Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

FEL Fel haqqında ümumi məlumat Felin quruluşca növləri

Benzer bir sunumlar


... konulu sunumlar: "FEL Fel haqqında ümumi məlumat Felin quruluşca növləri"— Sunum transkripti:

1 FEL Fel haqqında ümumi məlumat Felin quruluşca növləri
Təsdiq və inkar fellər Təsirli və təsirsiz fellər Felin qrammatik məna növləri Felin zamanları Felin şəkilləri Felin təsriflənməyən formaları Testlər BÖLMƏNİ SEÇİN HAZIRLAYAN

2 Məsələn : oxumaq (nə etmək?) danışmaq (nə etmək?)
F E L Fel ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. Fellər nə etmək?, nə etdi?, nə edir?, nə edəcək? və s. suallarına cavab verir. Məsələn : oxumaq (nə etmək?) danışmaq (nə etmək?) fikirləşmək (nə etmək?) gəldi (nə etdi?) görür (nə edir?) oturacaq (nə edəcək?) Sabah Bakıya gedəcəyik. (nə edəcəyik?) Bütün tapşırıqları yazdım. (nə etdim?)

3 TƏK I şəxs- Mən oxudum. (nə etdim. ) II şəxs- Sən oxudun. (nə etdin
TƏK I şəxs- Mən oxudum. (nə etdim?) II şəxs- Sən oxudun. (nə etdin?) III şəxs- O oxudu. (nə etdi?) CƏM I şəxs- Biz oxuduq. (nə etdik?) II şəxs- Siz oxudunuz. (nə etdiniz?) III şəxs- Onlar oxudular. (nə etdilər?)

4 2. Şəxsə, kəmiyyətə və zamana görə dəyişir.
Feli digər nitq hissələrindən fərqləndirən əsas qrammatik xüsusiyyətlər aşağıdakılardır: 1. Hərəkət bildirir. 2. Şəxsə, kəmiyyətə və zamana görə dəyişir. 3. Təsirli və təsirsiz olur. 4. Təsdiq və inkarda olur. 5. Təsriflənən və təsriflənməyən olur. 6. Qrammatik məna növləri və şəkilləri vardır.

5 FELİN QURULUŞCA NÖVLƏRİ Felin quruluşca üç növü var
FELİN QURULUŞCA NÖVLƏRİ Felin quruluşca üç növü var. Sadə, düzəltmə, mürəkkəb. Sadə fellər bir kökdən ibarət olur: yaz, oxu, gedir, ağlamışdı və s. Düzəltmə fellər sözdüzəldici(leksik) şəkilçilərin köməyi ilə düzəlir. Düzəltmə fellər hansı nitq hissələrindən düzəlməsinə görə iki yerə bölünür. 1) Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər 2) Feldən düzələn düzəltmə fellər

6 1) Başqa nitq hissələrindən(isim, sifət, say və s
1) Başqa nitq hissələrindən(isim, sifət, say və s.) düzələn düzəltmə fellər aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir. -la2 - baş-la, yağ-la, göz-lə, ş-lə, iti-lə, təmiz-lə, irəli-lə, gecə-lə. -lan2 - ağıl-lan, alov-lan, dil-lən, tük-lən, səs-lən və s. -laş2 - dost-laş, vida-laş, ağır-laş, halal-laş, uzaq-laş, sakit-ləş, bir-ləş, gözəl-ləş. -al2 -(l): sağ-al, çox-al, az-al, qara-al, qoca-l, düz-əl, gen-əl. -ar2 : ot -ar, yaş-ar, ağ-ar, boz-ar, göy-ər. -a: qan-a, boş-a

7 2) Feldən düzələn düzəltmə fellər fellərə aşağıdakı şəkilçiləri artırmaqla düzəlir.
-ıl 4 : aç-ıl, yaz-ıl, səp-il, əz-il, vur-ul, qur-ul, süz-ül, döy-ül. -ın 4 : al-ınmaq, çal-ınmaq, bil-inmək -ış 4 (ş): yaz-ış, qaç-ış, ağla-ş -dır 4 : yaz-dır, çat-dır, sil-dir, din-dir, poz-dur, gül-dür (mək) -ımsa 4 : gül-ümsə Bütün bu şəkilçilər, əsasən felin qrammatik məna növlərinin şəkilçiləridir.

8 QEYD- aşağıdakı fellər quruluşca sadədir.
alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, qarışmaq, soruşmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalış, güləş

9 MÜRƏKKƏB FELLƏR Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb fellər aşağıdakı yollar vasitəsi ilə yaranır: 1. Yaxın və ya əks mənalı fellərin birləşməsindən əmələ gələn mürəkkəb fellər. Bu yolla düzələn mürəkkəb fellər defislə yazılır. Məsələn: oturub-durmaq, atıb-tutmaq, yazıb- yaratmaq, bəzənib-düzənmək, gedib-gəlmək, düzüb-qoşmaq, atır-tutur, getdi-gəldi Nizami Gəncəvi 12-ci əsrdə yazıb-yaratmışdır.

10 tərkibi fel adlanır. Tərkibi fellər 2 cür olur:
2. Digər mürəkkəb fellər ayrı yazılır və tərkibi fel adlanır. Tərkibi fellər 2 cür olur: 1. Digər nitq hissələri + etmək, eləmək, olmaq köməkçi felləri : kömək etmək, həll etmək , etiraz etmək, həll eləmək, nail olmaq, qane olmaq, anadan olmaq, təyin etmək, 2. Fel+a + bilmək köməkçi feli : yaza bilmək, danışa bilmək, otura bilmək, deyə bilmək Hərəkət mənası bildirən frazeoloji birləşmələr mürəkkəb fel sayılmır. Məsələn: qulaq asmaq, başa düşmək, gözdən düşmək, baş çəkmək

11 Aşağıdakı fellərin quruluşca növünü yazın:
1. Sadə fellər Düzəltmə fellər 3. Mürəkkəb fellər - Əsl mürəkkəb fel , Tərkibi fel 4. Frazeoloji birləşmə (Mürəkkəb fel sayılmır) 1. Düzəlmək 2. Gözdən düşmək 3. Atıldı-düşdü 4. Sağlam olmaq 5. Çalışıb-vuruşmaq 6. Xəbər almaq 7. Deyib-gülmək 8. Qəbul olmaq

12 9. Gedə bilmək. 10. Gözə gəlmək. 11. Saxlamaq. 12. Başlamaq. 13
9. Gedə bilmək Gözə gəlmək Saxlamaq Başlamaq Söz vermək Danışa bilmək Sevilmək Dua etmək Saralıb-solmaq Bel bağlamaq Təyin etmək Salamlamaq

13 -il4, -ir4, -iş4, -la, -t, -laş2, -ş, -lan2,
-dır4, -l, ar 2, -imsə, -n, -ıt, Yuxarıdakı şəkilçiləri qruplaşdırın: 1. Feldən fel düzəldənlər: 2. İsim, sifət, say , zərfdən fel düzəldənlər: ...

14 TƏSDİQ VƏ İNKAR FELLƏR Fellər hərəkət bildirən əsas nitq hissəsidir
TƏSDİQ VƏ İNKAR FELLƏR Fellər hərəkət bildirən əsas nitq hissəsidir. Felin bildirdiyi hərəkət icra oluna və ya olunmaya bilər . Bu baxımdan fellər 2 cür olur: 1. Təsdiq fellər 2. İnkar fellər 1. Təsdiq fellər hərəkətin icra edildiyini bildirir. Məsələn: yaz, gəl, gəlirəm, getdim, oxudum, danışacam, başladı, oxu və s.

15 2. İnkar fellər hərəkətin icra edilmədiyini bildirir.
İnkar fellər, əsasən, -ma 2 şəkilçisi, bəzən də deyil köməkçi sözü vasitəsi ilə əmələ gəlir. Məsələn: gəlməyəcək, yazmadım, başlamayır, görməyəcək, gələsi deyil, gediləsi deyil, yazmalı deyil Təsdiqdə və inkarda olan fellər antonim deyil: Oxumaq - oxumamaq Gəldi - gəlmədi

16 İnkar felləri düzəldən -ma 2 şəkilçisi ilə isim və sifət düzəldən –ma 2 şəkilçisi omonimdir. Bu iki şəkilçini səhv salmaq olmaz. Bu şəkilçilər arasındakı fərqlər aşağıdakılardır: -ma2 --- Felin inkar şəkilçisi 1. Qoşulduğu söz hərəkət bildirir. 2. Qrammatik şəkilçidir. 3. Vurğu qəbul etmir. Buraya gəlmə. Yaş yerdə oturma.

17 1. Qoşulduğu söz əlamət və ya əşya adı bildirir. 2. Leksik şəkilçidir.
-ma2 isim və sifət düzəldən şəkilçi 1. Qoşulduğu söz əlamət və ya əşya adı bildirir. 2. Leksik şəkilçidir. 3. Vurğu qəbul edir. Məsələn: Dondurma yedim. Gəlmə adam hamının diqqətini cəlb etdi. Felin zamanından asılı olaraq –ma2 inkar şəkilçisinin saiti (a,ə) ixtisara düşə bilər. Məsələn: oxumayır – oxumur (oxu-m-ur) gəlməyir – gəlmir (gəl-m-ir)

18 TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR
Hərəkətin, adətən, subyekti və obyekti olur. Subyekt- Hərəkəti icra edən, yerinə yetirəndir. Obyekt- Hərəkət obyekt üzərində icra olunur. Məsələn: Həsən tapşırığı yazır. yazır- hərəkət Həsən- subyekt, hərəkəti icra edən tapşırıq- obyekt

19 Hərəkətin obyektə münasibətinə görə fellər 2 yerə ayrılır: 1
Hərəkətin obyektə münasibətinə görə fellər 2 yerə ayrılır: 1. Təsirli fellər 2. Təsirsiz fellər Təsirli fellər özündən asılı olan sözün (obyektin) ismin təsirlik halında işlənməsini tələb edir. Təsirli felin birbaşa tələb etdiyi obyekt ismin təsirlik halının suallarına (kimi?, nəyi?, haranı?) cavab verir. Məsələn: Tapşırığı (nəyi?) yaz. Həsəni (kimi?) gördüm. Vətəni (nəyi?) sev. Gülü (nəyi?) dərdim.

20 Təsirsiz fellər isə özündən asılı olan sözün (obyektin) ismin təsirlik halında işlənməsini tələb etmir. Məsələn: Evdən (haradan?) gəlmək. Kitaba (nəyə?) baxmaq. Bakıda (harada?) yaşamaq Uşağa (kimə?) inanmaq

21 Təsirli fellərə -ıl, -ış, -ın(-n) şəkilçilərini artırdıqda yaranmış fel təsirsiz olur.
Təsirli fel + -ıl, -ış, -ın(-n) = Təsirsiz fel Məsələn: yaz (təsirli fel) + -ış 4 = yazış(təsirsiz fel) aç (təsirli fel) ıl 4 = açıl (təsirsiz fel) oxu (təsirli fel) + -n = oxun (təsirsiz fel) Təsirsiz fellərə -dır 4, -ır 4, -ıt 4(-t) şəkilçilərini artırdıqda yaranmış fel təsirli olur. Təsirsiz fel + -dır, -ır, -ıt(-t) = Təsirli fel Məsələn: gül (təsirsiz fel) + -dür 4 = güldür(təsirli fel) köç (təsirsiz fel) + -ür 4 = köçür (təsirli fel) quru (təsirsiz fel) + -t = qurut (təsirli fel)

22 Aşağıdakı fellərin təsirli və ya təsirsiz olduğunu yazın:
1. dart itir 2. atış pozul 3. tikdir təəssüflən 4. sön təmizlə 5. inandır qarşıla 6. sat danla 7. güvən səpil 8. göstər gəzdir 9. məhv ol qaldır 10. bəzən yatır 11. baxıl bezdir

23 Felin qrammatik məna növləri
Felin qrammatik məna növləri hərəkət, subyekt və obyekt arasındakı münasibətlərə görə təyin olunur. Felin qrammatik məna növləri aşağıdakılardır: 1. Məlum növ 2. Məchul növ 3. Qayıdış növ 4. Şəxssiz növ 5. Qarşılıq (birgəlik növ) növ 6. İcbar növ

24 Xüsusi leksik şəkilçisi yoxdur
FELİN QRAMMATİK MƏNA NÖVLƏRİNİN SXEMLƏRİ 1. Məlum növ 2. Məchul növ 3. Qayıdış növ 4. Şəxssiz növ 5. Qarşılıq (birgəlik növ) 6. İcbar növ Xüsusi leksik şəkilçisi yoxdur Təsirli fel ıl 4, -ın 4, -n Təsirli fel ıl 4, -ın 4, -n Təsirsiz fel ıl 4, -ın 4 Təsirli fel ış 4, -ş Təsirsiz fel ış 4, -ş Təsirli fel dır 4, -t

25 MƏLUM NÖV Məlum növ fellərin aşağıdakı xüsusiyyətləri vardır: 1. Məlum növ fellərdə hərəkətin subyekti məlum olur. Subyekt cümlənin mübtədası rolunda çıxış edir. Məsələn : Şagird tapşırığı yazır. (Şagird subyektdir) Növbətçi lövhəni sildi. (Növbətçi subyektdir) 2. Məlum növ fellərin heç bir xüsusi leksik şəkilçisi yoxdur. 3. Məlum növdə fellər həm təsirli, həm də təsirsiz olur. Məsələn: Qoca baxdı. (təsirsiz məlum növ fel) Arif kitabı oxudu. (təsirli məlum növ fel)

26 Məktub yazıldı. (Subyekt məlum deyil, məktub- obyekt)
MƏCHUL NÖV 1. Məchul növ fellərdə subyekt məlum olmur. 2. Hərəkətin obyekti cümlənin mübtədası olur. 3. Məchul növ fellər təsirsiz fellərdir. Məsələn: Məktub yazıldı. (Subyekt məlum deyil, məktub- obyekt) Qapı açıldı. (aç –təsirli fel+ -ıl) Xalça sərildi Daş atıldı İp çəkildi. Kitab oxundu. Bağça sulandı. Toxum səpilir. Yun darandı Torpaq şumlandı. TƏSİRLİ FEL ıl 4, -ın 4(-n)

27 TƏSİRLİ FEL + -ıl 4, -ın 4(-n)
QAYIDIŞ NÖV 1. Qayıdış növ fellərdə subyekt məlum olur. 2. Hərəkət subyektin öz üzərində icra olunur. 3. Qayıdış növ fellər təsirsiz fellərdir. Məsələn: Gül açıldı. Uşaq geyindi. Hava açıldı. O, paltarını soyundu. Əsgər irəli atıldı. Duman çəkildi. Qız darandı. TƏSİRLİ FEL ıl 4, -ın 4(-n)

28 ŞƏXSSİZ NÖV TƏSİRSİZ FEL + -ıl 4, -ın 4
1. Hərəkətin subyekti məlum olmur. 2. Şəxssiz növ felli cümlənin mübtədası olmur. 3. Şəxssiz növ fellər təsirsiz fellərdir. Məsələn: Burada bu bitkilərə az təsadüf olunur. Filmlərə baxıldı. Burada bu bitki növünə təsadüf edilmir. Tapşırığa əməl edildi. TƏSİRSİZ FEL ıl 4, -ın 4

29 -ır 4 -dı 4 -ar 2 (-yır 4) (-yar 2) FELİN ZAMANLARI -acaq 2 -ıb 4
1.KEÇMİŞ ZAMAN 2.İNDİKİ ZAMAN 3.GƏLƏCƏK ZAMAN 1.Şühudi keçmiş zaman 2. Nəqli keçmiş zaman 1. Qəti gələcək zaman 2.Qeyri-qəti gələcək zaman -ır 4 (-yır 4) -dı 4 -mış 4 -ıb 4 -acaq 2 (-yacaq 2) -ar 2 (-yar 2)

30 Tək Cəm I Mən yazmaram Biz yazmarıq II Sən yazmazsan Siz yazmazsınız III O yazmaz Onlar yazmazlar

31 Tək Cəm I Mən yaz. am Biz yaz. ıq II Sən yaz. san Siz yaz
Tək Cəm I Mən yaz am Biz yaz ıq II Sən yaz san Siz yaz sınız III O yaz Onlar yaz lar

32 FELİN ŞƏKİLLƏRİ 1. ƏMR ŞƏKLİ - yoxdur
2. XƏBƏR ŞƏKLİ – yoxdur (zaman şəkilçiləri) 3. LAZIM ŞƏKLİ – -ası 2 4. VACİB ŞƏKLİ malı 2 5. ARZU ŞƏKLİ a 2 6. ŞƏRT ŞƏKLİ sa 2

33 FELİN XƏBƏR ŞƏKLİ Məsələn: Mən yazıram.
Felin xəbər şəklində danışan hərəkətin kim tərəfindən və nə zaman icra olunduğu barədə xəbər(məlumat) verir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Xəbər şəklinin əsas əlaməti zaman şəkilçiləridir. Yəni zaman şəkilçisi qəbul etmiş hər bir fel xəbər şəklindədir. Məsələn: Mən yazıram. Biz dərnəyə yazıldıq. Sən sabah gələcəksən. Felin kökü və ya zaman şəxs başlanğıc forması şəkilçisi şəkilçisi

34 Xəbər şəklində olan fel şəxsə görə aşağıdakı
kimi dəyişir: Tək Cəm I Mən yazıram Biz yazırıq II Sən yazırsan Siz yazırsınız III O yazır Onlar yazırlar I Mən yaz....am Biz yaz....ıq II Sən yaz....san Siz yaz....sınız III O yaz Onlar yaz....lar

35 Felin arzu şəklində danışan hərəkətin icrasını arzu edir.
Arzu şəkli felin kökünə və ya başlanğıc formasına -a2(-ya2) şəkilçisini artırmaqla düzəlir. Bu zaman , adətən, feldən əvvəl gərək, kaş, təki, barı ədatları işlənir. Məsələn: Mən gərək tapşırığı yazam. Kaş müharibə tez qurtara Felin kökü və ya şəxs başlanğıc forması a2(-ya2) şəkilçisi

36 Arzu şəklində olan fel şəxsə görə aşağıdakı kimi dəyişir:
Tək Cəm I Mən yazam Biz yazaq II Sən yazasan Siz yazasınız III O yaza Onlar yazalar I (Gərək) Mən hazırlaş....m Biz hazırlaş....q II (Gərək) Sən hazırlaş....san Siz hazırlaş....sınız III (Gərək) O hazırlaş Onlar hazırlaş....lar

37 Felin vacib şəkli hərəkətin icrasının zəruri, vacib olduğunu bildirir.
Vacib şəkli felin kökünə və ya başlanğıc formasına -malı2 şəkilçisini artırmaqla düzəlir. Vacib şəkildə işlənmiş felin məzmununda gələcək zaman anlayışı vardır. Məsələn: Mən tapşırığımı yazmalıyam. Dərsə vaxtında gəlməliyik. Məktubu yazdırmalısan. Felin kökü və ya şəxs başlanğıc forması malı şəkilçisi

38 Vacib şəklində olan fel şəxsə görə aşağıdakı kimi dəyişir:
Tək Cəm I Mən yazmalıyam Biz yazmalıyıq II Sən yazmalısan Siz yazmalısınız III O yazmalıdır Onlar yazmalıdırlar I Mən hazırlaşmalıyam Biz hazırlaşmalıyıq II Sən hazırlaşmalısan Siz hazırlaşmalısınız III O hazırlaşmalıdır Onlar hazırlaşmalıdırlar

39 Felin lazım şəkli hərəkətin icrasının lazım olduğunu bildirir.
FELİN LAZIM ŞƏKLİ Felin lazım şəkli hərəkətin icrasının lazım olduğunu bildirir. Felin lazım şəkli felin kökünə və ya başlanğıc formasına -ası2 (-yası 2) şəkilçisini artırmaqla düzəlir. Lazım şəkildə işlənmiş felin məzmununda gələcək zaman anlayışı vardır. Lazım şəklinin inkarı felə deyil sözünü artırmaqla yaranır və bu zaman şəxs şəkilçisi həmin sözə artırılır. Məsələn: Mən tapşırığımı yazasıyam. Evə gedəsiyəm. Evə gedəsi deyiləm. Felin kökü və ya şəxs başlanğıc forması ası2 (-yası2 ) şəkilçisi

40 Lazım şəklində olan fel şəxsə görə aşağıdakı kimi dəyişir:
Tək Cəm I Mən yazasıyam Biz yazasıyıq II Sən yazasısan Siz yazasısınız III O yazasıdır Onlar yazasıdırlar İNKARI Tək Cəm I Mən yazası deyiləm Biz yazası deyilik II Sən yazası deyilsən Siz yazası deyilsiniz III O yazası deyil Onlar yazası deyillər

41 Məsələn: Mən dərslərimi oxusam, yüksək qiymət alaram.
FELİN ŞƏRT ŞƏKLİ Felin şərt şəkli hərəkətin müəyyən şərt daxilində icra olunacağını bildirir. Felin şərt şəkli felin kökünə və ya başlanğıc formasına -sa2 şəkilçisini artırmaqla düzəlir. Şərt şəkildə işlənmiş felin məzmununda gələcək zaman anlayışı vardır. Şərt şəklində işlənmiş feldən sonra vergül qoyulmalıdır. Məsələn: Mən dərslərimi oxusam, yüksək qiymət alaram. Felin kökü və ya şəxs başlanğıc forması sa şəkilçisi

42 Şərt şəklində olan fel şəxsə görə aşağıdakı kimi dəyişir:
Tək Cəm I Mən yazsam Biz yazsaq II Sən yazsan Siz yazsanız III O yazsa Onlar yazsalar I Mən hazırlaşsam Biz hazırlaşsaq II Sən hazırlaşsan Siz hazırlaşsanız III O hazırlaşsa Onlar hazırlaşsalar

43 FELİN TƏSRİFLƏNMƏYƏN FORMALARI
Felin təsriflənməyən formaları aşağıdakılardır: 1. Məsdər (Fel - isim) 2. Feli sifət (Fel - sifət) 3. Feli bağlama (Fel - zərf) Felin təsriflənməyən formaları ilə təsriflənən formalar (felin şəkilləri) arasında oxşar cəhətlər: 1. Məzmununda hərəkət anlayışı var. 2. Təsdiq və inkarda olur. 3. Təsirli və təsirsiz olur. 4. Qrammatik məna növləri var.

44 Felin təsriflənməyən formaları ilə təsriflənən formalar (felin şəkilləri) arasında fərqli cəhətlər:
1. Fellə yanaşı başqa bir nitq hissəsinin qrammatik xüsusiyyətlərinə malikdir. 2. Şəxsə və kəmiyyətə görə dəyişmir. 3. Feli xəbər istisna olmaqla müxtəlif cümlə üzvləri ola bilir.

45 FELİ SİFƏT (Fel- Sifət)
Feli sifət həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyan sözlərə deyilir. Feli sifət felin kökünə və ya başlanğıc formasına feli sifət şəkilçilərini artırmaqla düzəlir. Feli sifət müxtəlif zaman mənaları bildirir. Felin kökü və ya başlanğıc forması Feli sifət şəkilçiləri

46 Feli sifət şəkilçiləri aşağıdakılardır:
A) Keçmiş zaman mənalı feli sifət şəkilçiləri: 1. -mış 4 : yazıl-mış məktub, oxun-muş kitab, bat-mış gəmi, veril-miş tapşırıq, qazıl-mış torpaq, oxu-muş insan 2. -dıq 4 (-dik, -duq, -dük) + mənsubiyyət şəkilçisi = ( -dığım, -dığın, -dığı, -düyüm , -diyimiz, -diyi və s.) bax-dığ-ım film, gör-düy-üm insan, yaz-dığ-ı məktub, oxu-duğ-un kitab, bil-diy-in hadisə, inan-dığ-ımız insan

47 B) İndiki zaman mənalı feli sifət şəkilçisi:
-an 2, (-yan 2) : yazıl-an məktub, oxun-an kitab, bat-an gəmi, veril-ən tapşırıq, qazıl-an torpaq, oxu-yan insan

48 C) Gələcək zaman mənalı feli sifət şəkilçiləri:
1. -acaq 2 : yazıl-acaq məktub, oxun-acaq kitab, veril-əcək tapşırıq, görül-əcək iş 2. -ası 2 : yazıl-ası məktub, oxun-ası kitab, veril-əsi tapşırıq, görül-əsi iş 3. -malı 2 : yazıl-malı məktub, oxun-malı kitab, ye-məli meyvə, görül-məli iş

49 Omonim feli sifət şəkilçiləri:
1. -acaq 2 a) Feli sifət şəkilçisi: Oxunacaq (hansı?, necə?) kitab b) Gələcək zaman şəkilçisi: Biz oxuyacağıq. 2. -mış 4 a) Feli sifət şəkilçisi: Oxunmuş (necə?, hansı?) kitab b) Nəqli keçmiş zaman şəkilçisi: Mən oxumuşam. 3. -malı 2 a) Feli sifət şəkilçisi: Oxunmalı (necə?, hansı?) kitab b) Vacib şəklinin şəkilçisi: Mən oxumalıyam. 4. -ası 2 a) Feli sifət şəkilçisi: Oxunası (necə?, hansı?) kitab b) Lazım şəklinin şəkilçisi: Mən oxuyasıyam.

50 Feli sifətin felə məxsus xüsusiyyətləri
1. Zaman mənası bildirir. Yetişmiş (meyvə) - keçmiş zaman Danışan (qız) indiki zaman Gələcək (gün) gələcək zaman 2. Təsirli və ya təsirsiz olur. yazan-təsirli, baxan-təsirsiz 3. Növ bildirir. Yazılan (dərslik) - məchul növ Yazışan (dostlar) - qarşılıq növ. 4. Təsdiq və ya inkar olur. yazan şagird – yazmayan şagird 5.Ətrarafına söz toplaya bilir. Dərslərini oxuyan şagird 6.Hərəkət bildirir.

51 Feli sifətin sifətə məxsus xüsusiyyətləri
1. Əşyanın əlamətini bildirir. Yetişmiş(necə?) meyvə 2. necə?, nə cür?, hansı? suallarından birinə cavab verir. 3. Aid olduğu ismin əvvəlindəgəlir. Qaçan at , yazılan məktub 4. Cümlədə təyin vəzifəsində işlənir. 5. Xəbərlik şəkilçilərini qəbul edir və ismi xəbər olur. Çalışandır. 6. Sifət kimi substantivləşib (isimləşib) cümlədə Isim kimi çıxış edə bilir. Axtaran(kim?) tapar. Qaçanı(kimi?) qovmazlar.

52 Feli sifətlər və feldən düzələn sifətlər
1. Ağla-yan uşaq 2. Gedil-miş yol 3. Döyüş-ən əsgər 4. Yazıl-acaq məktub 5. Səril-miş xalça 1. Gül-əyən uşaq 2. Kəs-ici alət 3. Qır-ıq bıçaq 4. Qız-ğın mübahisə 5. Qorx-unc hadisə Bu sözləri fərqləndirmək üçün onları inkarda işlətmək lazımdır. Əgər bu mümkündürsə, deməli, Həmin söz feli sifətdir. Məsələn: yazan şagird – yazmayan şagird Feldən düzələn sifəti isə inkarda işlətmək olmur.

53 FELİ SİFƏTİN SUBSTANTİVLƏŞMƏSİ (isimləşməsi)
Feli sifətin substantivləşər- kən itirdiyi əlamətlər Qazandığı əlamətlər 1. Cümlədə təyin olma xüsusiyyətini 2. Necə?,nə cür?,hansı? suallarınacavab vermək xüsusiyyətini. 1. Əşya bildirmək xüsu- siyyətini Qaçanı (kimi?) qovmazlar. 2. İsmi xəbər, mübtəda, tamamlıq olmaq xü- susiyyətini. 3. İsmin suallarına (kim?,nə) cavab vermək əlamətini. Gələn (kim?) qardaşımdır. 4. Qoşma qəbul etmək əlamətini: Oxuyan üçün

54 FELİ BAĞLAMA Həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feli bağlama deyilir. -ıb, -araq 1. Işin əsas feldəki işdən əvvəl icra olunduğunu bildirir. O, gələnləri görüb, yola çıxdı 2. Əsas feldəki hərəkətin tərzini və səbəbini bildirir. Murad yerini rahatlayıb(rahatl-ayaraq) oturdu. Dostum etdiyi hərəkətlərdən utanıb(utanaraq) başını aşağı dikdi.

55 Feli bağlamanın felə aid xüsusiyyətləri: 1. Hərəkət bildirir
Feli bağlamanın felə aid xüsusiyyətləri: 1. Hərəkət bildirir. oxu – oxuyanda, oxuyarkən 2.Təsirli və ya təsirsiz olur Alanda, gördükdə - təsirli, güləndə, baxarkən - (təsirsiz) 3.Təsdiq və inkarda olur. Gələndə- gəlməyəndə, yazınca- yazmayınca 4. Felin qrammatik məna növlərində olur. yazanda - məlum növ, yazılanda - məchul növ yazışarkən – qarşılıq növ, yazdıranda- icbar növ baxılanda – şəxssiz növ 5. Ətrafına söz toplaya bilir. Feli bağlama ətrafına topladığı sözlərlə birlikdə feli bağlama tərkibi əmələ gətirir. Feli bağlama tərkibi cümlədə bir suala cavab verir və bir cümlə üzvü olur. Gələndə yağış yağırdı. - Feli bağlama Evə gələndə yağış yağırdı. - Feli bağlama tərkibi

56 Feli bağlamanın zərfə aid xüsusiyyətləri:
1. Zərf kimi hərəkətin tərzini, zamanını bildirir. Kitab oxuyanda (nə zaman?) zəng çalındı. O dayanmadan (necə?) dedi. 2. Zərfin suallarına cavab verir. (necə? nə cür? nə vaxt?) 3. Zərf kimi cümlənin zərfliyi olur. Məktəbə gələndə yağış yağırdı.

57 TESTLƏR 1. Sadə feli göstərin: A) qışqırmaq B) qaçırmaq
C) gülüşmək D) döyülmək 2. İnkar feli göstərin. A) yazıldı B) yazdım C) yazmayacaq D) yazırdı 3. Biri sadə fel deyil: A) barışmaq B) çalışmaq C) danlamaq D) itirmək 4. Düzəltmə fellər cərgəsini göstərin. A) dola, aldat, qurtar B) başla, hallan, yazdır C) qızar, dinlə, yaz D) oxu, irəlilə, tumarla

58 5. Biri düzəltmə feldir. A) saxla B) dinlə C) barış D) yağla 6
5. Biri düzəltmə feldir. A) saxla B) dinlə C) barış D) yağla 6. Təsirli fellərdən təsirsiz fellər düzəldən şəkilçilər hansıdır? a) ıl4 – ın4 b) ıl4 – dır4 c) malı2 – ın d) iş4–ası2 7. İsimdən düzələn fellər cərgəsini göstərin. a) qurulamaq ,yazışmaq b) görüşmək ,birləşmək. c) gülümsəmək arxayınlaşmaq d) işləmək,məsləhətləşmək 8. Felin aşağıdakı növlərindən birində iş görən qrammatik cəhətdən məlum olmur. a) qayıdış b) məlum c) qarşılıq – birgəlik d) məchul

59 9. Məlum növ fellər cərgəsini göstərin
9. Məlum növ fellər cərgəsini göstərin. a) qaldım, görür b) tikildi, pozuldu c) barışmaq, görülmək d) tikdirdi, bişirtdirdi 10. Yalnız təsirsiz fellər verilən cərgəni göstərin. a) gör, eşit, dinlə b) oxu, çim, yu c) düş, bax, get d) bax, çalış, bil 11. Düzəltmə təsirli fellər cərgəsini göstərin. A) yarışmaq, görüşmək, vuruşmaq B) itirmək, susdurmaq, gəzdirmək C) başlamaq, işləmək, dinləmək D) danlamaq, bağlamaq, yağlamaq

60 12. Biri məchul növdə deyil: A) vuruldu B) yazıldı C) oxundu D) baxıldı 13. Düzəltmə təsirsiz feli göstərin. A) saxla B) bağla C) yazdır D) vuruş 14. Məchul növdə olan feli göstərin. A) yazdırdı B) vuruşdu C) kiçildi D) yazıldı

61 15. «Yaz, bax» fellərinə –dıq4 və mənsubiyyət şəkilçisi artırdıqda nə düzəltmək olar? A) feli bağlama B) feli sifət C) məsdər D) düzəltmə fel 16. Hansı cümlədə məsdər mənsubiyyət və hal şəkilçisi qəbul edib? A) Onun bütün deyilənlərə inanmağına, düzü, təəccüblənmişəm. B) Oxumağı məni qane edir. C) Sənin gəlməyin məni sevindirdi. D) İşləməyi bacarmalısan. 17. Feli sifətlər, əsasən, cümlənin hansı üzvü olur? A) mübtədası B) xəbəri C) təyini D) zərfliyi

62 18. Aşağıdakı cümlələrdən birində məsdər tərkibi işlənmişdir
18. Aşağıdakı cümlələrdən birində məsdər tərkibi işlənmişdir. A) Dərslərini müntəzəm oxumaq şagirdin borcudur. B) Yaşamaq gözəldir. C) İşləmək insan üçün faydalıdır. D) Şagirdin birinci vəzifəsi oxumaqdır. 19. Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır? A) fel, sifət B) fel, say C) fel, isim D) fel, zərf 20. –ası2 şəkilçisi aşağıdakılardan hansının əmələ gəlməsində iştirak edir? I Felin lazım şəkli II Felin vacib şəkli III Felin şərt şəkli IV Feli sifət V Feli bağlama A. I və V B. I və IV C. II və IV D. III və V

63 21. Məsdər cümlənin hansı üzvü ola bilmir. A. təyin B. tamamlıq C
21. Məsdər cümlənin hansı üzvü ola bilmir? A.təyin B.tamamlıq C.xəbər D.mübtəda 22. İsimləşmiş feli sifət hansı cərgədədir? A. Oxuyan müğənni susdu. B. Gedəni saxlamazlar. C. Çalışqan tələbə irəlidədir. D. Sözlü adama oxşayırsan 23. İnkar feli göstərin. A) yazıldı B) yazdım C) yazmır D) yazırdı 24. Feli bağlama şəkilçiləri hansıdır? A) –mış4, -dıq4, -ası2 B) –casına2, -la2, -ca2 C) –an2, -dan2, -akı2 D) –ıb4, -araq2, -madan2

64 25. Məsdər hansı nitq hissələrinin xüsusiyyətini daşıyır
25. Məsdər hansı nitq hissələrinin xüsusiyyətini daşıyır? A) fel, sifət B) fel, say C) fel, isim D) fel, zərf 26. Hansı feli sifət şəkilçisidir? A) -an2 B) -dan2 C) -ıcı4 D) -aq2 27. Cümlələrin birində feli sifət isimləşmişdir. A) Yana bilməyənlər yandıra bilməz. B) Çalınan zəng onu xəyallardan ayırdı. C) Qocalara qayğı lazımdır. D) Oxuduğum kitablar mənə çox şeylər öyrədib.

65 28. Hansı şəkilçi feli bağlama şəkilçisidir
28. Hansı şəkilçi feli bağlama şəkilçisidir? A) -dı B) -dığı C) - ıb D) -acaq 29. Məsdərin ismə aid xüsusiyyətlərindən biri səhv verilmişdir? A) hallanır B) mənsubiyyətə görə dəyişir C) cümlənin mübtəda avə tamamlığı olur D) inkar şəkilçisi qəbul edir 30. Yalnız feli bağlamalardan ibarət olan cərgəni göstərin. A) oxumaq, süzərək B) yazıb, baxdıqca C) yazılmış, deyiləcək D) oxumadan, oxumuş

66 Hazırlayan: Şirvan Türk Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyev Nicat.


"FEL Fel haqqında ümumi məlumat Felin quruluşca növləri" indir ppt

Benzer bir sunumlar


Google Reklamları