Sunuyu indir
Sunum yükleniyor. Lütfen bekleyiniz
1
II DƏRS: BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏSİ TƏHLİLLƏRİ: MÜQAYİSƏLİ ÜSTÜNLÜK
Dr. Elşən BAĞIRZADƏ Bakı Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq ticarət
2
Mündəricat Giriş Beynəlxalq Ticarət Nəzəriyyəsinin Predmeti Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi Mütləq Üstünlüklər Nəzəriyyəsi Müqayisəli Üstünlüklər Nəzəriyyəsi Rikardo Modelinin Çatışmazlıqları Müqayisəli Üstünlüklərin Etibarlılıq Şərtləri Müqayisəli üstünlüyə görə ticarətin faydaları Müqayisəli Üstünlüklərlə Bağlı Yalnış Fikirlər Daşınma Xərcləri və Qeyri-ticari Malların Əlavə Edilməsi Xülasə IV Bölmənin əsas anlayışları Mənbələr Copyright © 2003 Pearson Education, Inc.
3
Giriş Beynəlxalq ticarət, beyəlxalq ticarət nəzəriyyəsi və beynəlxalq ticarət siyasəti olmaqla iki əsas bölmədən ibarətdir. Beynəlxalq ticarətin ilk dəfə elmi metodla tədqiqi Adam Smithin 1776-cı ildə nəşr edilən “Millətlərin Sərvəti” adlı məşhur əsərilə başlamışdır. Sonralar bu nəzəriyyənin inkişafında David Ricardo, John Stuart Mill, Alfred Marshall, Eli Heckscher, Bertil Ohlin, John Maynard Keynes, Jacob Viner ve Paul Samuelson kimi iqtisadçılar mühüm xidmətlər göstərmişdir. Copyright © 2003 Pearson Education, Inc.
4
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Predmeti
Beynəlxalq Ticarət Nəzəriyyəsinin başlıca məqsədi ölkələr arasındakı mal və xidmət axınlarının səbəblərini izah etməkdir. Nəzəriyyə formalaşdırma məqsədilə aparılan abstraktlaşdırma fəaliyyəti nəticəsində Beynəlxalq İqtisadın bu sferasına bəzən Abstrakt Beynəlxalq Ticarət Nəzəriyyəsi (Pure Theory of International Trade) və ya qısaca olaraq, Abstrakt Nəzəriyyə də deyilməkdədir. Copyright © 2003 Pearson Education, Inc.
5
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Predmeti
Beynəlxalq Ticarət Nəzəriyyəsinin 3 əsas sualı: Ölkələr nə üçün xarici ticarətə qoşulurlar, yəni xarici ticarətin qapalı iqtisadiyyata nisbətən ölkələrə faydaları nələrdir? Bir ölkə xarici ticarətinin strukturu necə izah oluna bilər, başqa sözlə bir ölkənin hansı malları ixrac, hansılarını idxal edəcəyi nəyə əsasən müəyyənləşdirilir? Bir ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti, başqa sözlə xarici ticarətdə nisbi qiymətlər, ya da xarici ticarət həddləri necə formalaşır? Copyright © 2003 Pearson Education, Inc.
6
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Copyright © 2003 Pearson Education, Inc.
7
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Merkantilizm (XVI-XVII əsrlər) Yeni formalaşan milli dövlətlərin rəsmi iqtisadi doktrinası. Xarici ticarət siyasətinin əsas məqsədinin xəzinənin qızıl ehtiyatını artırmaq olduğunu irəli sürülər. Təbii olaraq da tədiyyə balansında daim profsit yaradılmasını tövsiyə edirlər. Daxili və xarici iqtisadi fəaliyyətlər üzərində aktiv dövlət müdaxiləsini zəruri hesab edirlər. İxracın artırılmasına birinci dərəcədə əhəmiyyət verirlər. Hazır məhsul idxalı məhdudlaşdırılır, xammal idxalı isə sərbəstdir. Ticarət donanmasının inkişaf etdirilməsi nəzərədə tutulur. Onlar hesab edir ki, dünya sərvəti sabitdir və ticarətdən bir tərəf qazanclı çıxmışdırsa, demək ki, digər tərəf itirmişdir. Qızıl ehtiyatına bu qərəd əhəmiyyət vermələri, onların bəzən “qızıl külçəçilik” (gold bullionism) cərəyanı kimi adlandırılmasına da səbəb olmuşdur. Copyright © 2003 Pearson Education, Inc.
8
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Merkantilistlər: Milli sərvət = Qızıl + Gümüş İxracat > İdxalat Dünya iqtisadiyyatı statikdir. Dünya sərvəti sabittir. Ən yaxşı siyasət = İdxalatı məhdudlaşdırmaq, ixracatı artırmaq Copyright © 2003 Pearson Education, Inc.
9
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Merkantilizmin ilk tənqidi: David Hume Xarici ticarət profsiti ölkəyə qızıl girişini artıracaq → Qızıl pul vahidi olduğundan ölkədə pul təklifi artacaq → Ölkədə qiymətlər yüksələcək → İxracat malları bahalaşacaq → İxracat azalacaq → Xarici mallar nisbi ucuz olduğundan idxalat artacaq → Ölkənin qızıl ehtiyatları əriyəcək və xarici ticarət profsiti ortadan qalxacaq → Xarici ticarət balansı tarazlaşacaqdır. Buna qiymət-qızıl mexanizmi deyilir. Copyright © 2003 Pearson Education, Inc.
10
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Klassik Liberalizm və Beynəlxalq Ticarət: Sənaye inqilabı → İstehsalda “partlayış” → Yeni bazar axtarışları → Azad ticarət və ya ticarətdə liberalizm düşüncəsinin yayılması. Klassik iqtisadçılar: Dünya sərvəti sabit deyil və azat ticarət ölkələrin sərvətini, başqa sözlə dünya sərvətini artırır. İxtisaslaşma + Əmək Bölgüsü → Məhsuldarlıq artır → Dünya istehsalı artır. Copyright © 2003 Pearson Education, Inc.
11
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Klassik Liberalizmin əsas prinsipləri: Bütün fərdlər iqtisadi mənafelərinə görə hərəkət edirlər, başqa sözlə fərdlər “homo economicus”dur (iqtisadi insan). Dövlər fərdlərin şəxsi təşəbbüs hüquqlarını məhdudlaşdırmamalıdır (“laissez faire, laissez passer- buraxın etsinlər, buraxın keçsinlər”). Çünkü fərdlər öz mənafeləri ardınca qaçmaqla, eyni zamanda ictimai maraqlara da xidmət etmiş olurlar. İqtisadi həyatda nizamı təmin edən bir “görünməz əl” (invisible hand) vardır. Bu qiymət mexanizmidir. İqtisadi həyatda nizam, qiymət mexanizminin işləməsi ilə özü-özünə təmin edildiyi üçün dövlətin bu məqsədlə iqtisadiyyata müdaxilə etməsinə gərək yoxdur. Copyright © 2003 Pearson Education, Inc.
12
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Beynəlxalq ticarət nəzəriyyəsi təhlillərində standart fərziyyələr: İki ölkə, iki mal, hər ikisi də istehsal edir, mallar eynicinslidir. Beynəlxalq ticarətdə pul yoxdur, mallar mübadilə olunur. Qiymətlər realdır, yəni mal və ya faktor miqdarı ilə ölçülür. Mal və faktor bazarlarında tam rəqabətdir. Dövlətin müdaxiləsi yoxdur: vergi, kvota v.s yoxdur. İş qüvvəsi ölkə daxilində tam mobil, ölkələr arasında isə hərəkətsizdir. İqtisadiyyat tam məşğulluq halındadır. Daşınma xərcləri sıfıra bərabərdir. Copyright © 2003 Pearson Education, Inc.
13
Beynəlxalq Ticarət Nəzəriyyəsinin Meydana Gəlməsi
Əmək-dəyər nəzəriyyəsi Adam Smith və David Ricardo da daxil olmaqla, Klassik Məktəb iqtisadçılarının dəyərlə bağlı fikirləri “əmək-dəyər” nəzəriyyəsi (labor theory of value) kimi tanınır. Bu yanaşmaya görə bir malın xərci (tələb şərtlərinin olmaması halında o malın qiyməti) onun istehsalı üçün sərf edilən əməyin miqdarı ilə ölçülür. Digər tərəfdən də əmək, eynicinsli istehsal faktoru kimi qəbul edilir. Copyright © 2003 Pearson Education, Inc.
14
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Nəzəriyyə Adam Smithin 1776-cı ildə nəşr edilən “Xalqların Sərvəti” adlı əsərində ortaya atılmışdır. Adam Smith ( ) Copyright © 2003 Pearson Education, Inc.
15
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Bir ölkə bir malın istehsalında digər ölkədən daha çox məhsuldarlığa malikdir. Başqa sözlə, eyni və ya daha az resursdan istifadə edərək, daha çox məhsul istehsal edir. 1 vahid resurs = 1 ton düyü və ya 1/5 ton çay Riceland ölkəsi Tealand ölkəsi 1 vahid resurs = 1/6 ton düyü və ya 1/3 ton çay İxtisaslaşma və ticarət hər ölkəyə daha çox istehsal və istehlak imkanı verir. Nəticə: Hər ölkə digərinə görə daha ucuz istehsal etdiyi malın istehsalında ixtisaslaşacaq! Copyright © 2003 Pearson Education, Inc.
16
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Ticarət gəliri (qiymətin “1vahid çay=1 vahid düyü” olması şərtilə) Copyright © 2003 Pearson Education, Inc.
17
Mütləq Üstünlüklər Nəzəriyyəsi (Theory of Absolute Advantages)
Mütləq Üstünlüklər Nəzəriyyəsinin başlıca çatışmazlığı: Mütləq üstünlüklər nəzəriyyəsi beynəlxalq ticarətin səbəbini elmi baxımdan açıqlamaqda mühüm bir addım olsa da, ölkələr arasındakı ticarətin əhəmiyyətli bir hissəsini də şərh edə bilmir. Məsələn, bir ölkə bütün malları digər(lər)indən daha ucuz istehsal etdikdə nə olacaq? Bu ölkələr arasında ticarət olmayacaqmı? Təbii ki, bu reallığa uyğun deyildir. Copyright © 2003 Pearson Education, Inc.
18
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Nəzəriyyə David Ricardonun 1817-ci ildə nəşr etdirdiyi “Siyasi İqtisadın və Vergiləndirmənin Prinsipləri” adlı kitabında ortaya atılmışdır. David Ricardo ( ) Copyright © 2003 Pearson Education, Inc.
19
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Bir ölkə bir malın istehsalında digər ölkədən daha çox məhsuldarlığa sahib deyildir. Ancaq o malın istehsalını digər malların istehsalı ilə müqayisə etdikdə nisbi olaraq daha məhsuldar bir şəkildə həyata keçirir. 1 vahid resurs = 1 ton düyü və ya 1/2 ton çay Riceland ölkəsi Tealand ölkəsi 1 vahid resurs = 1/6 ton düyü və ya 1/3 ton çay İxtisaslaşma və ticarət hər ölkəyə daha çox istehsal və istehlak imkanı verir. Nəticə: Hər ölkə nisbi olaraq daha məhsuldar olduğu malın istehsalında ixtisaslaşacaq! Copyright © 2003 Pearson Education, Inc.
20
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Ticarət gəliri Xarici ticarətdən tərəflərin əldə edəcəyi faydanın ölçüsü beynəlxalq qiymət nisbətindən asılıdır. Burada modeli sadələşdirmək məqsədilə “1 vahid çay=1 vahid düyü” qiymət səviyyəsini qəbul edirik. Şübhəsiz ki, xarici ticarət qazancı ixrac malının yüksək beynəlxalq qiyməti ilə daha aşağı daxili istehsal xərci arasındakı fərqə bərabər olacaqdır. Misala baxdıqda, “Riceland”də daxili qiymətlər: 1 vahid düyü =1/2 vahid çay “Tealand”də daxili qiymətlər: 1 vahid düyü=2çay Beynəlxalq qiymətlər də “1 vahid çay=1 vahid düyü” olduğundan “Riceland” hər 1 vahid düyü ixracında ½ vahid çay, “Tealand” isə hər bir vahid çay ixracında 1 vahid düyü qazanacaqdır. Məcmu xarici ticarət qazancı isə məhsul vahidi başına qazancla məcmu ixracat həcminin bir-birinə vurulması ilə əldə ediləcəkdir. Copyright © 2003 Pearson Education, Inc.
21
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Nəzəriyyə o qədər güclü əsaslara malikdir ki, müqayisəli üstünlüklərin bu gün də beynəlxalq ticarətin əsasında dayandığı qəbul edilir. Rikardoya görə beynəlxalq ticarəti mütləq üstünlüklərlə izah etməyə ehtiyac yoxdur. Çünkü mütləq üstünlüklər müqayisəli üstünlüklərin xüsusi bir halıdır. Mütləq üstünlüklərin olduğu hər bir halda müqayisəli üstünlük də var, amma müqayisəli üstünlüyün olduğu hər bir halda mütləq üstünlüyün olması şərt deyildir. Əgər ölkə bəzi malların istehsalında digər mallara görə daha yüksək nisbətlərdə məhsuldardırsa (xərcləri azdırsa), nə üçün az üstün olduğu sahələrdə istehsal edərək resurslarını israf etməlidir. Buna görə də ən yaxşı siyasət, müvafiq ölkənin müqayisəli olaraq ən səmərəli olduğu sahələrdə ixtisaslaşması və bu məhsulları ixrac edərək nisbi olaraq baha istehsal edə bildiklərini digər ölkələrdən idxal etməsidir. Copyright © 2003 Pearson Education, Inc.
22
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Ölkələr bu qaydaya uyğun hərəkət etməklə qıt resurslarından ən səmərəli formada istifadə edərək iqtisadi rifahlarını maksimumlaşdıra bilərlər. Əslində bir ölkənin bütün mallarda digər(lər)indən üstün olması çox da qeyri-real bir fərziyyə deyildir. Məsələn, bir ölkə böyük sənaye ölkəsi, digəri də zəif inkişaf etmiş ölkədirsə, onda inkişaf etmiş ölkənin bütün malalrda mütləq üstünlüyə malik olması ehtimalı böyükdür. Bir sözlə mütləq üstünlüklər baxımından bu halda ticarət ola bilməz. Ancaq müqayisəli üstünlüklərə görə bu halda da iki ölkə arasında qarşılıqlı mənafelərə əsaslanan ticarət mümkündür. Copyright © 2003 Pearson Education, Inc.
23
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Müqayisəli üstünlüklərin yeganə istisnası: Müqayisəli üstünlükləri dünya ticarətinin təməli kimi qəbul etmənin yeganə bir istisnası ola bilər. O da bir ölkənin bütün mallarda əmək məhsuldarlığındakı nisbi üstünlüyünün (ya da digər ölkə baxımından nisbi əmək verimsizliyi nisbətinin) eyni olması halıdır. Bu nəzəri ehtimal olsa da, həqiqətdə belə bir halın meydana gəlməsi ehtimalı aşağıdır. Həqiqi aləmdə ölkələrin çox sayda mal ixrac və idxal etmələri də bunu sübut edir. Copyright © 2003 Pearson Education, Inc.
24
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Rikardo modelinin məhdudiyyətləri Model əmək-dəyər nəzəriyyəsinə əsaslanır. Modeldə xərci əmələ gətirən yeganə amil kimi əmək, həm də homogen əmək qəbul edilmişdir. Modeldə ölkələr arasında iş qüvvəsi məhsuldarlığındakı fərqliliyin səbəbləri açıqlanmır. Modelə görə iş qüvvəsi ölkə daxilində tam mobil, ölkələr arasında isə tamamilə qeyri-mobildir. Model bir növ təklif modelidir. Xərclər və qiymətlərin formalaşmasında tələb şərtləri nəzərə alınmamışdır. Model sabit xərclərə və tam ixtisaslaşmaya əsaslanır. Yəni resurslar yalnız ixrac mallarının istehsalına yönəldilir. Model statikdir. Məsələn, modelə görə aqrar sahədə müqayisəli üstün olan zəif inkişaf ölkələr elə ömür boyu bu məhsulları isehsal etməlidirlər. Modeldə istehsal tam bir prosesidr və bütün mərhələləri eyni bir ölkədə həyata keçirilir. Copyright © 2003 Pearson Education, Inc.
25
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Müqayisəli üstünlük nəzəriyyəsi yalnız iki mallı, iki ölkəli və barter iqtisadiyyatına əsaslanan bir dünya üçün adekvat bir modeldir. Modelə ikidən çox ölkə və mal, əmək haqqları, valyuta kursları, daşınma xərclərini də daxil etməklə onu real dünyaya daha adekvat bir modelə çevirmək mümkündür. Copyright © 2003 Pearson Education, Inc.
26
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Rikardo modelinin test edilməsi Rikardo modeli, ayrı-ayrı sektorlardakı istehsal xərcləri daxilində əməyin payının hesablanaraq ölkələr arasında müqayisə edilməsi və ölkənin ixrac etdiyi mallarda əməyin payının aşağı olub olmamasının araşdırılması ilə test edilə bilər. Bu sahədə ilk araşdırmalardan birini MacDougall 1951-ci ildə nəşr etdirmişdir. Araşdırmada İngiltərə və ABŞ-ın 1937-ci ilə aid 25 sənaye sektorundakı ixracat və iş qüvvəsi məhsuldarlıq nisbətlərindən istifadə edilərək model test edilmişdir. Nəticədə müvafiq sektorlardakı əmək məhsuldarlıqları ilə ixracat həcmləri arasında pozitiv bir əlaqə olduğu ortaya çıxmışdır ki, bu da Rikardo modelini dəstəkləyici xarakterlidir. Copyright © 2003 Pearson Education, Inc.
27
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Balassanın tədqiqatı İngiltərə ilə ABŞ arasında müəyyən sektorları əhatə etməklə bu ölkələrin 1950-ci il əmək məhsuldarlığı ilə 1951-ci il ixracat məlumatlarına əsaslanır. Araşdırma nəticəsi məhsuldarlıqda hər 1% artımın ixracat həcmində 1,6%-lik bir artıma səbəb olduğunu ortaya qoymuşdur ki, bu da Rikardo modelini dəstəkləyici mahiyyətdədir. Stern tərəfindən İngiltərə və ABŞ üçün 1950 və 1959-cu il məlumatları ilə aparılan tədqiqat da modeli dəstəkləyici nəticələr vermişdir. Golub isə cu il məlumatları ilə başlıca sənayeləşmiş ölkələri əhatə edən daha ümumi bir tədqiqat aparmış və nəticələrə görə xüsusilə də ABŞ və Yaponiya ticarətinin Rikardo modelini dəstəkləyici xarakter daşıdığı ortaya çıxmışdır. Copyright © 2003 Pearson Education, Inc.
28
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Alternativ dəyər (opportunity cost) Neo-klassik iqtisadçılar əmək xərci əvəzinə bütün istehsal amillərini əhatə edən “alternativ dəyər” anlayışını təhlillərə daxil edirlər. Bir malın alternativ dəyəri, o malın istehsalını bir vahid artırmaq üçün zəruri olan resursları sərbəst buraxmaqla başqa bir malın istehsalından imtina edilməsi tələb olunan miqdara bərabərdir. Bu zaman istehsalın artımında klassiklərin etdikləri kimi yalnız bu və ya digər faktor deyil, həqiqi həyatda istifadə olunan bütün faktorlar və bunların müxtəlif növləri nəzərə alınmış olur. Copyright © 2003 Pearson Education, Inc.
29
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Alternativ dəyərlər və müqayisəli üstünlüklər: müqayisəli xərc nəzəriyyəsi Bəzən Rikardo modelindəki kimi məhsuldarlıq metodundan istifadə edərək istehsaldakı nisbi üstünlüyün müəyyən edilməsi yanaşmasına Müqayisəli Üstünlük Nəzəriyyəsi deyildiyi halda, alternativ dəyər yanaşmasına əsaslanan təhlillərə də Müqayisəli Xərclər Nəzəriyyəsi deyilir. Ancaq çox vaxt bu iki yanaşma bir-birinin əvəzinə işlədilir. Alternativ dəyər yanaşmasına görə bir malın istehsalında nisbi olaraq daha aşağı alternativ dəyərə malik olan ölkə o malda müqayisəli üstünlüyə malikdir. Copyright © 2003 Pearson Education, Inc.
30
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
İstehsal dəyişmələri və alternativ dəyərlər Rikardo modeli sabit xərclərə əsaslanan bir modeldir. Ancaq istehsal həcmindəki dəyişmə ilə istehsal xərcləri arasındakı münasibətlərin 3 müxtəlif forması mövcud ola bilər: Sabit xərclər: istehsalın dəyişməsinə baxmayaraq, xərclərin sabit qalması; Artan xərclər: istehsal həcmi artmaqla xərclərin də artması; Azalan xərclər: istehsal həcmi artmaqla xərclərin də azalması; Xərc və məhsuldarlıq anlayışları bir-birinin əksi olduğundan qeyd olunan münasibətləri məhsuldarlıq baxımından ardıcıl olaraq belə də göstərmək olar: sabit məhsuldarlıq, azalan məhsuldarlıq və artan məhsldarlıq. Copyright © 2003 Pearson Education, Inc.
31
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
İstehsalda sabit xərclər bir sektordan başqa bir sektora ötürülən resursların hər iki sektorda da eyni dərəcədə məhsuldar olmalarını ifadə edir. Sabit alternativ dəyər aşağıdakı iki halda ortaya çıxır: İstehsal faktorlarının bir-birini tam əvəz edə bilən olması və ya hər iki malın istehsalında eyni miqdarda istifadə edilmələri; Bir istehsal faktorunun bütün vahidlərinin homojen (eyni cinsli) və ya eyni keyfiyyətdə olması. Copyright © 2003 Pearson Education, Inc.
32
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Əgər resurslar bir sektordan digərinə ötürüldükcə hər yeni resurs istehsala əvvəlkindən daha az xidmət edirsə, demək istehsalda artan xərclər (və ya azalan məhsuldarlıq) şəraiti mövcuddur. İstehsalda artan alternativ dəyər şəraiti aşağıdakı səbəblərdən ortaya çıxa bilər: İstehsal faktorları homogen (eynicinsli) deyildir (bir faktorun bütün vahidlərinin eyni keyfiyyətdə olmaması); İstehsal faktorları bütün malların istehsalında eyni nisbətdə və ya eyni tutumluluqda istifadə edilmir. Qısacası, artan alternativ dəyər şəraitində ölkənin bir malın istehsalını artırması üçün zəruri resursları sərbəst buraxmaqla o biri malın istehsalından hər dəfə artan miqdarlarda imtina etməsi tələb olunur. Copyright © 2003 Pearson Education, Inc.
33
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər fərziyyəsinin nəticəsi əsasən “natamam ixtisaslaşma”dır. İstehsaldakı ixtisaslaşmanın natamam qalmasının səbəbi də istehsaldakı artım nəticəsində ölkə daxilindəki istehsal xərclərinin (daxili qiymətlər) getdikcə artması və bir nöqtədən sonra dünya qiymətlərinə bərabər olmasıdır. Azalan xərclər halında isə istehsala ötürülən hər resursun istehsalda yaratdığı artım bir əvvəlkindən daha çoxdur. Məhsuldarlıqdakı bu artımlar iqtisad elmində daxili və xarici qənaətlər və ya miqyas iqtisadiyyatları prinsipi ilə izah edilir. Copyright © 2003 Pearson Education, Inc.
34
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Daxili qənaətlər istehsal həcmindəki artım səbəbilə firma daxilindən irəli gələn müsbət təsirlərdir. Məsələn, kiçik firmalarda bəzi maşınlar tam potensialla işlədilmir, bu da məhsul vahidinin xərclərini yüksəldir. İstehsal həcminin genişlədilməsi optimal istehsal həcminə nail olunmasına gətirib çıxararaq xərcləri azaldır. Həmçinin istehsal həcminin artması, işçilərin “işi görərək öyrənmə”lərinə və ixtisaslaşmalarına səbəb olur. Firmanın böyüməsi idarəetmədə də səmərəliliyi artırıcı bir faktordur. Beləliklə profesional menecerlərdən istifadə etmək və ən inkişaf etmiş menecment biliklərini firmaya tətbiq etmək imkanı yaranır. Bütün bunlar firmadaxili təsirlər səbəbilə xərclərin azalmasına gətirib çıxaran faktorlardan bəziləridir. Copyright © 2003 Pearson Education, Inc.
35
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Xarici qənaətlər isə bir firmanın yalnız öz istehsal həcmindən deyil, eyni zamanda onun əlaqəli olduğu sektorun kompleks inkişafı səbəbi ilə də ortaya çıxan təsirlərdir. Məsələn, bir sektorda yeni qurulan bir sahə inkişaf etdikcə ehtiyac olan xammal, aralıq məhsullar, yüksək ixtisaslı iş qüvvəsi kimi faktorlar daha asan və daha ucuz bir şəkildə təmin edilə bilər və bütün firmalar bundan faydalana bilər. Praktikada azalan xərclər bir çox sahələrdə mühüm yer tutmaqla yanaşı, istehsal həcmi artdıqca xərclərin davamlı azalacağını qəbul etmək də real deyildir. Çünkü xərclərdə azalmaya yol açan faktorlar əsasən müəyyən bir istehsal həcminə çatdıqdan sonra ya sona çatır, ya da əksinə dönür. Bir sözlə yeni bir sektorda istehsal həcmi genişləndikcə xərclərin bir nöqtəyə qədər azalan, sonra sabit qalan, daha sonra isə artan bir meyl göstərməsi daha real ola bilər. Copyright © 2003 Pearson Education, Inc.
36
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Transformasiya əyriləri (transformation curve) Bir ölkənin verilən texnologiya və tam məşğulluq şərtləri altında məhdud resursları ilə istehsal edə biləcəyi məhsul kombinasiyasını göstərən əyriyə “transformasiya əyrisi” və ya “istehsal imkanları əyrisi” deyilir. Alternativ dəyərləri geometrik şəkildə ən açıq formada bu əyrilərlə ifadə etmək mümkündür. Copyright © 2003 Pearson Education, Inc.
37
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 1000 N Azərbaycanın transformasiya əyrisi Türkiyənin transformasiya əyrisi 100 B 1 Sənaye 1 Sənaye 10 Aqrar 1 Aqrar M A O 1000 Aqrar məhsul O 1000 Aqrar məhsul Qrafik : Sabit xərclər şəraitində transformasiya əyriləri AB düz xətti Azərbaycanın transformasiya əyrisidir. Azərbaycan bütün resurslarını aqrar sektora yönəltsə 1000 vahid aqrar məhsul əldə edəcəkdir. Əgər bütün resurslarını sənayeyə yönəltsə 100 vahid sənaye məhsulu əldə edəcəkdir. A ilə B arasındakı nöqtələr ölkənin hər iki maldan birlikdə istehsal edə biləcəyi miqdarları göstərir. Copyright © 2003 Pearson Education, Inc.
38
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 1000 N Azərbaycanın transformasiya əyrisi Türkiyənin transformasiya əyrisi 100 B 1 Sənaye 1 Sənaye 10 Aqrar 1 Aqrar M A O 1000 Aqrar məhsul O 1000 Aqrar məhsul Qrafik : Sabit xərclər şəraitində transformasiya əyriləri Transformasiya əyrisinin maililiyi aqrar məhsulun sənaye məhsulu cinsindən qiymətini göstərir. AB əyrisinin maililiyi = OB/OA = 100/1000 = 1/10 (daxili qiymət nisbəti) 1 vahid əlavə sənaye məhsulu əldə etmək üçün 10 vahid aqrar məhsuldan imtina etmək lazımdır. Copyright © 2003 Pearson Education, Inc.
39
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 1000 N Azərbaycanın transformasiya əyrisi Türkiyənin transformasiya əyrisi 100 B 1 Sənaye 1 Sənaye 10 Aqrar 1 Aqrar M A O 1000 Aqrar məhsul O 1000 Aqrar məhsul Qrafik : Sabit xərclər şəraitində transformasiya əyriləri MN əyrisi Türkiyənin transformasiya əyrisidir. MN əyrisinin maililiyi = OM/ON = 1000/1000 = 1 (daxili qiymət nisbəti) 1 vahid əlavə sənaye məhsulu əldə etmək üçün 1 vahid aqrar məhsuldan imtina etmək lazımdır. Copyright © 2003 Pearson Education, Inc.
40
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 1000 N Azərbaycanın transformasiya əyrisi Türkiyənin transformasiya əyrisi 100 B 1 Sənaye 1 Sənaye 10 Aqrar 1 Aqrar M A O 1000 Aqrar məhsul O 1000 Aqrar məhsul Qrafik 1: Sabit xərclər şəraitində transformasiya əyriləri Burada iki ölkənin xarici ticarətdən mənfəətli çıxa bilmələri üçün beynəlxalq qiymətin (xarici ticarət həddlərinin) bu ölkələrin daxili qiymət (xərc) nisbətləri arasında olması zəruridir. Azərbaycanın Beynəlxalq Türkiyənin daxili qiymət nisbəti qiymət nisbəti daxili qiymət nisbəti 1/ / Copyright © 2003 Pearson Education, Inc.
41
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 200 F Azərbaycan Türkiyə 100 B 1000 H T D L M E A C F O G K 1000 Aqrar məhsul O 1000 5000 Aqrar məhsul Qrafik 1: Sabit məhsuldarlıq şəraiti və xarici ticarət FA əyrisi HF əyrisi ilə paraleldir və beynəlxalq qiymət nisbətini göstərir. Qapalı iqtisadiyyat şəraitində Azərbaycan D nöqtəsində, Türkiyə E nöqtəsində hər iki məhsuldan istehsal etdiyi qədər istehlak edir. Beynəlxalq qiymət nisbəti 1/5 olduğu halda hər iki ölkə də xarici ticarətə yönələcəkdir. Copyright © 2003 Pearson Education, Inc. 41
42
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 200 F Azərbaycan Türkiyə 100 B 1000 H T D L M E A C F O G K 1000 Aqrar məhsul O 1000 5000 Aqrar məhsul Qrafik : Sabit məhsuldarlıq şəraiti və xarici ticarət Azərbaycan sənaye istehsalından imtina edib aqrar sektorda ixtisaslaşaraq istehsalını A nöqtəsinə sürüşdürür. Türkiyə isə aqrar istehsaldan imtina edərək sənaye istehsalında ixtisaslaşaraq istehsalını H nöqtəsinə sürüşdürür. Copyright © 2003 Pearson Education, Inc. 42
43
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 200 F Azərbaycan Türkiyə 100 B 1000 H T D L M E A C F O G K 1000 Aqrar məhsul O 1000 5000 Aqrar məhsul Qrafik : Sabit məhsuldarlıq şəraiti və xarici ticarət Azərbaycan FA əyrisi üzərindəki T nöqtəsində istehlak edə biləcəkdir. KA qədər aqrar məhsulu, KT qədər sənaye məhsulu ilə mübadilə edə biləcəkdir. Türkiyə isə HF əyrisi üzərindəki M nöqtəsində istehlak edə biləcəkdir. LH qədər sənayeməhsulunu LM qədər aqrar məhsul ilə mübadilə edə biləcəkdir. Copyright © 2003 Pearson Education, Inc. 43
44
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Sabit xərclər və xarici ticarət Sənaye məhsulu Sənaye məhsulu 200 F Azərbaycan Türkiyə 100 B 1000 H T D L M E A C F O G K 1000 Aqrar məhsul O 1000 5000 Aqrar məhsul Göründüyü kimi hər ölkə də qapalı iqtisadiyyat halına görə hər iki maldan daha çox istehlak imkanına qovuşmuşdur. Sərbəst xarici ticarət hər iki ölkə baxımından faydalıdır. Copyright © 2003 Pearson Education, Inc. 44
45
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət Artan xərclər şəraitində transformasiya əyrisi qrafikdə göründüyü kimidir. Ölkə aqrar istehsalda ixtisaslaşdığı halda istehsal olunacaq hər yeni aqrar məhsul üçün sənaye məhsulundnan getdikcə artan miqdarlarda imtina etməyə məcbur olacaqdır. Sənaye məhsulu’ L M ΔA ΔK ΔB N ΔK ΔC R ΔK O Aqrar məhsul Qrafik: Artan xəclər və transformasiya əyrisi Copyright © 2003 Pearson Education, Inc. 45
46
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət Məsələn L nöqtəsində olduğu halda aqrar istehsalı 1 vahid (ΔK=1) artırmaq üçün sənaye məhsulundan ΔA miqdarında imtina etmək lazımdır. ΔA/ΔK aqrar məhsulun sənaye məhsulu cinsindən xərcini (iki məhsul arasındakı ölkədaxili mübadilə nisbətini) göstərir. Bu nisbət isə istehsal imkanları əyrisinin L nöqtəsindəki maililiyi (yəni marjinal transformasiya nisbətini) göstərir. Sənaye məhsulu L M ΔA ΔK ΔB N ΔK ΔC R ΔK O Aqrar məhsul Qrafik: Artan xəclər və transformasiya əyrisi Copyright © 2003 Pearson Education, Inc. 46
47
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət İkinci bir vahid aqrar məhsulu əldə etmək üçün M nöqtəsində sənaye məhsulunun istehsalını ΔB qədər azaltmaq lazımdır. İkinci vahidin alternativ dəyəri ΔB/ΔK olur ki, bu nisbət birinci vahiddən daha böyükdür. Alternativ dəyər L nöqtəsindən R nöqtəsinə hərəkət edərkən artır. Sənaye məhsulu L M ΔA ΔK ΔB N ΔK ΔC R ΔK O Aqrar məhsul Qrafik: Artan xəclər və transformasiya əyrisi Copyright © 2003 Pearson Education, Inc. 47
48
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət Azərbaycanın qapalı iqtisadiyyat halındakı istehsal və istehlakı transformasiya əyrisi üzrəindəki D nöqtəsidir. Bu nöqtədə daxili qiymətlər (aqrar məhsulun sənaye məhsulu cinsindən qiyməti) FF əyrisinin maililiyinə bərabərdir. Sənaye məhsulu Fd F C (İstehlak) L D (İstehsal)E F Fd O M Aqrar məhsul Qrafik: Artan xərclər və xarici ticarət qazancları Copyright © 2003 Pearson Education, Inc. 48
49
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət Azərbaycanın FdFd kimi bir dünya qiymətindən xarici ticarətə qoşulduğunu qəbul edək. FdFd xəttinin maililiyinin dik olması aqrar məhsulların dünya qiymətinin, ölkədaxili qiymətdən yüksək olduğunu göstərir. Bu halda Azərbaycanda istehsalçılar aqrar istehsalı artıracaq sənaye istehsalını isə azaldacaqdır. Sənaye məhsulu Fd F C (İstehlak) L D (İstehsal)E F Fd O M Aqrar məhsul Qrafik: Artan xərclər və xarici ticarət qazancları Copyright © 2003 Pearson Education, Inc. 49
50
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Artan xərclər və xarici ticarət İstehsal imkanları əyrisi üzərindəki sağa və aşağıya doğru olan hərəkət, aqrar məhsulda edilən hər artımdan əldə edilən gəlir, sənaye istehsalının məhdudlaşdırılması səbəbi ilə baş verən itkidən böyük olduğu müddətcə davam edir. Sənaye məhsulu Fd F C (İstehlak) L D (İstehsal)E F Fd O M Aqrar məhsul Qrafik: Artan xərclər və xarici ticarət qazancları Copyright © 2003 Pearson Education, Inc. 50
51
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Azalan xərclər və xarici ticarət Azalan xərc şəraitində istehsal imkanları əyrisi qrafikdə olduğu kimidir. Xarici ticarətə qoşulduqdan sonra ixrac malında tam ixtisaslaşma ortaya çıxacaqdır. Azalan xərclər şəraitində xarici qiymətlər daxili qiymətlərə bərabər olsa belə mənfəətli xarici ticarət etmə imkanı vardır. Tekstil Fd B F’d C F C’ K D H F’d F Fd O G M A Avtomobil Qrafik: Azalan xərclər şəraitində xarici ticarət Tam İxtisaslaşma Copyright © 2003 Pearson Education, Inc. 51
52
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Azalan xərclər və xarici ticarət Qapalı iqtisadiyyat şəritində istehsal və istehlak nöqtəsi D, daxili qiymətlər FF-dir. Ölkənin iki məhsuldan birində ixtisaslaşması üçün D nöqtəsində tarazlığın hər hansı bir şəkildə pozulması yetərlidir. Hökumətin müvəqqəti olaraq sənayeyə subvensiya verdiyini, digərlərini vergiyə cəlb etmək kimi tədbirlər aldığını düşünək Tekstil Fd B F’d C F C’ K D H F’d F Fd O G M A Avtomobil Qrafik: Azalan xərclər şəraitində xarici ticarət Tam İxtisaslaşma Copyright © 2003 Pearson Education, Inc. 52
53
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Azalan xərclər və xarici ticarət Bu halda ölkə avtomobildə tam ixtisaslaşmaya (A nöqtəsi) gedəcəkdir. Bu məhsulun MA hissəsini FdFd qiymətindən (FF ekvivalenti) ixrac edərək, əvəzində MC miqdarında tekstil məhsulu idxal edəcəkdir və C nöqtəsinə çatacaqdır. C nöqtəsi daha yüksək bir ölkə rifahına nail olunduğunu göstərir. Tekstil Fd B F’d C F C’ K D H F’d F Fd O G M A Avtomobil Qrafik: Azalan xərclər şəraitində xarici ticarət Tam İxtisaslaşma Copyright © 2003 Pearson Education, Inc. 53
54
Müqayisəli Üstünlüklər Nəzəriyyəsi (Theory of Comparative Advantages)
Azalan xərclər və xarici ticarət Əksinə əgər toxuculuq (tekstil) sahəsində ixtisaslaşmaya gedilsəydi (B nöqtəsi), istehsal olunan BK hissəsi dünya qiymətindən (F’dF’d = FF) ixrac edərək C’ nöqtəsi kimi daha yüksək bir ölkə rifahını təmsil edən istehlakı reallaşdıra bilər. Tekstil Fd B F’d C F C’ K D H F’d F Fd O G M A Avtomobil Qrafik: Azalan xərclər şəraitində xarici ticarət Tam İxtisaslaşma Copyright © 2003 Pearson Education, Inc. 54
55
Mənbələr P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005. H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XIX. Baskı, İstanbul, 2013. R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002. Copyright © 2003 Pearson Education, Inc.
Benzer bir sunumlar
© 2024 SlidePlayer.biz.tr Inc.
All rights reserved.