Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
İşsizlik və Onun Təbii Dərəcəsi
28 İşsizlik və Onun Təbii Dərəcəsi Dr. Elşən BAĞIRZADƏ
2
İŞSİZLİYİN İZAHI İşsizliyin Kateqoriyaları
İşsizlik problemini iki kateqoriyaya ayırmaq olar. Uzunmüddətli işsizlik və qısamüddətli işsizlik: Təbii işsizlik dərəcəsi Tsiklik işsizlik dərəcəsi
3
İŞSİZLİYİN İZAHI Təbii İşsizlik Dərəcəsi
Ölkə iqtisadiyyatının təbii işsizlik dərəcəsi işsizliyin, hətta uzun müddət keçsə də öz-özünə aradan qalxmadığını göstərir. Bu dərəcə, normal halda mövcud olan işsizliyi əks etdirir.
4
İŞSİZLİYİN İZAHI Tsiklik İşsizlik
Tsiklik işsizlik, işsizlikdəki təbii dərəcədən ilbəil meydana çıxan sapmalardır. Bu, iqtisadi fəallıqdakı qısamüddətli yüksəliş və enişlərlə sıx bağlıdır.
5
İŞSİZLİYİN İZAHI İşsizliyin Təsviri Üç Əsas Sual:
Dövlət iqtisadiyyatdakı işsizlik dərəcəsini necə ölçür? İşsizlik göstəricilərinin izahı zamanı hansı problemlər meydana çıxır? İşsizlər səciyyəvi olaraq nə qədər işsiz qalır?
6
İşsizliyin ölçülməsi, Əmək Statistika Bürosunun (ƏSB) işidir.
İşsizlik Necə Ölçülür? İşsizliyin ölçülməsi, Əmək Statistika Bürosunun (ƏSB) işidir. Büro 60,000-nə yaxın ailəni əhatə edən aylıq sorğular hazırlayır. Bu məlumatlar Əhalinin Cari Sorğusu adlanır.
7
İşsizlik Necə Ölçülür? Sorğudakı suallara verilən cavablara əsasən, ƏSB sorğuda iştirak edən hər bir ailədəki hər bir həddi-buluğa çatmış insanı üç kateqoriyadan birinə aid edir: İşləyən İşsiz İşçi qüvvəsinə aid olmayan
8
İşsizlik Necə Ölçülür? ƏSB, 16 yaşa çatmış hər bir şəxsi həddi-buluğa çatmış insan hesab edir.
9
İşsizlik Necə Ölçülür? Ötən həftənin hər hansı hissəsini ödənişli işlə məşğul olmuş şəxs, işləyən hesab edilir.
10
İşsizlik Necə Ölçülür? Müvəqqəti işdən çıxarılmış və ya iş axtaran şəxs işsiz hesab edilir.
11
İşsizlik Necə Ölçülür? Əyani şöbədə oxuyan tələbə, evdar qadınlar və ya təqaüdçülər kimi əvvəlki iki kateqoriyaya uyğun olmayan şəxslər isə işçi qüvvəsinə aid edilmir.
12
İşsizlik Necə Ölçülür? İşçi Qüvvəsi
İşçi qüvvəsi işləyənlər və işsizlər də daxil olmaqla işçilərin ümumi sayını ifadə edir. ƏSB, işləyənlərlə işsizlərin cəmini işçi qüvvəsi kimi müəyyən edir.
13
Təsvir 1 2001-ci ildə Əhalinin Təsnifatı
Yaşlı Əhali (211.9 milyon) İşləyənlər (135.1 milyon) İşçi Qüvvəsi (141.8 milyon) İşsizlər (6.7 milyon) İşçi Qüvvəsinə Daxil Olmayanlar (70.1 milyon) Copyright©2003 Southwestern/Thomson Learning
14
İşsizlik Necə Ölçülür? İşsizlik dərəcəsi kimi, işçi qüvvəsinin işsiz olan faizi müəyyən edilir. İşsizlərin sayı X 100 İşsizlik dərəcəsi = İşçi qüvvəsi
15
Əhalinin işə yararlı hissəsi
İşsizlik Necə Ölçülür? Əhalinin işə yararlı hissəsi həddi-buluğa çatmış əhalinin işçi qüvvəsinə aid olan faizidir. Əhalinin işə yararlı hissəsi İşçi qüvvəsi x 100 = Həddi-buluğa çatmış əhali
16
Cədvəl 1 Müxtəlif Demoqrafik Qrupların Əmək Bazarı üzrə Təsnifatı
Copyright©2004 South-Western
17
Təsvir 2 1960-cı ildən bəri İşsizlik Dərəcəsi
İşçi Qüvvəsinin Faizi 10 İşsizlik Dərəcəsi 8 6 İşsizliyin təbii dərəcəsi 4 2 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 2005 Copyright©2003 Southwestern/Thomson Learning
18
Təsvir 3 1950-ci ildən bəri Kişi və Qadınlar üzrə İşə Yararlılıq Dərəcəsi
İşçi Qüvvəsində İştirak Dərəcəsi (faizlə) 100 Kişilər 80 60 40 Qadınlar 20 1950 1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright©2003 Southwestern/Thomson Learning
19
İşsizlik Dərəcəsi Bizim İstədiyimizi Ölçürmü?
İşsiz və işçi qüvvəsinə aid olmayan şəxsləri fərqləndirmək çətindir. Ruhdan düşmüş işçilər, işləmək istəyən, lakin iş axtarmaqdan əl çəkmiş şəxslərdir ki, onların adı işsizliklə bağlı statistikalarda göstərilmir. Digər insanlar əslində iş tapmaq üçün bir o qədər cəhd göstərməsələr də, onlar işsizlərə maliyyə yardımını nəzərdə tutan dövlət proqramına daxil olmaq istəyirlər.
20
İşsizlər Nə Qədər Müddət İşsizdirlər?
Əksər işsizlik müddətləri qısa olur. Hər hansı müəyyən vaxtda müşahidə olunan işsizlik uzun müddətli olur. İşsizlik problemi əsasən uzun müddət işsiz qalan nisbətən az saylı işçilərə aiddir.
21
Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?
İdeal əmək bazarında əmək haqları, əməyin təklif həcmi ilə əməyin tələb həcmini tarazlaşdırır. Bu tənzimləmə bütün işçilərin həmişə işləməsini təmin etməlidir.
22
Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?
Friksional işsizlik, işçilərin öz zövq və bacarıqlarına uyğun iş axtarmasına vaxt sərf olunması səbəbindən meydana çıxan işsizlikdir.
23
Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?
Struktur işsizlik, müəyyən əmək bazarındakı iş yerlərinin, işləmək istəyən hər kəsi işlə təmin etmək üçün kifayət etməməsi səbəbindən meydana çıxan işsizlikdir.
24
İŞ AXTARIŞI İş Axtarışı
işçilərin öz zövq və bacarıqlarına müvafiq iş axtardığı prosesdir. ixtisaslaşmış işçilərin müvafiq işlərə uyğunlaşdırılması üçün müəyyən zaman tələb olunur.
25
İŞ AXTARIŞI Bu işsizlik işsizliyin digər növlərindən fərqlənir.
Çünki, bu işsizlik əmək haqqı dərəcəsinin tarazlıqdan artıq olması səbəbindən baş vermir. Bu, “uyğun” iş axtarışına sərf olunan vaxt üzündən baş verir.
26
Nə Üçün Müəyyən Qədər Friksional İşsizlik Qaçılmazdır
Friksional işsizlik, sadəcə olaraq, iqtisadiyyatın daim dəyişməsi səbəbindən qaçılmazdır. Sənaye sahələri və ya regionlar arasında tələbin xarakterindəki dəyişikliklər, struktur yerdəyişmələri adlandırılır. Yeni sahələrdə iş axtarmaq və tapmaq üçün işçilərə vaxt lazımdır.
27
Dövlət Siyasəti və İş Axtarışı
Dövlət proqramları müxtəlif yollarla iş axtarışını asanlaşdırmağa çalışır. Bu proqramlara aşağıdakılar daxildir: Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri İctimai tədris proqramları İşsizlikdən Sığortalanma
28
Dövlət Siyasəti və İş Axtarışı
Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri işçiləri onlara uyğun olan işlə daha tez təmin etmək üçün boş iş yerləri haqqında məlumat yayır.
29
Dövlət Siyasəti və İş Axtarışı
İctimai tədris proqramları, tənəzzül yaşanan sənaye sahələrindən işçilərin digər sahələrə yerdəyişməsini asanlaşdırmaq və bu baxımdan çətin vəziyyətə düşən qruplara yoxsulluqdan yaxa qurtarmaqda yardımçı olmaq məqsədi daşıyır.
30
Dövlət Siyasəti və İş Axtarışı
İşsizlikdən sığortalanma proqramı, işçilərin işin itirilməsindən qismən müdafiəsini təmin etmək üçün hazırlanmışdır. İşçilərə işin itirilməsindən qismən müdafiə təmin edir. İşdən çıxarılanlar üçün məhdud bir müddət ərzində keçmiş əmək haqqının qismən ödənilməsini təmin edir.
31
Dövlət Siyasəti və İş Axtarışı
İşsizlikdən sığortalanma işsizliyin həcmini artırır. Bu həmçinin, işsizlərin iş axtarışı cəhdlərini azaldır. İşsizlikdən sığortalanma, iqtisadiyyatda hər bir işçini ən uyğun işlə təmin etmək imkanı verir.
32
Dövlət Siyasəti və İş Axtarışı
Struktur işsizlik o zaman baş verir ki, təklif olunan əməyin həcmi tələb olunan əməyin həcmini üstələyir. Struktur işsizlik adətən daha uzun müddətli işsizliyi izah edir.
33
Dövlət Siyasəti və İş Axtarışı
Struktur işsizlik nə üçün baş verir? Minimum əmək haqqı qanunları Həmkarlar ittifaqları Səmərəli əmək haqqı
34
MİNİMUM ƏMƏK HAQQI QANUNLARI
Minimum əmək haqqı qanunu, əmək haqqını tələblə təklifi tarazlaşdıran səviyyədən yüksək saxladıqda tarazlıq səviyyəsi ilə müqayisədə əməyin təklif həcmi artır, əməyin tələb həcmi isə azalır. Artıq işçi qüvvəsi meydana çıxır. İşləmək istəyən işçilərin sayı, mövcud iş yerlərinin sayından çox olduğuna görə bəzi işçilər işsiz qalır.
35
Təsvir 4 Tarazlıq Səviyyəsindən Yüksək Məvacibdən Doğan İşsizlik
Əmək Haqqı Əmək təklifi Əmək İzafiliyi = İşsizlik Əməyə olan tələb Minimum əmək haqqı LD LS WE LE İşçi Qüvvəsinin Miqdarı Copyright©2003 Southwestern/Thomson Learning
36
HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ
Həmkarlar ittifaqı işəgötürənlərlə əmək haqqı və iş şəraiti ilə bağlı müzakirələr aparan işçi təşkilatıdır. 1940-cı və 1950-ci illərdə həmkarlar ittifaqları pik səviyyələrində olarkən, ABŞ-dakı işçi qüvvəsinin üçdə bir hissəsi həmkarlar ittifaqlarında birləşmişdi. Həmkarlar ittifaqı kartelin bir növüdür və bütün kartellər kimi, bu ittifaqlar birgə bazarın nüfuzundan təsir vasitəsi kimi istifadə edir.
37
HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ
Həmkarlar ittifaqları və firmaların iş təminatı şərtləri üzrə razılığa gəldiyi proses kollektiv müzakirə adlanır.
38
HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ
Həmkarlar ittifaqı ilə firma arasında razılıq əldə edilmədikdə, həmkarlar ittifaqı tətil təşkil edə bilər. Tətil işçi qüvvəsinin mütəşəkkil şəkildə firmadan uzaqlaşdırılmasıdır.
39
HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ
Bəzi işçilər tətildən faydalandığı halda, digər işçilər tətil nəticəsində itkilərlə üzləşir. Həmkarlar ittifaqlarındakı işçilər kollektiv müzakirədən faydalandığı halda, həmkarlar ittifaqına daxil olmayan işçilər əziyyət çəkməli olurlar.
40
HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ
Tətil keçirmək və ya işəgötürənlər üzərinə yüksək xərclər qoymaqla kartel kimi fəaliyyət göstərən həmkarlar ittifaqları, öz üzvləri üçün əmək haqlarını tarazlıq səviyyəsindən yüksəyə qaldırır. Həmkarlar ittifaqına üzv olan işçilər, həmkarlar ittifaqına üzv olmayan eyni işçilərdən faiz çox qazanır.
41
Həmkarlar İttifaqları İqtisadiyyat üçün Xeyirli və ya Ziyanlıdır?
Tənqidçilərin iddia etdiyi kimi, həmkarlar ittifaqları meydana çıxmış əmək bölgüsünü səmərəsiz və ədalətsiz edir. Əmək haqları rəqabətli bazarda mövcud olan səviyyədən daha yüksək olduqda, əməyin tələb həcmi azalır və bu da işsizliyə səbəb olur. Bəzi işçilər digərlərinin hesabına faydalanır.
42
Həmkarlar İttifaqları İqtisadiyyat üçün Xeyirli və ya Ziyanlıdır?
Həmkarlar ittifaqlarının tərəfdarları, ittifaqların işçiləri işə götürən firmaların bazar gücünə qarşı əks təsir vasitəsi olaraq zəruri olduqlarını bildirirlər. Onlar ittifaqların, firmaların işçilərin narahatçılıqlarına effektiv cavab verməsinə yardımçı olmaq üçün vacib olduğunu iddia edirlər.
43
SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ
Səmərəli əmək haqları işçilərin məhsuldarlığını artırmaq məqsədilə firmalar tərəfindən ödənilən tarazlıq səviyyəsindən yüksək olan əmək haqlarıdır. Bu nəzəriyyəyə görə, əmək haqları tarazlıq səviyyəsindən yuxarı olduqda, firmalar və işçilər daha səmərəli fəaliyyət göstərir.
44
SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ
Firma aşağıdakı səbəblərdən irəli gələrək tarazlıq səviyyəsindən yüksək əmək haqlarına üstünlük verə bilər: İşçinin Sağlamlığı: Yaxşı məvacib alan işçilər yaxşı qidalanır, yaxşı qidalanan işçilər isə daha sağlam və məhsuldar olur. İşçi Dövriyyəsi: Firma öz işçilərinə nə qədər yüksək əmək haqqı verərsə, daha az işçi işi tərk etmək qərarına gələr.
45
SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ
Firma aşağıdakı səbəblərdən irəli gələrək tarazlıq səviyyəsindən yüksək əmək haqlarına üstünlük verə bilər: İşçinin Səyləri: Yüksək əmək haqqı, işçilərin öz iş yerlərini qorumaq üçün daha ehtiyatlı olmasına səbəb olur və onlarda bütün səylərindən istifadə etmək istəyi oyadır. İşçinin Keyfiyyəti: Yüksək əmək haqqı verməklə firmalar öz iş yerlərinə daha yaxşı işçiləri cəlb edə bilər.
46
Xülasə İşsizlik dərəcəsi işləmək istəyən, lakin işi olmayanların faizidir. Əmək Statistika Bürosu, minlərlə ailəni əhatə edən sorğuya əsasən aylıq işsizlik statistikasını hesablayır. İşsizlik dərəcəsi, işsizliyin natamam ölçüsüdür.
47
Xülasə ABŞ iqtisadiyyatında işsiz qalan insanların əksəriyyəti qısa müddət ərzində iş tapır. Bununla belə, müəyyən vaxtda müşahidə olunan işsizliyin əsas hissəsi, uzun müddət işsiz qalan bir neçə şəxslə bağlı olur.
48
Xülasə İşsizliyin səbəblərindən biri, işçilərin öz zövq və bacarıqlarına daha uyğun iş tapmaq üçün vaxt sərf etməsidir. İqtisadiyyatımızda həmişə müəyyən dərəcədə işsizliyin olmasının ikinci səbəbi, minimum əmək haqqı qanunlarıdır. Minimum əmək haqqı qanunları əməyin təklif həcmini artırır, əməyin tələb həcmini isə azaldır.
49
Xülasə İşsizliyin üçüncü səbəbi, həmkarlar ittifaqlarının bazar nüfuzudur. İşsizliyin dördüncü səbəbi, səmərəli əmək haqqı nəzəriyyəsində göstərilir. Yüksək əmək haqqı işçinin sağlamlığını yaxşılaşdıra, işçi dövriyyəsini azalda, işçilərin səylərini artıra və işçilərin keyfiyyətini yüksəldə bilər.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.