Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

Benzer bir sunumlar


... konulu sunumlar: "Fənn: Beynəlxalq İqtisadi Münasibətlər"— Sunum transkripti:

1 Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
V BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏSİ TƏHLİLİ: TƏKLİF VƏ TƏLƏB MODELLƏRİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı Təqdimatlarda Paul R. Krugman və Maurice Obstfeld tərəfındən yazılmış “International Economics: Theory and Policy” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

2 Mündəricat Giriş Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması …………………………………………. 4 Təklif və Tələb Şərtlərində Müxtəliflik V Bölmənin əsas anlayışları Mənbələr Copyright © 2003 Pearson Education, Inc.

3 Giriş Öncəki bölmələrdə Beynəlxalq Ticarət Nəzəriyyəsi təklif yönündən araşdırılmışdır. Ancaq ki, müqayisəli üstünlüklər ölkələrarası qiymət müxtəlifliklərindən asılıdır. Bu isə təklif və tələb faktorlarının birlikdə təsirinə bağlıdır. Həqiqətdə alınıb satılan miqdarlar və tarazlıq qiymətləri, təklif və tələb faktorlarının ikisi tərəfindən müəyyənləşdirilir. Beynəlxalq İqtisad Nəzəriyyəsində nisbi qiymətlər, ticarət həddləri (terms of trade) kimi ifadə olunur və ixrac mallarının idxal mallarıyla mübadilə nisbəti kimi qəbul edilir. Bu isə ölkələrin xarici ticarət qazancları baxımından əhəmiyyətlidir. Copyright © 2003 Pearson Education, Inc.

4 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Misal: Sabit məhsuldarlıq Türkiyə və ABŞ ticarəti Daxili xərc nisbətləri Türkiyədə 1 buğda : 1/2 kağız ABD’de 1 buğda : 2 kağız Türkiyə ixrac edəcəyi 1 vahid buğda əvəzində ½ vahiddən daha az miqdarda kağız əldə etməyi nəzərdə tutan bir qiymətdən (ticarət həddindən) xarici ticarətə qoşulmaq istəməz. Çünki o zaman kağızı özündə istehsal etməsi daha rentabellidir. Eyni vəziyyət ABŞ üçün də keçərlidir (Baxın: Qrafik 3-1). Copyright © 2003 Pearson Education, Inc.

5 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-1. Təklif Modelinə Görə Mənfəətli Xarici Ticarət Sahəsi Kağız ABŞ-ın daxili xərc xətti ABŞ üçün xarici ticarət mənfəətli deyil Türkiyənin daxili xərc xətti İki tərəf üçün mənfəətli ticarət sahəsi Türkiyə üçün ticarət mənfəətli deyil Buğda Copyright © 2003 Pearson Education, Inc.

6 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-1 göstərir ki, daxili xərc xətti Türkiyə üçün mənfəətli ticarət sahəsinin sərhəddini təşkil edir. Oxşar bir şəkildə, ABŞ-ın xarici ticarətə başlaya bilməsi üçün ixrac edəcəyi 2 vahid kağız əvəzində əldə edəcəyi buğda miqdarı da 1 vahiddən az olmamalıdır. Eyni zamanda o da görünür ki, daxili xərc xəttlərinin müəyyən etdiyi mənfəətli ticarət sahəsi daxilində ticarət hədləri, bir ölkənin ölkədaxili xərclərinə nə qədər yaxınlaşırsa, digər ölkənin xarici ticarət qazancları da o dərəcə artır. Copyright © 2003 Pearson Education, Inc.

7 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Rikardo kimi təklif modellərilə daxili xərc sərhəddləri arasında ticarət həddlərinin həqiqətdə hansı səviyyədə müəyyənləşəcəyi nəticəsini çıxarmağa imkan yoxdur. Çünki bunu dünya təklif və tələb şərtləri müəyyənləşdirir. Daxili bazarda olduğu kimi, dünya bazarlarında da tarazlıq qiymətləri təklif və tələb edilən miqdarları, yəni ihracat təklifi ilə idxalat tələbini bir-birinə bərabərləşdirən qiymətlərdir. İndi tələb yönündən Beynəlxalq Ticarət Nəzəriyyəsini araşdırmağa başlayaq. Copyright © 2003 Pearson Education, Inc.

8 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Qarşılıqlı Tələb Qanunu (reciprocal demand law) İlk dəfə John Stuart Mill ( ) tərəfindən ortaya atılmışdır. Millə görə iki-ölkəli modeldə əgər ölkələrdən birinin, digərinin malına qarşı tələbinin nə dərəcə şiddətli olduğu bilinərsə, ticarətdə tarazlıq qiymətləri müəyyənləşdirilə bilər. İki-ölkəli bir modeldə, bir ölkənin qarşılıqlı tələbi, onun öz malından verəcəyi bir vahid üçün, o birinin malından tələb edəcəyi miqdarlarla ölçülür. Digər ifadə ilə, qarşılıqlı tələb, bir vahid xarici mal əvəzində təklif edilən milli mal təklifinə bərabərdir. Ölkə müəyyən miqdar yerli mal qarşılığında nə qədər az xarici mala razı olarsa idxal malına olan qarşılıqlı tələbi o dərəcədə şiddətlidir. Copyright © 2003 Pearson Education, Inc.

9 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Təklif Əyriləri (offer curves) Qarşılıqlı tələb nəzəriyyəsi məşhur İngilis iqtisadçısı Alfred Marshall ( ) tərəfindən inkişaf etdirilən və təklif əyriləri adı verilən qrafiklərlə araşdırılmışdır. Ölkənin müəyyən miqdar və ya həcmdəki idxal malı qarşılığında təklif etdiyi ixrac malı həcminə təklif adı verilir. Bir təklif, eyni zamanda üç şeyi ifadə edir: İxrac miqdarı İdxal miqdarı Beynəlxalq qiymət nisbəti Copyright © 2003 Pearson Education, Inc.

10 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Ticarət hacmindən asılı olaraq, ölkənin təklifləri də dəyişir. İdxalat hər dəfə müəyyən miqdar artırıldığı zaman ölkənin hər əlavə vahid idxal malı əvəzində öz malından təklif edəcəyi miqdarlar gedərək azalır və hətda bir nöqtədə sıfıra enər. İdxal malı bir vahid artığı zaman, bunların əvəzində ölkənin öz malından təklif edəcəyi miqdarları göstərən əyriyə təklif əyrisi deyilir. Ya da tərsinə, təklif edilən ixrac malları bir vahid artırıldığı zaman tələb edilən idxal malı miqdarlarını göstərən əyriyə tələb əyrisi də deyilə bilər. Copyright © 2003 Pearson Education, Inc.

11 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-2. Türkiyənin təklif əyrisi Kağız T 5 D(10k:5b) C(10k:10b) B(10k:15b) A(10k:20b) Buğda O 1 2 Copyright © 2003 Pearson Education, Inc.

12 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-2-dəki təklif əyrisi üzərindəki hər nöqtə, həm təklif və tələb edilən miqdarlar, həm də bunların bir-birinə nisbəti olan beynəlxalq nisbi qiyməti, yəni ticarət həddlərini göstərir. OT Türkiyənin kağız qarşılığında buğda təklif əyrisidir. Qrafikdəki OA və ya 10k:20b xətti Türkiyənin daxili xərc xəttini göstərir. Yəni, 1b:1/2k. Təklif əyrisi də daxili xərc xəttinin altına enə bilməz. OT əyrisi üzərindəki qiymət əyrilərinin getdikcə dikləşməsi isə, ticarət həcmi genişləndikcə Türkiyənin, ancaq buğda qiymətinin (kağız cinsindən) yüksəlməsilə ticarətə razı olacağını göstərir. Copyright © 2003 Pearson Education, Inc.

13 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Əyriyə diqqət etdikdə, daxili xərc xəttindən sonra əyri gedərək dikləşir (meyli yüksəlir) və müəyyən bir ticarət həcmindən sonra tərsinə dönür. Meylin yüksəldiyi hissədə, hər yeni idxal malı əvəzində ixrac malından təklif edilən miqdarlar azalmaqdadır. Əyrinin tərsinə döndüyü hissədə isə, daha çox idxal malı qəbul edə bilməsi üçün ölkə, təklif etdiyi ixrac malının məcmu həcmini azaldır. Bunun mənası: Artan idxal malı miqdarlarının ölkəyə verdiyi marjinal fayda gedərək azalır. Ancaq ticarət həcmi genişləndikcə ixrac malı təklifi azalacağı üçün təklif edilən hər ixrac malı vahidinin doğuracağı marjinal fayda itkisi artmaqdadır. Copyright © 2003 Pearson Education, Inc.

14 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Bir təklif əyrisi həm təklif, həm də tələb əyrisi olmaq xüsusiyyətinə malikdir. ABŞ-ın buğda əvəzində kağız təklif əyrisi də eyni yolla əldə edilə bilər. Həqiqi dünyada tarazlıq qiymətləri, məcmu beynəlxalq ixrac təklifi ilə məcmu beynəlxalq idxal tələbini bir-birinə bərabərləşdirən qiymətlərdir. İki ölkəli model baxımından da bu təməl şərt eynidir. Belə ki, bir qiymət nisbətinin tarazlıq ticarət həddi ola bilməsi üçün bu qiymətdən bir ölkənin ixrac edəcəyi miqdarın digərinin idxal edəcəyi miqdara bərabərləşməsi məcburidir. Copyright © 2003 Pearson Education, Inc.

15 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Əgər iki ölkənin, ayrı-ayrı əldə edilən təklif əyriləri eyni qrafik üzərində göstərilirsə bunlar bir nöqtədə kəsişir və bu nöqtədən keçən qiymət nisbəti tarazlıq ticarət həddini təşkil edir. Şəkil 3-3-də göründüyü kimi bu OP qiymət nisbətidir. Copyright © 2003 Pearson Education, Inc.

16 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-3. Təklif əyriləri və tarazlıq ticarət hədləri Kağız T Türkiyənin təklif əyrisi P U M ABŞ-ın daxili qiymət nisbəti ABŞ-ın təklif əyrisi Türkiyənin daxili qiymət nisbəti O Buğda L Copyright © 2003 Pearson Education, Inc.

17 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Təklif əyrisi modelinin faydaları Bir çox təməl bilgi verməkdədir: Ölkələrin təklif və tələb şərtləri Müqayisəli üstünlük xüsusiyyətləri Ticarət tarazlığını təmin edən beynəlxalq qiymət nisbəti Malların beynəlxalq tarazlıq ixracat və idxalat nisbətləri Hər ölkənin xarici ticarətdən qazandığı məcmu qazanclar v.s Təklif və tələb şərtlərindəki bir dəyişmənin təsirləri də model yardımı ilə asan şəkildə göstərilə bilər. Copyright © 2003 Pearson Education, Inc.

18 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Təklif əyrilərində sürüşmələr Təklif əyriləri, ölkələrin təklif və tələb şərtlərinə bağlı olduğuna görə bu faktorlardakı bir dəyişmədən də təsirlənəcəkdir. Təklif əyrilərində bir sürüşmə normal olaraq iki nəticəni doğurur: Ticarət haddləri təsiri Ticarət həcmi təsiri Öncə tələbdəki dəyişməyə baxaq. Türkiyədə xalqın zövq və seçimlərinin idxal malı kağız yönündə dəyişdiyini fərz edək. Bu zaman Türkiyə, bir vahid kağız əvəzində daha çox buğda verməyi qəbul edəcəyi üçün Şəkil 3-4-də göründüyü kimi bu ölkənin təklif əyrisi OT1 şəklində sağa sürüşər. Bu eyni zamanda Türkiyənin daha çox ticarət etmə halını ifadə edər. Copyright © 2003 Pearson Education, Inc.

19 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-4. Tələbdə Sürüşmə və Təklif Əyrisi T1 Türkiyənin təklif əyrisi T Türkiyədə zövq və seçimlərin idxal kağız yönündə dəyişməsi halı Kağız ABŞ-ın daxili qiymət nisbəti P M ABŞ-ın təklif əyrisi P1 Türkiye’nin İç fiyat oranı O Buğda L Copyright © 2003 Pearson Education, Inc.

20 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Xarici ticarətdəki bu dəyişmələr Türkiyənin rifahı üzərində bir-birinə tərs iki təsir doğurur: Xarici ticarət həcmindəki genişlənmə rifaha müsbət təsir göstərir. Xarici ticarət həddlərində pozulma isə mənfi təsir göstərir. Əgər Türkiyədə xalqın zövq və seçimləri idxal malına qarşı yöndə, yəni ixraç malına doğru dəyişirsə təklif əyrisi sola sürüşər, ticarət həddləri ölkə lehinə dəyişər və xarici ticarət həcmi daralar. Təklif əyrilərinə təsir göstərən təklif faktorları arasında: Texnoloji inkişaf Faktor artımları İdarəetmə bacarığında inkişaf və.s. vardır. Copyright © 2003 Pearson Education, Inc.

21 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Önəmsiz olmanın önəmi (Kiçik ölkə üstünlüyü) Əgər ticarət ortaqlarından biri çox kiçik, digəri çox böyükdürsə, o zaman qarşılıqlı tələb qanununun xüsusi bir halı ortaya çıxar və beynəlxalq ticarət, böyük ölkənin daxili xərc nisbətindən ya da ona çox yaxın bir qiymətdən həyata keçirilə bilər və dolayısı ilə xarici ticarət qazanclarının əhəmiyyətli bir hissəsi kiçik ölkəyə gedər. Amerika motorda, Lüksemburq tərə yağında müqayisəli üstünlüyə malik olsun. Lüksemburq bu malların dünya ticarətində önəmsiz bir ölkə olduğundan, onun qarşılıqlı tələbi dünya qiymətləri üzərində hiss ediləcək bir təsirdə ola bilməz. Başqa sözlə, dünya qiymətləri ABŞ-ın daxili qiymətinə bərabər və ya ona yaxın bir səviyyədə olar. Lüksemburq malını ABŞ-dakı yüksək qiymətdən ixrac edəcək, idxalatını da yenə o ölkədəki aşağı qiymətdən həyata keçirəcəkdir (Şəkil 3-5). Bu çoxmallı və çox ölkəli modeldə də belədir. Copyright © 2003 Pearson Education, Inc.

22 Beynəlxalq Nisbi Qiymətlərin (Ticarət Hədlərinin) Formalaşması
Şəkil 3-5. Önəmsiz olmanın önəmi Motor Lüksemburqun təklif əyrisi ABŞ-ın təklif əyrisi 5 P ABŞ-ın xarici ticarət qazancı Lüksemburqun xarci ticarət qazancı A(10k:20b) O 1 2 Tərə yağı Copyright © 2003 Pearson Education, Inc.

23 Təklif və Tələb Şərtlərində Müxtəliflik
Ölkələr arasında xarici ticarətin yönü və həcmi daxili qiymət nisbətlərindən asılıdır. Daxili qiymətlər bir-birindən uzaqlaşdıqca ticarət həcmi genişlənir, əks halda ticarət həcmi azalır. Hədsiz bir hal kimi əgər müxtəlif təklif və tələb şərtləri səbəbilə ölkələr arasında ölkədaxili qiymətlərin bərabərləşdiyi fərz edilərsə, bu halda ticarət həcmi sıfıra enər. Çox ölkəli, çox mallı həqiqi dünyada bir ölkənin məcmu ticarət həcminin sıfıra enməsi mükün ola biləcək bir hal deyildir. Bununla birlikdə, əgər bütün ticarəti deyil, müəyyən malları diqqətə alsaq, bu ehtimalın reallaşma şansının yüksəkliyi şübhəsizdir. Məsələn, tələb şərtləri, xərc müxtəlifliklərini aradan qaldıracaq ölçüdə müxtəlif olan mallarda belə bir vəziyyətlə qarşılaşılır. Copyright © 2003 Pearson Education, Inc.

24 V Bölmənin əsas anlayışları
Ticarət həddləri (terms of trade) Qarşılıqlı Tələb Qanunu (recuprocal demand law) Təklif əyriləri (offer curves) Copyright © 2003 Pearson Education, Inc.

25 Mənbələr P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. 2006 H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003. R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. Copyright © 2003 Pearson Education, Inc.


"Fənn: Beynəlxalq İqtisadi Münasibətlər" indir ppt

Benzer bir sunumlar


Google Reklamları