Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın.

Benzer bir sunumlar


... konulu sunumlar: "AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın."— Sunum transkripti:

1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın təşkili Elmi rəhbər: İsgəndərova Arzu Tələbə:İlyazzadə Aysel Bakı-2018

2 Mövzu :Istehsalın texniki konstruksional və texnoloji hazırlığı

3 1.İstehsalın texniki hazırlığı, onun mahiyyəti və mərhələləri. 2.İstehsalın texniki hazırlığının planlaşdırılması. 3.İstehsalın konstruktor hazırlığı və ona edilən əsas tələblər 4.İstehsalın texnoloji hazırlığı və səmərəli variantın seçilməsi metodikası 5. Yeni məhsulun işlənib hazırlanması və onun mərhələləri

4 Giriş. Sənaye müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin yaxşılaşdırılmasında elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

5 İstehsalın texniki hazırlığı, onun mahiyyəti və mərhələləri İstehsalın texniki hazırlığı yeni növ məhsulların hazırlanması ilə əlaqədardır. Belə ki, istehsalın texniki hazırlığı zamanı yeni yaradılacaq məhsulun bir sıra texniki sənədləri, yəni işçi cizgiləri, texnoloji xəritələri, kimyəvi məhsulların reseptləri, hissə və qovşaqların ölçüləri maddi-enerji və əmək məsrəfi norma və normativləri işlənib hazırlanır.

6 S ə naye mü ə ssis ə l ə rind ə istehsalın texniki hazırlığı aşağıdakı 2 formada h ə yata keçirilir: Mərkəzləşdirilmiş forma Qeyri mərkəzləşdirilmiş forma

7 İstehsalın texniki hazırlığının planlaşdırılması Yeni məhsul növlərinin layihələşdirilməsi, hazırlanması və mənimsənilməsi üzrə dövlət təşkilatlarının və ya ayrı-ayrı istehlakçıların sifarişləri. Plan ilində istehsalın texniki hazırlığı ilə əlaqədar olan işlərin əməktutumu və həcmi; İstehsalın texniki cəhətdən inkişaf perspektivləri

8 Sənaye müəssisələrində istehsalın texniki hazırlığın,planlaşdırarkən,əsasən,aşağıdakı üç üsuldan istifadə edilir.

9 Sənaye müəssisələrində yeni növ məhsulların işlənib hazırlanması aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Yeni yaradılacaq məhsulun texniki tapşırığı işlənib hazırlanır Yeni yaradılacaq məhsulun eskiz layihəsi tətbiq edilir Yeni yaradılacaq məhsulun texniki tapşırığına və eskiz layihəsinə əsasən onun texniki layihəsi işlənib hazırlanır.

10 Eyniləşdirmə M əmulatların muxtəlif növlərindəki hissə və qovşaqların konstruktiv oxşarlığını təmin edir. Bu, yeni yaradılacaq məhsulda əvvəllərdə mənimsənilmiş analoji məhsulun bir sıra hissə və qovşaqlarından istifadə etməyə imkan verir ki, bu da layihələşdirmə işlərini xeyli surətləndirir.

11 İstehsalın texnoloji hazırlığı və səmərəli variantın seçilməsi metodikası Yeni m ə hsul növl ə rinin s ə m ə r ə li variantının seçilm ə sind ə istehsalın texnoloji hazırlığı mühüm rol oynayır. İstehsalın texnoloji hazırlığı dedikd ə, yeni m ə hsul növl ə rinin hazırlanması prosesind ə ə m ə k bölgüsünün s ə m ə r ə li formasının seçilm ə si başa düşülür.

12 İstehsalın təşkili tipindən, üsulundan və formasından, həcminin yeni yaradıla-caq məhsulların həcmindən və mürəkkəblik dərəcəsindən asılı olaraq istehsalın texnoloji hazırlığı üç formada həyata keçirilir: Qarışıq forma Qeyri-mərkəzləşdirilmiş forma Mərkəzləşdirilmiş forma

13 Adətən, müxtəlif texnoloji proseslərin içərisindən səmərəli variantı seçərkən məhsul vahidinin texnoloji maya dəyəri göstəricisini müqayisə edirlər. Məhsul vahidinin texnoloji maya dəyərini müqayisə etdikdə üç hal ola bilər: Birinci üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyəri, ikinci üsul-dakına nisbətən azdır. İkinci üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyəri, birinci üsul- dakına nisbətən azdır. Hər iki üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyərləri eynidir.

14 Yeni məhsulun işlənib hazırlanması və onun mərhələləri Elmi-texniki tərəqqinin təsiri altında insanların məhsullara olan təlabatı daima dəyişilir və ona görə də istehlakçı daima yeni və təkmilləşdirilmiş mallar tə-ləb edir. İdeyaların yaradılması mərhələsi İdeyanın seçilməsi mərhələsi Mənasının işlənib hazırlanması mərhələsi–

15 Marketinq strategiyasının işlənib hazırlanması mərhələsi - üç hissədən ibarətdir: birinci hissədə məqsədli bazarın kəmiyyəti, quruluşu və davranışı, məh- sulun nəzərdə tutulmuş mövqeyi və həmçinin yaxın bir neçə il üçün satış həcmi, bazar payı və mənfəət göstəricilərinin təsviri verilir;

16 Birincisi, bazara çıxma mərhələsi – satışın tədricən artmasını xarakterizə edir. Bu mərhələdə satışın azlığı, məhsul bölgüsünün təşkili və onun satışının stimullaşdırılması xərcləri yüksək olduğuna görə müəssisə ya ziyanla, ya da az miqdarda mənfəətlə işləyir;

17 İkincisi, yeni məhsulun bazar tərəfindən sürətlə qəbul edilməsi və mənfəətin yüksək artması mərhələsidir. Əgər yeni yaradılmış məhsul bazarın marağına səbəb olarsa, onda satılmış həcmi xeyli artmış olacaqdır. Belə vəziyyət yeni rəqiblərin meydana gəlməsinə qədər davam edir və bazarı genişləndirməyə şərait yaradır;

18 NƏTİCƏ Odur ki, müəssisə həmin məhsulu istehsaldan çıxarmağa məcbur olur və onun əvəzində daha yüksək mənfəət əldə edilməsini təmin edə biləcək məhsul yaradır. İstehsaldan vaxtında çıxarılmayan məhsullar müəssisələrin mövqeyini zəiflədir və onların fəa- liyyətinin rentabilliyini heçə endirir.

19 Ədəbiyyat siyahısı


"AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: biznes və menecment İxtisas: menecment Kurs: 2 Qrup: 116 R E F E R AT Fənn:İstehsalın." indir ppt

Benzer bir sunumlar


Google Reklamları