Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Axtarış sistemləri haqqında qısa məlumat

Benzer bir sunumlar


... konulu sunumlar: "Axtarış sistemləri haqqında qısa məlumat"— Sunum transkripti:

1 Axtarış sistemləri haqqında qısa məlumat

2 İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bu xidmətləri əldə etmək üçün insanlar ilk növbədə İnternetdəki axtarış sistemlərindən istifadə edirlər.

3 Axtarış sistemlərini qısa tarixi
İnternet şəbəkəsində informasiya resurslarına ilk müraciətlərin təşkili üsullarına saytların kataloqlarının yaradılması olmuşdur. Bu kataloqlarda informasiya resurslarının ünvanları mövzu üzrə qruplaşdırılırdı. İlk belə kataloq Yahoo (1994) layihəsi idi. Yahoo kataloqunda saytların sayının artması ilə əlaqədar olaraq layihə daxilində axtarış sistemi yaradıldı. Bu sistemi bütün tələbatlara cavab verən axtarış sistemi adlandırmaq olmazdı, belə ki, bu sistem İnternet mühitində deyil, yalnız kataloq daxilindəki informasiya resursları içində axtarış apara bilirdi. Kataloqlar çox nəhəng olsalar da onlar İnternetdəki resursların çox kiçik bir hissəsini əhatə edə bilirlər. Hal-hazırda ən böyük İnternet-kataloq DMOZ (directory.mozilla.org və ya Open Directory Project) hesab edilir ci ildə yaradılmış kataloqda resursların sayı cəmi 5 milyondur. Müqayisə üçün bildirək ki, Google axtarış sistemində 8 milyarddan artıq sənəd saxlanılır.

4 İlk axtarış sistemi 1994-cü ildə yaradılmış WebCrawler olmuşdur.
1995-ci ildə Lycos və AltaVista axtarış sistemləri yaradıldı. AltaVista üzün müddət liderliyini saxladı ci ildə Sergey Brin və Lari Peyc tərəfindən müasir dövrdə ən populyar axtarış sistemlərindən sayılan Google yaradıldı. 1997-ci ildə ilk rusdilli axtarış sistemi Yandex fəaliyyətə başladı. Müasir dövrdə İnternet mühitində 3 ən populyar, beynəlxalq axtarış sistemi fəaliyyət göstərir: Google, Yahoo və MSN Search (Bing). Hər üç axtarış sistemi öz verilənlər bazasına və axtarış alqoritminə malikdir.

5 Bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərir
Bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərir. Lakin axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi Google və Yahoo serverlərinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan Google severinə müraciət etməyə üstünlük verir.

6 Google axtarış sistemi olub, Amerikanın Google Inc. Şirkətinə aiddir
Google axtarış sistemi olub, Amerikanın Google Inc. Şirkətinə aiddir. 8 milyardddan çox veb-səhifəni indeksasiya edir cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. Eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir. Google Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılmışdır cı ildə BackRub axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə Google sistemini yaratdılar, baxmayaraq ki Google.com domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçmişdir. Google adı rəqəminin adından götürülmüşdür. Axtarış Google-nin məlumat bazalarında axtarış yolu ilə həyata keçirilir. Onu da qeyd edək ki, Google sisteminin məlumat bazaları Agent adlanan xüsusi proqramlar vasitəsilə doldurulur və korrektə olunur. Minlərlə Google agent sistemləri, 24 saat müddətində, İnternetdəki resursları (Web səhifələri) indeksasiya edərək, əldə olunan informasiyanı uyğun məlumat bazalarına əlavə etməklə məşğuldurlar. İstifadəçinin Google sisteminə daxil etdiyi axtarış sorğusu məhz bu məlumat bazalarında aparılır. Daxil edilmiş sorğuya cavab verən minlərlə, bəzən milyonlarla Web səhifələr tapılır. Bu səhifələrin hamısını bir-bir açaraq, onların məzmunu ilə tanış olmaq, vaxt nöqteyi nəzərdən, demək olar ki, qeyri mümkündür. İstifadəçiyə lazım olan məlumatların tapılması və axtarış dairəsini kiçiltmək üçün Google sorğu sisteminə inteqrasiya olunmuş xüsusi operatorlardan istifadə olunur. Google axtarış sistemində mövcud axtarış operatorları və onlarla işləmək qaydaları ilə bağlı cədvəl verilmişdir. İnternet istifadəçisi bu operatorlardan tək və ya kompleks şəkildə istifadə edərək effektiv axtarışı təşkil etmək imkanlarını əldə edə bilər.

7 Məhşur axtarış sistemləri
Google.com Bing.com Yandex.ru Yahoo.com Rambler.ru Ara.com.tr Amazon.com Bıekko.com


"Axtarış sistemləri haqqında qısa məlumat" indir ppt

Benzer bir sunumlar


Google Reklamları