Sunum yükleniyor. Lütfen bekleyiniz

Sunum yükleniyor. Lütfen bekleyiniz

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Benzer bir sunumlar


... konulu sunumlar: "Azərbaycan Memarlıq və İnşaat Universiteti"— Sunum transkripti:

1 Azərbaycan Memarlıq və İnşaat Universiteti
Enerji audit mühazirə: Dayanaqlı Energetika sahəsində Bankların Maliyyələşdirə biləcəkləri Layihələr üzrə İstismar Müddəti Xərclərinin Təhlili Ali Korakan, CEA (AHEF AZ-66 ) BUILDING PARTNERSHIPS FOR ENERGY SECURITY

2 Layihənin Öyrənmə Məqsədləri
İstismar Müddəti Xərclərinin (İMX) texniki-iqtisadi təhlili əsaslarının öyrənilməsi Bankların maliyyələşdirə biləcəkləri enerjiyə qənaət və bərpa olunan enerji layihələrinin işlənib hazırlanması üçün İMX təhlilinin yerinə yetirilməsi üzrə strukturlaşdırılmış metodologiyanın öyrənilməsi İMX təhlilinə daxil edilmələri zəruri olan Məlumatların toplanmasının və real şəraitlərin yoxlanmasının öyrənilməsi İnvestorları layihələrin reallığına inandırmaq üçün hesabat yazılması texnikalarının öyrənilməsi Enerjiyə qənaət / bərpa olunan enerji layihələri ilə bağlı iqisadi təhlil üzrə konkret halın təhlili

3 Enerjiyə Qənaət Layihələri
Enerjidən səmərəli istifadə Enerjidən az istifadəyə səbəb olan istənilən davranış. Enerjiyə qənaət Eyni funksiyanı yerinə yetirmək üçün az enerji tələb edən texnologiyadan istifadə. İnvestisiya, demək ki maliyyə tələb edir.

4 Enerji Sistemləri Enerjidən yaşayış, komersiya və sənaye binalarında, sənaye və nəqliyyatda istifadə edilir. Enerji istehsalı Xüsusi məqsədli istehsal və emal avadanlıqları və ya sistemləri İVK sistemi – istehsal, proseslər və ya şəxsi rahatlıq üçün Buxar qazanı və buxar sistemləri Qaynar su sistemləri Elektrik sistemləri İşıqlandırma Sıxılmış hava sistemləri Mühərriklər Daşınma

5 Enerji mənbələri Bərpa olunmayan enerji mənbələri -
istifadə etdiyimiz və qısa zaman kəsiyində bərpa olunması mümkün olmayan enerji məsələn, mədən yanacağı: kömür, neft və qaz Bərpa olunan enerji mənbələri – Bizim dəfələrlə istifadə edə biləcəyimiz və qısa zaman kəsiyində təbii şəkildə əvəz edilən bilinən enerji məsələn, günəş, külək, geotermik, biokütlə, hidro, dalğa

6 İstisadi Təhlilə olan Ehtiyac
E İqtisadiyyat rəhbərliyin/sahibkarın və maliyyə təsisatlarının enerjiyə qənaət / bərpa olunan enerji layihəsinə sərmayə yatırıb-yatırmayacaqları ilə bağlı qərarın verilməsində əsas rol oynayır. Mühəndislərin/elektrik təsərrüfatına rəhbərlik edən şəxslərin qərar qəbul edənlərlə əlaqəsi investisiya qərarlarının verilməsində olduqca vacib məsələdir. Mühəndis / elektrik təsərrüfatına rəhbərlik edən şəxs rəhbərlik dilində danışmağı öyrənməlidir. Mühəndis / elektrik təsərrüfatına rəhbərlik edən şəxs yüksək rəhbərliyə/maliyyəçilərə qərar qəbul etməkdə kömək etmək üçün iqtisadi baxımdan layihələri təqdim etməlidir.

7 Layihənin Mənfəətliliyinin Təhlili
Mənfəətliliyin təhlili layihənin maliyyə baxımından əsaslandırılması üçün istifadə edilən metoddur. İstismar Müddəti Xərclərinin Təhlilindən (İMXT) layihənin mənfəətli olub-olmadığını yoxlamaq üçün istifadə edilir, çünki o layihənin tam istismar müddətini və pulun vaxt nisbətində dəyərini nəzərə alır.

8 İstismar Müddəti Xərclərinin Təhlili
İMXT layihənin maliyyə baxımından mənfəətliliyinin hesablanması üçün istifadə edilən texniki və iqtisadi təhlil vasitəsidir. Layihənin beşikdən tutmuş məzara qədər istismar müddətində yaranan bütün xərcləri, daxilolmaları və qənaətləri nəzərə alır. O rəqabət aparan layihənin həyata keçirilməsi üzrə alternativ yolları müqayisə edir. Layihənin qəbul edilməsi və ya ondan imtina edilməsi və qəbul edilən layihələrin prioritetləşdirilməsi üçün qərar qəbuledənə yardım edir.

9 İMX göstəriciləri Layihənin iqtisadi və texniki əsaslandırılmasını nümayiş etdirən XCD, İSƏ və DRN göstəriciləri. Layihənin tam məbləği: XCD (Xalis Cari Dəyər) layihənin istismar müddəti ərzində nə qədər məbləğin yaranacağını göstərir. O, pulun vaxt nisbətində dəyərini nəzərə alır və layihənin hazırkı (bu günkü) dəyərini göstərir. Elektrik enerjisinə qənaət layihələri halında qiymət qənaətdən yarana bilər, yaxud bərpa olunan enerji layihələri halında isə qiymət daxilolmalardan yarana bilər.

10 İMX göstəriciləri İMX göstəriciləri layihənin iqtisadi və texniki əsaslandırılmasını nümayiş edir. Layihənin nisbi məbləği : İSƏ (İnvestisiya Yatırımının Səmərəlilik Əmsalı) layihənin investisiyaya nisbətdə dəyərini göstərir. İSƏ həm investisiya baxımından, həm də layihənin yaratdığı xalis nağd pul axını baxımından pulun vaxt nisbətində dəyərini göstərir. Layihə üçün xarakterik xüsusiyyət: DRN (Daxili Rentabellik Norması) layihənin istismar müddəti ərzində qazanılan orta illik gəliri göstərir. Daxili termini belə bir fakta istinad edir ki, o iqtisadi və ekoloji faktorlardan asılı deyil. DRN-ə endirim dərəcəsi tətbiq edilmir.

11 Pulun vaxt nisbətində dəyəri
Əsas qayda: İndi malik olduğunuz pul gələcəkdə daha dəyərli ola bilər. Gələcək Dəyər (GD) Bu gün müəyyən edilən məbləğ dəyərinə bərabər olan fələcəkdə konkret vaxtda pulun/layihənin dəyərini göstərir. Biz GD hesablamaq üçün qarışıq göstəricilərdən istifadə edirik. Cari Dəyər (CD) gələcək pulun / layihənin bu gün nə qədər dəyərli olduğunu göstərir. Biz HD-ni hesablamaq üçün mürəkkəb faizdən istifadə edirik. Gələcək nağd axınlar endirim dərəcəsində azaldılır və endirim dərəcəsi nə qədər yüksək olarsa, gələcək nağd pul axınlarının cari dəyəri də bir o qədər aşağı olur.

12 İMXT Parametrləri Endirim dərəcəsi (i) - gələcək mənfəətin (itkinin) cari dəyərlə müqayisə edilə biləcəyi dərəcədir. Müvafiq endirim dərəcəsinin müəyyən edilməsi gələcək nağd pul axınlarının dəyərləndirilməsi üçün əsas vasitədir. Endirim dərəcəsi aşağıdakı parametrlərdən istifadə edərək hesablanır. Riskdən azad faiz dərəcəsi İnflasiya Riskə görə kompensasiya Təhlil Müddəti - İMXT-nin aparıldığı vaxt müddəti. Qalıq Məbləğ – təhlil müddətinin sonunda investisiya məbləği.

13 Pulun vaxt nisbətində dəyəri
Mürəkkəb faiz: Təsəvvür edin ki, Siz 5 il müddətinə 5% faiz dərəcəsində əmanət hesabına €100 pul yatırmısınız. Bu müddətin sonunda Siz nə qədər məbləğ alacaqsınız? 1 2 3 4 5 100 105,00 110,25 115,76 121,55 127,63 i = 5% FV1=100*(1+5%)1 FV2=100*(1+5%)2 FV5=100*(1+5%)5 FV4=100*(1+5%)4 FV3=100*(1+5%)3 FV0=100*(1+5%)0

14 Pulun vaxt nisbətində dəyəri
Mürəkkəb faiz: İl 1: 5% of € = € € = €105.00 İl 2: 5% of € = € € = €110.25 İl 3: 5% of € = € € = €115.76 İl 4: 5% of € = € € = €121.55 İl 5: 5% of € = € € = €127.63

15 Pulun vaxt nisbətində dəyəri
Endirim: € 100 hesab bu gün onun 1 illik dəyəri ilə müqayisədə nə qədər edir? Faiz dərəcəsi 5%-dir. 1 2 3 4 5 100 95.24 90.70 86.38 82.37 78.35 i = 5% PV1=100/(1+5%)1 PV2=100/(1+5%)2 PV5=100/(1+5%)5 PV4=100/(1+5%)4 PV3=100/(1+5%)3 PV0=100/(1+5%)0

16 Pulun vaxt nisbətində dəyəri
Endirim İl 0: 5% of €100,00 = €100 / (1+0,05)0 = €100 İl 1: 5% of €100,00 = €100 / (1+0,05)1 = €95,24 İl 2: 5% of €100,00 = €100 / (1+0,05)2 = €90,70 İl 3: 5% of €100,00 = €100 / (1+0,05)3 = €86,38 İl 4: 5% of €100,00 = €100 / (1+0,05)4 = €82,27 İl 5: 5% of €100,00 = €100 / (1+0,05)5 = €78,35 PV FV = ───── (1+ i)n

17 Xalis Cari Dəyər (XCD) XCD – xalis cari dəyər M– mənfəətlər
XCD (Xalis Cari Dəyər) endirimli nağd pul axını metodu ilə hesablanır. O (M –mənfəətlərə) daxil olan bütün endirimli nağd pulların və (X-Xərclərdən) çıxan bütün endirimli nağd pulların fərqidir. XCD – xalis cari dəyər M– mənfəətlər X - xərclər f – faiz dərəcəsi v - müddət

18 Daxili Rentabellik Norması (DRN)
Nəzəri baxımdan DRN (Daxili Rentabellik Norması) XCD-ni sıfıra çevirən endirim dərəcəsi məbləğidir. XCD – xalsi cari dəyər M– mənfəətlər X - Xərclər f – faiz dərəcəsi v - müddət DRN – daxili rentabellik nroması

19 Sadə İnvestisiya Qayıdışı Müddəti (SİQ)
Sadə İnvestisiya Qayıdışı Müddəti (SİQ) - investisiya xərclərinin qaytarılması üçün tələb olunan vaxt müddətidir. Layihənin Dəyəri SİQ = ───────────── İllik nağd pul qayıdışı - İnvestisiya qayıdışı müddəti ilə bağlı iki maneə mövcuddur O investisiya qayıdışından sonrakı mənfəətləri nəzərə almır və buna görə də mənfəəti hesablamır. O pulun vaxt nisbətində dəyərini nəzərə almır.

20 İMXT üzrə on mərhələ 10 mərhələdə endirimli nağd pul axınının istismar müddəti xərclərinin təhlili metodologiyasından enerjiyə qənaət və ya bərpa olunan enerji layihəsinin maliyyə dəyərini hesablamaq üçün istifadə edilir. 10 mərhələli metodologiya layihənin iqtisadi və texniki əsaslandırılmasını təhlil etmək üçün endirimli nağd pul axınının hesablanması məqsədilə kompüterdə verilən dinamik cədvəldən istifadə edir.

21 On mərhələ Enerji Layihəsinin Maliyyə mümkünlüyünü müəyyən etmək üçün On Mərhələ. 1. Köhnə xərclərin müəyyən edilməsi (layihənin başlanğıcında mövcud şərait). 2. Yeni xərclərin müəyyən edilməsi (həyata keçirmə və ondan başqa). 3. Fərqlərin hesablanması. 4. Endirim dərəcəsinin seçilməsi. 5. Təhlil müddətinin seçilməsi. 6. Avadanlığın istismar müddətinin sonunda qalıq dəyərin hesablanması. 7. İllik qənaətlərin cari dəyərinin (CD) hesablanması. 8. İnvestisiyaların cari dəyərinin (CD) hesablanması. 9. Xalis cari dəyərin (XCD) hesablanması. 10. İnvestisiya yatırımının səmərəlilik əmsalının və daxili rentabellik normasının (DRN) hesablanması.

22 Mərhələ 1 Köhnə xərclərin müəyyən edilməsi (layihənin başlanğıcında mövcud şərait)
İstismar müddətində təkrar investisiya yatırımı İllik enerji xərcləri İllik istismar və texniki xidmət (İvəTX) xərcləri Digər illik xərclər Yaxşı təhlil mövcud vəziyyətin yaxşı müəyyən edilməsindən başlayır. Müəyyənetmə texnologiyanın başlıca olaraq qeyri-illik proqnozlaşdırılan dəyişdirilmə xərcləri qrafikini, eləcə də illik enerjixərclərini, İvə TX xərclərini və digər cari xərcləri nəzərdə tutur.

23 Mərhələ 1a İstismar müddətinə təkrar investisiya yatırımı
İstismar müddətinə təkrar investisiya yatırımı ildə tələb olunan kapitaldan və gələcək qeyri-müntəzəm xərclərdən ibarətdir, yəni təkrar investisiya xərcləri illik İvə TX xərclərindən ayrıdır. Onlar yalnız qeyri-illik xərclərdən ibarət olur. Təkrar investisiya ilə bağlı ən yaxşı informasiya mənbəyi texniki xidmət sənədləridir. İstismar müddətlərini davam etdirmək üçün mövcud avadanlıqların indi (ildə sıfır göstərici ilə?) ümumi təmirə ehtiyacları varmı? Əgər yoxdursa, onda nə vaxt olacaq? Və bu tez-tezmi baş verir? Hər dəfə nə qədər pul xərcləmək tələb olunur? Təkrar investisiyalara dair nümunələr Kompressorun hər 5 ildən bir ümumi təmiri Hər 10,000 saatdan bir lampaların dəyişdirilməsi

24 Mərhələ 1a Köhnə avadanlıqlara təkrar investisiyanın yatırımı Cədvəli
İl Köhnə Köhnə avadanlıqların işlək vəziyyətdə olmaları üçün dövrü şəkildə təkrar investisiyanın yatırılmasına ehtiyac olduğu ehtimal olunur. Fərz edin: Köhnə avadanlıqlara təkrar investisiya yatırımı xərcləri = € hər 4 ildən bir (texniki xidmətə dair sənədlərdən) Sonuncu əvəzetmə iki il bundan əvvəl olmuş, beləliklə də, növbəti əvəzetmə 2 ildən sonra olacaq. “Köhnə” sütunundakı məlumatları daxil edin.

25 Mərhələ 1b İllik Enerji Xərcləri
Köhnə illik enerji xərcləri = Köhnə illik enerji * enerji tarifi Məlumat mənbəyi: - faktiki, ödənilmiş hesablar - enerji xərcinə vurulan sayqac məlumatları Nümunə: = €177,000/il (enerji auditindən)

26 Mərhələ 1c İllik İstismar və Texniki Xidmət (İvəTX) Xərcləri
Texniki xidmətlə bağlı faktiki sənədlərdən götürülür Çox vaxt məlumatlar itirilir, auditor hesablamağa məcbur olur Nümunə: Belə olan təqdirdə, az xərclə pis texniki xidmət nəzərdə tutulur. İvə TX = €2,500/il

27 Mərhələ 1d Digər İllik Xərclər
Cərimələr köhnə avadanlıqların istismarı xərci kimi təhlilə daxil edilməlidir. Layihənin üzləşəcəyi digər illik köhnə xərclərin siyahısı, məsələn: - məhsuldarlıq - çirklənməyə görə cərimələr

28 Mərhələ 2 Yeni xərclərin müəyyən edilməsi (həyata keçirmə və ondan başqa)
a) İlkin investisiya b) İstismar müddətinə təkrar investisiya yatırımı c) İllik enerji xərcləri İllik istismar və texniki xidmət (İvəTX) xərcləri e) Digər illik xərclər

29 Mərhələ 2a İlkin İnvestisiya
İlkin investisiya = Əsas layihə xəcrləri + mühəndislik işləri, nəzarət + mənfəət + gözlənilməz xərclər + vergilər + başqa Hesablama məqsədləri üçün, % kimi xərcləri əlavə edin. Bütün ilkin xərclərin aşkarlanması zəruridir

30 Mərhələ 2a İlkin investisiya (davamı)
Əsas layihə xərci = €78, (enerji auditindən) İlkin investisiya Əsas layihə xərci + mühəndislik işləri + mənfəət + gözlənilməz xərclər + vergilər Əsas layihə xərci * ( ) €78,000 * 1.6 €124,800 İnvestisiya cədvəlinin "Yeni" sütununun 0 ilinə məlumatları daxil edin.

31 Mərhələ 2b İstismar müddətinə təkrar investisiya yatırımı
Beş illik dəyişdirmə xərcləri = İlkin investisiyanın 25%-i (istehsalçının tövsiyəsindən) 0.25 * €124,800 €31,200 İnvestisiya cədvəlinin "Yeni" sütununun sonundakı illərə 1 məlumatları daxil edin.

32 Mərhələlər 2a və 2b Yeni investisiya və Təkrar investisiya
Hətta 20 illik təhlil ilə təkrar investisiya üçün 20 il mövcud deyil. Hər ilin sonunda investisiya yatırımı nəzərdə tutulur. Təhlilin sonuncu ilinin axırında layihə başa çatır. Gələcək investisiya yeni təhlilli yeni layihə tələb edir. İl Yeni

33 Mərhələ 2c İllik Enerji Xərcləri Yeni illik enerji xərcləri
= yeni illik enerji * enerji xərci Harada tapmaq olar: - istehsalçılar tərəfindən təqdim edilən ən yaxşı məlumatlar - ən real istismar fərziyyələri Nümunə: Yeni illik enerji xərcləri = €132,000/il (enerji auditindən)

34 Mərhələ 2d İllik İstismar və Texniki Xidmət (İvəTX) xərcləri
İstismar xərcləri real şəkildə qiymətləndiriməlidir Nümunə: yeni İvəTX = €5000/il (istehsalçının tövsiyələrindən)

35 Mərhələ 2e Digər İllik Xərclər Layihə tərəfindən təkmilləşdirilməli olan digər illik yeni xərclərin siyahısı, məsələn: - təkmilləşdirilən məhsuldarlıq - azaldılan cərimələr

36 Mərhələ 3 Fərqlərin hesablanması
İstismar müddətinə yatırılan investisiyalar b) İllik qənaətlər

37 İstismar müddətinə yatırılan investisiyalar
Mərhələ 3a İstismar müddətinə yatırılan investisiyalar İl Yeni Köhnə Xalis məbləğ İnvestisiya və təkrar-investisiyalar Yalnız illik olmayan xərclər Köhnə xərcləri yeni xərclərdən ayıran dinamik cədvəl Xalis = yeni – köhnə

38 Mərhələ 3b İllik xərclərə qənaət
İllik qənaətlər İllik xərclərə qənaət = köhnə enerji xərcləri - yeni enerji xərcləri + köhnə İvəTX - yeni İvəTX + başqa köhnə - başqa yeni ! İllik qənaətlər üzrə faktorlar mənfi ola bilər, məsələn: yeni, sahədə birgə istehsaldan, artan İvəTX köhnə texniki xidməti əvəz etmək üçün dəqiq yeni texniki xidmət

39 Mərhələ 3b İllik Qənaətlər
Nümunə: İllik xərclərə qənaət = €176,000 - €132,000 + €2,500 - €5,000 + €0 - €0 = €41,500 Müvafiq qrafaya daxil edin. İllik Qənaətlər Endirim Tarifi Təhlil müddəti (illər) Qalıq dəyəri

40 Endirim tarifinin seçilməsi
Mərhələ 4 Endirim tarifinin seçilməsi İnvestisiya üzrə endirim tarifi maliyyənin, səhmin və ya kreditin növündən asılıdır. Sırf səhm maliyyələşdirilməsi olduğu təqdirdə, endirim tarifi istənilən digər layihədən ən yaxşı mümkün faiz tarifi üzrə gəlir ola bilər. Kredit halında, endirim tarifi kredit faizi dərəcəsinə bərabər olur. Səhm və kredit qarışığı olduğu zaman, layihənin endirim tarifi bu iki ayrı-ayrı tarifin ölçülmüş orta tarifi olur. İllik Qənaətlər Endirim Tarifi Təhlil müddəti (illər) Qalıq dəyəri Endirim tarifini seçin r = 12% Endirim tarifini müvafiq qrafaya daxil edin

41 Təhlil Müddətinin Seçilməsi
Mərhələ 5 Təhlil Müddətinin Seçilməsi Yüksək faiz dərəcələri olan qeyri-sabit iqtisadi durumda yalnız qısa təhlil müddəti (məsələn, 10 il) istifadə edilməlidir. 10 ili keçən qənaət və xərclər böyük endirimlər səbəbindən cüzi olurlar. Təhlil müddətini seçin T = 15 il. Təhlil müddətini müvafiq qrafaya daxil edin. İllik Qənaətlər Endirim Tarifi Təhlil müddəti (illər) Qalıq dəyəri

42 Mərhələ 6 Avadanlıqların hesablanmış Qalıq Dəyəri
Təhlil müddətinin sonunda avadanlığın qiyməti nə qədər olur? Təxmini hesablama: Qalıq dəyəri = layihənin sonunda bazar qiyməti or = alış qiymətinin 10%-i Qalıq dəyəri sonuncu il layihə üçün kredit kimi çıxış edir. Qalıq dəyərini hesablayın = €16,000 Qalıq dəyərini müvafiq qrafaya daxil edin. İllik Qənaətlər Endirim Tarifi Təhlil müddəti (illər) Qalıq dəyəri

43 Mərhələ 7 İllik Qənaətlərin Cari Dəyərinin Hesablanması
Təsəvvür edin: CD İQ = Bütün illik qənaətlərin ümumi cari dəyəri Ü Təhlildə illərin ümumi sayı İQt ildə illik qənaətlər t Hər il üzrə: Qənaətlərin CD-si = qənaət yaranan zaman (1+ endirim tarifinə) bölünən ilin qənaətlər Təhlil müddəti ərzində qənaətlərin ümumi CD = bütün illik CD-lərin məbləğinə CD İQ

44 Mərhələ 7 (davamı) İllik Qənaətlərin Cari Dəyərinin Hesablanması
Dinamik cədvəldən istifadə edərək, enerjiyə qənaət layihələri üçün nağd pul axınına qənaət və ya bərpa olunan enerji layihələri üçün daxilolmalar tam təhlil müddəti üzrə hər il üçün cədvəl şəklində verilir. Bunlara endirim illik nağd pul axınlarının cari dəyərini tapmaq üçün seçilmiş endirim tarifi ilə tətbiq edilir. T = 15 il CD İQ üzrə = €282,651 ... İllik İllik Qənaətlər CD İllik Qənaətlər

45 Mərhələ 8 İnvestisiyaların Cari Dəyərinin Hesablanması
Təsəvvür edin: CDI = İnvestisiyaların cari dəyəri It ildə investisiya t Hər il üzrə : İnvestisiyanın CD-si = ilin investisiyası başlayan zaman (1 + endirim tarifinə) bölünən ilin investisiyası İnvestisiyaların ümumi CD-si bütün illik CD-lərin məbləğidir. Son ildə investisiya silinmiş / fəsadların aradan qaldırılması xərcləri (beləsi olarsa), minus avadanlıqların qalıq dəyəridir. Qalıq Dəyəri CD

46 Mərhələ 8 (davamı) İnvestisiyaların Cari Dəyərinin hesablanması
Dinamik cədvəldən istifadə edərək, enerjiyə qənaət/bərpa olunan enerji layihələri üçün tam təhlil müddəti üzrə hər il üçün cədvəl şəklində verilir. Bunlara endirim illik nağd pul axınlarının cari dəyərini tapmaq üçün seçilmiş endirim tarifi ilə tətbiq edilir. T = 15 il CD I üzrə = €58,105 İl Xalis İstismar Müddəti İnvestisiyaları CD istismar Müddəti İnvestisiyaları Qalıq

47 Xalis Cari Dəyərin Hesablanması (XCD)
Mərhələ 9 Xalis Cari Dəyərin Hesablanması (XCD) Layihənin tam dəyəri, XCD (Xalis Cari Dəyər) ümumi investisiyanın cari dəyərini və xərclərini qənaət / daxilolmaların cari dəyərindən çıxmaqla hesablanır. XCD = CD iQ – CDI Nümunə: XCD = €282,651 - €58,105 = €224,546 Layihənin xalis cari dəyəri (XCD) onun istismar müddətinin xalis qənaətləridir. Bu layihənin tam pul dəyəridir. XCD layihənin tam potensial gəlirlərini göstərir. XCD gələcək xalis qənaətlər üzrə faizin təsirini nəzərə alır. XCD sifarişçilər üçün əsas qərar qəbul edən vasitədir. Əgər XCD > 0 olarsa, layihə mənfəətli olacaqdır (iqtisadi baxımdan əsaslandırılmış).

48 Mərhələ 10a İnvestisiya yatırımının səmərəlilik əmsalının (İSƏ) hesablanması
Layihənin nisbi dəyəri, İSƏ(İnvestisiya yatırımının səmərəlilik əmsalı) qənaətin cari dəyərini/ investisiyaların cari dəyərii bölməklə hesablanır. İSƏ = CD İQ / CDI Nümunə: İSƏ= €282,651 / €58,105 = 4.9 Əgər İSƏ> 1.0 olarsa, onda layihə mənfəətli olacaqdır (iqtisadi baxımdan əsaslandırılmış) İSƏ sifarişçilər üçün də əhəmiyyətli ola bilər.

49 Mərhələ 10b Daxili Rentabellik Normasının (DRN) hesablanması
DRN kompüter üçün asan olan iterativ hesablama tələb edir. Əgər DRN təhlildə istifadə edilən ≥ endirim tarifi olarsa, onda investisiya faydalı olacaqdır (iqtisadi baxımdan əsaslandırılmış). Yüksək DRN yatırım edilən dollar üzrə daha mənfəətli olur. DRN kreditorlar üçün adətən verdikləri birinci sualla bağlı əsas qərar qəbul edilməsi vasitəsidir. İnvestorlar müstəqil şəkildə özlərinin minimal qəbul edilən və “minimal gəlirlilik tarifi” adlanan DRN-lərini müəyyən edə bilərlər.

50 Nəticə: XCD XCD= €224,546 Müsbət XCD (xalis cari dəyər) layihənin dayamiyyət müddəti ərzində nə qədər pul əldə edəcəyini göstərir. Mənfi XCD layihənin nə qədər pul itirəcəyini göstərir. XCD pul baxımından layihənin tam texniki-iqtisadi əsaslandırılmasını göstərir.

51 Nəticə: İSƏ İSƏ = 4.9 İSƏ (İnvestisiya yatırımının səmərəlilik əmsalı) mənfəət / xərc əmsalı kimi eynidir. İSƏ > 1.0 olduqda, layihə xərclədiyindən çox pul əldə edir. İSƏ< 1.0 olduqda, layihə əldə etdiyindən daha çox pul xərcləyir. İSƏ layihənin nisbi texniki -iqtisadi əsaslandırılmasını göstərir.

52 Nəticə: DRN DRN = 42% DRN (Daxili rentabellik norması) layihə investisiyasının qazana biləcəyi faiz dərəcəsindəki faizdir. XCD=0, yaxud İSƏ=1.0 olduğu nəzəri endirim tarifini tapmaqla hesablanır. Nəzəri baxımdan, şirkətin kapital məbləğindən yuxarı olan DRN ilə istənilən layihə mənfəətli olur (və müsbət XCD-yə malik olur). Şirkət DRN üçün “minimal gəlirlilik tariflərini” müəyyən edir (şirkətin layihələrin yerinə yetirilməsi üçün qəbul edə biləcəyi minimal DRN). Minimal gəlirlilik tarifləri normal şəkildə şirkətin kapital məbləğindən yüksək olur. - Beləliklə, yalnız daha yüksək mənfəətli layihələr seçilir.

53 Nəticə: SİQ SİQ = 3.0 İllərlə ifadə olunan Sadə İnvestisiya Qayıdışı (SİQ) daxil olan gəlirləri nəzərə ala bilmir, buna görə də pulun vaxt dəyərini; və kapital qoyuluşunun geri qayıtması müddətindən sonra layihənin mənfəətlərini nəzərə alır. SİQ yalnız tez bir zamanda gəlir əldə edən layihələr üçün faydalıdır. Layihə yatırılan sərmayəni bir ildən sonra geri qaytara bilərsə, onda endirim edilmiş gələcək dəyərlərin hesablanmasına cüzi ehtiyac qalır. Yatırılan sərmayə uzun müddətdən sonra qayıdarsa, SİQ dəqiq olmur. SİQ layihənin mənfəətliliyini göstərmir.

54 Texniki-iqtisadi əsaslandırma barədə hesabatın verilməsi
İMXT hesabat formatında təqdim ediləcək. Hesabatın yuxarı hissəsində ümumi xülasə İnvestisiyanın İMX göstəricilərini və digər göstəriciləri (beləsi olarsa) təqdim edən xülasə cədvəli Layihənin qısa təsviri Layihənin texniki-iqtisadi əsaslandırılması haqda qısa təsvir Layihənin dizayn məqsədini göstərən konseptual və ya sxematik təsvir Təklif edilən layihənin tətbiq edilmələrindən asılı olaraq, sahə planı və ya ümumi planı, yaxud obyektin inteqral sxemi. Layihənin ətraflı İMX-si.

55 Konkret halın öyrənilməsi 1
ECM-Boru izolyasiyası Layihənin təsviri: Rayonun istilik sistemi məişət ehtiyacları (MQS) və isitmə üçün qaynar su ilə təmin edir. MQS 7 x 24 saat, il boyu fasiləsiz təchiz edilir. Borulardan termal itkilər onları qabaqcadan izolyasiya edilən borularla əvəz etməklə azaltmaq mümkündür. Verilir: - İlkin kapital investisiyası €126,394 - Köhnə dövrü təkrar-investisiya €5,625 - #1-dən başlayaraq 2 illik köhnə təkrar investisiya müddəti (texniki xidmət sənədləri)

56 Konkret halın öyrənilməsi 1 (davamı)
ECM-Boru İzolyasiyası Verilir: Yeni müddətli təkrar investisiya €18,959 5-dən başlayaraq 5 illik yeni təkrar investisiya müddəti (istehsalçı) İllik qənaətlər €46,267 Endirim tarifi 20% Təhlil müddəti il Qalıq dəyəri €12,639 xl dinamik cədvəldən istifadə etməklə İMXT-nin aparılması XCD, İSƏ, DRN və SİQ-nin tapılması Layihənin texniki-iqtisadi əsaslandırılması haqda şərh

57 Konkret halın öyrənilməsi 2
Məişət ehtiyacları üçün Günəş Şüası ilə qızdırılan Qaynar Su Layihənin təsviri: Sallaqxana gündəlik əməliyyatlarda məişət ehtiyacları üçün qaynar sudan (MQS) istifadə edir. Bu ECM mədən yanacağını bərpa olunan enerji mənbəyi ilə əvəz etməyi təklif edir. Enerji auditorları suyu qızdırmaq və təii qazdan istifadəni azaltmaq üçün anbarı olan və günəş süası ilə qızdırılan qaynar su sistemini quraşdırmağı tövsiyə edir. Verilir: - İlkin kapital investisiyası €51,425 - Köhnə dövrü təkrar investisiya yoxdur - Köhnə təkrar investisiya Tətbiq edilmir

58 Konkret halın öyrənilməsi 3
ECM-Tri-Generasiya sistemi Layihənin təsviri: İstehsal prosesi elektrik enerjisindən, istilikdən və soyutma sistemindən istifadə edir və günün 24 saatı işləyir. İstehsal prosesləri üçün 5.3 MV tri-gnerasiya sisteminin quraşdırlması. Tri-generasiya sistemi mühərrikdən (burada təbii qazla işləyən), proses üçün buxar yaradan istiliyi bərpa edən sistemdən və istehsal prosesləri üçün soyuq suyu təmin edən absorbsiyalı soyuducu sistemdən ibarətdir. Verilir: - İlkin kapital investisiyası €2,600,000 - Köhnə dövrü təkrar-investisiya €30,000 - #3-dən başlayaraq 3 illik köhnə təkrar investisiya müddəti (texniki xidmət sənədləri)

59 Konkret halın öyrənilməsi 3 (davamı)
ECM-Tri-Generasiya sistem Verilir: Yeni müddətli təkrar investisiya €18,959 #10-dan başlayaraq 10 illik yeni təkrar investisiya müddəti (istehsalçı) İllik qənaətlər €900,000 Endirim tarifi 10% Təhlil müddəti il Qalıq dəyəri €173,333 xl dinamik cədvəldən istifadə etməklə İMXT-nin aparılması XCD, İSƏ, DRN və SİQ-nin tapılması Layihənin texniki-iqtisadi əsaslandırılması haqda şərh

60 Konkret halın öyrənilməsi 4 RES ECM-Bioqaz
Layihənin Təsviri: Donuz təzəyini qızdırmaq və 2 x 250 kV CHP qurğusunu işə salmaq məqsədiləbioqasın istehsal edilməsi üçün bioqaz sisteminin quraşdırılması. istehsal edilən elektrik enerjisinin kiçik bir hissəsindən fermada istifadə edilir. Qalan hissəsi isə elektrik şəbəkəsinə satılır. İstehsal edilən istilikdən fermada istifadə edilir. Verilir: - İlkin kapital investisiyası €2,781,000 - Köhnə dövrü təkrar investisiya yoxdur - Köhnə təkrar investisiya Tətbiq edilmir

61 Konkret halın öyrənilməsi 4 (davamı)
RES ECM-Bioqaz Verilir: Yeni dövrü təkrar investisiya €1,000 və €20,000 #5dən başlayaraq 5 illik və müvafiq qaydada #10-dan başlayaraq hər 10 ildən bir yeni təkrar investisiya müddəti (istehsalçı) llik qənaətlər €431,000 Endirim tarifi 10% Təhlil müddəti il Qalıq dəyəri €185,400 xl dinamik cədvəldən istifadə etməklə İMXT-nin aparılması XCD, İSƏ, DRN və SİQ-nin tapılması Layihənin texniki-iqtisadi əsaslandırılması haqda şərh

62 Müzakirə sualları -İMX təhlilinin məqsədi nədir?
- İMXT parametrləri hansılardır? - Pulun vaxt nisbətində dəyəri nə deməkdir? - Təhlil üçün düzgün və bitkin məlumatlara malik olmaq nə üçün bu qədər zəruridir? -İMX təhlilinin strategiyaları hansılardır? - İMXT və SİQ arasında fərq nədən ibarətdir? - İMX nəticələri Sizə nə söyləyir?


"Azərbaycan Memarlıq və İnşaat Universiteti" indir ppt

Benzer bir sunumlar


Google Reklamları