Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT

Benzer bir sunumlar


... konulu sunumlar: "AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT"— Sunum transkripti:

1 AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT
IFC, Azərbaycan Biznes Mühitinin Təkmilləşdirilməsi Layihəsi Bakı, 25 iyun 2009-cu il

2 DB 2009 sıralamasında tutduğu yer Prosedurların asanlığı
2009-cu ilin Doing Business hesabatındaAzərbaycan aparıcı islahatçı adını qazanmışdır İQTİSADİYYAT DB 2009 sıralamasında tutduğu yer Latviya 29 İsrail 30 Fransa 31 Cənubi Afrika 32 AZƏRBAYCAN 33 Santa Lüsiya 34 Puerto Riko 35 Slovakiya 36 Prosedurların asanlığı baxımından DB 2009 sıralamasında yer DB 2008 sıralamasında yer Sıralamada dəyişmə Biznes fəaliyyəti 33 97 +64 Biznesin qeydiyyatı 13 66 +53 Tikinti üçün icazələrin alınması 155 160 +5 İşçilərin qəbulu 15 67 +52 Əmlak qeydiyyatı 9 63 +54 Kreditlərin alınması 12 25 +13 İnvestorların qorunması 18 110 +92 Vergilərin ödənilməsi 102 143 +41 Beynəlxalq ticarət 174 176 +2 Müqavilələrin icrasının təmini 26 27 +1 Biznesin ləğvi 81 78 -3 2009 Azerbaijan is top reformer in the üorld

3 Hesabatın əhatə etdiyi mövzular
Biznesin qeydiyyatı İcazə/razılıqlar Lisenziyalaşdırma Yoxlamalar Vergi və vergi sistemi Maliyyə vəsaitlərinə çıxış İdxal və ixrac SAHƏ MÖVZU PROBLEM TÖVSİYƏ HESABAT Qanun və hüquqi normalarda mövcud boşluqların aradan qaldırılması üçün qanunvericiliklə bağlı tövsiyələr Qanunların düzgün icrasının təmin edilməsi üçün insitusional tövsiyələr İcbari prosedurların düzgün və problemsiz keçilməsinin təmin edilməsi üçün texniki praktiki tövsiyələr Mövcud hüquqi çərçivənin analizi Hüquqi norma və prosedurların reallıqda icrasının öyrənilməsi Sahibkarların fikirlərinin öyrənilməsi Beynəlxalq hüquqi norma və təcrübələrlə müqayisə 2009 Azerbaijan is top reformer in the üorld Qanun və hüquqi normalarda mövcud boşluqların müəyyən edilməsi Subyektiv səbəblərdən və qanunların düzgün olmayan icrasından yaranan problemlərin müəyyən edilməsi Sahibkarların hüquqi biliksizliyi və passiv münasibəti səbəbindən yaranan problemlərin öyrənilməsi

4 Araşdırma bütün biznes sektorları və sahələri üzrə 1800 sahibkar arasında aparılmışdır
Ölkə iqtisadiyyatının əsas sahələri Mövcud və yeni müəssisələr 8 sosial iqtisadi rayon və Bakı şəhəri 13% Rayon Respondentlərin %-ı Bakı 40% Aran 20% Gəncə-Qazax 12% Lənkəran 7% Şəki-Zaqatala 6% Abşeron Quba-Xaçmaz Dağlıq Şirvan 2% Yuxarı Qarabağ 1% 43% 44%

5 Biznes fəaliyyəti üçün ən çox maneə təşkil edən prosedurlar
Müxtəlif prosedurların çətinlik dərəcəsi (bu prosedurlardan keçən sahibkarların sözlərinə əsasən) 1 yanvar 2008 –ci il tarixindən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “Vahid pəncərə” sistemi ilə aparılır «Maliyyə vəsaitlərinə çıxış» sahibkarların yarısından çoxunun üzləşdiyi maneədir

6 Beş ən əsas tənzimləyici məsələlər
Xarici ticarət Vergilər Yoxlamalar İcazələr Biznesin Qeydiyyatı Müəssisə

7 Qeyri rəsmi ödənişlər çox zaman problemin “həlli yolu” idir
2008-ci ildə “Bir pencərə" qeydiyyat sisteminin tətbiqindən əvvəlki vəziyyət Hər 4 sahibkardan biri, problemləri həll etmək üçün qeyri rəsmi ödənişlərə əl atmışdır

8 Biznesin qeydiyyatı əvvəllər və hal-hazırda
Biznesin qeydiyyatı üçün Sahibkarlar: 33 sənəd təqdim etməli və 13 prosedurdan keçməli idilər Bütün proses gün çəkirdi. SONRA Sahibkarlar: 7 sənəd təqdim etməli və 6 prosedurdan keçməlidirlər Bütün proses 8 gün çəkir. İşlər davam edir...

9 ? Qeydiyyatın asanlaşdırılması mühüm dərəcədə qənaətlərə imkan yaradır
Yeni qeydiyyat sistemin tətbiqinədək qeydiyyat 26% sahibkar üçün çətinlik təşkil edən sahə idi Qeydiyyat sistemindəki mövcud dəyişikliklərdən sonra, bu sahə ilə bağlı narazılıqlar əsaslı dərəcədə azalmışdır Yeni sistemin uğuru barədə danışmaq bu sistemin nəticələrininin sorgu vasitəsilə təhlil etdikdən sonra mümkün olacaqdır ?

10 Biznesin qeydiyyat sisteminə dair tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: Qanunda “süküt - razılıqdır” prinsipinin əks olunması Qeydiyyat öncəsi prosesin sadələşdirilməsi: Şirkətin hüquqi ünvanını təsdiq edən sənədlərin təqdim olunması və Qeydiyyat sənədlərinin notarial qaydada təsdiq olunması barədə tələblərin aradan qaldırılması Könüllü ləğv etmə prosedurunun “bir pəncərə” prinsipi vasitəsilə sadələşdirilməsi Bank hesablarının açılması, aparılması və bağlanması qaydalarının sadələşdirilməsi İnstitusional tövsiyələr: İnternet ərizə vasitəsilə elektron qeydiyyat sisteminin tətbiq olunması Qeydiyyat bölməsi vasitəsilə on-line rejimində bank hesabı açmaq imkanının yaradılması – bütün banklara bərabər şəkildə tətbiq etməklə Mövcud kommersiya müəssisələri barədə on-line məlumat almaq imkanının yaradılması Prosedurlarda əlavə dəyişikliklər barədə televiziya vasitəsilə elanların yayımlanması

11 Beş ən əsas tənzimləyici məsələlər
Xarici ticarət Vergilər Yoxlamalar İcazələr Biznesin Qeydiyyatı Müəssisə

12 İcazələrin alınması bir çox maneələrlə nəticələnir
Hər 3 sahibkardan biri, problemlərlə əlaqədar qeyri rəsmi ödənişlər etmişdir

13 Dövlət orqanlarının əksəriyyəti icazələr verirlər
Azərbaycanda, yerli icra hakimiyyəti orqanları da daxil olmaqla, təqribən 62 orqan icazələr verir

14 İcazələr sistemi ilə bağlı tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: Mövcud icazələrin sayının, onların əhatə dairəsinin, qüvvədə olma müddətinin və verilmə prosesinin təhlili İcazə vermək səlahiyyətinə malik olan dövlət orqanlarının siyahısının müəyyən edilməsi Vahid qanunvericilik aktı vasitəsilə yeni icazələrin tətbiqi üçün aydın meyarların müəyyənləşdirilməlisi: 1. İctimai sağlamlığın, təhlükəsizliyin və ətraf mühitin qorunması 2. Məhdud təbii sərvətlərin düzgün istifadəsinin bölüşdürülməsi 3. Həddən artıq tələblərin qoyulmaması Qanunvericilik aktında “sükut - razılıqdır” və “özünü sertifikatlaşdırma” prinsiplərinin əks olunması Müəyyən növ icazələrin verilməsi üçün “bir pencərə” prinsipinin tətbiq edilməsi Texniki və praktiki tövsiyələr: Sahibkarlara icazələr barədə məlumatlar verməklə onların hüquqi biliklərinin artırılması Icazə verən orqanlarda prosedurlar barədə aydın məlumatların yerləşdirilməsi Özəl və dövlət sektorları arasında dialoqun gücləndirilməsinə yönəlmiş dəyirmi masaların keçirilməsi İcazələrin verilməsinə dair prosedurlarda dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması kampaniyasının keçirilməsi

15 Lisenziyalaşdırma sistemi ilə bağlı tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: Bütün lisenziyaların Lisenziyalaşdırma Qaydalarında nəzərdə tutulduğu eyni müddətə verilməsinin təmin edilməsi Lisenziyaların verilməsi üçün daxili qərar vermə prosesinin sadələşdirilməsi və qısaldılması Yeni lisenziyaların tətbiqi üçün aydın meyarların müəyyənləşdirilməsi Lisenziya tələb edən fəaliyyətlə məşğul olmaq istəyən bütün müəssisələr üçün şərtlərin bərabərləşdirilməsi Texniki və praktiki tövsiyələr: Sahibkarlara lisenziyalar barədə məlumatlar verməklə onların hüquqi biliklərinin artırılması Lisenziya verən orqanlarda prosedurlar barədə aydın məlumatların yerləşdirilməsi Özəl və dövlət sektorları arasında dialoqun gücləndirilməsinə yönəlmiş dəyirmi masaların keçirilməsi İcazələrin verilməsinə dair prosedurlarda dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması kampaniyasının keçirilməsi

16 Beş ən əsas tənzimləyici məsələlər
Xarici ticarət Vergilər Yoxlamalar İcazələr Biznesin Qeydiyyat Müəssisə

17 Sahibkarların əksəriyyəti yoxlamaların nəticəsi olaraq əhəmiyyətli dərəcədə maliyyə resursları ayırırlar. Ölkə üzrə orta göstərici - 79% Yoxlamaların orta illik sayı 9 yoxlama Yoxlamalara çəkilən orta illik xərc 363 manat

18 YOXLAMALARIN RƏSMİ QEYDİYYATI ÜZRƏ ORTA GÖSTƏRİCİ 42% TƏŞKİL EDİR
Bir çox yoxlamalar rəsmi olaraq qeydə alınmır Bütün yoxlama aparan orqanlar həyata keçirdikləri səyyar və kameral yoxlamaları yoxlamaların nəzarət kitabçasında qeydiyyata salmalıdırlar. Prezident fərmanı № 69, 07 Yanvar 1999 cu il YOXLAMALARIN RƏSMİ QEYDİYYATI ÜZRƏ ORTA GÖSTƏRİCİ 42% TƏŞKİL EDİR Qrafikdə sahibkarların 5%-dən çoxunu yoxlayan orqanlar üzrə məlumatlar təqdim olunmuşdur

19 Yoxlama sistemi ilə bağlı tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: Yoxlamaların məqsəd və prosedurlarının tənzimlənməsi və yoxlamalar aparan dövlət orqanlarının siyahısının müəyyən edilməsi Risklərə əsaslanan yoxlama sisteminin hazırlanması Yalnız məhkəmə qərarı əsasında həyata keçirilən sanksiya mexanizminin tətbiqi İnstitusional tövsiyələr: Dövlət orqanları tərəfindən həyata keçirilən eyni və təkrarlanan funksiyaların ləğv edilməsi Risklərin idarəedilməsi prinsipinə əsaslanan yoxlama predmetinin seçilməsi Yoxlamaların həyata keçirilməsi və uyğunluq məqsədilə yoxlama vərəqələrinin tətbiqinin təmin olunması Cərimələrin nəzərdən keçirilməsi və müfəttişlərin cavabdehliyinin artırılması Sahibkarların məlumatının artırılması üçün yoxlama orqanlarının veb saytlarının, qaynar xəttlərin və s. yaradılması

20 Beş ən əsas tənzimləyici məsələlər
Xarici ticarət Vergilər Yoxlamalar İcazələr Biznesin Qeydiyyatı Müəssisə

21 Vergi tələblərinə riayət olunma üzrə müqayisə
Azərbaycan və Qazaxstanın bəzi vergi göstəricilərinin müqayisəsi Azərbaycan Qazaxstan Fərq ƏDV, il ərzində ödənişlərin sayı 1-12 1 0-11 Sosial sığorta haqqı, il ərzində ödənişlərin sayı 12 11 Mənfəət vergisi, il ərzində ödənişlərin sayı Bütün vergilər, il ərzində ödənişlərin sayı 23 9 14

22 Vergi sistemi ilə bağlı tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: ƏDV həddinin nəzərdən keçirilməsi və sadələşdirilmiş verginin konsolidasiyası Standard vergi sistemi üzrə vergi dərəclərinin azaldılması İkiqat vergiyə cəlb olunmasının aradan qaldırılması ƏDV və SSH üzrə hesabatların sayının azaldılması, vahid vergi hesabatının tətbiqi Vergi yoxlamalarının əhatə dairəsinin konkret vergi məsələləri ilə məhdudlaşdırılması İnstitusional tövsiyələr: Vergi hesabatlarının elektron qaydada təqdim edilməsinin daha da təşviqi Yoxlamaların planlaşdırılması və aparılmasında risklərə əsaslanan yanaşmanın daha da təkmilləşdirilməsi Vergi müfəttişləri və etik standartlar üzərində nəzarətin gücləndirilməsi

23 Beş ən əsas tənzimləyici məsələlər
Xarici ticarət Vergilər Yoxlamalar İcazələr Biznesin Qeydiyyatı Müəssisə

24 KOM-ların xarici ticarətlə məşğul olma səviyyəsi aşağıdır
İnzibati maneələr və bürokratiya xarici ticarətdə əsas ixrac problemlərindəndir İdxal prosesi ilə məşğul olan sahibkarların yarısı dəmir yolu xidmətinin nəzarət funksiyasından narazıdırlar

25 Xarici ticarət sistemi ilə bağlı tövsiyələr
Qanunvericiliklə bağlı tövsiyələr: İdxal üçün tələb olunan sənədlərin sayının azaldılması İkili sertifikatlaşdırmanın ləğv edilməsi Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq sağlamlıq və təhlükəsizlik standartları siyahısının nəzərdən keçirilməsi Məhsulun sertifikatlaşdırılmasının prosesin sertifikatlaşdırılması ilə əvəz edilməsi Eyni tipli mal, xammal və son məhsul üçün vahid və ya yaxın tariflərin tətbiqi İnstitusional tövsiyələr: İdxal prosesinə nəzarət edən orqanların sayının azaldılması Sərbəst anbarların yaradılmasının təşviq edilməsi Sertifikatlaşdırma və standartlaşdırma funksiyalarının ayrılması Gömrük və dəmir yolu işçilərinin işində şəffaflığın artırılması Sertifikatlaşdırma üçün beynəlxalq səviyyədə laboratoriyaların yaradılması

26 Azərbaycan Biznes Mühitinin Təkmilləşdirilməsi Layihəsi barədə məlumat
IFC-NİN AZƏRBAYCANDA BIZNES MÜHİTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ LAYİHƏSİ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ 2012-Cİ ILƏDƏK ƏMƏKDAŞLIĞI NƏZƏRDƏ TUTUR. LAYİHƏNİN BÜDCƏSİ 4.7 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏDİR. BU MÜDDƏT ƏRZINDƏ YUXARIDA QEYD OLUNAN SAHƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ IFC BÜTÜN ZƏRURİ YARDIMI AZƏRBAYCAN HÖKUMƏTİNƏ ETMƏYƏ HAZIRDIR. IFC-NİN BU İSTIQAMƏTDƏ OLAN FƏALIYYƏTI İSVEÇRƏNİN İQTISADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) VƏ ÖZ ORTAQLARI ADINDAN BP ŞİRKƏTİNİN YARDIMI İLƏ HƏYATA KEÇİRİLMƏKDƏDİR.

27 www.ifc.org/azbee DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan Biznes Mühitinin Təkmilləşdirilməsi Layihəsi


"AZƏRBAYCANDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ HESABAT" indir ppt

Benzer bir sunumlar


Google Reklamları