə bərabər olduğu həddə qədər məhsul istehsal edir.

20 Əməyə Olan Tələb Əyrisinin Yerdəyişməsinə nə Səbəb Olur?
İstehsal Olunan Əmtəənin Qiyməti Texnoloji Tərəqqi Digər İstehsal Amillərinin Təklifi

21 ƏMƏK TƏKLİFİ Əmək təklifi əyrisi, istirahət etməyin alternativ dəyərində baş verən dəyişikliyin işçilərin iş və istirahət arasındakı seçimlərinə etdiyi təsiri əks etdirir. Yuxarıya doğru meylli olan təklif əyrisi, onu göstərir ki, əmək haqqının artması işçilərin təklif etdikləri əməyin artmasına səbəb olur.

22 Təsvir 4 Əmək Bazarında Tarazlıq
Əmək Haqqı (əməyin qiyməti) Təklif Əməyin Həcmi Copyright©2003 Southwestern/Thomson Learning

23 Əmək Təklifi Əyrisinin Yerdəyişməsinə nə Səbəb Olur?
Zövqlərin Dəyişməsi Alternativ İmkanların Dəyişməsi İmmiqrasiya

24 ƏMƏK BAZARINDA TARAZLIQ
Əmək haqqı, əmək tələbi və təklifini tarazlaşdıracaq şəkildə dəyişir. Əmək haqqı, əməyin marjinal məhsuldarlığının dəyərinə bərabərdir.

25 Təsvir 4 Əmək Bazarında Tarazlıq
Əmək Haqqı (əməyin qiyməti) Təklif Tələb Tarazlıq əmək haqqı , Ə L Əməyin həcmi məşğulluq dərəcəsi Copyright©2003 Southwestern/Thomson Learning

26 ƏMƏK BAZARINDA TARAZLIQ
Əməyə olan tələb və təklif birlikdə tarazlıq əmək haqqını müəyyən edir. Tələb və təklif əyrisində baş verən yerdəyişmələr, tarazlıq əmək haqqının dəyişməsinə səbəb olur.

27 Təsvir 5 Əmək Təklif Əyrisinin Yerdəyişməsi
Əmək haqqı (əməyin qiyməti) 1. Əmək təklifinin artması . . . Təklif, S Tələb S Ə L Əmək haqqını azaldır... Ə L Əməyin həcmi və məşğulluğu artırır. Copyright©2003 Southwestern/Thomson Learning

28 Əmək Təklifi Əyrisinin Yerdəyişməsi
Əmək təklifində artım: İşçi qüvvəsinin izafiliyi ilə nəticələnir. Nəticəsində əmək haqqı azalır. Nəticəsində firmalar üçün daha çox işçi işə götürmək gəlirli olur. Azalan marjinal məhsuldarlıqla nəticələnir. Marjinal məhsuldarlığın dəyərinin azalmasına səbəb olur. Yeni tarazlıq yaradır.

29 Təsvir 6 Əməyə Tələb Əyrisinin Yerdəyişməsi
Əmək haqqı (əməyin qiyməti) Təklif D Ə L Tələb, D 1. Əməyə olan tələbin artması . . . əmək haqqını qaldırır. . Ə L Əməyin miqdarı və məşğulluğu artırır. Copyright©2003 Southwestern/Thomson Learning

30 Əməyə Olan Tələb Əyrisinin Yerdəyişməsi
Əməyə olan tələbin artması: Nəticəsində firmalar üçün daha çox işçi işə götürmək gəlirli olur. Əmək haqqını qaldırır. Marjinal məhsuldarlığın dəyərinin artmasına səbəb olur. Yeni tarazlıq yaradır.

31 Cədvəl 2 Amerika Birləşmiş Ştatlarında Məhsuldarlıq və Əmək Haqqının Artması
Copyright©2004 South-Western

32 DİGƏR İSTEHSAL AMİLLƏRİ: TORPAQ VƏ KAPİTAL
Kapital əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan avadanlıq və qurğulardır. Yəni, kapital, əvvəllər istehsal olunmuş, indi isə yeni əmtəə və xidmətlərin istehsal olunmasında istifadə olunan əmtəələrdir.

33 DİGƏR İSTEHSAL AMİLLƏRİ: TORPAQ VƏ KAPİTAL
Torpaq və Kapitalın Qiyməti Torpaq və kapitalın birdəfəlik sahibkarlığını əldə etmək üçün ödənilməli olan məbləğə alış qiyməti deyilir. İcarə qiyməti isə, istehsal amilini müvəqqəti olaraq istifadə etmək üçün ödənilməli olan məbləğdir.

34 Torpaq və Kapital Bazarında Tarazlıq
Torpağın və kapitalın icarə qiymətləri tələb və təklif əsasında müəyyən olunur. Firma həm torpağın, həm də kapitalın miqdarını o vaxta qədər artırır ki, onların marjinal məhsuldarlıqlarının dəyəri həmin istehsal amilinin qiymətinə bərabər olsun.

35 Təsvir 7 Torpaq və Kapital Bazarları
(a) Torpaq Bazarı (b) Kapital Bazarı Torpağın icarə qiyməti Kapitalın icarə qiyməti Təklif Təklif Tələb Tələb P Q Q P Torpağın Həcmi Kapitalın Həcmi Copyright©2003 Southwestern/Thomson Learning

36 Torpaq və Kapital Bazarında Tarazlıq
Hər bir istehsal amilinin icarə qiyməti, həmin istehsal amilinin marjinal məhsuldarlığının dəyərinə bərabər olmalıdır. Onlar hər biri istehsal prosesinə etdikləri marjinal əlavənin dəyəri qədər gəlir gətirirlər.

37 İstehsal Amilləri Arasındakı Qarşılıqlı Əlaqə
İstehsal amilləri bir-birini tamamlayacaq şəkildə istifadə olunurlar. Onların hər birinin marjinal məhsuldarlığı, digərinin istehsal prosesində istifadə olunan miqdarından asılı olur.

38 İstehsal Amilləri Arasındakı Qarşılıqlı Əlaqə
Hər hansı bir istehsal amilinin təklifində baş verən dəyişiklik, digər istehsal amillərinin əldə etdiyi gəlirə də təsir edir.

39 İstehsal Amilləri Arasındakı Qarşılıqlı Əlaqə
Hər bir istehsal amilinin gəlirində baş verən dəyişikliyi başa düşmək üçün, həmin istehsal amilinin marjinal məhsuldarlığının necə dəyişdiyinə baxmaq lazımdır.

40 Xülasə İqtisadi gəlir istehsal amilləri bazarında paylaşdırılır.
Ən əhəmiyyətli üç istehsal amili əmək, torpaq və kapitaldır. İstehsal amillərinə olan tələb, əmtəə və xidmətlər istehsal etmək üçün, istehsal amillərindən istifadə edən firmaların ehtiyacından yaranan törəmə tələbdir.

41 Xülasə Rəqabət aparan, mənfəətini maksimallaşdıran firmalar hər bir istehsal amilinin miqdarını müəyyən edərkən, onun marjinal məhsuldarlığının dəyərinin həmin istehsal amilinin bazar qiymətinə bərabər olduğu həddi seçir. Əmək təklifi insanların iş və istirahət arasındakı seçimlərindən yaranır. Yuxarıya doğru meylli əmək təklifi əyrisi, əmək haqqının artmasının insanların daha az istirahət etməsinə səbəb olmasını göstərir.

42 Xülasə Hər bir istehsal amili üçün verilən qiymət həmin istehsal amilinin tələb və təklifini tarazlaşdırır. İstehsal amilinə olan tələb, həmin istehsal amilinin marjinal məhsuldarlığının dəyərini əks etdirdiyi üçün, tarazlıq halında, hər bir istehsal amili əmtəə və xidmətlərin istehsalına gətirdiyi marjinal əlavəyə uyğun olaraq gəlir əldə edir.

43 Xülasə İstehsal amilləri istehsal prosesində bir-birini tamamlayacaq şəkildə istifadə olunduğu üçün, hər hansı bir istehsal amilinin marjinal məhsuldarlığı, digər istehsal amillərinin mövcud miqdarlarından da asılı olur. Bunun nəticəsində, bir amilin təklifinin dəyişməsi, bütün digər amillərin də tarazlıq gəlirlərinin artmasına səbəb olur.


"İstehsal Amilləri Bazarı" indir ppt

Benzer bir sunumlar


Google Reklamları