Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

27 Maliyyənin əsasları.

Benzer bir sunumlar


... konulu sunumlar: "27 Maliyyənin əsasları."— Sunum transkripti:

1 27 Maliyyənin əsasları

2 Maliyyə (Finance) insanların zaman keçdikcə resursların ayrılması və risqlərin idarə edilməsi ilə bağlı qərarları necə verdiklərini öyrənən elmdir.

3 CARİ DƏYƏR: PULUN ZAMAN DƏYƏRİNİN ÖLÇÜLMƏSİ
Cari dəyər (Present value) mövcud faiz dərəcələri şəraitində, gələcək hər hansı pul məbləğini əldə etmək üçün bu gün lazım olan pul məbləğinə deyilir.

4 CARİ DƏYƏR: PULUN ZAMAN DƏYƏRİNİN ÖLÇÜLMƏSİ
Cari dəyər anlayışı aşağıdakıları göstərir: Eyni bir məbləğ pulun bu gün üçün olan dəyəri, gələcəkdəki dəyərindən artıqdır. Hər hansı pul məbləğinin dəyərini müxtəlif zaman nöqtələrində müqayisə etmək üçün onların cari dəyərlərini müqayisə etmək lazımdır. Əgər layihənin cari dəyəri xərcindən artıqdırsa, firmalar həmin invstisiyanı həyata keçirirlər.

5 CARİ DƏYƏR: PULUN ZAMAN DƏYƏRİNİN ÖLÇÜLMƏSİ
N il sonrakı pul məbləğinin cari dəyəri aşağıdakı kimi hesablanır: X/(1 + r)N r faiz dərəcəsi, X – N il sonrakı pul məbləği

6 CARİ DƏYƏR: PULUN ZAMAN DƏYƏRİNİN ÖLÇÜLMƏSİ
Gələcəkdəki dəyər Gələcəkdəki dəyər (future value) mövcud faiz dərəcələri şəraitində, bugünkü hər hansı pul məbləğinin gələcəkdə doğuracağı pul məbləğinə deyilir.

7 Mürəkkəb Faizlərin Hesablanması: “70 Qaydası”
70 qaydasına əsasən, əgər hər hansı kəmiyyət ildə x faiz artırsa, onda həmin kəmiyyət təxminən 70/x ildə 2 dəfə artır.

8 RİSQİN İDARƏ EDİLMƏSİ Risqi xoşlamamaq (risk averse) qeyri-müəyyənliyi xoşlamamğı ifadə edir.

9 RİSQİN İDARƏ EDİLMƏSİ Fərdlər aşağıdakılardan birini seçərək risqi azaltmağı bacarırlar: Sığorta almaq Diversifikasiya etmək İnvestisiyalarında daha az mənfəətlə razılaşmaq

10 Təsvir 1. Fayda funksiyası
1000$ qazanmaqdan əldə edilən fayda 1000 $ uduzmaqla itirilən fayda 1000$ itki 1000$ qazanc Var-dövlət Cari var-dövlət Copyright©2004 South-Western

11 Sığorta bazarları Risqi azaltmağın bir yolu sığorta almaqdır. Sığorta müqaviləsinin ümumi xüsusiyyəti ondan ibarətdir ki, risqlə qarşılaşan şəxs sığorta şirkətinə sığorta haqqı ödəyir, sığorta şirkəti də öz növbəsində risqin hamısını və ya müəyyən bir hissəini öz üzərinə götürməyə razılaşır.

12 Səciyyəvi risqlərin diversifikasiyası
Diversifikasiya (Diversification) bir risqi çoxlu sayda kiçik əlaqəsiz risqlərlə əvəz etməklə ümumi risqin azaldılmasına deyilir.

13 Səciyyəvi risqlərin diversifikasiyası
Səciyyəvi risq (Idiosyncratic risk) yalnız bir iqtisadi agentə təsir edən risqlərə deyilir. Qeyri-müəyyənlik müəyyən şirkətlərlə bağlı olur.

14 Səciyyəvi risqlərin diversifikasiyası
Ümumi risq (Aggregate risk) eyni zamanda bütün iqtisadi agentlərə təsir edən risqlərə deyilir və bu zaman qeyri-müəyyənlik bütövlükdə iqtisadiyyatla bağlı olur. Diversifikasiya ümumi risqi ortadan qaldıra bilmir.

15 Təsvir 2. Diversifikasiya risqi azaldır
Risq (portfelin mənfəətinin Standart sapması) (Daha çox risq) 49 Səciyyəvi risq 20 Ümumi risq (Daha az risq) 1 4 6 8 10 20 30 40 Portfeldəki səhmlərin sayı Copyright©2004 South-Western

16 Səciyyəvi risqlərin diversifikasiyası
İnsanlar daha aşağı mənfəətlə qane olmaqla risqi azala bilərlər.

17 Təsvir 3. Risq və mənfəət arasında əlaqə
(illik 100% səhm faiz) 75% səhm 50% səhm 8.3 25% səhm Sıfır səhm 3.1 5 10 15 20 Risq (standart sapma) Copyright©2004 South-Western

18 AKTİVLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ
Fundamental təhlillər (Fundamental analysis) şirkətin öz dəyərini müəyyən etmək üçün gələcək perspektivlərini və mühasibat hesabatlarını öyrənən tədqiqat sahəsidir.

19 AKTİVLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ
Əgər insanlar müəyyən etmək istəyirlərsə ki, səhm aşağı qiymətləndirilmiş, yüksək qiymətləndirilmiş və ya düzgün qiymətləndirilmiş səhmdir, onda onlar fundamental təhlil həyata keçirməlidirlər. Məqsəd aşağı dəyərləndirilmiş səhm almaqdır.

20 Səmərəli bazar hipotezi
Səmərəli bazar hipotezi (efficient markets hypothesis) aktivlərin qiymətinin onların dəyəri haqqında bütün mövcud olan aşkar məlumatlara təsirini öyrənir.

21 Səmərəli bazar hipotezi
Bazar rasional yolu seçmək üçün bütün mümkün informasiyaları əks etdirirsə, informasiya baxıından səmərəli (informationally efficient) hesab olunur. Əgər bazarlar səmərəlidirsə investorun edəcəyi yeganə şey diversifikasiya edilmiş portfel satın almaqdır.

22 REAL HƏYATDAN MİSAL: Təsadüfi Gəzinti və İndeks Fondları
Təsadüfi gəzinti (Random walk) dəyişikliklərini əvvəlcədən demək mümkün olmayan dəyişənlərin trayektoriyasıdır. Əgər bazarlar səmərəlidirsə, onda bütün səhmlər düzgün qiymətləndirilmişdir və heç bir səhm digərindən daha üstün deyildir. Beləliklə səhm qiymətləri təsadüfi gəzinti qaydasında hərəkət edir.

23 Xülasə Yığdığınız pullar faiz gətirə bildiyinə görə, bugünkü pul məbləğiniz gələcəkdəki eyni pul məbləğinizdən daha dəyərlidir. Cari dəyər anlayışından istifadə etməklə, müxtəlif vaxtlardan olan məbləğləri müqayisə etmək olar. Gələcəkdəki hər hansı məbləğin cari dəyəri, gələcək dəyəri əldə etmək üçün verilmiş bu gün lazım ola biləcək məbləğdir.

24 Xülasə Azalan marjinal faydaya görə, insanların çoxu risqi xoşlamırlar. Risqi xoşlamayan insanlar risqi sığorta, diversifikasiya və aşağı risqli və aşağı gəlirli portfel seçməklə azalda bilərlər. Aktivin, məsələn səhm payının, dəyəri səhmdarların payı, dividentlərin paylanması və son satış qiyməti də daxil olmaqla sahibin alacağı nağd pul axınının cari dəyərinə bərabərdir.

25 Xülasə Səmərəli bazarlar hipotezinə əsasən, maliyyə bazarları məlumatları şüurlu şəkildə emal edir, belə ki, səhmin qiyməti həmişə əsas biznesin dəyərinin ən yaxşı ölçüsüdür. Bəzi iqtisadçılar səmərəli bazarlar hipotezinə şübhə edirlər, lakin, əlaqəsi olmayan psixoloji faktorların da aktivlərin qiymətinə təsir etdiyinə inanırlar.


"27 Maliyyənin əsasları." indir ppt

Benzer bir sunumlar


Google Reklamları